Şeytanın 20- düşməni kimlərdir?


İnsanın çıxdığı səfərdə məqsədə çata bilməməsinin əsas səbəblərindən biri yolda maneələri, düşmənləri tanımamasıdır.

İbn Abbas nəql edir ki, həzrət Peyğəmbər (s) Şeytandan soruşdu: -Ümmətimdən kimləri özünə düşmən sayırsan?

Şeytan cavab verərək dedi: Ümmətin arasında 20 düşmənim var:
1-Birincisi sən özünsən,
2-Elminə əməl edən alim,
3-Oxuduqlarına əməl edən Quran hafizi,
4-Allah rızası üçün gündə 5 vaxt namaz qılan,
5-Kasıbların, miskinlərin və yetimlərin dostu olan,
6-Mərhəmətli kimsə,
7-Haqq üçün çalışan kimsə,
8-Allah-Taalaya ibadətlə böyüyən gənc,
9-Halal yeyən,
10-Alah razılığı üçün bir-birini sevən iki insan,
11-Namaza və xalqa aşiq kimsə,
12-İnsanlar yatarkən gecə qalxıb ibadət edən kimsə,
13-Özünü haramdan qoruyan şəxs,
14-Qardaşlarına dua edən kimsə,
15-Daim dəstəmazlı olan kimsə,
16-Alicənab, mədr insan,
17-Əxlaqlı insan,
18-Hər işdə Allahı təsdiq edən insan,
19-Dul qadınlara yaxşılıq edən,
20-Ölümə hazırlıq görən.
Bu 20 şeyi edənlər Şeytanın düşmənidir, təbii ki, Allaha yaxın insanlardır. -video.az/ru


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter