Qəbir ustə türbə ve ya məbər tikməyin delili varmi?


Qəbr üstə türbə və ziyarətgah tikmək Peyğəmbər səhabələrinin arasında təbii və şəri bir məsələ idi ki tarixdə nəql olunub.

1. Peyğəmbərin (s) məzarı:
Peyğəmbər (s) vəfat etdikdə bir hücrədə (kiçik otaq) dəfn edildi. Əgər qəbirlər üzərində nə isə tikib ucaltmaq haram olsaydı, səhabələr Peyğəmbəri (s) dəfn etməzdən öncə onu uçurar sonra dəfn edərdilər. Çünki vəhhabilərə görə sözügedən tikililər büt hesab edilir. Elə buna görə də hər hansı bir tikilinin daxilində dəfn etməklə dəfndən sonra nə isə tikib ucaltmağın heç bir fərqi yoxdur. Peyğəmbərin (ə) məzarı üzərindəki tikili və günbəz o həzrət (s) dəfn edildiyi gündən günümüzə qədər mövcuddur.

2. Peyğəmbərin (s) dəfn edildiyi evdə divar yox idi. Orada ilk divar tikdirən şəxs Ömər ibn Xəttab olmuşdur

3. Ayişə həmin evdə özü ilə məzarlar arasında (ayırıcı) divar tikdirdi. O, bu divar tikildikdən öncə və sonra həmin evdə yaşayır və orada namaz qılırdı.

Müsəlmanlar Peyğəmbərin (s) məzarını ziyarət etdikləri zaman məzarın torpağından götürürdülər. Ayişə (məzarın dağılmasının qarşısını almaq məqsədi ilə) müsəlmanların məzarın torpağından götürmələrini əngəlləmək üçün divar tikilməsini tapşırdı və torpağın götürülməsi nəticəsində meydana gələn boşluğu doldutdurdu
4. Peyğəmbər, Həmzə şəhid olduqdan sonra qəbri üstə nişanə qoydu.

Quranda Kəhf surəsində buyrulur: 21......(Amma möminlər, yəni) onların işi (barəsi)ndə (mübahisədə) qalib gələnlər dedilər: «Biz onların (əbədi yadigarı olmaq üçün) cəsədləri üzərində bir məscid tikəcəyik.»

Rəvayətlərdə qəbrin hündürlüyü 4 açıq barmaq ya bir qarış olması müstəhəb kimi gəlib və bundan hündür olmağı qadağan olmayıb.« ويُرفعُ القبرُ فوقَ الأرضِ أربعَ أصابعَ » http://sual.nur-az.com/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter