Nimeyi-Şəban nə günüdür?


Nimeyi-Şəban gecəsi şox mübarək bir gecədir. İmam Cəfər Sadiqdən (ə) rəvayət olunmuşdur ki, İmam Məhəmməd Baqirdən (ə) Nimeyi-Şəbanın fəziləti haqqında sual edirlər. Sualın cavabında İmam bu gecənin qədr gecəsindən sonra gecələrin ən fəzilətlisi olduğunu buyurur: O gecə də Allah-Taala bəndələrinə öz fəzilətindən əta edər və onları minnət və kərəmilə bağışlayar. Buna görə də Allah-Taalaya yaxınlaşmaq üçün bu gecə səy və çalışqanlıq göstərin. O bir gecədir ki, Allah-Taala müqəddəs zatına and içmişdir ki, günahdan başqa nə istəsə, onun əlini boş qaytarmayacaqdır.
Haqq-Taala Peyğəmbərimiz (s) üçün qərar verdiyi Qədr gecəsi müqabilində o gecəni (Nimeyi-Şəbanı) bizlər üçün qərar vermişdir. Buna görə də Allah-Taalaya dua və səna etməkdə çalışın.
Bu gecənin bərəkətli olma səbəblərindən biri də budur ki, Həzrət Sahibi-Əsr İmam Zamanın (əc) səadətli mövludu bu gecənin səhər çağlarına təsadüf edir. Bu mübarək hadisə 255-ci hicri təqvimilə Samirra şəhərində baş verərək bu mübarək gecənin daha da şərafətinin artmasına səbəb olmuşdur. Tərcümə etdi: Fərid Abdullah \"islamaz.com\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter