Xanımına hörmət etdi İmam Zaman (əc) evinə qonaq gəldi!


Xanımına hörmət etdi İmam Zaman (əc) evinə qonaq gəldi! Kişinin Qadına hörməti haqda gözəl bir rəvayət:
Mərhum Ayətullah Müctəba Tehrani böyük alimdir. O deyir ki, bir gün getdim məclisə məscidə xütbə etməyə. Gedəndə xanıma dedim ki, məsələn saat 10-da məclis qurtarır 10 tamam evdəyəm. 10-a qədər gözlə məni qapını bağlama. Gəldim deyir məclis bir qədər uzun çəkdi, 11 də evə qayıtdım. Gəldim gördüm ki qapı bağlıdı, xanım da yatıb. Oturdum qapının ağzında dedim ki, mən demişəm saat 10-da gələrəm evə, amma saat 11-dir. Xanım yatıb qoy onu narahat eləmiyim.
Bir nəfər də deyir mən yoldan keçirdim gördüm ki, bir dənə əmmaməli, əba əynində bir nəfər oturub qapının ağzında daşın üstündə. Saxladım maşını görüm kimdi! Gəlib yaxınlaşdım gördüm ki, şəhərin İmam cüməsidi Ayətullah Müctəba Tehrani. Dedim ağacan niyə burda əyləşmisən, Gecənin bu vaxtı?! Dedi ki, vəziyyət belədir. Xanıma demişdim 10-da qayıdaram. Biraz gec qayıtmışam. İndi yatıb istəmirəm, qapını döyüb onu narahat eliyim. İki dənə fikir var: Biri nəfsim deyir ki, burda oturma evin qapısını döy xanımın işi də budur qapını açmaq. Şəri baxımdan da bir işğalı yoxdur. Bunu nəfsim deyir mənə. Amma ikinci deyir Allahdan bir ilham gəlir ki, söz vermisən üstündə dura bilməmisən gözdə sübhə qədər, haçan oyanar özü açar qapını girərsən içəri. Mən deyir ikincisinə üstünlük verirəm.
Çünki nəyisə əldən vermək istəmirəm. İnsanlar məqam sahibi olmağa gəliblər. Deyir biz bu söhbəti eliyirdik gördük xanım açdı qapını. Açdı qapını dedi: Ağacan niyə burda əyləşmisən gəl içəri. Yatmışdım. Yuxuda İmam Zaman (əc) ağanı gördüm. Dedi: Dur get Müctəba Tehrani oturub soyuqda qoyma otursun onu dəvət elə evə.
Söz burasındadı ki, bizim nə qədər ki, imtahan anımız var, qarşımıza çıxır gərək bundan istifadə edək. İstifadə eliyə bilməsək itirəcəyik. İtirə-itirə gedəndən sonra ölüm yaxınlaşdı sonra peşimançılıq fayda vermir.


Allah-Taala bəndəsinin duasını qəbul etmirmi ki, istəklərinə cavab vermir?


Allah-Taala bəndəsinin duasını qəbul etmirmi ki, istəklərinə cavab vermir? Allah həqiqi bəndənin duasını qəbul etməməklə, ona ən böyük inayət etmiş olur! Çünki:
1-Allah-Taala bəndələrinin hərcəhətli həyat tərzinə və eləcə də daxili hislərindən xəbərdar olduğundan, çox zaman bəndəsinin duasını qəbul etmir! Çünki bilir əgər filan bəndənin maddi köməklər istəyini qəbul etsə, o şəxs Allahın razılığı və Allah bəndəliyindən uzaqlaşa bilər. Baxmıyaraq ki o bilməsə də belə, və Allahdan istəsə də. 2-Allahın ən böyük yardımı belə bəndəyə bundadır ki, onun düşüncəsini dəyişmək istəyir ki, bildirə insanın səadəti onun maddi imkanlarına malik olması ilə deyil. 3-Allah-Taala heç zaman imanlı bəndəsi üçün xeyirdən başqa bir şey istəməz. Duasını də qəbul etməməklə hansısa xeyiri vermək və ya hansısa ziyanı həyatından uzaqlaşdırmaq istəyir. Yəni mömin bəndə üçün bəzi istəklərin yerinə yetirilməməsi Allahın hikmətli ilə bağlıdır. O hikmət ki onda xeyirdən başqa heç bir şey yerləşməmişdir. 4- Bəzən də Allah bəndəsi üçün elə bir yerdə kömək edir ki, onun üçün çox böyük nəticələr və dişikliklər yaradır. Bunu da qeyd edək ki, Allahın inayəti o zaman olur ki, onun ədalət və hikmətinə zidd olmasın. Hər şey ölçülmüş baş verir və verməkdədir.


İnadkarlığın səbəbləri nələrdir, fəsadları nədir və müalicə yolları hansılardır?


= İnadkarlığın səbəbləri: 1-Cahillik və axmaqlıq, 2-Təkəbbürlülük və eqoistlik, 3-Daxili travmalar, 4-Düşmənçilik.
= İndakarlığın fəsadları: 1-Camaatın nifrətinə səbəb olar, 2-Şəxsiyyətin hörmətdən düşməsinə yol açar, 3-Dostları itirdər, 4-Düşmənlərin çoxalması zəmin yaradar, 5-Ağlın zəifləməsinə səbəb olar, 6-Qarşıdurma və fitnələrə yol açar, 7-Daxili təskinliyi (rahatlığı) məhv edər, 8-İctimai və ailəvi ixtilafların yaranmasına səbəb olar, 9-günah və səhvlərin çoxalmasına səbəb olar.
= İnadkarlığın müalicə yolları: 1-Bu bəyənilməz xasiyyətin ziyanları haqda düşünmək, 2-Bu bəyənilməz xasiyyətin qaynaqlarınan uzaq durmağa çalışmaq, 3-Ədalət və insaflı olmağa diqqət yetirmək, 4-Başqalarının baxış və sözlərinə hörmətlə yanaşmaq, 5-Başqaları ilə məşvərət etməyə çalışmaq, 6-İnadkarlıq haqda olan Quran və rəvayətləri oxuyub haqqında təfəkkür etmək. 7-Dediklərində, hökm verməklərdə və addımlarda tədbirlə davranışa diqqət yetirmək.


İslam maarifi (Quran və rəvayətlər)inadkarlığın pisliyi haqda nə buyurur?


İslam maarifi (Quran və rəvayətlər)inadkarlığın pisliyi haqda nə buyurur? İnadkarlıq yəni: İnsanın öz fikrini və sözünü yerinə yeritməkdə ağla sığmayan əzmkarlığı.
Quranda İndarlıq: -Yalana dadanmış, günaha düşkün hər kəsin vay halına! O, Allahın ayələrini özünə oxunduğunu eşidir, sonra guya onları eşitmirmiş kimi (Allahın əmrinə qarşı) təkəbbür göstərərək (küfründə) israr edib durur. (Ya Peyğəmbər!) Beləsinə şiddətli bir əzabla müjdə ver! (Casiyə/7-8) Rəvayətlərdə inadkarlıq: -Peyğəmbər (s) buyurur: İnadkarlıqdan ehtiyatlanın, çünki onun başlanğıcı cahillik və sonu isə peşimançılıqdır.
İmam Əli (ə)-dan inadkarlıq haqda rəvayətlər: \"İnadkar insanın haqq söz və düzgün fikir söyləməyi olmaz\". \"İndakarlıq pislik və şərrin qaynağıdır.\" \"İnadkarlıq müharibələr (çəkişmələr) yaradar və qəlblərdə kinələr əkər\".\"Hər kim inadkarlıq edə və bu işində əzmkarlıq (batil olduğu halda) geri çəkilməyə, O şəxs elə yığvalı gətirməyən şəxsdir ki, Allah qəlbinə pərdə salmış və başına xoşa gəlməz hadisələr gələcəyi gözlənilər.\" \"Danlamaqda həddi aşmaq, (qarşı tərəfdə) inadkarlıq alovunu alışdırar.\"


Quran və rəvayətlərdə qohumlarla əlaqəni kəsməyin bəlaları!


Quran və rəvayətlərdə qohumlarla əlaqəni kəsməyin bəlaları! Qohumlarla əlaqəni kəsmək – ibarətdir söz və əməllə onları incitməkdən, eləcə də onların çətinliklərini həll etməkdə diqqətsiz yanaşmaq.
Quran buyurur: “Əgər (Muhəmməd əleyhissəlamdan) üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və (Cahiliyyət dövründə olduğu kimi) qohumluq tellərini qırmaq gözlənilməzmi?! Onlar (münafiqlər, fitnə-fəsad törədənlər) Allahın lənət etdiyi (qulaqlarını) kar və gözlərini kor etdiyi kimsələrdir!” Məhəmməd/ayə: 22-23: Qohumlarla əlaqəni kəsən haqqı eşidməz və Allahın lənətinə düçar olar.
Qohumlarla get-gəli kəsmək haqda rəvayətlər: -Allahın Rəsulu (s) buyurur: “Allah yanından ən qəzəbləndirici əməl dörddür: 1-Allaha şərik qoşmaq, 2-Qohumlarla əlaqəni kəsmək, 3-Pis işlərə həvəsləndirmək, 4-Yaxşı işlərdən çəkindirmək. İmam Əli (ə) buyurur: “Qohumlarla əlaqəni kəsmək insanın ruzi və nemətlərini azaldar”.
Qohumlarla əlaqəni kəsməyin ziyanları: -İnsanın bədbəxtliyinə və kasıbçılığına səbəb olar, -Ömrün gödəlməsinə səbəb olar, -Ailə bağlarını qırılmasına səbəb olar, -Nəsil və qohumluq əlaqələrinin zəifləməsinə səbəb olar, -Qəmli günlər gətirər, -Naəhl insanlara rast gəlməyə səbəb olar, -Allahın rəhmətinin kəsilməsinə səbəb olar,


Bədənin orucundan çətin olan – ruhun orucu dedikdə nə başa düşürük?


Bədənin orucundan çətin olan – ruhun orucu dedikdə nə başa düşürük? Orucun insana fərdi, ictimai və müalicəvi təsiri vardır. Həzərət Peyğəmbərdən (s): “Oruc tutun ki, sağlam olasınız”. İmam Əli (ə) buyurur: “Günahı (tərk etmək) düşüncəsi (üçün) ürəyin orucu mədə orucundan daha yaxşıdır”. Bu hədis iki növ oruca işarə edir: 1. Canın orucu. 2. Cismin orucu. Bədən orucu imanlı insan üçün asandır. Lakin ən fəzilətli oruc - canın yəni ruhun orucudur. İnsanın qulağı, gözü, dili, beyni, nəfsi, ürəyi orucdur.
İmam Əli (ə) buyurur: “Canın orucu - beş hiss orqanının günahın qalmış hissəsinə görə özünü saxlaması, ürəyin bütün çirkinlikdən xəlvət və rahat qalmasıdır”. Əgər insan can orucu tutsa beş hiss orqanı daima nəzarətdə olar ki, günaha tərəf getməsin. İmam Əli (ə): “Dünya xoşluqlarına görə canın orucu - ən faydalı orucdur”.
İmam Əli (ə) buyurur: “Allah orucu vacib buyurmuşdur ki, bəndələrinin ixlasını imtahana çəksin”. Orucun başqa bir vəzifəsi - insan nəfsini islah etməkdir. İnsan oruc tutaraq itaətkar olar, təvazökar olar. Təkəbbürü və lovğalığı kənara qoyar. Nə qədər zəif və zəlil olduğunu anlayar. Beləliklə deyə bilərik ki, orucun fəlsəfəsi - ruh və canı müalicə etmək, iradə və imanı gücləndirmək, nəfsi tərbiyə etmək və təkəbbürdən uzaq olmaqdır. .


İmam Həsən (ə)-dan 8 suala cavab!


İmam Həsən (ə)-dan 8 suala cavab! İmam Həsən (ə)-dan 8 suala hikmətdolu hədislərdən cavab:
1- İmamdan (ə) sual olundu: Zahidlik nədədir? Buyurdu: Təqvalı olmağa çalışmaq və dünyaya bağlanmamaq,
2- Kərimlilik nə deməkdir? Buyurdu: İstəklərdən çox bağışlamaq və aclıq vaxtında yedizdirmək,
3- Paxıllılıq nədir? Əlində olanı böyüklük hesab eetmək, Allah yolunda infaq və bağışladığını aradan getmiş hesablamaq,
4- Ehtiyacsızlıq nədədir? Buyurdu: İnsana nəsib olana razı olması, baxmıyaraq ki az olmuş olsa belə.
5- Kasıbçılıq nədədir? Buyurdu: Hər şeyə tamahkar olmaq.
6- İnsan şərəfi nədədir? Buyurdu: Dostlarla razılaşmaya gəlmək və qonşuları qorumaq,
7- Nanəciblik nədədir? Buyurdu: Özünə hər şəraiti yaratmaq və həyat yoldaşına qarşı diqqətsizlik etmək.
8- Qeyrət nədədir? Dini qorumaq, şəxsiyyətli olmaq, yumşaqlıq, ehsan etmək, başqalarının haqqını ödəmək və insanlara qarşı mehibanlıq göstərmək,


İmam Həsən (ə) Cünədət adlı bir şəxsə nələri tövsiyə etdi?


İmam Həsən (ə) Cünədət adlı bir şəxsə nələri tövsiyə etdi? İmam Həsənin (ə) ömrünün son anlarında Cünadət adlı bir şəxsə etdiyi çox dəyərli nəsihətləri:
“Ey Cünadət!
1-Axirət aləminin yolçuluğu üçün hazırlaş, ondan öncə ki, ölüm anı səndən bu imkanı almış olsun, 2-Bil ki, sən dünya arxasıycasan, ölüm də sənin dalınca, 3-Gələcək günlərinin qəm-qüssəsi bu gününü xarab etməsin, 4-Bil ki, dünya malından hər nə qədər ehtiyacından artıq toplamısan, başqaları üçün qoyursan, (onların bu malı harada xərcləyəcəyi bəlli deyil. Sən ona cavabdehsən). 5-Bil ki, bu dünyanın halalında hesab-kitab olunacaqsan, haramında isə əzab səni gözləyir. 6-Bu dünyanın şübhəli məsələlərində danlaqlıq var, 7-Dünya üçün elə çalış ki, güya burada həmişəliksən, axirətin üçün elə çalış ki, güya sabah aləmini dəyişəcəksən, 8-Əgər istərisən bu dünyada izzət sahibi olasan (tayfa-qohum və sair vasitələrdən istifadə etmədən) Allahın qarşısında itaət edib zillət gətirən günahlardan uzaq dur. ...


Müəllimə hörmət cəmiyyətin vəzifəsi kimi tanınmalıdır!


Müəllimə hörmət cəmiyyətin vəzifəsi kimi tanınmalıdır! “Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir”
Mən çalışıram ki, müəllimin dəyərləndirilməsi İslam dəyərləndirilməsi olsun. Bizim cəmiyyətimizin müəllimə hörmət etməyə ehtiyacı var. Əgər şagirdin valideyni müəllimə sözün həqiqi mənasında hörmət göstərsə, o şagird də sinifdə və sinifdən sonra müəllimə qarşı həmin hissə malik olacaq. Bizə bu lazımdır. Bu sizin üçün bütün maddi imtiyazlardan üstündür. Bizim Böyük İmamımız həkim idi. İmam Quranda işlənən mənada bir həkim idi. Həkim - digərlərinin gözlərindən uzaq və gizli qalan həqiqətləri müşahidə edən şəxsdir. Onun sözlərinin sadə görünməsi mümkündür, lakin nə qədər yarsanız, görərsiniz ki, daha çox qatları və dərinlikləri var. İmam belə idi. Siz Quranda \"hikmət\" sözünün işləndiyi yerlərə baxın - “Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətlərdəndir” - görün bunlar nədir. Görürsünüz ki, zahirən adi tövsiyələrdir, bizim həmişə bir-birimizə dediyimiz sözlərdir. Lakin nə qədər dərinliyinə getsəniz, görərsiniz ki, dərinliyi çoxdur. Fərz edin ata-anaya hörmət hikmətlərdən biridir. Ata-anaya hörmətin təsir və faydalarının sonu yoxdur. İnsan bu məsələdə nə qədər dərinliyə varsa, hələ də daha dərin olduğunu görər. Hikmət budur. İmam bir həkim idi. Burada dedilər ki, müəllimlik peyğəmbərlərin (ə) sənətidir. Bu, çox böyük sözdür. Vİlayət SAYƏSİ (yeddİncİ cİld)


Orucun dəyərinə görə mərtəbələri neçədir?


Orucun dəyərinə görə mərtəbələri neçədir? Orucun dəyərinə görə mərtəbələri: 1-Fiqhi cəhətinə diqqət olunan oruc, 2-Əxlaqi cəhətinə diqqət olunan oruc, 3-İrfani cəhətinə diqqət olunan oruc.
1-Fiqhi oruc dedikdə sübh azanından gün batana qədər yeməli içməlilərdən, və hər bir şey ki orucu batil edir çəkinmək. İnsanı cəhənnəm odundan xilas edəcək oruc. 2-Fiqhi cəhətindən əlavə əxlaqi oruc tutmağa əhəmiyyətli yanaşan şəxs. Yəni şəriətin dediyi 9 haramdan çəkinməklə kifayətlənəməyən oruc tutan şəxs. İmsakdan ta iftara qədər bütün bədən üzvlərini də o cümlədən dili, gözü, qulağı, əli, ayağı və ... ixtiyarında olan vasitələri haram, hətta bəzi halallardan saxlayan şəxs. Dünya və axirəti abadlaşdıran oruc növü. 3-Üçüncü dəstə oruc tutan insanlar İrfani oruc tuturlar Allah razılığı üçün, nə cəhənnəm qorxusuna görə nə də behişt tamahına görə, baxmıyaraq ki qeyd olunan iki öncəki oruclar də insan xeyrinədir. Amma bu növ orucda “İrfani orucda” çalışılır ki, Allahdan başqa hər şeyin məhəbbətindən xilas olunsun. Günah, xəta və pis fikirlərdən özünü qoruyan oruclu. Bu növ orucda Allahın razılığı və 1001 bir gözlənilməyən əbədi səadətlər yerləşib.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter