HZ.Peyğəmbərdən valideyinlərə 40 nəsihət...


HZ.Peyğəmbərdən valideyinlərə 40 nəsihət:

1. Nəsihət: İmanınızı xeyirli gözəl əməllərdə dünyaya əks etdirin.

2. Nəsihət: Yuvanızı qarşılıqlı sevgi rəhmət və şəfqət təməlləri üzərinə qurun. Yuvanızdan sevgi və rəhməti əskik etməyin.

3. Nəsihət: Yuvanızı İslam nuruyla işıqlandırın

4. Nəsihət: Ailə ətrafınızı sadiq və saleh insanlarla təchiz edin.

5. Nəsihət: Özünüzü və ailənizi atəşdən və hüsrandan qoruyun.

6. Nəsihət: Dünyaya gözlərini yeni açan balanızın qulağına azan oxuyun.

7. Nəsihət: Uşaqlarınıza gözəl adlar verin.

8.Nasihət: Balanızın dünyaya gəlişinə sevinin.

9. Nəsihət: Analar uşaqlarınızı əmizdirin.

10. Nəsihət: Atalar! Ailənizin gəlirini halal yoldan təmin edin və bunun bir ibadət bir əcr və mükafat yolu olduğunu bilin.

11. Nəsihət: Uşaqlarınızı sevin və onlara sevginizi göstərin.

12. Nəsihət: Uşaqlarınızı gözəl əxlaqla yetişdirin onları ərkəsöyün böyütməyin.

13. Nəsihət: E gələrkən salam verin və uşaqlarınızı da salam verməyə alışdırın.

14. Nəsihət: Yuvanızın içində gözəl dil istifadə edin.

15. Nəsihət: Uşaqlarınıza ədalətli davranın.

16. Nəsihət: Uşaqlarınıza dua edin onlara qarğış və ya lənət etməyin.

17. Nəsihət: Uşaqlıqdan qaynaqlanan səhvlərini xoş görün.

18. Nəsihət: Uşaqlarla zarafatlaşın. Uşaqlarınıza gözəl nümunə olun.

19. Nəsihət: Uşaqlarınıza gözəl sözlər və iman əsaslarını öyrədin.

20. Nəsihət: Uşaqlarınıza Quran öyrədin.

21. Nəsihət. Uşaqlarınıza ibadət duyğusundan danışın. Onlara necə namaz qılacaqlarını necə oruc tutacaqlarını öyrədin.

22. Nəsihət: Uşaqlarınıza gözəl xüsusiyyətlər öyrədin.

23. Nəsihət: Uşaqlarınıza ev içi ədəbi ilə əlaqədar məlumatlar verin onları öyrədərək gözəl vərdişlər qazandırın.

24. Nəsihət: Elmi sevin və uşaqlarınıza elm sevgisini örədin.

25. Nəsihət: Ailə içindəki məsuliyyətlərinizi bilin və uşaqlarınıza yaş və vəziyyətlərinə uyğun məsuliyyət verin.

26. Nəsihət: Ana və atanız üçün xeyirli övlad olun uşaqlarınıza da gözəl nümunə

27.Nasihat: Qohumlarınızla bağlarınızı qoruyun.

28. Nəsihət: Uşaqlarınıza şəxsiyyətli olmağı başqa zehniyyətləri təqlid etməməyi olduğu kimi görünməyi öyədin.

29. Nəsihət: Ailənizə və uşaqlarınıza zaman ayırın.

30. Nəsihət: Böyüklərinizə hörmət kiçiklərinizə şəfqət və mərhəmət göstərin.

31. Nəsihət: Əsl məqsədin və hədəfin nə olduğu yuvanızda olan hər fərd tərəfindən bilinməlidir. Bu şüuru yuvanızda cücərdin.

32. Nəsihət: Ailə yuvanızda israfdan uzaq durun.

33. Nəsihət: Qənaətkar olun.

34. Nəsihət: Evinizin, özünüzün və uşaqlarınızın maddi mənəvi təmizliyinə diqqət yetirin

35. Nəsihət: Uşaqlarınızın yaxşı yoldaşlar əldə etmələrinə diqqət yetirin.

36. Nəsihət: Uşaqlarınızın səhv vərdişlər əldə etməsinə fürsət verməyin.

37. Nəsihət: Uşaqlarınızı öz cinslərinə uyğun olaraq yetişdirin.

38. Nəsihət: Uşaqlarınızı açıq sözlü yetişdirin

39. Nəsihət: Ailə sirlərinizi çölə verməyin

40. Nəsihət:Yoldaşınızın və uşaqlarınızın duyğularını anlayın zaman zaman özünüzü onların yerinə qoyun və müsbət istiqamətdə addımlar atın...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter