Həzrət Adəm (ə)-ın altı naməlum şəxslərlə ibarətdolu əhvalatı?!


Həzrət Adəm (ə)-ın altı naməlum şəxslərlə ibarətdolu əhvalatı?! Deyirlər ki, bir gün həzrət Adəm (ə) oturmuşdu. Altı nəfər ona yaxınlaşdı. Üçü sağ tərəfində, üçü isə sol tərəfində oturdu.
Adəm (ə) ağlardan birindən soruşdu: 1–Sən kimsən? Cavab verdi: –Əql. Soruşdu: –Sənin yerin haradır? –Beyin. 2- Adəm (ə) ikincidən soruşdu: –Sən kimsən? –Məhəbbət. –Sənin yerin haradır? –Ürək. 3- Həzrət Adəm (ə) üçüncüdən soruşdu: –Sən kimsən? Dedi: –Həya. –Sənin yerin haradadır? –Göz.
- Sonra Adəm (ə) üzünü sol tərəfə tutub qaralardan birindən soruşdu: 4–Sən kimsən? Cavab verdi: –Təkəbbür. –Sənin yerin hardadır? –Beyin. Adəm (ə) soruşdu: –Əql ilə bir yerdəsiniz? Dedi: –Elə ki, mən gəldim əql gedir. 5- İkincidən soruşdu: –Sən kimsən? –Həsəd. Soruşdu: –Yerin hardadır? –Ürək. –Məhəbbətlə bir yerdəsiniz? –Mən gəldimsə, məhəbbət gedəcək. Adəm üçüncüdən soruşdu: 6–Bəs, sən kimsən? Cavab verdi: –Tamah. –Bəs sənin yerin hardadır? –Göz. –Həya ilə bir yerdəsiniz? Dedi: –Mən daxil olan kimi, həya xaric olur. (Mümkündür ki, bu altı nəfər Adəmi (ə) təlimatlandırmaqdan ötrü bu surətdə gələn mələklər olmuşdur. Yaxud da mətləbi başa salmaqdan ötrü aydın bir yuxu olmuşdur.


Həzrət Ayətullah Xamenei ramazan ayının dəyəri haqqında nə buyurur?


Həzrət Ayətullah Xamenei ramazan ayının dəyəri haqqında nə buyurur? Böyük Rəhbər Ayətullah Xameneinin Ramazın dəyəri haqqında buyurduqlarından seçmələr:
1-Ramazan ayında Hökmən Quran oxuyun. Bacardıqınız qədər oxuyun və düşünün. 2-Bəziləri bu 30 gün hesabına bütün ili behiştdə keçirir, bəziləri də bütün ömrünü behiştə çevirir. 3-Bu ayda insanın Allahla qəlbən rabitəsi həmişəkindən asan olar. 4-Siz oruc tutmaqla nəfs istəklərini zəncirləyirsiz. 5-Allahdan qəflət, xətalar içində çabalayan insan bu ayda öz ruhunu yüksəltmək imkanı qazanır. 6-Bu süfrədən məhrumluq gerçək bir məhrumiyyətdir. Əsl məhrum o şəxsdir ki, ramazan ayında Allahın mərhəmətini qazana bilıməsin. 7-Bəzi adamlar üçün adi günlərdə sübh namazından qabaq oyanıb gecə namazı qılmaq çətin olur. Ramazanda isə həmin vaxt istər-istəməz oyaq olursan. Bu ilahi tövfiqdir. 8-lahi ziyafət ayı olan ramzanda Allahın qonaqlığı mənəvi qonaqlıqdır. \"vilayet.nur-az\".


Aylıq adət günlərində olan qadına aşağıdakı əməllər haramdır.


Aylıq adət günlərində olan qadına aşağıdakı əməllər haramdır. Haiz olan qadına aşağıda sayılan bir neçə şey haramdır:
1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; 2. Həyat yoldaşı ilə cima etməsi qadağandır. 3. Öz bədənindən hər hansı bir yeri Quranın yazısına ya Allahın adına (hansı dildə olursa olsun) toxundurmaq. 4. Məscidul-hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə. 5. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamların (s) hərəmlərində dayanmaq. 6. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, 7. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir: 32-ci \"Səcdə\" surəsi; 41-ci \"Fussilət\" surəsi; 53-cü \"Nəcm\" surəsi; 96-cı \"Ələq\" surəsi.


Hicabda çənənin altını örtmək barədə bütün müctəhidlərin baxışını yazın?


Hicabda çənənin altını örtmək barədə bütün müctəhidlərin baxışını yazın? Hicabda çənənin altını örtmək barədə bir neçə müctəhidin baxışını:
İmam Xomeyni, Ayətullah əl-üzma Bəhcət,Təbrizi, Xamenei, Fazil və Məkarim həzrətləri:
Çənənin altının, boğazın, qulağın, sinənin və biləyə qədər qolun yuxarı tərəfdən açıq olması qadınlar üçün icazəli deyildir və bu yerləri də naməhrəmdən örtməlidirlər.
Ayətullah əl-üzma Sistani: Çənənin alt tərəfinin adətən məqnə, yaxud rusəri (yaylıq) örtdükləri zaman adətən açıq qalan miqdardan əlavə hissələri, eləcə də boyunun, qulağın, sinənin və əllərin biləkdən yuxarı hissəsnin görünməsi qadınlar üçün icazəli deyil.


Orucun hökmlərindən 8 məsələ:


Orucun hökmlərindən 8 məsələ: Orucun hökmlərindən 8 məsələ:
1- Orucun vacib olmasının birinci şərti həddi büluğa çatmaqdır, Sırf zəiflik üzündən bir nəfər tuta bilməsə onun qəzası boynunda qalır, 2-Yenicə həddi buluğa çatmış qızların həddi buluğ yaşı 9 yaş hicri qəməri tarixi ilə hesablanır, oruc vacib olan halda o günü oruc tutacaq, Amma orucu tutmaq gündüzlər onlara zərər yеtirsə və ya dözülməz vəziyyət yaratsa, onda onlara oruc açmağa icazə vеrilir. 3-Orucun nə zaman vacib olduğunu bilməyən şəxs elə həddi buluğ yaşından qəzasını tutmalıdır. 4-Zərər qorxusu gümanı ilə oruc tutmayan və ya orucunu pozan şəxsə fərz olunan halda ona qəzadan əlavə kəffarə də vacib olar. 5- Səfərə gеtmək üzrü ilə ramazan ayının orucunu tutmayan və üzrü növbəti ramazan ayına qədər davam еdən şəxsə təkcə qəza vacibdir və fidyə lazım dеyildir. 6-Oruclu halda irtimasi qüsl onun oruc olmasını unutması və yaddan çıxarması ucbatından olsa, onda oruc və qüslü düzgündür və orucunun qəzası vacib dеyildir. 7-Qadın xəstəlikləri oruc saatlarının hansı vaxtında olsa oruc batil olur. 8-Vacib oruc qəzası olan şəxsə müstəhəb oruc tutmağa icazə verilmir.


Müntəzir xanımların xüsusiyyətləri hansılardır?


Müntəzir xanımların xüsusiyyətləri hansılardır? Xanımlar – zəirf və incə məxluqlardırlar. Ancaq unutmaq lazım deyildir ki, sadəcə hisslərlə yaşamaq kifayət deyildir. Həyatda çox zaman hissləri kənara qoyub, ağılla qərar çıxartmaq lazımdır. İmam Zaman ağanın (ə.f) intizarında olan xanım – o xanımdır ki, müştərək həyatda öz həyat yoldaşı ilə həm ağılla rəftar edər, həm də hissləri ilə. (Tebyan) Bəs intizarda olan xanım necə olmalıdır?
1. Həyat yoldaşına itaət etməlidir. İmam Əli (ə): “Allaha and olsun ki, o zaman ki, Zəhrayi-Mərziyyə (s.ə) sağ idi, heç bir mövzuda mənə itaətsizlik etməzdi”. 2. Allaha itaətdə ən yaxşı yavərdir. İmam Əli (ə) buyurmuşdu: “Həyat yoldaşım Allaha itaət və bəndəlik yolunda ən yaxşı yavərimdir”. 3. Ərindən gücü çatanı istəmək. Həzrət Zəhra (s.ə): \"Ey Əbəl Həsən! Aləmlərin Pərvərdigarından həya edirəm ki, sizdən elə bir işi istəyim ki, gücünüz çatan deyildir”. 4. Həyat yoldaşını gözəl adlarla çağırmaq. Həzrət Fatimə (s.ə) buyurardı: “Ey Əbəl Həsən! Canım sənə fəda olsun və özüm qurban olum”. 5. Yaxşı qadın xüsusiyyətləri. İmam Əli (ə) buyurur: “Ən yaxşı qadının beş sifəti olar: güzəştli, mülayim, uyğunlaşan, əri qəzəblənən zaman onu razı salmağa çalışan, əri olmayan zaman malını və abrını qoruyan”.


İmam Zaman ağanı (ə.f) tanımaq üçün 10 pillə hansılardır?


İmam Zaman ağanı (ə.f) tanımaq üçün 10 pillə hansılardır? İmam Əli (ə) bizlərə nəsihətində buyurmuşdur: “Canlarınıza zərif hikmətlərlə ruh bəxş edin. Çünki onlar da bədənlər kimi yorulur”. İmam Zaman ağa (ə.f) hər bir Əhli-beyt (ə) davamçısının İmamıdır və onu tanımaq üçün bir-bir nərdivanın pillələni qalxmalıyıq. (Tebyan)
Bu yolda Üveys Qəraninin tövsiyələrinə diqqət edək. O, da İmamını görməmiş, ancaq ona çatmışdır. 1. Allahla ünsiyyət. Bir nəfər Üveysə deyir: “İstəyirəm ki, səninlə həmsöhbət olum və səninlə ünsiyyət qurum”. Üveys deyir: “Sübhənallah! Təəccüb edirəm o kəsə ki, Allahı tanıyır və Allahla olmaqdan qəflət edir”. İnsanın munisə ehtiyacı vardır. Allah Təala - insanın daimi Munisidir. Hər bir zaman və hər bir yerdə insan Onun həmsöhbəti ola bilir. 2. Quranla yaxın olmaq. Üveys deyir: “Heç kəs Quranın yoldaşı olmaz, məgər ayağa qalxan zaman o kəsə bir şey əlavə olar və ya ondan bir şey əskilər. Quran möminlər üçün şəfa və rəhmətdir. Zalımlara ziyan və xusranı artırar”. 3. Nəsihəti eşitmək. 4. Ürəyi yetişdirmək. 5. Günahı tanımaq. 6. Ölümə inam. 7. Axirət azuqəsi. 8. Xoşbəxtlik məcunu. 9. İctimai məsuliyyət. 10. Vilayəti qəbul etmək.


Allah eşqinə mane olan pərdələri kənara atmaq üçün nələr etmək lazımdır?


Allah eşqinə mane olan pərdələri kənara atmaq üçün nələr etmək lazımdır? Allahın eşqini isə qəlb gözü qarşısındakı pərdələri açmadan görmək mümkün deyil. Bu hicabı hansı yollarla kənara çəkmək üçün yollar:
1. Allahın sifətlərini düşünmək; 2. Etiqadi kitablar oxumaq; 3. İstər Əhli-Beytdən (ə) nəql olunmuş dua və minacatlarla, istərsə səmimanə şəkildə Allahla söhbət etmək; 4. Gündəlik işlərdə Allahın razılığını düşünmək, Onunla danışıb, Onun razılığını qazanıb addım atmaq; 5. Bir ömür həyatını ilahi eşqi qazanmağa sərf etmiş arif və övliyaların həyatını mütaliə etmək; 6. İmam və övliyaların ziyarətinə getmək; 7. Namaz, oruc, sədəqə kimi xeyir işlər görmək. Naqis də olsa Allah övliyalarına ziyarət hədiyyəsi vermək.


İlahi məhəbbətə çatdıran amillər hansılardır?


İlahi məhəbbətə çatdıran amillər hansılardır? İlahi məhəbbətin əldə olunmasında mərifət və ibadət ən təsirli amillərdir. İlk addımda məhəbbət mərifətlə şərtlənir. Məhbubu tanımadan sevmək olmaz. Bir az da dərinə getsək, ibadət daha artıq mərifət və məhəbbət əldə etməyə köməkçi olur. İlahi məhəbbəti gücləndirmək üçün ariflərin tövsiyələrini yada salaq:
1. Xüsusi şəraitdə gözəl və həzin səslə Quran oxumaq; 2. Allah barədə düşünmək və onun zikrini davamlı etmək; 3. İlahi nemətlərə diqqət. Bu diqqət Allahın rəhmət və məhəbbətini görməyə kömək edir; 4. Yaranışdakı gözəlliklər və qəribəliklərin mütaliəsi; 5. Əhli-Beyt (ə), övliyalar, Allah dostları ilə ruhi və mənəvi rabitə; 6. Zikr, övliyalarla ünsiyyət məclislərində iştirak etmək; 7. Mərifət və eşq əhlinin əsərlərini, şeirlərini oxumaq.


Namazın qəbul olmasının 6 şərti nələrdir?


Namazın qəbul olmasının 6 şərti nələrdir? Hədislərdə oxuyuruq ki, bəzi günahlar, o cümlədən: şərab içmək, qeybət etmək, zina kimi iyrənc işlər namazın qəbul olmasına mane olar. Hədislərimizdə saleh əməllərin və namazın qəbul olmasının şərtləri vardır ki, onlara nəzər salaq. (Tebyan)
1-ci şərt: Allaha iman bəsləmək. “Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub ... “Maidə/5\". 2-ci şərt: Vilayət. İmam Baqir (ə) buyurur: “Hər kimin Allaha imanı vardır və taqəti çatan ibadətləri də yerinə yetirir, ancaq Allah tərəfindən İmamı olmazsa - səyləri faydasızdır”. 3-cü şərt: a). Təqva. b). Namazda qəlb hüzuru. İmam Baqir (ə) buyurur: “Namazda diqqətiniz Allahda olsun, çünki namazda o miqdar qəbul olar ki, sən ona diqqət etmisən”. 4-cü şərt: a). İnsanların haqqını əda etmək. İmam Riza (ə): “Hər kim namaz qılar, ancaq zəkat verməzsə namazı qəbul olmaz”. b). Halal və mübah əşya. İmam Əli (ə): “Ey Kumeyl! Nəzər salıb bax gör, nəyin üzərində namaz qılırsan və nəyin üzərində namaza dayanmısan. Əgər namaz üçün istifadə etdiyin şey halal və mübah deyildirsə, namazın qəbul deyildir”. 5-ci şərt: Başqalarına qarşı xeyirxah olmaq. İmam Sadiq (ə) buyurur: “Allah Təala buyurub: “O kəsin namazını qəbul edərəm ki, ... Bəndələrimə lovğalanmaz və aca yemək verər, paltarsızı geyindirər, müsibət görənə mehribanlıq edər və qəribə pənah verər”. 6-ncı şərt: Xoşrəftar olmaq, Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin əxlaqsız və əziyyətverən arvadı olar, Allah həmin qadının namaz və yaxşı işlərini qəbul etməz”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter