İmam Rzanın (ə) bacısı Həzrət Məsumə (s.ə) niyə Quma səfər edir?


... Xanımın Quma səfəri ilə bağlı qeyd edilir ki, o xanım, İrana məcburi gətirilən əziz qardaşı Həzrət Rzanı (ə) görmək üçün gəlmişdir. Təəssüf ki, bu görüş baş tutmamışdır. Xanım Məsumə (s.ə) Savəyə çatan zaman xəstələnir və göstəriş verir ki, onu Qum şəhərinə aparsınlar. O Xanım (s.ə) bu şəhərdə də vəfat edir. Əgər Xanımın (s.ə) yüksək ictimai məqamını nəzərə alsaq, görərik ki, onun İrana gəlməsi Məmunun (lən) hökumətini narahat etmişdir. Çox təəssüf ki, Həzrət Məsumə (s.ə) bu səfərdə möhkəm xəstələnir və qardaşı ilə görüşü baş tutmayandan sonra Quma getməyi qərara alır. Çünki bu şəhərin gələcək mövqeyindən xəbərdar idi. Yaxşı bilirdi ki, bu şəhər gələcəkdə dini maarifin mərkəzinə çevriləcəkdir. Xanımın (s.ə) ləqəblərindən biri Mühəddisə idi və bu da onun qeyb elmindən xəbərdar olmasını bir daha təsdiq edir. Ona görə də deyə bilərik ki, xanımın İrana səfərinin əsil məqsədi – qardaşı ilə görüşüb, ona Məmunun zülmündən yardım etmək olmuşdur.


Kərbəlada ZEYNƏBİ ÜZƏN XƏBƏR hansı hadisədən ibarət idi?


İmam Səccad (ə) buyurur: Atam şəhid olan günün gecəsi mən xəstə idim. Bibim Zeynəb mənimlə məşğul idi. Atam öz xeyməsinə getdi. Əbuzərin azad etdiyi qul Con onun yanında qılıncını tə`mir edirdi. Atam neçə dəfə bu şe`ri oxuyurdu: «Ey ruzigar bezmişəm səndən. Sən nə pis dostsan! nə vaxtacan səhər və axşam qanına qəltan olmuş (insan) arzu edəcəksən? Ruzigar heç kimi başqasının yerinə qəbul etmir. ölüm Allahın əlindədir və hamı ölüm yolu keçəcəkdir.» ...
İmam Hüseyn (ə) Zeynəbə baxıb buyurdu: «Əziz bacım! Sə`y et ki, Şeytan səbrini əlindən almasın.» Sonra isə gözləri dolmuş halda bu məsəli dedi: «Əgər ovçu Qəta quşunu rahat qoysaydı, yuvasında yatardı.» (Yə`ni düşmən bizdən əl çəkməyəcək.) Sonra bibim dilləndi: «Bizi daha çox ağrıdan odur ki, sənin üçün çıxış yolu olmaya və çarəsiz ölüm şərbətini içəsən.» Bunu deyəndən sonra o, huşunu itirib yerə yıxıldı.


İmam Hüseynin (ə) qızı Fatimənin qılıncdan kəskin sözü Yəzidin məclisini bir-birinə vurdu?!


Əsirlər saraya daxil olduqda Yezid öz “qalibiyyətini” nümayiş etdirmək məqsədi ilə İmamaın (ə) mübarək başını gətirməyi tələb edir. Saraydakı hər kəs Yezidi qələbəsinə görə təbrik edirdi. Lakin İmam Hüseynin (ə) böyük qızı Fatimənin öz əməli ilə qürrələnən yezidə və ordakılara üzünü tutub “Ey Yezid! Sən peyğəmbər ailəsini əsir etmisən!?” deməsi orda olanların sanki əhvalını dəyişdi. Hər kəs bir birinə qarışdırdı. Yezid taxtan enərək əlindəki əsa ilə İmamın (ə) mübarək başına vurmağa başladı. Bu zaman qadınları naləsi qalxdı. Hətta saray əyyanları belə dözə bilməyib etiraz etdilər. Vəziyyətin çətinləşməsini görən Yezid qorxaraq bu kimi alçaq hərəkətlərinə son verdi. Qorxaraq taxtına oturdu. Bu qorxu Yezidin Aşuradan sonrakı ilk qorxusu idi. Həmçinin bu, Müaviyyə və Yezid sülaləsi hakimiyyətinin məğlubiyyətinin başlanğıcı, Kərbəla hərakatının hədəflərinə doğru aparan ilk qələbə idi.


Aşurada hamı şəhid oldusa, Kərbəla hadisəsini dünyaya kimlər bəyan etmişdir?


... Bu faciəni nəql edən simalar ilə tanış olaq:
1. İlk növbədə - İmam Səccad (ə) və Həzrət Zeynəb (s.ə). O zaman 4 yaşı olan İmam Baqir (ə) də bu hadisəni nəql edən Məsumlar (ə) sırasındadır.
2. Həmid ibni Müslim Əzədi. Bu şəxs Ubeydullah ibn Ziyad (lən) ordusunun hadisələrini yazan şəxs olmuşdur. Nəql edilir ki, bu şəxs İmam Səccadın (ə) qətl edilməsinin qarşısını alan insan olmuşdur. Ona görə də Muxtar Kufəni ələ keçirən zaman ona aman vermişdi.
3. Düşmən ordusunun cinayətkarları. Kərbəla hadisəsinin bir çox cinayətkarları Muxtarın qiyamından əvvəl etdikləri əməllər ilə fəxr edir və onu insanlara iftixarla nəql edirdilər. Muxtar bu insanların bir-bir sorağına gedib, onları qətl etmişdi.


Kufə əhlinin Üç imama xəyanətinin səbəbi nə idi?


...Kufəlilərin rəftarlarının sözləri ilə uyğun gəlmədiyini tarix də etiraf edir. Belə ki, İmam Hüseyn (ə) Kufə əhlinin halı ilə maraqlanan zaman ona deyirlər: “Qəbləri səninlədir, ancaq qılıncları sənin əleyhinə çevrilmişdir”. Bu insanların ən zəif cəhətlərindən biri də budur ki, sözə tez inanan və düşməndən qorxan idilər. Ona görə də Müaviyyə (lən) onların bu sifətlərini işə salıb İmam Əliyə (ə) qarşı silah kimi çevirmişdi. Nəticədə İmamın (ə) ordusu qalib gəlməmişdi. Siffeyn döyüşü ilə bağlı yazırlar ki, o zaman ki, Müaviyyənin (lən) ordusu məğlub olmaq üzrə idi, Quranı nizələrə taxıb bu məğlubiyyətdən qaça bilmişdilər. Kufə əhli heç bir dövrdə öz rəhbərləri ilə bağladıqları əhdə vəfa etməmişdilər. Kufə əhlinin tarixini araşdıran zaman götürməli olduğumuz dərslərdən biri budur ki, səadət və xoşbəxtlik – vilayəti qəbul edib ona itaət etməkdədir. Cürətlə deyə bilərik ki, bəsirətsizlik Kufə əhlinin tənəzzül etməsinə səbəb oldu. Məhz bəsirətsizliyə görə bu cəmiyyət öz rəhbərinə yardım etmədi və düşməndən qorxdu.


İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.
Şəbəs, Peyğəmbər (s) nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq İbni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezid (lən) ordusunun piyadalarına rəhbərlik edir. Aşura hadisəsindən sonra öz məscidini bərpa edir və Muxtarın qiyamı zamanı gizlincə Kufədən qaçır. Bəsrəyə gedir və Muxtara qarşı çıxır. Muxtarın şəhadətindən sonra Zubeyrlilər ilə əlbir olur. Sonra Bəni-Üməyyəyə qoşulur. Nəhayət Kufədə cəhənnəmə vasil olur.


İmam Hüseynə (ə) xəyanət edən ilk şəxs kim olmuşdur?


Şəbəs, İmam Hüseyn (ə) qiyamı haqqında eşidən zaman məktubu imzalayan son kəslərdən olmuşdur. Ancaq o zaman ki, Ubeydullah Kufəyə gəlir, o, İmam Hüseynə (ə) xəyanət edən ilk insan olur. İbni Ziyadın yanına gedir və Müslimə qarşı olan dəstəyə başçılıq edir.
Şəbəs, Peyğəmbər (s) nəsli ilə vuruşmağın aqibətindən xəbərdar olduğu üçün Kərbəlaya getmir və özünü xəstəliyə vurur. Ancaq İbni Ziyad onu getməyə məcbur edir. O, Aşura günü Yezid (lən) ordusunun piyadalarına rəhbərlik edir. Aşura hadisəsindən sonra öz məscidini bərpa edir və Muxtarın qiyamı zamanı gizlincə Kufədən qaçır. Bəsrəyə gedir və Muxtara qarşı çıxır. Muxtarın şəhadətindən sonra Zubeyrlilər ilə əlbir olur. Sonra Bəni-Üməyyəyə qoşulur. Nəhayət Kufədə cəhənnəmə vasil olur.


Aşura qiyamının qalıcı olmasına təsir edən 3 amili hansılardır?


Bu inqilaba təsir qoyan amillər – iradə və İlahi təqdir idi. Allah bu hadisənin vasitəsilə dünya azadilərinə insanlığın, məhəbbətin, səbir və müqavimətin, izzət və şərəfin nümunələrini nümayiş etdirməyə çalışmışdır. Allah günəşin qarşısını alan maneələri aradan qaldırdı və Öz nurunu qalib etdi. İmam Hüseyn (ə) Allah nurundan idi və Allahın nuru qalıcı oldu.
-İmam Hüseynin (ə) ixlas və bəsirəti Aşura qiyamının ikinci amili olmuşdur. Bu iki amil sayəsində Kərbəla hadisəsi qalıcı və cavidan oldu. Bəsirət odur ki, hədəfini itirməyəsən və Kərbəla hadisəsi buna bariz nümunədir. Əslində Aşura hadisəsi bəsirət və ixlasın təcəllisi idi. (Tebyan)
-Aşura qiyamının qalıcı olmasına səbəb olan üçüncü amil isə bu qiyamın nicat verən olması idi. İmamın (ə) hədəfi – ümmətini zalımın əlindən xilas edib, ona nicat vermək olmuşdur. Hər kim nicat gəmisinə minər, xoşbəxt olar.


İmamın (ə) şəhadətindən sonra Kərbəlada hansı hadisələr baş verdi?


Məhərrəmin 10-da, Aşura günü İmamın (ə) bütün döyüşçüləri və Bəni-haşim gəncləri şəhid olur. Sonda İmamın (ə) özü zöhr vaxtı qətlə yetrilib, bütün şəhidlərin başları kəsilir, mübarək bədənləri üzərindən atlar çapılır ki, bununla da düşmənin kinli qəlbi soyumur...
İmamın (ə) şəhadətindən sonra Ömər Səd xeymələrə, qadın-uşaqlara hücum etmə əmri verir. Xeymələrə od vurulur, qadın və qızların əllərində və üzərində olanlar qarət edilir, qaçanlar döyülərək cəm edilib əsir edilir... Ömər Səd İmamın (ə) mübarək başını Xuli bin Yəzidə və Həmid bin Muslimə təhvil verib Kufə sarayına, İbn Ziyad məluna göndərir. Digər şəhidlərin hamısının başını bədənindən ayırıb, 72 baş toplayıb, nizələrə taxaraq Aşuranın səhərisi Kufə istiqamətində yola salırlar... Həmçinin bütün qadın və uşaqlar da əsir edilərək amansızlıq və kobud rəftarla, o cümlədən nizələrə taxılmış başlarla birgə Kufəyə tərəf yola salınır. Ömər Səd, əsirləri kəsik başlarla bir yerdə aparmaqla, o məzlum qadın və körpələrə daha artıq əziyyət verməyə çalışırdı...


Aşura gününün yeganə qadın şəhidi – Fədakar ana?!


Ummu Vəhəb Aşura günü birinci oğlunu, sonra isə Abdullahı itirir. Oğlu birinci dəfə meydana girib bir dövrə düşmənlə çarpışıb geri qayıdır və anasına deyir: Məndən razısanmı? Ummu Vəhəb cavab verir: Mən səndən o vaxt razı olaram ki, Hüseyn ibn Əlinin (ə) qarşısında şəhid olasan. Beləcə oğlu geri dönür və şəhid olur. Qəhrəman qadın oğlunun ardınca həyat yoldaşı Abdullahı itirir. Abdullah meydana girəndə Ummu Vəhəb əlinə böyük bir ağac alıb həyat yoldaşının köməyinə gedir və onu tək qoymayacağını bildirir. Hadisəni müşayiət edən İmam (ə) ona səslənir: -Ey Ummu Vəhəb Allah sənə xeyir versin. Geri qadınların yanına qayıt. Orada dayan. Cihad qadınlara vacib deyil. Ummu Vəhəb geri qadınların yanına qayıdır. Abdullah meydanda şəhid olanda o cəsur qadın həyat yoldaşının yanına gedir və onun başının üstündə oturub, üzünün qanını silir. Bunu görən məlun Şimr öz nökərinə əmr edir ki, qadını vursun. Qulam gedib Ummu Vəhəbin başından vurub öldürür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter