Övliyaların məqamına çatmaq üçün İmam Səccad (ə) hansı tövsiyələri buyurur?


Övliyaların məqamına çatmaq üçün İmam Səccad (ə) hansı tövsiyələri buyurur? İmam Səccadın (ə) bir çox məktub şəklində olan moizələri vardır. Bu məktublardan birini İmam Baqir (ə) bizlərə belə təqdim edir. Bu məktub Quran ayəsi ilə başlayır: “Bilin ki, şübhəsiz, Allahın dostları və yaxınları üçün (axirət aləmində) nə bir qorxu var və (onlar) nə də qəmgin olarlar”. (“Yunus” 62).
Bu ayədən belə görünür ki, əziz İmam (ə) İlahi övliyalar haqqında söz açacaqdır. Bu, elə bir məqamdır ki, ona çatan hər bir insana nə bir qorxu olar və nə də axirətləri üçün qəmgin olarlar. Bu, elə bir məqamdır ki, Allaha ona görə həyatlarına bərəkət verər və Qiyamətləri üçün savabı qoruyub saxlayar. Bu məqama çatmaq üçün İmam (ə) bizə yollar göstərir. Bəs bu yollar hansıdır? 1. İlahi vacibata əməl etmək. 2. Peyğəmbər (s) sünnətinə əməl etmək. 3. Günahdan çəkinmək. 4. Dünyadan əl çəkmək. 5. Halal ruzi qazanmaq üçün səy göstərmək. 6. Allah yolunda infaq etmək.


Meysəm Təmmar Əmirəlmöminin (ə) səhabəsi sirlər bilicisi olub!


Meysəm Təmmar Əmirəlmöminin (ə) səhabəsi sirlər bilicisi olub! Əvvəldə qeyd etdiyimiz kimi, Meysəm bir çox gələcək hadisələrdən xəbərdar olmuşdur. O öncədən xəbərlər vermiş, gizli sirlərdən məlumatlı olmuşdur. Meysəm bağlı naməni oxuyur və eşitmədiyi sirri danışardı. Bütün bunları mövlası Əlidən (ə) öyrənmişdi. Özünün və başqalarının taleyindən xəbərdarlıq, gələcəkdə baş verəcək hadisələr haqqında agahlıq, onun Həzrət Əlidən (ə) öyrəndiyi elmlərdən idi. Həzrət Əli (ə) bu sayaq bilikləri yalnız böyük ruh, yüksək istedad və tutuma malik dostlarına öyrədərdi. Belə adamları \"Əshabe-sirr\" adlandır-mışlar. Meysəm də bu zümrəyə daxil idi. Meysəm bir hadisə haqqında öncədən necə deyərdisə, həmin hadisə o şəkildə də baş verərdi. Bu öncə görmələrdən bəzilərini xatırlayaq:
1- Öz şəhadətini öncədən görməsi; Meysəm dəqiq bilirdi ki, nə vaxt necə, kim tərəfindən öldürüləcək. 2) Müaviyənin ölüm xəbəri; Əbu Xalid Meysəmlə bir gəmidə olduğu zaman tufanın baş verməsi ilə Müaviyənin ölməsi xəbərini verdi və bir həftə sonra Meysəmin bu sir və ön xəbəri təsdiqləndi. 3) Muxtarın qiyamı; Meysəm Muxtarla Kufədə eyni zindanda olanda ona dedi: \"Sən zindandan çıxacaq, Hüseyn ibn Əlinin qanını almaq üçün qiyam edəcək və İbn Ziyadı öldürəcəksən.\" 4) Kərbəla hadisəsi. Cəbələ Məkki adlı bir qadın nəql edir ki, Meysəm Təmmar demişdi: \"Bu ümmət Peyğəmbər (s) qızının balasını Məhərrəmin onuncu günü qətlə yetirər və Allah düşmənləri bu günü mübarək sayar. ...


Cümə namazı haqqında 40 hədis!


Cümə namazı haqqında 40 hədis! Kim üç həftə ardıcıl üzürsüz səbəbdən cümə namazını tərk etsə...
Hədis 1. Həzrət Peyğəmbər (s) buyurur: Allah-Taala cümə namazını sizə vacib etdi. Kim mən həyatda olduğum zaman və ya məndən sonra cümə namazını yüngül sayıb və ya inkar edib atsa Allah onu pərişan edər, işinin bərəkəti olmaz. Bilin ki, onun namazı qəbul olmaz. Bilin ki, onun zəkatı qəbul edilməz. Bilin ki, onun istəkləri qəbul olunmaz. Bilin ki, onun yaxşı əməlləri qəbul olunmaz. Əgər tövbə edib bir də cümə namazını tərk etməsə, onu yüngül saymasa, inkar etməsə durumu dəyişər. (Vəsailuş-şiə, c. 5, səh. 7)
Hədis 2. Həzrət Peyğəmbər (s) buyurur: Dörd şəxs həyata yenidən başlayar: Xəstəlikdən sağalan şəxs, İslamı qəbul edən müşrik, həcc əməllərini başa vuran şəxs, cümə namazını qılıb yola düşən şəxs. (Biharul-ənvar, c. 86, səh.197)
Hədis 3. Həzrət Peyğəmbər (s) buyurur: Bir mömin dedi ki, dəfələrlə həccə getmək istəyib, amma tövfiq əldə etməyib. Ey Mömin!, Daim cümə namazında ol, cümə namazı imkansızların həccidir. (Vəsailuş-şiə, c. 5, səh.5) ...


Nimeyi Şəban (İmam Zamanın (əc) doğum) günündə xüsusi əmələr varmı?


Nimeyi Şəban (İmam Zamanın (əc) doğum) günündə xüsusi əmələr varmı? Şaban ayının on beşi \"Nimeyi Şəban\"da (İyul ayının 4-dən 5-nə keçən gecə) Zamanın sahibi Həzrəti Məhdi (ə.f) dünyaya gəlmişdir. Bu gecə üçün bir çox əməllər zikr olunmuşdur:
1. Qüsl, 2. Əhya saxlamaq (istiğfar, dua və s.) 3. Ziyarət İmam Hüseyn (ə) ziyarəti, Ən azından üstü açıq bir yerə çıxaraq belə ziyarət edin: \"Əssəlamu Əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahu və bərəkətuhu\"). 4. Şaban ayının salavatı (\"Məfatihul-Cinan\" kitabında qeyd edilib), 5. Kumeyl duası, 6. Bu zikrləri ardıcıl olaraq demək: \"Subhanəllah\", \"Əlhəmdulillah\", \"Allahu Əkbər\", \"La İlahə İlləllah\" (hərəsi 100 dəfə), 7. İki rəkət namaz (1-ci rəkətdə \"Həmd\"+ \"Kafirun\", 2-ci rükətdə \"Həmd\" + \"İxlas\"). Namazdan sonra deyilir: \"Subhənallah\" 33 dəfə, \"Əlhəmdulillah\" 33 dəfə, \"Allahu Əkbər\" 34 dəfə. 8. Cəfər-Təyyar namazını qılmaq, 9. Yüz rəkətli namaz (hər rəkətdə \"Həmd\" + 10 \"İxlas\"), 10. Səcdədə bu duanı oxumaq: \"Səcədə ləkə səvadi və xəyali və amənə ...


Nimeyi-Şəban nə günüdür?


Nimeyi-Şəban nə günüdür? Nimeyi-Şəban gecəsi şox mübarək bir gecədir. İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuşdur ki, İmam Məhəmməd Baqirdən (ə) Nimeyi-Şəbanın fəziləti haqqında sual edirlər. Sualın cavabında İmam bu gecənin qədr gecəsindən sonra gecələrin ən fəzilətlisi olduğunu buyurur: O gecə də Allah-Taala bəndələrinə öz fəzilətindən əta edər və onları minnət və kərəmilə bağışlayar. Buna görə də Allah-Taalaya yaxınlaşmaq üçün bu gecə səy və çalışqanlıq göstərin. O bir gecədir ki, Allah-Taala müqəddəs zatına and içmişdir ki, günahdan başqa nə istəsə, onun əlini boş qaytarmayacaqdır. Haqq-Taala Peyğəmbərimiz (s) üçün qərar verdiyi Qədr gecəsi müqabilində o gecəni (Nimeyi-Şəbanı) bizlər üçün qərar vermişdir. Buna görə də Allah-Taalaya dua və səna etməkdə çalışın. Bu gecənin bərəkətli olma səbəblərindən biri də budur ki, Həzrət Sahibi-Əsr İmam Zamanın (əc) səadətli mövludu bu gecənin səhər çağlarına təsadüf edir. Bu mübarək hadisə 255-ci hicri təqvimilə Samirra şəhərində baş verərək bu mübarək gecənin daha da şərafətinin artmasına səbəb olmuşdur. Tərcümə etdi: Fərid Abdullah


Peyğəmbər qiyamət əlamətləri haqda nələr buyurur?


Peyğəmbər qiyamət əlamətləri haqda nələr buyurur? Peyğəmbərin qiyamət əlamətləri haqda buyurduqları:
1. Bir zaman gələcək, insanlar halal, haram düşünməyəcəklər. 2. Rüşvət hədiyyə adi altında veriləcək, 3. \"Peyğəmbərəm\" deyən insanlar meydana çıxacaq, 4. \"Məndən bir hədis söylənincə\" \"Rasululllah bunu söyləməz, 5. \"Qurandan başqa dəlil qəbul edə bilmərəm\" deyənlər çıxacaq. 6. Kafirlər üçün gələn ayələri Müsəlmanları günahlandırmaq üçün istifadə edəcəklər. 7. Sünnət bidət kimi çirkin, bidət sünnət kimi rəğbət qazanacaq. 8. Məscidlərdə mindən çox insanın içindən bir müsəlman belə olmayacaq. 9. Sonra gələnlər əvvəlki alimləri cahilliklə günahlandıracaq. ...


HZ.Peyğəmbərdən valideyinlərə 40 nəsihət...


HZ.Peyğəmbərdən valideyinlərə 40 nəsihət... HZ.Peyğəmbərdən valideyinlərə 40 nəsihət:
1. Nəsihət: İmanınızı xeyirli gözəl əməllərdə dünyaya əks etdirin. 2. Yuvanızı qarşılıqlı sevgi rəhmət və şəfqət təməlləri üzərinə qurun. Yuvanızdan sevgi və rəhməti əskik etməyin. 3. Yuvanızı İslam nuruyla işıqlandırın, 4. Ailə ətrafınızı sadiq və saleh insanlarla təchiz edin. 5. Özünüzü və ailənizi atəşdən və hüsrandan qoruyun. 6. Dünyaya gözlərini yeni açan balanızın qulağına azan oxuyun. 7. Uşaqlarınıza gözəl adlar verin. 8. Balanızın dünyaya gəlişinə sevinin. 9. Analar uşaqlarınızı əmizdirin. 10. Atalar! Ailənizin gəlirini halal yoldan təmin edin və bunun bir ibadət bir əcr və mükafat yolu olduğunu bilin. 11. Uşaqlarınızı sevin və onlara sevginizi göstərin. 12. Uşaqlarınızı gözəl əxlaqla yetişdirin onları ərkəsöyün böyütməyin. 13. E gələrkən salam verin və uşaqlarınızı da salam verməyə alışdırın. 14. Yuvanızın içində gözəl dil istifadə edin. 15. Uşaqlarınıza ədalətli davranın. 16. Uşaqlarınıza dua edin onlara qarğış və ya lənət etməyin. 17. Uşaqlıqdan qaynaqlanan səhvlərini xoş görün. 18. Uşaqlarla zarafatlaşın. Uşaqlarınıza gözəl nümunə olun. 19. Nəsihət: Uşaqlarınıza gözəl sözlər və iman əsaslarını öyrədin. 20. Nəsihət: Uşaqlarınıza Quran öyrədin. ...


Günahı məhv etməyin 15 əməli vasitəsi hansılardır?


Günahı məhv etməyin 15 əməli vasitəsi hansılardır? Günahı məhv etməyin 15 vasitəsi
1. Düzgün etiqad. Həzrət Peyğəmbər (s) buyurur: “And olsun o Kəsə ki, məni insanları hidayət etmək üçün məbus etmişdir! Allah, Onun yeganə olmasına inanan şəxsi cəhənnəmdə daima saxlamaz, məgər onları şəfaət edər”. 2. İsitğfar. Həzrət Peyğəmbər (s) buyurur: “Tövbə edən Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günahı etməmişdir”. 3. Zikr. Həzrət Peyğəmbər (s) buyurur: “Elə bir dəstə yoxdur ki, (Allahı yada salar), məgər o halda ki, Allah Təala tərəfindən onlara nida çatar: “Qalxın! Allah pisliklərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahlarınızı bağışladı”. 4. Gecə namazı. “Və namazı günün iki tərəfində və gecənin gündüzə yaxın əvvəllərində qıl (sübh namazını günün birinci yarısında, zöhr və əsr namazlarını günün ikinci yarısında, məğrib və işa namazlarını isə gecənin əvvələrində qıl) ki, həqiqətən (namaz başda olmaqla) yaxşılıqlar günahları aradan aparır”. (“Hud” 114). - 5. Öz nəfsini danlamaq. 6. Salavat. 7. Ali-Muhəmmədlə (ə) dost olmaq. 8. Yaxşı əməl. 9. Səcdə etmək və məscidə getmək. 10. Dəstəmaz. 11. İlahi qorxu. 12. İlahi həddi yerinə yetirmək. 13. Gözəl əxlaq. 14. Oruc. 15. Düşünmək.


Həzrət Əli (ə) buyurur: \"Tövratdan 12 ayəyə gündə üç dəfə nəzər salıram!


Həzrət Əli (ə) buyurur: "Tövratdan 12 ayəyə gündə üç dəfə nəzər salıram! Həzrət Əli (ə) buyurur: \"(Musanın (ə) kitabı) Tövratdan on iki ayə seçib ərəb dilinə tərcümə etdim və gündə üç dəfə onlara nəzər salıram\"... 1. Ey Adəm övladı! Nə qədər ki, Mənim səltənətim əbədidir rəhbərlərdən, rəislərdən qorxun olmasın. 2. Nə qədər ki, Mənim xəzinələrim doludur, başqasına ümidvar olma. 3. Nə qədər ki, Məni tapırsan, başqası ilə ülfət yaratma, çünki, istənilən vaxt çağırsan sənə yaxın və sənə qarşı mehribanam. 4. Mən səni sevirəm, sən də Məni sev. 5. Nə qədər ki, Sirat körpüsündən keçməmisən arxayın olma. 6. Hər şeyi sənin üçün yaratmışam, səni isə Özüm üçün, Məndən necə qaçırsan?! 7. Səni ilk öncə torpaqdan, sonra nütfədən yaratdım, nütfəni çeynənmiş ət parçasına çevirib səni xəlq etdim. 8. Özünə xatir Mənə qəzəblənirsən, lakin, Mənə görə özünə əzəblənmirsən. 9. Mənim qoyduğum vəzifələri icra etmək sənin öhdənə düşür, sənin ruzin isə Mənim öhdəmə. Sən vəzifələrini yerinə yetirməkdən boyun qaçırsan da, Mən öz öhdəmdə olanı–bəndəmin ruzisini verməyi daim yerinə yetirirəm. ...


Günahları məhv edən 9 amil hansılardır?


Günahları məhv edən 9 amil hansılardır? Necə ki, saleh əməllər bəzi günahların vasitəsilə məhv olar, eləcə də bəzi yaxşı əməllər bəzi günahların aradan getməsinə səbəb olar. (Tebyan)
Quran ayələrində və hədislərdə günahın təsirini necə aradan aparmağın mümkün olduğuna aid məlumatlar vardır. Quran ayələrindən və hədislərdən belə nəticəyə gəlmək olur ki, iman, saleh əməl, tövbə, günahı tərk etmək – keçmiş günahları aradan aparmağın ən yaxşı yoludur.
Günahları məhv edən 9 amillər: 1. Gecə namazı. 2. Saleh əməl və iman. 3. Tövbə. 4. İstiğfar. 5. Böyük günahları tərk etmək kiçik günahların bağışlanmasına səbəb olar, 6. Hər bir yaxşı iş. 7. Təharət və qəlb hüzuru, 8. Xəstəliyə dözmək. 9. Müsibət. Narahatlıqlar, müsibətlər günahın təsirini aradan aparar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter