Hz Əli (ə) bütün zikrləri hansı cümlələrdə cəmləşdirdi?!


Hz. Əli (ə)dan bir hədis nəql olunur. Hədisdə buyrulur ki, İmam (ə) bir nəfərin dəftərdən uzun bir zikr oxuduğunu görür və buyurur: “Uzun duanı eşidib cavab verən Allah həmçinin qısa duaya da cavab verər.” Kişi: Bəs mən nə edim? İmam: “O uzun duanın yerinə bu qısa kəlmələri oxu:
1-Əlhəmdu lillahi alə kulli niməh – Onun bütün nemətlərinə həmd olsun.
2- Əsəlulahə min kulli xeyr – Bütün xeyrləri Allahdan istəyirəm.
3- Əstəğfirul-lahə min kulli zənb – Bütün günahlar üçün Allahdan bağışlanma diləyirəm.
4- Əuzu billahi min kulli şərr – Bütün şərrlərdən Allaha sığınıram...


Mənəviyyatlı mömin şəxsin dərəcəsi İmam Əsgərinin (ə) hədisi ilə ölçülməlidir?


İmam Həsən Əskəri (ə) öz gözəl hədisində insanların fəzilət və dəyər baxımından dərəcələrini bəyan edərək bu sifətləri bəyan edir:
İnsanların ən imanlısı şübhəli işlər zamanı çəkinən, ehtiyat edəndir.
İnsanların ən abidi vacibatı yerinə yetirəndir.
İnsanlarin ən zahidi haramdan çəkinəndir.
İnsanların ən çalışqanı (ən diqqətlisi) günahları tərk edəndir. (Tuhəful-uqul. S-489)


Din sevgidən və nifrətdən başqa bir şey deyil - İmam Sadiq... Yəni?


Rəvayətdə deyilir ki, Bir gün Fuzeyl ibn Yəsar Həzrəti İmam Sadiq (ə)dan soruşur: Sevgi və nifrət imandandırmı? İmam (ə) cavab verir: Məgər iman sevgi və nifrətdən başqa bir şeydirmi? (Bihar-69.Səh-341). Yaxud İmam Sadiq (ə)dan başqa bir hədisdə qeyd olunur: Bir kəsin dində dostu və düşməni olmasa, onun dini olmaz ( Bihar-69. Səh-250). Hədislərin zahirinə nəzər edəndə ola bilsin ki, anlaşılmazlıq yaransın. Amma diqqət etdikdə bunu İmamın (ə) bizə olan tövsiyyəsi kimi də dəyərləndirmək olar. Yəni insanın daxilində elə bir cazibə və dafiə hissi yaranmalıdır ki, bu hisslərlə öz dinini qoruya bilsin...


Dünyaya bağlılıq özü ilə insana hansı bəlaları gətirər?


Hz Peyğəmbər (s) buyurur: “Hər kimdə dünyaya bağlılıq olarsa 3 böyük bəlanın ona üz gətirəcəyinə əmin olsun:
1-Dünyaya bağlı olanda elə bir kasıbçılıq olar ki, heç zaman varlanmaz. (Kasıbçılıq yalnız pulla olmur: Dəyərlərə və insani davranışda kasıbçılıq kimi ...)
2-Dünyaya bağlı olanın həyatına elə bir bəla üz gətirər ki, heç zaman ondan xilas olmaz,
3-Dünyaya bağlı olan şəxsdə qəm-qüssə yaranar ki, heç bir sevinc onun yerini doldura bilməz. (Mənbə. Mizan əl-Hikmə kitabı, səh: 3772)


-Mömin şəxs imanının məhv olmaması üçün hansı şeylərdən qorxmalıdır?


Hz Peyğəmbər (s) buyurur: Mən ümmətimin imanının məhv olmasında iki əmələ diqqət etməmələrinə görə çox narahatam! Mömin şəxsin imanını məhv edəcək iki əməldir bunlar:
1-Mömin şəxs əgər nəfsınə yenilərsə, haqdan uzaq düşər,
2-Mömin şəxs əgər uzun-uzadı xəyal və istəklərə yenilərsə dünya məhəbbətinə bağlanar. (Haqqdan uzaqlaşmaq azğınlıqdır, dünya məhəbbəti isə bütün çirkinliklərin açarıdır)


Hz Peyğəmbərin (s) baxışında Allahın qəzəbinə səbəb olan əməllər hansılardır?


Hz Peyğəmbər (s) buyurur: “Ən çox Allahın qəzəbinə səbəb olan əməllər 4-dür:
1-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, Tövhidində şirkə yol verə,
2-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, qohumlarla əlaqəsinı kəsə,
3-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, insaları pis işlərə dəvət edə,
4-Allah-Taala (c.c) qəzəb edər o kəsə ki, imanlı şəxsləri yaxşı işlərdən çəkindirməyə çalışa...


Hansı günahların əzabı elə bu dünyada verilər? Hz Peyğəmbərdən cavab


Hz Peyğəmbər (s) buyurur: “Üç günah var ki, onların əzabı elə bu dünyada verilər və axirətə qədər gözlənilməz:
1-Ata-ananı incitmək,
2-İnsanlara zülm edib gücünü göstərmək,
3-Başqalarının yaxşılığı qarşısında naşükürlük etmək./Mənbə, Şeyx Mufidin əl-Əmali kitabı, cild. 1, səh: 237.


İmamın Rizanın (ə) iman mərhələləri haqda möhtəşəm kəlamı...


İmamın Rizanın (ə) iman mərhələləri haqda möhtəşəm kəlamı...İmam Rza (ə) insanda formalaşan imanın mərhələlərinə işarə edərək bu mübarək kəliməni buyurub. İnsan öncə qəlbi ilə təsdiq etməlidir. Çünki, qəlb bütün insanlığı özündə ehtiva edən “məkandır” . Bütün insanlığ və şəxsiyyətlık qəlbdə cəm olur. Qəlb pak olduqca ora iman nuru daxil olur. İlahi nur daxil olduğu məkanı özü kimi nurlandırır. Sonra insan qəlbində olanı dili ilə iqrar edir. Necəki Həzrəti Əli (ə) buyurub: “Hər bir kişi dilinin altında gizlənib”. Dil qəlbin, şəxsiyyətin aynasıdır. Pis, çirkili qəlbdən bəd və əxlaqsız sözlər, pak qəlbdən pak sözlər cari olar. Necəki, Allah Rəsulu buyurub:”Hikmət qəlbdən dilə cari olar”. İmamın (ə) buyurduğu kimi bu üç mühüm amil Qəlb, Dil və Əməl keyfiyyət hasil etdikdən sonra İman şəkilini alıb öz sahibini Mütəal Allahın mərifətinə doğru götürür.


Əmirəlmöminin İmam Əlinin (ə) hikmətli kəlamları...


Əmirəlmöminin İmam Əlinin (ə) hikmətli kəlamları... Hz Əmirəlmöminin (ə) buyurur: Möminin qəniməti hikmət əldə etməkdir. Hər kəs din əldə edibsə nicat tapacaq. Fəzilətlə iftixar etmək, nəsillə fəxr etməkdən üstündür. Nəfsinin şərindən amanda olan şəxs qurtular. İnsanın zirəkliyi onun əsli-nəcabətinə bağlıdır. Nicat düzgünlükdədir. Hər bir ürək bir şeyə məşğuldur. Onun nemətinə naşükür olmağın axırı yoxdur. Hər kəsin sözləri onun şəxsiyyətini tanıtdıran əvəzləyicidir. Haqqı qəbul etmək dindəndir. Qəlbin qüvvəti səhih imanın nəticəsidir. Hərislik həris insanın qatilidir. Hər bir işi tədbir və ölçüb-biçməklə gör ki, xoşagəlməzliklərdən uzaq olasan. Hər kəsin dəyəri onun elmi, biliyi qədərdir. Hər kəsin yoldaşı onun dininin göstəricisidir...


Axirətimizi məhv edən kiçik günahlar hansılardır?


Axirətimizi məhv edən kiçik günahlar hansılardır? İnsan Qiyamət günü elə böyük günahla rastlaşar ki, bu kiçik günahların toplanmasından yaranmışdır. Əməl dəftərində onlar qeyd olunar. İmam Baqir (ə) buyurur: \"Dəyərsiz hesab etdiyiniz günahlardan çəkinin, çünki onlar da hesaba çəkiləcəkdir. Sizlərdən biriniz deyirsiniz ki, günah edirəm və bağışlanma da istəyirəm. Allah Təala buyurur: \"O şeyi ki, əvvəlcədən göndərmisən, nəticəsini yazacağıq. Hər bir şeyi Böyük İmama (əməl dəftərinə) yazarıq”. İmam Əli (ə) \"Nəhcül-bəlağə”də buyurur: \"Allah bəndələri! Özünüzü ölçün, sizi ölçmədən əvvəl. Hesabınızı çəkin, hesabınızı çəkməzdən əvvəl. Boğaz yolunuz tutulmazdan əvvəl rahat nəfəs alın. Sizi zorla itaətə vadar etməzdən əvvəl itaətkar olun. Bilin, həqiqətən o kəs ki, özünə yardım etməz və özünə xəbərdarlıq edən olmaz, başqası ona xəbərdarlıq və nəsihət edən olmaz”.


Geriİrəli

© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter