Peyğəmbərdən hədis: Bu beş dətsəni təhqir edən 5 zərəri görər?


Peyğəmbərdən hədis: Bu beş dətsəni təhqir edən 5 zərəri görər? Peyğəmbərdən (s) əhli-sünnətin müvəssəq hədislərində belə nəql olunur:
Hər kim beş dəstəni təhqir edərsə bu beş zərər və ziyanla üzləşər:
1-Hər kəs alimlərə (xüsusən din və xalqın xeyrinə çalışan) hörmətsizlik edərsə dinini əldən verər.
2-Hər kəs dünya hakim və şahlarını təhqir edərsə dünyasını əldən verər,
3-Hər kim qonşusuna etina etməsə, bir dəstə faydalardan məhrum olar.
4-Hər kim qohum-əqrəbalarını dəyərsiz hesablayarsa mədrliyini əldən verər.
5-Və hər kim həyat yoldaşını təhqir edərsə yaşayışın şirinliyik və ləzzətini əldən verər.
Mərhum Ayətullah Meşkininin nəsayeh kitabından.


Böyük Arif Şeyx Həsən Əli İsfahaninin 14 tövsiyəsi.


Böyük Arif Şeyx Həsən Əli İsfahaninin 14 tövsiyəsi. Şeyx Noxudəki çox vaxt gecələri sübhədək oyaq qalardı. 11 yaşından ömrünün sonunadək ildə üç ay ardıcıl və beyz günləri oruc tutub.
Şeyx Noxudəkinin 14 tövsiyəsi: 1.Yövmiyyə (gündəlik) namazlarını vaxtında qıl; 2.Xalqın istəyini yerinə yetirmək üçün çalış və düşünmə ki, hansısa iş əlindən gəlməz. 3.Seyidləri əziz tut, 4.Gecə namazını unutma, təqvalı ol; 5.O qədər oxu ki, təqliddə azad olasan; 6.Məkruh işlər bəndəni alçaldır, müstəhəb işlər onu yüksəldir – bunu unutma; 7.Əgər seyr-sülukda bir məqama çatmışamsa, gecələr oyaq qalmaq, müstəhəbə əməl etmək, məkruhları tərk etməyin bərəkətidir. 8.İki şeyə diqqətli ol: halal ruzi və namaza diqqət. Bu iki şərt ödənsə qalan işlər düzələr. 9.İki tülu arasında (sübhdən gün doğana qədər) vaxtı 4 yerə böl: zikr üçün, dua üçün, Quran qiraəti üçün, ötən günün əməllərini fikirləşmək üçün. 10. Az da olsa hər gün sədəqə ver. 11.Zikrdən qabaq salavatla qəlbinizi hazırlayın; 12.Gecə ibadətinə müvəffəq olmaq, çətinliklərin həlli üçün hər sübh Quran, xüsusilə Yasin oxu; 13.Pis adamlarla ünsiyyətdən yaranan istilik salehlərlə ünsiyyət vasitəsilə aradan qalxar; 14.Günahkarla yaxınlıqdan çəkinmək tapşırılıb. Bir vəsvəsənin zərərini uzun illərin zəhməti ilə aradan qaldırmaq olmur…


Ramazan ayının müştərək əməlləri nələrdir?


Ramazan ayının müştərək əməlləri nələrdir? Mübarək Ramazan ayının müştərək əməlləri:
1-ci qisim həcc duası hər vacib namazdan sonra, Ya əliyyul ya əzim... duası (Günahları bağışladar) Eləcə də bu duanı imkan həddə: Allahummə ədxil əla əhlil-qubris-surur, Allahummə əğni kullə fəqir. Allahummə əşbi kullə cai. ...
2-ci qism qisim əməllər,
Ramazan ayının gecələrində yerinə yetirilən əməllərə məxsusdur. 1. İftar: Şam namazını qılandan sonra iftar etmək müstəhəbdir. 2. Haram və şübhəsiz olmayan şeylərlə iftar edə. 3. İftar edərkən, iftar dualarını oxusun. O cümlədən aşağıdakı duanı: Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və ələykə təvəkkəltu 4. Birinci tikəni ağzına qoyanda desin: Bismillahir-rəhmanir-rəhim ya vəsil-məğfirəti iğfirli. 5. İftar vaxtı mübarək Qədr surəsini oxumaq. 6. İftar vaxtı, oruc tutanlara iftar vermək, hərçənd bir neçə xurma ilə olsa belə. 7. Hər gecə min dəfə mübarək Qədr surəsini oxumaq. 8. Hər gecə yüz dəfə “Duxan” surəsini oxumaq. 9. Seyyid rəvayət etmişdir ki, mübarək ramazan ayının hər gecəsi bu duanı oxuyan şəxs qırx illik günahları bağışlanar. 10. Hər gecə məğribdən (namazdan) sonra həcc duasın oxumaq.


İmam Əlinin (ə) hədisində gəncləri doğru yoldan ayıran səbəblər!


İmam Əlinin (ə) hədisində gəncləri doğru yoldan ayıran səbəblər! Həzrəti Əmirəlmöminin Əli ibn Əbi Talib (ə) buyurur: Gənclərin doğru yoldan ayıran səbəblər ibarətdirlər:
1- Məlumatsızlıq 2- Şəhvət 3- Pis insanlardan təqlid etmək
4- Həddindən artıq əsəbilik və qəzəb, 5- Üstünlük qazanmaq duyğusu
6- Çoxluq istəyi 7- Qürurlanmaq 8- Ailə tərbiyəsindən məhrum olmaq 9- İmanın zəif olması.


Oruclu halda başı suya batırmağın hökmləri haqda yazın?


Oruclu halda başı suya batırmağın hökmləri haqda yazın? Oruc tutan halda Başı suya batırmaq
1. Əgər oruc tutmuş şəxs bilərəkdən başını tam suya batırsa vacib ehtiyata əsasən orucu batil və qəza olunmalıdır, 2. Başı suya batıran zaman bədənin suda olub-olmamasının məsələyə təsiri yoxdur, 3. Başın bir hissəsini suya batırıb çıxarıb, sonra o biri hissəsini batırıb çıxarsa oruc batil olmaz. 4. Əgər başı suya batırsa, amma tüklərindən bir hissəsi sudan bayırda qalsa oruc batil olmaz. 5. İnsan şübhə etsə ki, başı tam suya batıb yoxsa batmayıb, orucu düzgündür. 6. Əgər oruc tutan şəxs bilmədən suya düşsə və başı tam suya batsa, orucu batil olmaz. Amma dərhal başını sudan çıxarmalıdır. 7. Bir şəxs üzgüçülük libası geyinsə, suya girəndə bədəni islanmasa, bu libas başına möhkəm yapışsa, orucunun düzgünlüyü iradlıdır, qəza tutmalıdır, 8. Qabdan başa su tökmək orucu pozmur.


Oruclu halda Yemək və içməyin hökmlərindən yazın?


Oruclu halda Yemək və içməyin hökmlərindən yazın? Yemək və içmək
1. İnsan bilərəkdən, agahlıqla bir şey yesə və ya içsə onun orucu batil olar, istər halal və ya haram bir şey yesin və ya içsin, 2. İnsan dişlərinin arasında qalmış bir şeyi oruc olduğu zaman bilərəkdən udsa orucu batildir. 3. İnsan bilmədən bir şey yesə və ya içsə orucu batil olmaz. 4. Ağız suyunu udmaq orucu batil etmir. 5. Vacib ehtiyat budur ki, oruc tutan şəxs gücləndirici ampulların ineksiyasından (iynə vurdurmaqdan) çəkinsin. 6. Vacib ehtiyat budur ki, oruc tutan şəxs burun yolu və dilin altı ilə qəbul olunan narkotik maddələrdən (o cümlədən dərmanların maddələrində olanları qəbulu) çəkinsin. 7. Əgər yemək yediyi zaman başa düşsə ki, artıq sübh olub, ağzındakı tikəni çıxarmalıdır. 8. Baş və sinədən gələn bəlğəm, qatı maye nə qədər ki ağıza çatmayıb orucu batil etməz. Amma ağıza daxil olsa vacib ehtiyat budur ki, tüpürülsün. 9. Qan təzyiqinə qarşı həb qəbul etmək vacibdirsə oruc tutan şəxs həb qəbul edə bilər. Amma bu dərman orucu batil edir. Müalicə məqsədi ilə həb atmaq da yemək sayılır. 10. Damağdan gələn qan nə qədər ki udulmayıb orucu batil etməz. Əgər ağız suyuna qarışıb itsə onu udmağın eybi yoxdur.


Orucluqda cənabət, heyz və nifas halında sübh azanına qədər qalmağın hökmləri.


Orucluqda cənabət, heyz və nifas halında sübh azanına qədər qalmağın hökmləri. Cənabət, heyz və nifas halında sübh azanına qədər qalmaq
1. Bir şəxs ramazan gecəsi cünub olsa sübh azanından qabaq qüsl verməlidir, əks halda orucu batildir. 2. Cənabətli şəxs ramazan ayı günlərində qüsl verməyi fəcr tülusuna qədər yaddan çıxarsa, cünub halda səhəri açsa orucu batildir. 3. Bir şəxs cünub olmağın orucu batil etdiyini bilmədiyindən bir neçə gün bu halda oruc tutsa tutduğu oruclar batil və qəzası vacibdir. 4. Əgər bir şəxs mübarək ramazan ayında murdar su ilə qüsl versə, bir neçə gün sonra həmin suyun murdar olduğunu bilsə, tutduğu oruclar düzgündür. 5. Bir şəxs ramazan ayında gecə qüsl verməyə vəzifəlidirsə, vaxt dar olduğundan və ya su ona zərər etdiyindən qüsl verə bilməsə qüsl əvəzinə təyəmmüm etməlidir. 6. Oruc halda yuxuda cünub olsa, orucu pozulmaz. 7. Bir şəxs oyaq halda cünub olsa, ya yuxuda cünub olduqdan sonra oyansa, yatsa sübh azanına qədər oyanıb qüsl üçün oyana bilməyəcəyini bilsə, qüsl verməmişdən qabaq yata bilməz. 8. Əgər qadın aylıq adətdən və doğuş qanından pak olubsa qüsl verməli, əgər sübh azanına qədər ramazan ayında qüsulü təxirə salsa orucu batildir. 9. Oruc tutmuş qadın gündüz vaxtı özündə heyz və ya nifas qanı görsə orucu batil olar. Qüruba az qalsa da orucu batildir.


Altı dəstə insanlar bu xüsusiyyətlərinə görə əzab olunacaqlar!


Altı dəstə insanlar bu xüsusiyyətlərinə görə əzab olunacaqlar! İslam Maarifinə əsasən bəzi insanlar xüsusiyyətlərinə görə Allahın ağır əzabına düçar olacaqlar. Bu haqda İmam Əli (ə) nurlu kəlamlarından birində belə gəlimişdir.
إِنَّ اللّهَ یُعَذِّبُ سِتَّةً بِسِتَّة : أَلْعَرَبَ بِالْعَصَبیَّةِ وَ الدَّهاقینَ بِالْکِبْرِ وَ الْاُمَراءَ بِالْجَوْرِ وَ الْفُقَهاءَ بِالْحَسَدِ وَ التُّجّارَ بِالْخِیانَةِ وَ أَهْلَ الرُّسْتاقِ بِالْجَهْلِ.
\"Allah altı dəstəni bu xüsusiyyətələrinə görə əzab edər: 1-Ərəblərin çoxunu cahilanə təssüblərinə görə, 2-kəndlərin xanlarını təkəbbürlüklərinə görə, 3-Hakimləri zülmlərinə görə, 4-Alimləri paxıllıqlarına görə, 5-Tacirləri alış-verişdə xəyanətlərinə görə, və 6-Kəndliləri cahilliklərinə görə. (Yəni ilahi borclarını bilmək üçün kəndlilər cahillikdən çıxmaq yolunda heç bir addım atmadılar deyə).


İmanın neçə sütunu var biri olmasa başqaları da dağılar?!


İmanın neçə sütunu var biri olmasa başqaları da dağılar?! Əmirəl-möminin (ə) buyurur: “İmanın dörd sütunu vardır və onlardan biri olmazsa, naqis olar.
1. Birinci sütun odur ki, insanın həyatdakı pənahı Sübhan Allah olsun. Ondan başqa heç kəsə söykənməsin.
2. İkinci sütun budur ki, insan bütün işlərini Allaha tapşırar.
3. Üçüncü sütun – insanın İlahi təqdirə razı olması və İlahi qəzanı qəbul etməkdir.
4. Dördüncü sütun odur ki, bəndə Allah Təalanın əmrinə təslim olar”.


Təvəkkülün mərhələlərini yazın?


Təvəkkülün mərhələlərini yazın? Təvəkkül sözünün mənası vəkil seçməkdir. Yəni, başqasına etimad edib, onu öz vəkili qərar vermək. (Tebyan) Allaha təvəkkül etmək dedikdə isə, çalışqan insanın işini Allaha tapşırması nəzərdə tutulur. Allah onun ehtiyaclarından xəbərdardır. Hər bir çətinliyi həll etmək qüdrətinə malikdir. Təvəkkülün mərhələləri vardır:
1. Təvəkkülün ilk mərhələsi. Yəni, insan işin bir hissəsini özü yerinə yetirər və həmin işin səmərəyə çatmasında elə o miqdarda özünü təsirli hesab edər. İşin nəticəsini isə Allaha tapşırar. İnsanların əksər hissəsi bu təvəkkülə etiqad bəsləyirlər. 2. Təvəkkülün ikinci mərhələsi. Bu təvəkkül xüsusi insanlara aiddir. O kəslər ki, Allah Təaladan başqa səbəb tanımazlar, həyatda olan bütün feyz mənbəyini Onda görərlər. Onların nəzərində heç bir başqa səbəbin əhəmiyyəti yoxdur və onlar əməl tövhidinin ən kamil mərhələsinə çatıblar. 3. Təvəkkülün üçüncü mərhələsi. Təvəkkülün üçüncü mərhələsi xüsusi xas insanların təvəkkülüdür. Bu mərhələdə insan təslim, riza məqamına çatmış olar. Bu məqama çatmaq çox çətindir. Elmi və əməli təmrinə ehtiyacı vardır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter