Üç düşüncə insanı xoşbəxt və üç düşüncə insan həyatını qaraldar!


Üç düşüncə insanı xoşbəxt və üç düşüncə insan həyatını qaraldar! İnsan xoşbxətliyi üç cümlə və düşüncədə yerləşmişdir:
1-Dünəndən təcrübə qazanmaq, 2-Bu günün fürsətindən yaxşı istifadə etmək, 3-Gələcək haqda ümidli olub uğur qazanmaq üçün çalışmaq.
Amma üç düşüncə insan insan həyatını məhv edər:
1-Keçmişin məğlubiyyətindən həsrətli olmaq, 2-Bu günün fürsətlərini əldə vermək. 3-Gələcəkdən qorxmaq.


Peyğəmbərimizin (s) dəyərli kəlamlarından bir neçə hədis yazın?


Peyğəmbərimizin (s) dəyərli kəlamlarından bir neçə hədis yazın? Peyğəmbərimizin (s) dəyərli kəlamları: 1. Həddindən artıq gülüş ürəyin qənimidir. 2. Heyvanların da bəşər kimi ölümdən xəbərləri olsa idi, yağlı ət yeməzdilər. 3. Miqdarından 2 dəfə artıq qazanc gətirən hər borc sələmdir. 4. Şəhidin borcundan başqa qalan bütün günahları bağışlanacaqdır. 5. Sələmsiz verilən hər hansı bir borc sədəqədir. 6. Ən böyük düşmənim və ən uzaq olanlar bədxah və bədxasiyyətlilərdir. 7. Əxlaqı və davranışı ailə üzvlərinin xoşuna gələn adam həqiqi müsəlmandır. 8. Mən sizə xoşəxlaqlılıq öyrətmək üçün Peyğəmbər olmuşam. 9. Hər bir müsəlmana 2 xasiyyət yaraşmaz: bədxahlıq və acgözlülük, 10. Halal yeməklə qidalanıb göstərişlərimə əməl edin. 11. Xəbislikdən uzaqlaşın. 12. Hikmətin qayəsi Allahdan qorxmaqdır. 13. ...


Zühur zamanı Qaimin (ə.f) çətinliyi olacaqmı?


Zühur zamanı Qaimin (ə.f) çətinliyi olacaqmı? Həzrət Mehdinin (ə.f) zühur dövründə əsas çətinliklərindən biri də cəmiyyətdə Allah dini ilə bağlı yanlış düşüncənin rəvac tapmasıdır. Bu sayaq yanlışlıqlar əsrlər boyu cəmiyyətdə kök atmışdır. Müsəlmanlıq iddiasında olub, dini təlimləri təhrif edən şəxslə mübarizə aparmaq kafirlə mübarizədən daha çətindir. Quran ayələri və hədisləri yanlış təfsir edənlər üç hissəyə bölünür: 1. Dünyapərəst və asılı ruhanilər; 2. Sərmayədarlar və kübarlar; 3. Adı müsəlman olan hökumətlər.
İmam Sadiq (ə) buyurur: “Zühuru zamanı Qaimin (ə.f) cahillərdən çəkdiyi əziyyət Peyğəmbərin (s) cahil xalqdan çəkdiyi əziyyətdən də ağır olacaq. Peyğəmbər (s) zühur edən vaxt xalq daşa-taxtaya pərəstiş edirdi. Qaim zühur etdikdə isə insanlar öz mövqelərini Quran ayələri ilə sübut etmək istəyəcək.”


İmam Mehdiyə (ə.f) ilk kim beyət edər?


İmam Mehdiyə (ə.f) ilk kim beyət edər? Sualın cavabı hədislərdə gəlmişdir: İmam Sadiq (ə) buyurmuşdur: “Həqiqətən, Həzrətə ilk beyət edən Cəbraildir”.
Təbərsi nəql edir ki, Əbu Abdullah (ə) buyurmuşdur: “Allah-taala Cəbraili göndərər ki, ondan soruşsun: “(İnsanları) nəyə dəvət edirsən?” Qaim ona öz dəvətinin mahiyyətini bildirər. Cəbrail deyər: “Mən sənə beyət edən ilk kəsəm”. Sonra onun əlini əlinə alıb beyət edər...”
Cəbrailin beyəti ilə bağlı iki ehtimal var: 1. Rəmzi məna: Cəbrailin beyəti Allahın təsdiqi mənasındadır. Çünki o, Allahın ən böyük nümayəndəsidir. 2. Geniş yayılmış məna: Cəbrailin beyəti insanların xəlifəyə beyəti kimidir. Bunun iki faydası var: Xalqın diqqətini beyətin zəruriliyinə cəlb etmək; İmamın hərəkət və qiyamının təsdiqi


Peyğəmbərin (s) hədisinə əsasən 5 dəstənin duası qəbul olar!


Peyğəmbərin (s) hədisinə əsasən 5 dəstənin duası qəbul olar! Həzrət Peyğəmbərin (s) hədisində 5 dəstənin duasının qəbul olunması deyilir.
İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) buyurur: 5 dəstə müsəlman və möminin dua və istəyi cavabsız qalmaz:
1-Məzlum olan şəxsin duası cavabsız qalmaz, o zamana kimi ki, onun dadına kimsə yetişsin. 2-Hacının duası qəbul olunar, o zamana kimi ki, yaşadığı vətəninə qayıda.
3-Allah yolunda cihad edən şəxsin dua və istəyi qəbul olunar, yəni istər xarici, istər daxili şeytanlarla mübarizə aparan şəxsin Allah tərəfindən diləyi cavabsız qoyulmaz. 4-Xəstənin duası qəbul olunar, o zamana kimi ki, sağlamlıq əldə edə. 5-Qardaşın qardaş haqqında dua və istəyi cavabsız qalmaz, yəni əgər bir Allah bəndəsi müsəlman və mömin qardaş və bacısının haqqında onun xəbəri olmadan dua edərsə Allah onun istəklərini tez icabət edər. \"Nəhcül Fəsahə, səh: 274, hədis: 1619.\"


Cənab Rəhbərin baxışında Məbəsin hədəfləri nələrdir?


Cənab Rəhbərin baxışında Məbəsin hədəfləri nələrdir? Cənab Rəhbər Ayətullah Xameneni məbəs haqqında belə buyurdular: İnsanların nəyə ehtiyacı olubsa o besətdə mövcuddur.
Besət hadisəsi sadəcə tarixi bir hadisə kimi xatırlanmır. Bu məsələni böyük, bəşər tarixinin əzəmətli məsələsi kimi yadda saxlamalıyıq. Bu xatirələr əslində unudulmaz bir dərsin təkrarıdır. Öncə İslam ümməti, siyasətçilər və alimlər, daha sonra bütün bəşəriyyət üçün böyük dərsdir. Məbəsin xatırlanması ibrətamiz bir hadisənin xatırlanmasıdır. Məbəsin baş verməsinin əsas amillərindən: 1-Həzrət Peyğəmbərin (s) besəti (peyğəmbərlik məqamına çatması) tövhidə dəvət idi. 2-Əgər tövhid İslamdakı, peyğəmbərlərin buyuruğundakı həqiqi mənasında səhnəyə gəlsə bəşəriyyət həqiqi səadətə, dünya və axirət xoşbəxtliyinə çatar. 3-Peyğəmbərin (s) besəti insanlar üçün yeni həyata başlanğıc idi. 4-Məbəs əslində risalət bayrağının göyə qaldırılmasıdır. Bu bəşəriyyət üçün misilsiz hadisədir. Məbəs elm və mərifət bayrağını qaldırdı. ...


İbrahim ibn Malik Əştərin İbn Ziyadla mübarizəsi haqda yazın?


İbrahim ibn Malik Əştərin İbn Ziyadla mübarizəsi haqda yazın? Hicri təqvimi ilə 67-ci il, İbrahim Malik Əştər oğlu İbn Ziyada qarşı çıxdı. Cənab Muxtar (r) Kufənin Seyidüş-şühədanın qatillərindən təmizlədiyi gün, İbrahim ibn Malik Əştər 12000 dən az nəfərlə İbn Ziyadla döyüşmək üçün Kufədən xaric oldu. İbrahimin odrusu, Mosulunu beş fərsəxliyində yerləşən Xazər nəhrinədək gedib oranı öz odusunun düşərgəsinə çevirdi. Abdullah düşərgəyə gəlib oranı otuz və ya həştad minlik ordu ilə ələ keçirib İbrahimlə döyüşə hazır oldu. Səhəri döyüşün başlacağı gecə İbrahim ibn Malikin gözünə yuxu getmədi. O, bu kəlmələri öz qoşunu üçün təkrarlayırdı: \" Ey camaat! Dinin ənsasrı və Əmirəlmömininin (ə) şiələri sizsiniz!
O da Abdullah ibn Mərcanə - Hüseyn ibn Əlinin (ə) qatili! Odur ki, bir udum suyu Fatimeyi-Zəhranın (ə.s) oğluna qadağan etdi. Halbuki onun əhl-əyalı, uşaqları Susuzluqdan fəryad edirdi. ...


Peyğəmbərin (s) möcüzələrindən bir neçəsini yazın?


Peyğəmbərin (s) möcüzələrindən bir neçəsini yazın? Peyğəmbərin (s) möcüzələri: Səmavi Qurani-məcid kitabı Peyğəmbərin (s) ölməz möcüzələrindən hesab olunur. Lakin ondan başqa o həzrətdən çoxlu möcüzələr müşahidə olunurdu ki, burada onlardan bəzilərinə işarə edirik:
1. Heyvanlarla danışmaq, 2. Ölülərin dirilməsi, korların görməsi və xəstələrin şəfa tapması üçün etdiyi duaların qəbul olunması, 3. Peyğəmbərin (s) bütün dilləri bilməsi və onun bütün dillərdə danışması, 4. O həzrətin əlində kiçik daşlar təsbih deyirdi və elə bir şəkildə ki, camaat da onu eşidirdi, 5. Peyğəmbərin (s) günəş altında gölgəsi yox idi. 6. O həzrətin mübarək əli hansı yeməyə toxunsaydı o, bərəkətli olardı və çox sayda adamı doydurardı, 7. Allahın Rəsulu (s) ağzının suyunu bir quyuya atsaydı o quyu bərəkətlənib su ilə dolardı. 8. Allahın Rəsulu (s) yumşaq torpaqda yeriyərkən ayağının izi qalmazdı, lakin möhkəm daş üzərində yeriyərkən ayağının izi qalardı. (Həqqül-yəqin, s. 36)


İslam Peyğəmbərin (s) doğum günündə hansı qeyri-adi hadisələr baş verdi?


İslam Peyğəmbərin (s) doğum günündə hansı qeyri-adi hadisələr baş verdi? O pak nümunənin təvəllüdü gecəsi dünyada təəccüblü hadislər baş verdi. Burada onlardan bir neçəsi ilə kifayətlənirik:
1. Min illər boyu sönməyən \"fars” yanar ocağı (ibadətgah) o gecə söndü. 2. Pərəstiş olunan \"Savə” gölü, birdəfəlik quruyub duzluq sahəyə çevrildi. 3. Allahın Evdinə olan bütün bütlər yerə töküldü və asimandan belə bir nida eşidildi: \"Haqq gəldi, batil yox oldu. Həqiqətən də batil məhvə olmağa məhkumdur” ( \"İsra” surəsi, 84-cü ayə)
4. İran padşahlarının (mədainin) böyük eyvanı titrəməyə başladı və onun dörd sütunu çökdü. 5. Səmavə çayının suyu (Kufə və Şam arasında yeriləşir) çoxaldı və axmağa başladdı. (Əl-əmali, Şeyx Səduq, s. 444)


Yasa düşənə necə başsağlığı verək?


Yasa düşənə necə başsağlığı verək? Yas tutana Həzrət Əlinin (ə) başsağlıq verməsi
Bir şəxs dünyadan getmişdi. İmam Əli (ələyhis-salam) o şəxsin qalanlarının yanına getdi və onlara belə başsağlığı verib buyurdu: \"Bu ölüm sizinlə başlanmayıb və sizinlə də sona yetməyəcək.
Sizin bu keçmiş (təzə) dostunuz və yoldaşınız bəzi vaxt səfərə gedirdi. Budur o, yenə də səfərə gedib. Səfərdən qayıtsa, daha yaxşı. Yoxsa siz ona tərəf gedəcəksiniz.\" Bu tərtiblə İmam (ələyhissalam) həm qalanlarına ürək-dirək verdi (ki, bu ümumi bir məsələdir) həm də onlara ibrət dərsi öyrətdi ki, bir gün siz də ölüm karvanına qovuşacaqsınız. ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter