İmam Hüseynin (ə) ziyarətinə piyada gedən şəxsin savabı!


Bəşir Dəhhan İmam Sadiqdən (ə) nəql edir: \"İmam Hüseynin (ə) ziyarəti üçün evindən çıxan şəxsin ilk addımında günahları üçün bağışlanma var. Çatana qədər hər addımla müqəddəsləşər. Oraya catdıqda Uca Allah ona belə xitab edər: \"Ey bəndəm, Məndən dilə, əta edim! Məni çağır, cavab verim! İstə, verim! Ehtiyacını söylə, aradan qaldırım!\". İmam Sadiq (ə) buyurdu: \"Onun bu yolda sərf etdiyinin hər birinin əvəzini qaytarmaq – Allah üzərində bir haqdır\"”.
Digər hədislərdə Məsumlar (ə) tərəfindən deyilib ki: \"Atdığı hər addıma görə yaxşı əməllərini qat-qat artırarlar, hər addımına görə min savab yazılar, min günahı silinər və dərəcəsi min dəfə artırılar, Uca Allah onun hər atdığı addımına ayağının hər dəfə qaldırıb yerə qoymasına İsmail (ə) övladlarından bir qul azad etməyin savabını yazar\".


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?


Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü insandır. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışladı. (Erfan)
Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o, da İmamın (ə) onun bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla (ə) bir yerdə Kərbəlaya gəlir. O, Aşura günü şəhid olur.
Bu vəfadar qul döyüşə getmək icazəsini almaq üçün İmamın (ə) yanına gəlir. Həzrət (ə) buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) izn alır və hərəm əhli ilə vidalaşır. Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir.


İmam Hüseyn (ə), Müslimin şəhadət xəbərini eşidən zaman nə dedi?


İmamın (ə) karvanı Zəbalə adlı məkana gəlib çatan zaman Müslimin şəhadət xəbəri İmama (ə) çatdırılır. İmam (ə) bu xəbəri öz səhabələrinə çatdırır.
O kəslər ki, dünyapərəst idilər, bu xəbəri eşidən zaman İmamın (ə) ətrafından dağılmağa başladılar. Karvanda İmamın (ə) ailəsi və ən yaxın səhabələri qaldı. Hədisi nəql edən yazır: “O zaman ki, Müslimin şəhadət xəbəri gəlib çatır, ağlamaq səsləri səhranı bürüyür. Sonra İmam (ə), Allahın dəvət etdiyi məqsidinə tərəf hərəkət etməyə başlayır.
Fərzəd adlı şair İmamın (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Niyə Kufə əhlinə etimad edirsən? Onlar sənin əmin oğlu Müslimi və yoldaşlarını öldürüblər”.
Bu zaman İmamın (ə) gözlərindən yaş axmağa başladı. Həzrət (ə) buyurdu: “Allah Müslimə rəhmət etsin. O, Allahın behişt və rizvanına çatdı. Müslim öhdəsində olan vəzifəsini yerinə yetirdi. İndi bizim növbəmizdir ki, bizim boynumuzda olana əməl edək”.


İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zaman ağanın (ə.f) duasında adı çəkilən səhabə kimdir?!


Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü. O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar. İmam (ə) cavabında buyurmuşdur ki, onlar mənim dostlarımdır və mənimlə gələn insanlar kimidirlər. Onları elə himayə edərəm ki, özümü o cür himayə edirəm. Nə zaman bu fikirdə olsan, səninlə işim olmaz, əks halda səninlə vuruşaram”. Hürr İmamın (ə) bu müdafiəsini görüb, geri çəkilmişdi...


Həzrət Abbasın (ə) həyat yoldaşı və övladları da Kərbəlada idi...


Kərbəla vaqiəsinin Ələmdarı və Babəl-həvahic olan Həzrət Əbülfəzl Abbasın (ə) ancaq bir həyat yoldaşı olmuşdur ki, adı Ləbabə olmuşdur. O, Ubeydullah ibni Abbasın qızı idi.
O, şərif bir ailədən olan iffətli xanım idi. Öz zamanının ən yaxşı banularından olmuşdur. İmam Əlini (ə) sevənlərdən idi. Ləbabənin Həzrət Abbasdan beş oğlu və bir qızı olur. Ləbabə də Kərbəlada iştirak etmişdir və Qasim adlı oğlu şəhid olmuşdur. Başqa əsirlərlə birlikdə o, da əziyyətlərə məruz qalmışdır. Əsirləri azad etdikdən sonra isə Mədinəyə qayıtmışdır.
Bu qanlı hadisədən sonra Ləbabə həm gündüzləri və həm də gecələri ağlayardı. Ona görə də xəstələnib 28 yaşında dünyasını dəyişir. Övladları nənələri Ümmil-bənin tərəfindən tərbiyə olunmuş və yetişdirilmişdilər. Bu uşaqlara himayə etmək İmam Səccadın (ə) öhdəsinədüşmüşdür.


İmam Hüseyn (ə) səhabələrini fərqləndirən 6 xüsusiyyət hansılardır?


İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.
1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir – çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: “Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam”.
2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər ...


İmam Baqir(ə) Əhli-Beyt (ə) davamçılarına hansı müjdəli xəbəri verir?!


“Kafi” kitabında oxuyuruq ki, Həkəm ibni Utəybə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim və otaq cəmiyyətlə dolu idi. Anidən bir qoca kişi əsasına söykənərək, otağa daxil oldu və dedi: “Əssəlamu əleykə, ya ibni Rəsulallah” və sonra sükut etdi. İmam (ə) da salamının cavabını verdi. Sonra qoca kişi orada olan cəmiyyətə üz tutub, onlara da salam verdi. Hamı salamın cavabını aldılar. Qoca üzünü İmama (ə) çevirib dedi: “Ya ibni Rəsulallah! Məni öz yanında əyləşdir, qurbanın olum. Allaha and olsun ki, mən sizi və sizin sevdiyiniz kəsləri sevirəm. Sizin düşməninizlə düşmənəm və ondan kənarlaşıram. Allaha and olsun ki, bu nifrət və düşmənçilik də şəxsi deyildir. Allaha and olsun ki, sizin halalınızı halal və haramınızı haram bilirəm. Sizin ədalət hökumətinizin bərpa olmasının intizarındayam. Bu əqidə ilə nicat tapmağım üçün ümid vardırmı?”...


İmam Rza (ə) səhabəsi İbn Şəbibə İmam Hüseynə (ə) əza saxlayarkən hansı məsələləri tapşırdı?!


Nəql edilir ki, məhərrəm ayının birinci günü İmam Rza (ə) ibni Şəbibə buyurur: “Oruc tutmusan? Bu gün – o gündür ki, Zəkəriyyə (ə) oruc tutmuşdu. Allah Yəhyanı (ə) ona əta etdi. Əgər hacətinizin yerinə yetməsini istəyirsinizsə, bu günü oruc tutun. Bunun ardınca İmam Rza (ə) İmam Hüseynə (ə) əza saxlamaqla bağlı İbni Şəbibə 5 göstəriş verir və buyurur:
“1. Şəbibin oğlu! Əgər Seyyidüş-şühədaya ağlasan və göz yaşların yanaqlarından axarsa – Allah etdiyin hər bir günahı bağışlayar.
2. Əgər Allahı günahların olmayan halda görmək istəyirsənsə, Seyyidüş-şühədanı (ə) yaxından və uzaqdan ziyarət et.
3. Əgər behişt otaqlarında şad olmaq və Peyğəmbərin (s) yanında olmaq istəyirsənsə, Seyyidüş-şühədanın (ə) qatillərinə lənət etməyi tərk etmə...


İmam Səccad (ə) hansı beş əməli nemətlərin alınmasına səbəb olaraq tanıtdırır?!


«Kumeyl» duasında oxuyuruq: «Əllahumməğfir liyəz-zunubəl-ləti tuğəyyirun-niəm.» – «İlahi, nemətləri dəyişən günahlarımı bağışla!» İmam Səccaddan (ə) nəql olunmuş bir hədisə görə, neməti dəyişib əvəzində bəla, müsibət və əzaba salan günahlar bunlardır:
1. Əl-bəğyu ələn-nas – Xalqa zülm etmək: Xalqa zülm etmək ən böyük günah, çox çirkin və şeytani bir işdir. İnsan yol verdiyi ən kiçik zülm və haqsızlığa görə Qiyamət günü hesab verəcəkidir. «Ənbiya» surəsinin 47-ci ayəsində oxuyuruq: «Əgər sizin əməliniz xardal dənəsi ağırlıqda olsa belə ölçü üçün qiyamət səhnəsinə gətiriləcək və Biz hesab çəkəcəyik.»
2. Əz-zəvalu ənil-adəti fil-xəyr – Xeyirxahlıq ruhiyyəsini tərk etmək: Allahın yardımı ilə insanda yaranan və rəhmət qapılarını onun üzünə açan xeyirxahlıq ruhiyyəsi çox dəyərli nemətlərdəndir. İnsan bütün vücudu ilə bu neməti qorumalıdır ki, xənnaslar, şeytanlar bu dəyəri onun əlindən almasınlar. Mərifət qazanmaq, təvazökarlıq ruhiyyəsi əldə etmək, bəndələrə xidmət göstərmək yolunda bir çox təhlükələr vardır. İnsan bu ruhiyyəni özündə qorumaq üçün ayıq olmalıdır. İstənilən bir zəiflik xeyirxahlıq adətlərini süstləşdirir. Bu ruhiyyəni qoruya bilməyən insan günaha yol verir və nəticədə, ilahi nemətlərin yerini çətinliklər tutur...


İslam Peyğəmbəri (s) Səhabəsi Əbu Əyyub Ənsariyə hansı beş tapşırığı verdi?!


Bir gün Əbu Əyyub Xalid ibn Zeyd Ənsari Peyğəmbəri-Əkrəmin (s) hüzuruna gəlib dedi: –Ey Allahın Rəsulu! Mənə qısa tövsiyələr et ki, bəlkə onları yadımda saxladım (və onlara əməl etdim). Həzrət buyurdu: –Sənə beş əməli tövsiyə edirəm:
1. İnsanların əllərində olanlardan ümidini üz ki, həqiqətən, bu zənginlikdir;
2. Tamahkarlıqdan çəkin ki, həqiqətən, bu özü mövcud yoxsulluqdur;
3. Namazını “vida namazı” kimi qıl;
4. Üzrxahlığa məcbur olacağın işdən çəkin;
5. Özünə sevdiyini (mömin) qardaşın üçün də sev!” (“Biharul-ənvar”, 74-cü cild, səh. 168.)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter