Namazda salamın cavabının alınmasının hikməti nədir?!


... “Bizim ayələrimizə iman gətirənlər sənin yanına gələndə onlara «salam olsun sizə! Rəbbiniz Özünə (bəndələrə qarşı)rəhmli olmaq qərarını vermişdir ki, sizdən kim nadanlıq üzündən pis bir iş görsə, ondan sonra tövbə edib (öz işini) düzəltməklə məşğul olsa, şübhəsiz, Allah çox bağışlayan və mehribandır» de”. (“Ənam” 54).
Uca Allah bu ayədə əziz Peyğəmbərə (s) xitab edərək buyurur ki, möminlər sənin yanına gələn zaman onları əziz tut və onlara hörmət et. Öz salamınla onların qəlbini isit. Bu əməl onların iman və iradəsini gücləndirəcəkdir. “Gözlərini onların bəzilərini bəhrələndirdiyimiz şeylərə dikmə və onlara (iman gətirməyənlərə) görə qəmgin olma və öz təvazökarlıq qanadını möminlər(in üstün)ə sər”. (“Hicr” 88).
Bu ayədə də Həzrətə (s) xitab olunmuşdur və buyurur ki, möminlərə qarşı təvazökar ol. Əlbəttə ki, bu ayə zahirdə Peyğəmbərə (s) xitab olunsa da, əslində bütün insanlara xitab olunmuşdur. Hər bir insanın dəyərli olduğunu bizlərə bir daha xatırlatmaq istəyir./Deyerler.


Hz Mikayil mələyin (ə) vəzifəsi nədir?


Həzrət Mikayil (ə) – Allahın dörd böyük mələyindən biridir. Bu dörd mələyin hər birinin mühüm vəzifələri vardır. Mikayil mələyin (ə) isə vəzifəsi insanlara ruzi çatdıran mələklərə rəhbərlik etməkdir. Həzrət Peyğəmbər (s) buyurur: “Hər yağan yağış damcısının, hər cücərən yarpağın, yerə düşən hər bir yarpağın sahibi Mikayildir”.
Bu hədisdən belə nəticəyə gəlmək olur ki, Mikayil (ə) həm də yağışa, eləcə də, təbiətə görə məsuldur.
Bəzən Mikayil (ə) başqa mələklərlə həmkarlıq edir. Misal üçün İmam Sadiq (ə) buyurur: “Allah Təala dörd mələyə vəzifə verdi ki, Lutun (ə) qövmünü həlak etsinlər”.


İbadətin fəlsəfəsi hansı dörd əsasa söykənir?!


Allah Təalanın bizim ibadətlərimizə ehtiyacı yoxdur. Hər nə fayda və xeyir varsa – insanın özünə çatar. Necə ki, müəllim dərs keçər və bunun xeyri şagirdlərin olar, onlar elm öyrənərlər. Hər bir halda ibadətin fəlsəfəsi bunlardır:
1. Allahın əzəmətini dərk etmək. İbadət edən insan özünü Allahın əzəməti qarşısında görür və özündən asılı olmayaraq, nə qədər zəlil və aciz olduğunu dərk edər və Allahın qüdrəti qarşısında səcdəyə düşür.
2. Bağlılıq hissi. O zaman ki, insan bir varlığa bağlanar – ona sadiq olar və ona qarşı müti olar. Bizim bütün varlığımız Allahın iradəsindən asılıdır. Ona görə də hər birimizin Ona ehtiyacı vardır. Bu ehtiyac insanı ibadət etməyə vadar edir.


Allahı tnımaq üçün Qurani Kərimdə əsas hansı üç dəstə ayəyə diqqət etmək lazımdır?!


Allahı və məadı dərk etməsi üçün üç dəstə ayələrə diqqət etməsi zəruridir.
1. O ayələr ki, həqiqi Məbdə və Xaliqin Allah olduğunu bildirir. İnsanın Allahla rabitəsinin qət olmaması üçün gərək daima Allahı və Onun nemətlərini xatırlasın. (“Bəqərə” 231).
2. O ayələr ki, seyr və suluk yolunun Allaha tərəf olduğunu vurğulayar. Quranın nəzərinə görə, insanlar dünya və axirətdə aydın qəlbli və kor qəlbli olurlar.
3. O ayələr ki, bizə daima Allahı xatırlamağı öyrədir və yol göstərir. “Allahı yada salın. Sizi hidayət etməsinin şükrü olaraq Onu yada salın və əslində siz bundan əvvəl azğınlardan idiniz”. (“Bəqərə” 198).


Niyə bəzi uşaqlar dünyaya naqis gəlirlər?


Bəzən də valideynlər Allahın buyurduqları vacibatlara əməl etdikləri halda, övladları yenə naqis dünyaya gəlir. Allahın ədaləti belədir ki, əgər bir uşaq naqis dünyaya gələrsə, onun bu naqisliyini həm dünyada və həm də axirətdə nəzərə alar. Bu uşaq dünyanı dərk etdiyi qədər hesaba çəkilər. Əlbəttə, psixi xəstələr şəri hökmlərdən azaddırlar. Lakin əgər bu uşaqlar dünyadan ləzzət ala bilirsə və onu az da olsa dərk edə bilirsə, ona uyğun olaraq Allah dərgahında hesaba çəkiləcəkdir. Aydın olan budur ki, Allah ədalətlidir və hər bir yerdə Öz ədalətini bərqərar etməyə qadirdir. Ancaq o insanlar ki, bir-birini aldadır və fırıldaq gəlirlər və həyat fürsətlərini əldən veriblər – məgər bu insanlar günahkar deyildirmi? Allah Təala Quranda açıq şəkildə buyurmuşdur: “Bu (əzablar) özünüzün qabaqcadan göndərdiyiniz şeylərin cəzasıdır, yoxsa Allah bəndələrə əsla zülm edən deyildir”. (“Ənfal” 51).


Öləndən sonra dirilmə bədənlə olacaq, yoxsa yalnız ruhla?


... 3. Məad həm ruhidir və həm də cismidir. Böyük filosoflar, fəqih və din alimləri, o cümlədən: Ğəzali, Kəəbi, Rağib İsfahani, Şeyx Mufid, Seyyid Murtəza, Şeyx Tusi, Əllamə Hilli və bir çox başqaları məadın həm cismi və həm də ruhi olduğunu vurğulayırdılar. Onların nəzərinə görə, ruh mücərrəddir və maddədən ibarət deyildir. Və bədənin ölümdən sonra məhv olmasına baxmayaraq, Qiyamət günü insanın ruhu bədəninə geri qayıdacaqdır.
“Onlar (müşrik insanlar da) siz (cinlər) güman etdiyiniz kimi güman etdilər ki, əsla Allah bir kəsi (bəşər üçün peyğəmbərliyə) seçməyəcək, (yaxud heç bir kəsi «məad» üçün) diriltməyəcəkdir”. (“Cinn” 7). Təbii ki, yeganə düzgün nəzər – məhz budur. Məlumat üçün qeyd edək ki, bu nəzəriyyəni o cümlədən, xristianların əksər hissəsi də qəbul edir.


İnsanların mənəviyyatını xəstələndirən 4 xasiyyətlər hansılardır?!


Ömür keçdikcə, insan bir çox xəstəliklərə düçar olar. Xəstə insan çalışar ki, tez bir zamanda sağlamlığını geri qaytarsın. Bəzi xəstəliklər vardır ki, ancaq insan övladına aiddir və bu xəstəlik heyvanlarda və ya bitkilərdə, başqa canlılarda yoxdur. Bu xəstəliklər ilə tanış olaq:
1. Küfr. Qəlb bəzən insanın həqiqətlərə qarşı laqeyd olmasına görə küfrə düçar olur. İnad üzündən inkar etmək, iman əldə etdikdən sonra inkar etmək, nemətləri şeytan (lən) yolunda sərf etmək – küfrün nişanələrindəndir. Qurani-Kərim küfr barəsində buyurur: «Kafirlərə gəldikdə isə onlara dünyada və axirətdə şiddətli əzab verəcəyəm və onların heç bir köməkçisi olmayacaqdır». (“Ali-İmran” 56).
2. Nifaq. Qəlbin başqa bir xəstəliyi – nifaqdır. Yəni, ikiüzlü olmaq, zahirdə bir cür və batində başqa cür olmaqdır. “Şübhəsiz, münafiqlər odun ən aşağı təbəqəsindədirlər və onlar üçün əsla bir yardımçı tapmayacaqsan”. (“Nisa” 145).
Münafiq o kəsdir ki, Allaha iman və vacibatları yerinə yetirmək mövzusunda Allahla ikiüzlü rəftar edir. Allahın xəlqi ilə də rabitəsi o cürdür.


Necə olur ki, mömin müşrik olur?


İnsanların bir çoxu, heç özləri də bilmədən, bəzən Allaha şərik qoşurlar. Ona görə də əməldə müşrik olurlar. Qurani-Kərim bu insanlar haqqqında buyurur: “Və onların (dünyada insanların) çoxu Allaha ancaq şərik qoşaraq (bütə, Üzeyirə, İsaya, nura, zülmətə etiqad bəsləməklə və hər hansı bir aşkar və gizlin şirkə düçar olaraq) iman gətirərlər”. (“Yusif” 106). Əməldə edilən şirk. Adətən itaətdə edilən şirkə əməl şirki deyirlər. Bu mənada ki, insanın müti olması o səbəbdən olar ki, itaətdə etdiyi kəslərə qarşı uluhiyyət, xəlqiyyət və rübubuyyət əqidəsinə oxşar bir əqidə bəsləyər. Onlara həddən artıq çox ehtiram göstərər və bu ehtiramı axirəvi səciyyə daşımaz. Eyni zamanda, insan öz əmmarə nəfsinə də itaət edə bilir. Yəni seçim anında Allahın razılığını deyil, öz əmmarə nəfsinin istəklərini üstün tutur. Qurani-Kərimin ayəsindən belə nəticəyə gəlmək olur ki, insanlar Allaha və Peyğəmbərə (s) iman gətirsələr də, əməldə şirkə düçar olurlar. İmam Baqir (ə) bu ayənin təfsirində buyurur: “Bu ayədəki məqsəd – itaətdəki şirdir, nəinki ibadətdəki şirk. İnsanların düçar olduqları günahlar – itaətdəki şirkdir. Çünki orada şeytana itaət edərlər. Bu işdə Allah üçün itaətdə şərik qoşurlar”.


İmamın (ə) davamçısı, yoxsa İmamı (ə) sevən?


Bir nəfər İmam Həsənə (ə) deyir: “Mən sizin davamçılarınızdanam”. Əziz İmam (ə) buyurur: “Ey Allah bəndəsi! Əgər bizim əmr və qadağalarımızın mütisi olsan – düz deyirsən. Ancaq əgər belə olmasan, bu uca məqamı iddia edərək ki, əhli deyilsən – günahına əlavə etmə. Demə ki, mən sizin davamçılarınızdanam. Bəlkə de: “Mən sizi sevənlərdən və düşmənlərinizin düşmənlərindənəm”. Belə olan halda (o deməkdir ki) sən yaxşı insansan və yaxşılıqlara meylin vardır”.


Əgər dünya pis yerdirsə, niyə xəlq olunmuşdur?


Əgər “Nəhcul-bəlağə”yə və bəzi hədislərə nəzər salsaq görərik ki, dünya çox zaman məzəmmət olunur. Amma, burada düzgün fəlsəfi yanaşma olmalıdır.
Belə ki, bir nəfər İmam Əlinin (ə) yanına gəlir və dünya haqqında pis sözlər danışır. Həzrət Əli (ə) ona buyurur: “Ey dünyanı məzəmmət edən! Sən özün dünyaya giriftar olmusan və onun batillərinə aldanmısan. Özün dünya tərəfindən aldanmısan və özün də onu məzəmmət edirsən? Dünya səni nə zaman aldatmışdır? Viran olmuş atanın qəbri ilə, yoxsa torpağın altında olan anan ilə? Nə qədər xəstənin xidmətində olmusan, onlara qulluq etmisən və onların şəfa tapması üçün dua etmisən. O zamanlar sənin bu əməlinin onların halına faydası olmamışdır. Ağlamağının və qəmginliyinin onların halına faydası olmamışdır. Səylərin nəticəsiz qalmışdır və sən giriftarlıqları onlardan dəf etməyə qadir olmamısan.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter