Inanclı bir xanım içki içən bir bəylə ailə həyatı qura bilər?


Inanclı bir xanım içki içən bir bəylə ailə həyatı qura bilər? Əgər həmin şəxs müslmandırsa, şəri baxımdan bəli, ailə qura bilər. Lakin məsələnin əxlaqi və psixoloji tərəfləri də vardır. İnanclı və möminə bir xanım gələcək həyatında onun içki içməsinin böyük sıxıntılar törədəcəyini də bilməlidir. Əgər onu haqq yola qaytaracağına ərinin pis vərdişlərdən uzaqlaşdıra biləcək qüdrətə malik olduğunu əmindirsə, bunun eybi yoxdur. Quran məhz ona görə buyurur ki, mömin kişilər möminə xanımlarla, möminə xanmlar isə mömin kişilərlə evlənsinlər.


İmam Zamanın (ə) zühurü qəfildirsə, əlamətin nə faydası var?


İmam Zamanın (ə) zühurü qəfildirsə, əlamətin nə faydası var? Hədislərə əsasən, İmam Mehdi (ə.f) qəfil zühur edəcəkdir. Səmadan nida (qeyri-adi səs, xitab), Beyda məntəqəsinin öz əhli ilə yerə batması kimi əlamətlər həqiqi möminləri xəbərdar etmək üçündür. Demək, zühur möminlər üçün yox, həzrətin düşmənləri üçün qəfildir. İmam Mehdi (ə.f) bu qəflətdən istifadə edərək zülmün kökünü kəsəcəkdir. Əliəsğər Rizvani, Məhdəviyyətlə bağlı şübhələrə cavab İmamzaman.az


İmanın bəlaları nələrdir?


İmanın bəlaları nələrdir? İmamının zəif düşüncələrlə məhv olması:
1-Allah-Taalanı qəbul edirik, amma vacib və nəhylərinə əməl etməkdə ciddilik göstərmirik! 2-Kuranı hidayət edən kitab kimi qəbul edirik, amma onun qanunları ilə yaşamır və yaşatmırıq! 3-Əziz İslam Peyğəmbəri (s) qəbul edirik, amma onun həqiqi sünnətinə əməl etmirik! 4-Şeytanın düşmən olduğunu bilirik, amma onunla dostluq edir və onun istəklərinə müxalif olmuruq! 5-Cənnətin və həqiqi xoşbəxtliyin qiyamətə aid olduğunu qəbul edirik, amma oraya çatmaq üçün bildiklərimizə əməl etmirik! 6-Cəhənnəmin hürküdücü əzabından qorxuruq, amma günahlardan çəkinmirik! 7-Ölümün haqq olduğunu və nə zaman gəlməsini bilmədiyirik, amma ora üçün hazırlıq və tövbə etmirik! 8-Başqalarının səhvinə deyirik, amma özümüzdə olan səhvlər düzəltməkdə diqqətsizlik edirik! 9-Allahın ruzi etdiyi nemətlərdən bəhrələnirik, amma bütün varlığımız ona qarşı nankorluq edirik! 10-Ölənləri qəbristanlığıa yola salırıq, amma özümüzün oraya gedəcəyimiz haqda ibrət almırıq!


Imam Səccadın (ə) hədisində, hansı xasiyyətlər insanın günahını bağışladar və imanını kamil edər?


Imam Səccadın (ə) hədisində, hansı xasiyyətlər insanın günahını bağışladar və imanını kamil edər? İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Hər kimin dörd xasiyyəti olarsa imanı kamil olar, günahları bağışlanar, Allah Təalanın görüşünə gedərkən (admin: dünyasını dəyişdiyi zaman, qiyamət günü) Allah Cəllə Cəlaluh ondan razı olar: 1-İlahi təqva və pərhizkarlıq sifəti. Belə ki, heç kimdən heç bir şey gözləmədən camaata xidmət göstərər. 2-Həyatının bütün anlarında xalqla sadiqcəsinə rəftar edib, doğru danışa. 3-Bütün Şəri və Ürfi (admin: xalq arasındakı rəylərə ürf deyilir) pisliklərə qarşı həyalı olub özünü çirkinliklərdən saxlaya. 4-Öz ailəsi və yaxınları ilə, gözəl əxlaqla davrana.” (Mişkatul Ənvar: 172)


İmamlara bəzi dualarda şərikəl-Quran deyilir, bu nəqədər doğrudur?


İmamlara bəzi dualarda şərikəl-Quran deyilir, bu nəqədər doğrudur? İmamlara şərikəl-quran xitab etmək bir çox dua və ziyarətnamələrdə gəlib. Şərikəl-quran demək həqiqətdə sünnü və şiənin mötəbər kitablarında Peyğəmbərdən (ə) nəql olan səqələyn hədisini məfhumudur. Peyğəmbər buyurub: “Mən iki qiymətli şeyi – Allah Kitabını və Əhli-beytimi sizin aranızda əmanət qoyuram. Necə ki, o (iki əmanət) sizinlədir, heç zaman haqq yoldan azmayacaqsınız. O ikisi, (Quran və Əhli-beyt) (axirətdə) Kövsər hovuzunun kənarında mənə qovuşacaq ana qədər bir-birindən ayrılmazlar.”
Bu hədisdə Quran və Əhli-beyt biri-birinin yanında qərar tapıb yəni əgər birini götürüb digərini kənara qoysaq azğınlıqdan nicat tapmağa və hidayət olmaq üçün kifayət etməz. İmamlar Quranı doğru təfsir edənlər və natiqi-quran və Quranın danışan dili və həmişə Quranla-dırlar. Peyğəmbər (s) buyurub: ”Əli Quranla birgədir və Quran da Əli birgədir.Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar”. Bəs İmamlara şərikəl quran demək yanlış deyil. İmamlar Qurana şərik tanıtdılır, bu mənalarda: 1. Müştərək xüsusiyyətləri var 2. İşlərində şərikdirlər 3. Hədəf və məqsədləri birdir.


Yehova sahidlərinin əsas inancları nələrdən ibarətdir?


Yehova sahidlərinin əsas inancları nələrdən ibarətdir? Yehova sahidlərinin əsas inancları:
1. Yəhudilərin müqəddəs kitabı olan Tövratda adı çəkilən YAHOVAnın tanrı olduğuna, İSA peyğəmbərin də “Yahova ölkəsi”nin rəhbəri olduğuna inanırlar.
2. Zahirdə xristianların kitabı olan İNCİLə də inanmış görünürlər və onu maraqlarına uyğun olaraq şərh edib, anladırlar. 3. Axirətə - cənnətə inanmırlar, inanclarına görə cənnət dünyada və güman etdikləri məmləkətlərindədir. 4. İsa peyğəmbərin 1914-cü ildən Tanrının krallığını qurmağa başladığına inanır, 5. Ruha və sonsuzluğa inanmırlar. 6. Özlərinə məxsus ibadətləri vardır, buna “Kral Salonu” adı verirlər. 7. İnsan qardaşlığı sadəcə onlara məxsusdur, bu, digər insanlara aid deyildir. “Yahova şahidi”...


Yehova sahidləri barədə nə deyə bilərsiz?


Yehova sahidləri barədə nə deyə bilərsiz? “Yahova şahidləri” - Onalrın əsas məramları bir din dövləti olan tanrı krallığı yaratmaqdır. “Yahova Şahidləri” yəhudi soylu, dini yönümlü, xristianlığı və xüsusilə də İslamı parçalamaq hədəfli, şəraitinə görə din, məzhəb, təriqət, mafiya və s. kimi müxtəlif cəhətli çox gizli eyni zamanda çox təhlükəli bir təşkilatdır.
Yahova Şahidləri ilk dəfə 19-cu əsrin əvvəllərində ABŞ-da iş adamı Çarlz Tez Rassell tərəfindən yaradılmışdır. O, bu sektanın mövqeyini Hz. İsa-nın gələcəyi və qiyamət günü qopacağı əsasında qurmuşdur. Amerikada dərc etdiyi ilk jurnalda Hz. İsa-nın 1878–ci ildə gələcəyi xəbərini verdi. Lakin, təbii ki, bu xəbər həyata keçmədi. Daha sonra Rassel Hz. İsa-nın 1891 ci ildə gələcəyi xəbərini vermək üçün dünya turuna çıxdı. Lakin bu xəbər də yalan oldu. Almaniya, Türkiyə, İtaliyada özünə tərəfdar toplaya bilməyən Rassel başqa ölkələrə üz tutdu. O öldükdən sonra onun işini Rezerford davam etdirdi. ...


Qəbir ustə türbə ve ya məbər tikməyin delili varmi?


Qəbir ustə türbə ve ya məbər tikməyin delili varmi? Qəbr üstə türbə və ziyarətgah tikmək Peyğəmbər səhabələrinin arasında təbii və şəri bir məsələ idi ki tarixdə nəql olunub.
1. Peyğəmbərin (s) məzarı: Peyğəmbər (s) vəfat etdikdə bir hücrədə (kiçik otaq) dəfn edildi. Əgər qəbirlər üzərində nə isə tikib ucaltmaq haram olsaydı, səhabələr Peyğəmbəri (s) dəfn etməzdən öncə onu uçurar sonra dəfn edərdilər. Çünki vəhhabilərə görə sözügedən tikililər büt hesab edilir. Elə buna görə də hər hansı bir tikilinin daxilində dəfn etməklə dəfndən sonra nə isə tikib ucaltmağın heç bir fərqi yoxdur. Peyğəmbərin (ə) məzarı üzərindəki tikili və günbəz o həzrət (s) dəfn edildiyi gündən günümüzə qədər mövcuddur.
2. Peyğəmbər, Həmzə şəhid olduqdan sonra qəbri üstə nişanə qoydu. Quranda Kəhf surəsində buyrulur: 21......(Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.» ...


Şeytanın 20- düşməni kimlərdir?


Şeytanın 20- düşməni kimlərdir? İnsanın çıxdığı səfərdə məqsədə çata bilməməsinin əsas səbəblərindən biri yolda maneələri, düşmənləri tanımamasıdır.
İbn Abbas nəql edir ki, həzrət Peyğəmbər (s) Şeytandan soruşdu: -Ümmətimdən kimləri özünə düşmən sayırsan? Şeytan cavab verərək dedi:
Ümmətin arasında 20 düşmənim var: 1-Birincisi sən özünsən, 2-Elminə əməl edən alim, 3-Oxuduqlarına əməl edən Quran hafizi, 4-Allah rızası üçün gündə 5 vaxt namaz qılan, 5-Kasıbların, miskinlərin və yetimlərin dostu olan, 6-Mərhəmətli kimsə, 7-Haqq üçün çalışan kimsə, 8-Allah-Taalaya ibadətlə böyüyən gənc, 9-Halal yeyən, 10-Alah razılığı üçün bir-birini sevən iki insan, 11-Namaza və xalqa aşiq kimsə, 12-İnsanlar yatarkən gecə qalxıb ibadət edən kimsə, 13-Özünü haramdan qoruyan şəxs, 14-Qardaşlarına dua edən kimsə, 15-Daim dəstəmazlı olan kimsə, 16-Alicənab, mədr insan, 17-Əxlaqlı insan, 18-Hər işdə Allahı təsdiq edən insan, 19-Dul qadınlara yaxşılıq edən, 20-Ölümə hazırlıq görən.


İnsanları aldatmaq üçün şeytanın istifadə etdiyi 12 söz hansılardır?


İnsanları aldatmaq üçün şeytanın istifadə etdiyi 12 söz hansılardır? Şeytanın sevdiyi 12 söz bunlardır:
1-Bir dəfəyə bir şey olmaz, Yəni narkotik maddələrdən (eləcə də Allahın haram buyurduqlarından) uzaq olun, 2-Daha gəncik, daha gəncin deyib dindən uzaqlaşmayın, 3-Əhəmiyyətli olan ürək təmizliyi deyilmi? Yəni ürəyivizin təmiz olduğunu düşünüb həqiqi dindən uzaqlaşmayın, 4-Allah ilə qul arasında girilməz, Bu da o mənanı verir ki, başqasının yerinə heç birimiz o dünyada cavab verməyəcəyik, 5-Təqaüdə çıxdıqdan sonra. Yəni fikirləşməyin ki, təqaüdə çıxdıqdan sonra din yoluna keçərəm, 6-Zaman sizə deyil, siz zamana tərəf gedin, Allahın alın yazısını heç kim silə bilməz, 7-Bir şey olmaz Allah bağışlayar. 8-Bu qədər günahdan sonra çətin ki, bağışlanaq. 9-Çox düşünmə. 10-Cəhənnəmdə bir müddət yandıqdan sonra cənnətə də gedərik. 11-Biz böyüklərimizdən belə gördük. 12-Tövbə edincə keçirmiş. Oğurluq edib fikirləşməyin ki, tövbə edərəm Allah bağışlayar. Sizcə siz bunlardan hansını edirsiniz?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter