İmamlara bəzi dualarda şərikəl-Quran deyilir, bu nəqədər doğrudur?


İmamlara şərikəl-quran xitab etmək bir çox dua və ziyarətnamələrdə gəlib. Şərikəl-quran demək həqiqətdə sünnü və şiənin mötəbər kitablarında Peyğəmbərdən (ə) nəql olan səqələyn hədisini məfhumudur. Peyğəmbər buyurub: “Mən iki qiymətli şeyi – Allah Kitabını və Əhli-beytimi sizin aranızda əmanət qoyuram. Necə ki, o (iki əmanət) sizinlədir, heç zaman haqq yoldan azmayacaqsınız. O ikisi, (Quran və Əhli-beyt) (axirətdə) Kövsər hovuzunun kənarında mənə qovuşacaq ana qədər bir-birindən ayrılmazlar.”
Bu hədisdə Quran və Əhli-beyt biri-birinin yanında qərar tapıb yəni əgər birini götürüb digərini kənara qoysaq azğınlıqdan nicat tapmağa və hidayət olmaq üçün kifayət etməz. İmamlar Quranı doğru təfsir edənlər və natiqi-quran və Quranın danışan dili və həmişə Quranla-dırlar. Peyğəmbər (s) buyurub: ”Əli Quranla birgədir və Quran da Əli birgədir.Bu ikisi Kövsər hovuzunun yanında mənə qovuşana qədər heç vaxt bir-birindən ayrılmazlar”. Bəs İmamlara şərikəl quran demək yanlış deyil.

Adətən iki şeyi ya iki nəfəri şərik biləndə nəzərdə üç şey tutulur:
1. Müştərək xüsusiyyətləri var 2. İşlərində şərikdirlər 3. Hədəf və məqsədləri birdir.
Quranla Əhli-beyti müqayisə etdikdə görürük ki, bu üç şeydə hər ikisi müştərəkdirlər. Hər ikisi insaın hidayəti üçün vasitədir, xətalardan uzaqdır, http://sual.nur-az.com/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter