Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi?


Qumar oynamayan şəxs qumar məclislərində otura bilərmi? Ənam, 68-ci ayə: «Ayələrimizə istehza edənləri gördüyün zaman onlar söhbəti dəyişənə qədər onlardan üz çevir. Əgər şeytan bunu sənə unutdursa, xatırlayandan sonra o zalım tayfa ilə oturma». Uyğun əmrə itaət etməyənlərə xəbərdarlıq olunur: «Belə məclislərdə iştirak etsəniz, siz də onların tayı olacaq, onların aqibəti ilə rastlaşacaqsınız» Nisa» surəsi, ayə 140. Peyğəmbər (s) buyurur: Fasiqlərlə ünsiyyətdə olmaq pislik ardınca pislik gətirir.
Ayə və hədislərdən aşağıdakı nəticələr çıxır: 1. Günah məclisində iştirak, günahda iştirak kimidir; 2. Belə məclisdə iştirak edən şəxs, ya günahın qarşısını almalı, ya da həmin məclisi tərk etməlidir; 3. Belə məclislərdə sakit oturanın cəzası, günahkarların cəzası qədərdir; 4. Günaha yol verilməyən məclislərdə kafirlərlə oturmaq olar; 5. Günahkarlarla mehriban münasibət nifaq nişanəsidir. Çünki həqiqi müsəlman, ilahi hədlərin pozulduğu mühitdə rahat dayana bilməz.


Nümunəvi qadının 3 bəyənilən xüsusiyyəti hansılardır?


Nümunəvi qadının 3 bəyənilən xüsusiyyəti hansılardır? Bu məsələ heç kəsdən gizli deyildir ki, yaxşı həyat yoldaşı Allah Təala tərəfindən olan böyük nemətdir və səadət səbəblərindəndir. Bu haqda Peyğəmbər (s) buyurur: “Kişinin səadəti – saleh həyat yoldaşına malik olmaqdadır”.
İnsan hər nə qədər həyat yoşdaşı haqqında agahlıq əldə edərsə, müştərək həyatın daha şirin olmasına gətirib çıxardar. Bəs nümunəvi qadın necə olmalıdır?
1) İmanlı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınla gözəlliyinə görə evlənərsə, istədiyini onda görməz. Hər kim qadınla mal və sərvətinə görə evlənərsə, Allah onu həmin mal və sərvətlə tərk edər. İmanlı qadınla evlənin”. 2) Ailə nəcibliyi. Həzrət Peyğəmbər (s) buyurur: “Zibillikdə bitən yaşıllıqdan (göyərtilərdən) çəkinin”. Soruşurlar ki, bu kimdir? Həzrət (s) buyurur: “Alçaq ailədə və nəsildə dünyaya gələn gözəl simalı qadın”. 3) Az mehriyyəsi olan. İmam Sadiq (ə) buyurur: “Qadının bərəkəti onun az xərcləyən olmasıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən yaxşı qadınları - ən xoş simalı və onların az mehriyyəli olanlarıdır”.


İmam Huseyin (ə) hədisində mömin şəxsə yaraşan sifətlər!


İmam Huseyin (ə) hədisində mömin şəxsə yaraşan sifətlər! Mömin şəxs üçün Allah yanında məqamını ucaldan sifətlər. İmam Huseyin (ə) buyurur: (Elml öyrənməsi, təcrübə əldə etməyə çalışması, Təqvalı və qane olmağa çalışması, həqiqi dostunu tapması və pisliyini istəyən insan və şeytanı tanıması. Çünki:
\"-(Mömin şəxs üçün) elm öyrənmək mərifətin başlanğıcı deməkdir,
-Uzun-uzadı və çox təcrübəyə sahib olmaq, ağlın və şəxsiyyətin artması deməkdir,
-Təqvalı olub, Allah ruzi edən nemətlərə qane olmaq, insan yaşayışının rahatlığı deməkdir,
-Mömini sevənlər o şəxslərdir ki, onu pis işlərdən çəkindirsin,
-Mömin şəxsin həqiqi düşməni o dəstə insanalardır ki, onu haqq yolundan azdırmaq istəsin.
العلم لقاح المعرفة، وطول التجارب زيادة في العقل والشرف، التقوى والقنوع راحة الابدان، ومن احبك نهاك، ومن ابغضك اغراك.


Qəlb 8 sifətlə xəyanət edərək duaların qəbuluna mane olur!


Qəlb 8 sifətlə xəyanət  edərək duaların qəbuluna mane olur! Bir nəfər İmam Əlinin (ə) yanına gəlir və “Ğafir” surəsinin 60-cı ayədən soruşur: “Rəbbiniz buyurdu: “Məni çağırın ki, Mən də duanızı qəbul edim””. Soruşur ki, nə olub ki, biz Allahı çağırırıq, ancaq O, bizə cavab vermir.
Həzrət Əli (ə) buyurur: “Həqiqətən sizin qəlbiniz 8 sifətlə xəyanət etmişdir. 1-Siz Allahı tanımısınız, ancaq haqqını vacib buyurduğu kimi əda etməmisiniz. Ona görə də bu tanımanın sizə faydası olmamışdır. 2- Siz Allahın Rəsuluna (s) iman gətirmisiniz, ancaq onun sünnətinə və yoluna əməl etməmisiniz. Onun şəriətini aradan aparmısınız. Ona görə də imanınızın faydası yoxdur. 3-Siz Quranı oxumusunuz, ancaq ona əməl etməməsiniz. Deyirsiniz ki, itaət edirik, ancaq müxalifət etmisiniz. 4-Deyirsiniz cəhənnəm atəşindən qorxursunuz. Ancaq hər an günah işlədərək ona yaxın olursunuz. Bəs qorxunuz haradadır? 5-Deyirisiniz behiştə müştaqsınız. Halbuki, hər an elə iş görürsünüz ki, sizi ondan uzaqlaşdırır. Bəs sizin həvəsiniz haradadır? 6-İlahi nemətlərdən bəhrələnirsiniz. Ancaq şükrünü yerinə yetirmisiniz. 7-Allah sizə əmr vermişdir ki, şeytanla düşmən olasınız. Ancaq onunla müxalifətlik etmədən onunla dost olmusunuz. 8-Ancaq insanların eybini görürsünüz, öz eyblərinizdən qafilsiniz. Halbuki, siz özünüzü danlamağa daha layiqsiniz, ancaq başqalarını məzəmmət edirsiniz.


Şeytanın İslam Peyğəmbərinə (s) sədəqənin təsirləri haqda 6 sözü nələrdir?


Şeytanın İslam Peyğəmbərinə (s) sədəqənin təsirləri haqda 6 sözü nələrdir? Bir zaman Peyğəmbər (s) şeytana bir neçə sual verir. O da həmin sualların cavabını verir. Həzrətin (s) suallarından biri bu idi: “Ey Məlun! Mənim ümmətimin sədəqə verməsi sənin üçün necədir və sədəqənin faydası nədir?”. Şeytan cavab verir: “Ya Rəsulallah! Sənin ümmətinin sədəqə verməsində altı xüsusiyyət və mənfəət vardır: 1-Sədəqə və bəxşiş etməklə nəinki insanın malı azalmaz, əslində sədəqə verənin malı hər gün artar. 2-Sədəqə verməklə ömür uzanar və ani ölümlər və xoşagəlməz hadisələr aradan qalxar. Bu haqda gələn hədisdə oxuyuruq ki, sədəqə insanı 70 növ bəladan qoruyar. 3-Sədəqə verməklə insan zəngin olar və yoxsulluğu aradan gedər. 4-Sədəqə, onu verənə bədən sağlamlığı verər, müxtəlif dərd və ağrılardan nicat tapar. 5-Sədəqə verənin əməl tərəzisi Qiyamət günü ağır olar. Sirat körpüsündən qorxusuz keçər. 6-Sədəqə Qiyamət günü cəhənnəm atəşi ilə onu verən arasında bir divar olar və cəhənnəm atəşi ona əziyyət verə bilməz”. Ona görə də Həzrət Rəsuli-Əkrəm (s) buyurur ki, sədəqə şeytanın belini sındırar.


Şəban ayının əzəməti və savabı haqda 4 hədis.


Şəban ayının əzəməti və savabı haqda 4 hədis. Peyğəmbər (s) və Əhli Beytinin (ə) hədislərində Şəban ayının dəyəri və savabı:
1-Peyğəmbər (s): \"Hər kəs bayram axşamı (Fitr-Qurban) və Şəban ayının 15-iaxşamı əhya saxlaya, qəlblərin öldüyü gündə onun qəlbinə zəval gəlməz.
2-İmam Rza (ə) buyurur: \"Əmirəlmöminin (ə) üç gecədə əhya saxlayardı: Ramazan ayının 23-cü gecəsində, Fitr bayramının gecəsində və Şəban ayının 15 gecəsində; bu gecələrdə ruzilər və ömürlər təyin olunar və eləcə də il boyu başa gələcək haqda Allah hökm edər.
3-İmam Sadiq (ə) buyurur: \"Şəban ayında tutulan oruc bəndə olan şəxs üçün qiyamətdə əzabdan xilas edən azuqə olar, və hər bir bəndə ki Şəban ayında çox zaman oruclu ola Allah onun dolanışını düzəldər, düşmənlərinin şəriini ondan uzaqlaşdırar.


İslam zamanla ayaqlaşırmı?


İslam zamanla ayaqlaşırmı? Əllamə Təbatəbai: İslamın zamanla ayaqlaşmaması iddiası fəlsəfi yox, emosional düşüncədən qaynaqlanır. Zaman və məkan nə qədər dəyişsə də cəmiyyət öz həyatını yaşayır və ictimai qanunlara ehtiyac aradan qalxmayıb. Sadəcə ictimai həyatda istəklər artıb. Rifah şəraiti genişləndiyindən insanlar yaxşı yaşamaq üçün yarışa girib. Bəsirətsiz, heyvansayağı yalnız qarnını düşünən insan təbii ki, mənəvi ehtiyaclarına kor olur. Zaman dəyişib deyəndə qəbul edə bilmərik ki, insanın mənəviyyat ehtiyacı aradan qalxıb. Əgər İslam əxlaq və mənəviyyat ehtiyaclarına cavab verirsə, zamanın dəyişməsinin ona nə təsiri ola bilər?!
İslamda insan cəmiyyətinin bütün ehtiyacları nəzərə alınaraq qanunlar tənzimlənib və xoşbəxtliyə aparır. Zamanın dəyişməsi əxlaq və mənəviyyatdan imtinadırsa bu cəmiyyət bədbəxtliyə gedir. İnsan nə qədər dəyişsə onun fitri meylləri yerindədir. Onun sevgiyə, dostluğa, mərhəmətə ədalətə, təlaşa ehtiyacı var. Əgər İslam bu ehtiyaclara bütün məktəblərdən daha kamil cavab verirsə, demək zamana da cavab verir. İslam dini hökumət başçısına ixtiyar verir ki, cəmiyyətin ehtiyaclarına uyğun qanunlar tənzimlənsin. Əlbəttə ki, bu qanunlar şəriət qanunlarını pozmayacaq.


Qurani Kərimə görə kimlər mömindir!


Qurani Kərimə görə kimlər mömindir! Qurani Kərimə görə möminlərin siması:
1-Yetimlərin mallarını yeməzlər, (Nisa/2). 2-Yolda qalanlara kömək edərlər, (Bəqərə/177). 3-İnsanların qüsurlarını bağışlayarlar, (Ali-İmran/134). 4-Ancaq Allaha təvəkkül edərlər, (Mücadilə/40). 5-Yer üzündə təvazökarlıqla gəzərlər, (Furqan/63). 6-Haqqı bilə-bilə gizlətməzlər, (Bəqərə/42). 7-Namuslarını qoruyarlar, (Muminun/5).
8-Ata-analarına \"uf\" belə deməzlər, (İsra/23). 9-Zənnə qapılmaz, qeybət etməzlər, (Hücurat/12). 10-Bolluqda da, qıtlıqda da öz mallarından infaq edərlər, (Ali İmran/134). 11-Allahın Peyğəmbərləri arasında heç bir fərq qoymazlar, (Bəqərə/ 136). 12-Allah anıldığı zaman qəlbləri titrəyər, (Ənfal/2). 13-Zina etməzlər, (Furqan/68). 14-Lağlağıdan, lüzumsuz şeylərdən üz döndərərlər, (Muminun/3). 15-Cahillər onlara \"Xoşagəlməz\" söz dedikdə onlara (onları incitməmək üçün) salam! deyərlər. (Furqan/63). 16-Əmanətə heç vaxt xəyanət etməzlər. (Muminun/8). 17-Sözlərinin üstündə durarlar, (Bəqərə/177). ...


Cənab Rəhbərin baxışında tələbə təhsilində 6 nöqtəyə diqqət edərsə elmin şirinliyi dadar!


Cənab Rəhbərin baxışında tələbə təhsilində 6 nöqtəyə diqqət edərsə elmin şirinliyi dadar! Əgər tələbə oxuduğu elmi kompleks şəkildə təsəvvür edə bilirsə, onun başqa elmlərlə əlaqələrini görürsə, bu elm üçün sual qalmış məsələlərdən xəbərdardırsa, bu elmin tarixi dəyərindən məlumatlıdırsa elmdə müvəffəq olacaq, onun dərinliklərinə yiyələnəcək. Elmi bu üsulla oxuyan hər bir şəxs üçün onun şirinliyi var.
Tələbəlikdə müvəffəq olmaq üçün Altı mühüm nöqtə: 1- Tələbənin müvəffəq olması üçün mühüm nöqtələrdən biri onun şəxsiyyətində elmin yayılması ilə bağlı məsuliyyət və həvəsin olmasıdır. 2- İkinci mühüm nöqtə kimi qeyd edə bilərik ki, tələbənin hər bir elmə baxışı peykdən baxış olmalıdır. Yəni elmin bütün sərhədlərini, coğrafiyasını görmək nəzərdə tutulur. 3- Tələbə özünəinam sayəsində elmin yüksək qüllələrini fəth edir. 4-Tələbənin təhsildə təlaşlı və həvəsli olmasına başqa amillər də təsir göstərir. Dördüncü amil olaraq daxildən və xaricdən qaynaqlanan sevinci göstərə bilərik. Tələbədə təhsil həvəsi yaradan amillərdən biri daxili amildir. Yəni bir növ istək ... 5-Tələbənin müvəffəqiyyətində rol oynayan beşinci amil onun elmə təşnə olmasıdır. Tələbə elmə bir su kimi baxmalı, ruhundakı susuzluğu elmlə yatırmalıdır. 6-Təhsilə həvəsi artıran altıncı amili dialiktik amil adlandıra bilərik. Tələbənin sinifdə iştirakı, müzakirələrə qatılması, suallarını ortaya qoyması onun fəallığını göstərir.


Mübarək Şaban ayı daxil olur-Ayın fəzilət və əməlləri!


Mübarək Şaban ayı daxil olur-Ayın fəzilət və əməlləri! ŞƏBAN AYININ FƏZİLƏTİ: 1-İmam Səccad (ə) - \"Kim şaban ayını Rəsulullaha (s) olan sevgisindən ötəri və Allaha yaxınlaşmaq üçün oruc tutsa, Allah onu sevər, öz ikram və ucalığına yaxınlaşdırar və cənnəti ona vacib edər\". 2- Bu ayın ən fəzilətli vaxtı “Nimeyi-Şəban” bayramadır. Şaban ayının 15-ci gecəsi və günü xüsusi ibadət vaxtıdır. Allah bu gecə edilən duaları qəbul edəcəyinə and içib. Bu gecə barəsində Peyğəmbər (s) Aişəyə belə buyurub: «… Bu gecə ruzilərin bölündüyü, əcəllərin yazıldığı və Həccə gedəcək insanların siyahısının müəyyənləşdiyi gecədir...» ŞABAN AYININ ƏMƏLLƏRİ: 1- Şaban ayı boyunca 1000 dəfə “La ilahə illəllahu və la nə\'budu illa iyyahu muxlisinə ləhud-dinə və ləv kərihəl-muşrikun” deyən mömin min ilin ibadətinin savabını qazanar. 2- Rəvayətlərdə qeyd olunub ki, mələklər Allah-Taaladan, Şəban ayının cümə axşamında oruc tutan şəxsin bağışlanmasını və dualarının müstəcəb olmasını istəyirlər. Nəbəvi xəbərə əsasən, Şəban ayının bazar ertəsində və cümə axşamında oruc tutan şəxsin Allah-Taala 20 dünya və 20 axirət hacətini yerinə yetirər. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter