Sual: Dövrümüzdə məhdəviyyət mövzusunun hansı təsir və faydaları var?


Cavab: Bəziləri elə düşünürlər ki, məhdəviyyət mövzusunun araşdırılması hazırkı dövr üçün faydasızdır. Bir halda ki, Məhdəviyyət mövzusunun bu günümüz üçün bir sıra faydaları var və həmin faydalardan bəzilərini nəzərdən keçiririk:
1. Həzrət Mehdinin (ə) qiyamı mövzusu böyük bir ictimai və İslami fəlsəfəyə malikdir. Bu mövzu ilahamverici ideya olmaqdan əlavə İslam ideallarının tanınmasında çox münasib bir vasitədir. (Şəhid Mutəhhəri)
2. Bütün yer üzünü əhatə edəcək İslam hökumətinin qurulması vədi müxtəlif təsirlərə malikdir. İnsan həzrət Mehdinin (ə) əhatəli proqramlarından faydalanmaqla İslamın gerçək ideallarına yaxınlaşa bilər...


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır?


Həzrət Mehdinin (ə.f) qurduğu cəmiyyətdə hansı özəlliklər olacaqdır? Quran və hədislərimizin nəzərinə görə, Həzrət Mehdinin (ə.f) quracağı cəmiyyət ən kamil bir cəmiyyət olacaqdır. Bu cəmiyyətin ən bariz üç sifətləri nə olacaqdır?
1. Ədalət. Mübarək Ramazan ayının duasında oxuyuruq: “Məhdəvi ədaləti sayəsində heç bir insan qul olaraq qalmayacaqdır və hər kəsin haqqı ona veriləcəkdir”.
2. Rifah və rahatlıq. Hz Peyğəmbər (s) buyurur: “Mənim Əhli-Beytimdən (ə) olan kişi qiyam edəcəkdir və səmadan ona bərəkət nazil olacaqdır. Torpaq öz bərəkətlərini onun üçün üzə çıxardacaqdır”...


İmam Məhdinin (ə.f) zühurundan sonra kasıblar olacaqmı?


Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətim, Məhdinin (ə.f) zühuru zamanında elə nemətlər əldə edəcəklər ki, ondan əvvəl heç bir dövrdə əldə etməmişdilər. O ruzigarda səma çoxlu yağış yağdıracaqdır. Torpaq heç bir cücərəni qəlbində saxlamayacaqdır”. İmam Zamanın (ə.f) ədaləti hər yerə yayılacaqdır, o yerə qədər ki, carçıya əmr veriləcəkdir ki, cəmiyyət içində car çəksin: “Hər kimin nəyə ehtiyacı vardırsa, gəlib götürsün. Bir nəfər ayağa qalxacaq, gəlib maldan götürəcəkdir. Ancaq sonra peşman olacaqdır ki, (bu malla) nə etmək istəyirəm. Onu geri qaytaracaqdır”...


Həzrət Məhdi (ə.f), zühur zamanı neçə yaşında görünəcəkdir?


Yer üzü hüccətdən boş olmaz. İmam Zaman ağa (ə.f) buyurur: “Yer, heç bir zaman hüccətdən boş olmayacaqdır – istər o hüccət zahir olsun, istərsə də gizli”.
Əba Sələt İmam Rzadan (ə) nəql edir ki, buyurub: “Bizim Qaimin (ə.f) nişanəsi budur ki, qoca kişi yaşında olan bir cavandır. Belə ki, hər kim o Həzrəti (ə.f) görər, onu 40 yaşında və daha az hesab edər”. Mövla (ə.f), yollarda addım atar və insanlara salam verər. Əmirəl-möminin (ə) buyurur: “Əlinin (ə) Pərvərdigarına and olsun ki, Allahın hüccəti (ə) insanların arasındadır. Yollarında (küçələrində) addım atar, onlara salam verər, ancaq müəyyən vaxta və İlahi vədəyə qədər tanınmaz”...


İmam Zamanın (ə.f) bulud arxasında olan günəşlə müqayisəsi nə məna daşıyır?


Həzrət (ə) buyurur: “Necə ki, günəşdən bəhrələnərlər, o halda ki, bulud arxasında olar”. Günəşin bulud arxasında olmasının hansı faydaları vardır?
1. Onun nurunun sayəsində insanlar quyuya, dərəyə düşmürlər. Əgər İmam Zaman ağa (ə.f) olmasaydı, insanlar əməllərinə görə əzaba düçar olardılar.
2. O zaman ki, günəş bulud arxasında olar, insanlar onun çıxmasının intizarını çəkərlər. İmamın (ə.f) qeybi insanlara intizar halını aşılayır.
3. Bəzən günəşin bulud arxasında olması insanlar üçün faydalı olar. Bu yolla münafiqlər və kafirlər tanınar.


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq?


Zühur əsrində Allahın qeybi yardımları nələr olacaq? İmam Zaman ağanın (ə) idarəçiliyinin zəminələri əsrlər boyu hazırlanar və onun qurulması isə zühurun baş verməsinin ardınca həyata keçər. Bu ardıcıllıqlarla tanış olaq:
1. Qiyamın ani olması. İmam Məhdi (ə.f) o zaman zühur edər ki, düşmən qəflətdə qərar tutacaqdır. Ani qiyamın baş verməsi onları heyrətə salar və Həzrətin (ə.f) qələbəsi tez baş verər. Həzrət (ə.f) buyurur: “Həqiqətən, bizim məsələmiz ani şəkildə olacaqdır”. 2. Qeyb yardımının vasitəsilə işlər islah olacaqdır. Hədislərimizin buyurduğu kimi, İmam (ə.f) qiyam edən zaman Allah ona qeyb yardımları edəcəkdir. Qələbəsini asan və işlərini islah edəcəkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Məhdi (ə.f) – biz Əhli-Beytdəndir (ə). Allah onun (məsələsini) bir gecədə islah edəcəkdir”. Allahın qeyb yardımları bunlardır:
a). Düşmənin qəlbində qorxu yaratmaq. Allah düşmənin qəlbində elə qorxu yaradacaqdır ki, öz qüdrətlərini göstərə bilməyəcəklər.
b). Mələklər yardım edəcəkdir. Hədislərdə oxuyuruq: “Allah ona üç min mələklə yardım edəcəkdir”.


İmam Zaman ağanın (ə.f) qonaqlığında təam edən mömin kim olub?


İmam Zaman ağanın (ə.f) qonaqlığında təam edən mömin kim olub?Məşhur Əhli-Beyt (ə) alimlərindən biri olan Əbu Muhəmməd İsa ibni Məhdi Cövhəri nəql edir: “268-ci ildə eşitmişdim ki, İmam Zaman ağa (ə.f) İraqdan Mədinəyə köçmüşdür. Mən də Həzrəti (ə.f) ziyarət etmək və həcci yerinə yetirmək niyyətilə yola düşdüm. Mədinəyə gəlib çatdım və dostlarımla görüşdüm. Mənə bir evi göstərib dedilər ki, İmam (ə.f) orada sakin olur. Həmin evin yanına getdim və gözlədim ki, məğrib namazı gəlib çatsın. Namazı qıldım, Allahımla raz-niyaz etdim və dua etdim ki, Mövlamla (ə.f) görüşə bilim. Bu zaman evdən bir xidmətçi çıxdı və mənə yüksək səslə dedi: “Ey, İsa ibni Məhdi Cövhəri! Evə daxil ol!”. Mən çox sevindim və Allaha həmd edərək, evə daxil oldum. Mən evə daxil olan zaman böyük bir süfrə açıldığını gördüm və xidmətçi məni süfrənin yanında əyləşdirib, dedi: “Mövlam buyurmuşdur ki, bu yeməklərin hansından istəsən, ye”...


İmam Mehdinin (ə.f) doğulmasını necə sübut edək?


İmam Mehdinin (ə.f) doğulmasını necə sübut edək?İmam Mehdinin (ə.f) doğulması mövzusunda yəqinə çatmaq üçün aşağıdakı amillər nəzərə alınır:
1. İmam Mehdinin (ə.f) dünyaya gəlişi və bunula bağlı müjdəverici (insanları müjdələyən) xəbərləri uyğun (mütabiq) dəlillə sübut edilən hədislər. Onların toplusu 214 hədisdən ibarətdir (“Kəmalud-din” səh.407-408, 424-426 və 430-433).
2. İmam Mehdinin (ə.f) doğum ili barədə nəql edilmiş hədislər (“Biharul-ənvar”, c.51, səh.422).
3. Həmin ilahi şəxsə istinad edilən məktublar. Bu məktubların sayı onlarlarladır ki, bu haqda gələcək məqalələrdə danışacağıq.
4. Bəni-Abbas hakimiyyəti tərəfindən İmam Mehdini (ə.f) ələ keçirmək və onu qətlə yetirmək kimi siyasi təzyiqlərin müşahidə edilməsi.
5. Qısamüddətli qeyb dövründə dörd naibin varlığı və insanların onlar vasitəsi ilə İmam Mehdi (ə.f) ilə əlaqə saxlamaları...


Zühur zamanı Həzrət İmam Mehdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq?


Zühur zamanı Həzrət İmam Mehdinin (ə.f) edəcəyi ilk işlər nələr olacaq? Zühur zamanı əziz İmamın (ə.f) Məkkə şəhərində edəcəyi ilk işlər:
1. Tanıtmaq. İmam Səccad (ə) buyurur: \"O Həzrət danışacaq və deyəcəkdir ki, ey insanlar, mən filankəsəm, filankəsin oğluyam. Mən Peyğəmbərin (s) övladıyam. Sizi o şeyə dəvət edirəm ki, Allahın Peyğəmbəri (s) dəvət etmişdir”. 2. Təcavüzkarlara qarşı müdafiə. Hədisin ardınca deyilir: \"Ona hücum ediləcəkdir ki, onu öldürsünlər. 313 nəfər onu müdafiə edəcəkdir”. 3. İbadət. Müdafiə olunduqdan sonra rüknlə məqam arasında dörd rükət namaz qılacaqdır...
4. Beyət almaq. İmam Sadiq (ə) buyurur: \"Bu zaman səmadan onun adına nida gələcəkdir və o, məqamın arxasında olacaqdır. Səhabələri ona deyəcəklər: \"İndi sizin adınızla nida olundu, nəyi gözləyirsiniz?”. Bu zaman onun əlindən tutub ümumi beyət üçün gətirərlər. Həzrət gələr və Həcərul-əsvədə söykənər”...


İmam Zamanın (ə.c) həyatı neçə dövrədən ibarətdir?


İmam Mehdinin (ə) həyatı üç dövrdən ibarətdir:
1. Gizli həyat dövrü: Həzrətin gizli həyat dövrü doğum günündən atası İmam Həsən Əskərinin (ə) şəhadətinə (beş yaşına) qədər müddəti əhatə edir.
2. Qeyb dövrü: İmam Həsən Əskərinin (ə) şəhadətindən başlayıb, İmam Mehdinin (ə) Allahın icazəsi ilə zühur edəcəyi dövrə qədər müddəti əhatə edir. Əlbəttə, qeyb dövrü iki hissəyə bölünür: ...
3. Zühur dövrü (əsri): Qeyb dövrü bitdiyi zaman on ikinci İmam (ə.c.) Allahın icazəsi ilə zühur edəcək və dünyanı yaxşılıq, gözəllik, haqq və ədalətlə dolduracaqdır. Heç kim o İmamın (ə.c.) nə vaxt zühur edəcəyini bilməz və rəvayətlərdə onun zühur zamanını təyin edənlərin və “zühur vaxtını bilirəm” deyənlərin yalançı olduqları nəql edilmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter