Imam Səccadın (ə) hədisində, hansı xasiyyətlər insanın günahını bağışladar və imanını kamil edər?


İmam Əli ibn Huseyn (əleyhi səlam) buyurub: “Hər kimin dörd xasiyyəti olarsa imanı kamil olar, günahları bağışlanar, Allah Təalanın görüşünə gedərkən (admin: dünyasını dəyişdiyi zaman, qiyamət günü) Allah Cəllə Cəlaluh ondan razı olar:

1-İlahi təqva və pərhizkarlıq sifəti. Belə ki, heç kimdən heç bir şey gözləmədən camaata xidmət göstərər.
2-Həyatının bütün anlarında xalqla sadiqcəsinə rəftar edib, doğru danışa.
3-Bütün Şəri və Ürfi (admin: xalq arasındakı rəylərə ürf deyilir) pisliklərə qarşı həyalı olub özünü çirkinliklərdən saxlaya.
4-Öz ailəsi və yaxınları ilə, gözəl əxlaqla davrana.” (Mişkatul Ənvar: 172)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter