Həzrət Peyğəmbərin (ə) ailəsi ilə rəftarı necə olmuşdur?


Həzrət Peyğəmbərin (ə) ailəsi ilə rəftarı necə olmuşdur? Həzrət Peyğəmbərin (s) İslam ümməti üçün ailə rəftar tərzi dərsləri:
-Həzrət (s) həm həyat yoldaşlarına və həm də qızına, nəvələrinə və kürəkəninə qarşı xoş əxlaq göstərərdi. Nə zaman ki, Fatimə (s.ə) Peyğəmbərin (s) yanına gəlirdi, Həzrət (s) ayağa qalxır və onu öpər və öz yerində əyləşdirərdi.
-İmam Əli (ə) ömrünün 30 ilini Peyğəmbərin (s) yanında olmuşdur. O, Peyğəmbəri (s) hamıdan çox tanıyırdı. Həzrətin (s) daxili və xarici əxlaqından xəbərdar idi. İmam Hüseyn (ə) buyurur: \"Atamdan Peyğəmbərin (s) evdə gördüyü işlərdən sual verdim. Buyurdu: \"O vaxt ki, evinə gedərdi, vaxtını üç yerə bölərdi: bir hissəsi Allah üçün, bir hissəsi ailəsi üçün və bir hissəsi də özü üçün. Özünə düşən payı özü ilə insanlar arasında bölərdi. Onu qohumları və səhabələrinə qərar verərdi. İmkanlarından heç birini onlardan əsirgəməzdi”...


Yer üzərində yol gedən ən pis insandır bu şəxs!


Yer üzərində yol gedən ən pis insandır bu şəxs! Söz gədirmək - kəbirə günahlardandır və Allah ona görə ağır əzab vəd etmişdir.
-Allah Təala buyurur: \"Allahın (tövhid və dinin qəbul edilməsi barəsindəki) əhd-peymanını (möcüzələr və dəlillərlə) möhkəmləndirdikdən sonra pozan, Allahın birləşilməsinə əmr etdiyi şeyi qıran və yer üzündə fəsad törədən kəslər üçün lənət və bu dünyanın pis sonu vardır\". (\"Rəd\" 25).
-Bu ayənin buyurduğu kimi, söz gəzdirmək və bir nəfərdən eşitdiyini başqasına söyləmək cəmiyyətdə nifaqa və fəsada səbəb olar. Ona görə də söz gəzdirən insan böyük günah işlətmiş və Allahın qəzəbinə səbəb olmuş olar.
-Həzrət Peyğəmbər (s) buyurur: \"Sizləri özünüzün ən pisi ilə agah edimmi?\". Deyirlər ki, bəli. Buyurur: \"Onlar ki, söz gəzdirməyə gedirlər və dostlar arasına ayrılıq salırlar və pak insanlar üçün eyb axtarırlar\".
-Bəni-İsrayil qəhətliyə düçar olur və Həzrət Musa (ə) Allahdan yağış istəyir. Vəhy gəlir ki, sənin və səninlə bir yerdə olanların duasını qəbul etməyəcəyəm. Çünki sizin aranızda nəmmam (söz gəzdirən) vardır ki, söz gəzdirməkdən əl çəkmir. Musa (ə) deyir: \"Allahım, o şəxs kimdir ki, onu özümüzdən uzaqlaşdıraq?\". Buyurur: \"Mən sizə söz gəzdirməyi qadağan edirəm, başqasının sirrini necə aça bilərəm ki?\". Ona görə də ümumi tövbə etdilər və həmin kəs də tövbə etdi. Onlara yağış yağdı\". Bəli, o kəs ki, başqasının eybini sənə söyləyirsə, əmin ol ki, sənin də eybini başqalarına söyləyir.


Xanımlar, həyat yoldaşlarınızdan haqlarınızı almaq üçün bu yollar daha təsirlidir?


Xanımlar, həyat yoldaşlarınızdan haqlarınızı almaq üçün bu yollar daha təsirlidir? Kişiləri tənqid etməyin münasib üslubu.
1. Qadın incikliyini bildirməmişdən öncə onu kağız üzərinə yazsın. Hadisəni yazmaq onu həm nisbətən sakitləşdirər, həm də incikliyinin səbəblərini daha dərindən aydınlaşdırar.
2. Söhbət etməzdən öncə özünü həyat yoldaşının yerində təsəvvür etsin. Bu yolla onun çətinliklərini daha yaxşı başa düşər.
3. Həyat yoldaşıyla söhbət etməmişdən öncə bu mövzunu (əgər xüsusi ehtiyac duyulmursa) başqalarına açıqlamasın.
4. Söhbətin əvvəlində təkidlə vurğulasın ki, hadisəni daha yaxşı anlaması üçün bunu aydınlaşdırır.
5. Dəfələrlə xatırlatsın ki, mümkündür işin əsli anlaşılmazlıqdır və bu söhbəti açmaq onu aradan götürmək üçündür.
6. Yoldaşının müsbət xüsusiyyətlərini, yaxud etdiyi lazımi işləri xatırlamağa çalışsın ki, müzakirə fəzası səmimiyyət tapsın.
7. Söhbət əsnasında dil yarasına, kinayəyə, məsxərəyə və təhqirə yol verməsin. Onunla dostcasına, mehriban söhbət etsin. kovser.az


Kişilər xanimlarınızı danlayanda bu yollar daha təsirlidir?!


Kişilər xanimlarınızı danlayanda bu yollar daha təsirlidir?! Qadınları tənqid etməyin münasib üslubu.
1. Kişi mövzunu izah etməzdən öncə onu kağız üzərinə yazsın ki, öz səhvlərinə də diqqət yetirə bilsin.
2. Heç vaxt həyat yoldaşını başqalarıyla müqayisə edib, digərlərinin üstünlüklərini ona tənə etməsin.
3. Həyat yoldaşınızı küsdürən şeyi aradan qaldırdıqdan sonra günahını etiraf etməyə onu məcbur etməyin.
4. Evin işlərini çöl işlərindən üstün tutun və onun zəhmətlərinin qədrini bilin.
5. İnad və tərslikdən çəkinin.
6. Söhbət zamanı söz və ibarələrinizdə diqqətli olun, çünki qadınlar deyilənlərdən çox deyilmək istənilənlərə əhəmiyyət verirlər.
7. Xanımlara çox sual etməklə onları dərk etməyə istiqamətləndirin, özünüzə istintaq qurmayın.
8. Bacardığınız hər hansı bir şəkildə incikliyin aradan getdiyini göstərin (hədiyyə, gül və ya müqabilin ehtiyacı olan hər hansı bir şeyi ona almaqla və s).


İsmayıl Peyğəmbərin neçə övladı olub? Və kimlərdir?


İsmayıl Peyğəmbərin neçə övladı olub? Və kimlərdir? Hz.İsmailin (ə) ilk evlilikdən bir övladı oldu. Amma o uşaqdan heç bir övlad dünyaya gəlmədi. O qadından sonra daha dörd qadın aldı və hər birindən Allah-taala ona dörd oğul əta etdi, ümumilikdə dörd qadından on iki, ya on altı oğul sahibi oldu.
Tarix kitablarında Hz.İsmailin (ə) övladlarının adı belə qeyd edilmişdir: Nabit, Qeydar, İdbil, Mibsam, Mişma, Duməh, Məsa, Hidar, Tima, Yətur, Nafiş, Qədəmə.
Təbəri \"Ət-tarix\" kitabında bu adlarda ixtilaf edərək deyir: -\"Bu on iki oğlun anası Məzaz ibn Əmr Cərhuminin qızı Səyyidədir və ərəblərin nəsli Nabit ilə Qeydara çatır.\"
\"İsbatul-vəsiyyə\" kitabında qeyd edilir ki, Hz.İsmailin (ə) on üç oğlu olub və ən böyüyü \"Qeydar\" idi.
\"Biharul-ənvar\" və \"Qisəsul-ənbiya\" kitablarından nəql edir ki, İbrahim anasının vəfatından sonra Cərhum qəbiləsindən Zələ və yaxud İmadə adlı bir qız ilə evləndi, amma ondan heç bir övladı olmadı. Sonra ona talaq verib Haris ibni Məzazın qızı Səyyidə ilə evləndi və ondan uşaqları oldu.
Sələbi deyir: -\"Səyyidə, Məzaz ibn Əmr Cərhuminin qızıdır.\" Necə ki, Təbəri də bu nəzəri qəbul etmişdir. Yəqubi isə bu qızın adını Heyfə qeyd etmişdir.


İnsan həyatında 10 hadisənin baş verməsi fəlakətgətirən müsibətlərdir!


İnsan həyatında 10 hadisənin baş verməsi fəlakətgətirən müsibətlərdir! İnsan həyatında baş verən 10 hadisə fəlakət gətirən müsibət hesab olunur:
Peyğəmbər (s) buyurur: Dünya və axirətin hər biri üçün 5 böyük müsibət baş verər:
Dünya müsibətləri ibarətdirlər:
1-Yaxşı dostun ölümü, 2-Halal ruzini itirmək, 3-Düşmən və namərd insanların danlağına düşmək, 4-Xeyir və saleh əməlləri tərk etmək, 5-Dili acı olan həyatyoldaşı.
Amma Axirət müsibətləri:
1-Namazı əldən vermək, 2-Alimin ölməsi, 3-Əlacsızı ümidsiz etmək, 4-Ata-anaya qulaq asmamaq, 5-Zəkat verməmək (yəni varından Allah yolunda kasıbların haqqını ödəməmək). Məvaizul-ədədiyyə, səh: 263


Peyğəmbərin (s) hədisində yaxşı xanımın xasiyyətləri 9-dur!


Peyğəmbərin (s) hədisində yaxşı xanımın xasiyyətləri 9-dur! Həzrət Peyğəmbər (s) buyurur: \"Qadınların ən yaxşısı o xanımdır ki, bu 9 xasiyyəti olmuş olsun:
1-Övlad sahibi olmağa hazırlıqlı olan xanım,
2-Rəftar və danışıqda mehriban olan xanım,
3-Həyalı və iffətli olan xanım,
4-Qohumları yanında başı uca və həyat yoldaşı qarşısında təvazökar olan xanım,
5-Özünün gözəlliklərini yalnız əri üçün göstərən xanım,
6-Başqalarının yanında özünün iffət, namus və vüqarlılığını qoruyan xanım,
7-Həyatyoldaşının sözünə qulaq asıb itaət edən xanım,
8-Müştərək evlərində yoldaşının sözündən çıxmayan xanım,
9-Kişilərdə olan hazırcavablıq etməyən xanım. Üsul-Kafi, cild: 5, səh: 324.


Ehtiyaclarınızı 3 dəstə insanlardan başqa heç kəsin yanında danışmayın!


Ehtiyaclarınızı 3 dəstə insanlardan başqa heç kəsin yanında danışmayın! Ehtiyaclarınızı 3 dəstə insanlardan başqa heç kəsin yanında danışmayın:
İmam Hüseyn (ə) buyurur: Ehtiyac və çətinliklərinizi həll etmək üçün bu 3 dəstədən başqa heç kəsdən kömək istəməyin:
1-Dindar, 2-Kişi və mərdanəliyini olan şəxs, 3-Əsl-nəsəbli olan insana.
-Çətinliyini həll etmək üçün dindara ağız aç. Çünki dindar dinin insanların şəxsiyyətini qorumaqda tapşırıqları pozmayacaq.
-Kişi olan insanə ağız açmaqdan çəkinmə. Çünki kişi insan öz mərdliyindən həya edib möhtacın çətinliyini həll etməkdə əlindən gələni əsirgəməz.
-Əsl-nəsəbli və köklü insana hacətini deməkdən çəkinmə. Çünki mənliyə sahib olan şəxs sənin mənliyinin başqasının yanında tökülməməsinə mane olmağa çalışar. Tuhəful-Üqul, səh: 430


İslam maarifində müsəlman şəxsin öhdəsinə qoyulan 20 haqlar


İslam maarifində müsəlman şəxsin öhdəsinə qoyulan 20 haqlar İslam maarifində insan boynuna gələn əməl olunması vacib haqlar:
1-Övladın haqqı: Onun düzgün tərbiyə olunması və ibadətə meyillənməsi üçün kömək etmək.
2-Qardaşın haqqı: Qüdrətin olduğunu düşünərək ona kömək etməyə çalışmaq,
3-Sənə yaxşılıq edən şəxsin haqqı: Onun ehtiyacı olduğu zaman köməyini əsirgəməmək,
4-Azançının haqqı: İbadətə çatdığı üçün minnətdarlıq göstərmək,
5-Namazda axund və imanın haqqı: Onun hörmətini qoruyub, izzətini artırmağa çalışmaq,
6-Məclisdəki həmsöhbətlərin haqqı: Onların dəyərli olduqlarını göstərməyə çalışmaq,
7-Qonşunun haqqı: Hörmətini, namusunu və varını qorumağa çalışmaq,
8-Dostun haqqı: Onunla insafla rəftar edib günahdan çəkindirmyə çalışçmaq,
9-Malın haqqı: Halal yolla qazanıb xeyir işlərdə işlədib, ehsan etməyə çalışmaq,
10-Borc aldığın şəxsin haqqı: Xoş dillə razılığını cəlb et.
11-Şərikin haqqı: Onu aldatmamaq,
12-İddiaçı şəxsin haqqı: haqqıdırsa kömək etmək və nahaqdırsa mülayim nəsihət etmək,


İslamda insan öhdəsinə qoyulan yerinə yetiriləsi haqlar-1


İslamda insan öhdəsinə qoyulan yerinə yetiriləsi haqlar-1 İnsani kəmalata və ibadətlərdə şirinliyə çatmaq istəyən insan öncə bu haqları ödəməlidir:
1-Allahın haqqı: Ona ixlasla ibadət etmək.
2-Nəfəs çəkməyin haqqı: Allaha itaət etməkdir,
3-Qulağın haqqı: Qeybət eşitməmək və hikmətli sözlərə qulaq asmaq,
4-Dilin haqqı: Haram sözlər deməkdən çəkinərək ilahi kəlamları oxumaq,
5-Gözün haqqı: Naməhrəm və harama baxmamaq,
6-Əlin haqqı: Başqalarının malına sahib çıxmamaq,
7-Ayağın haqqı: batil yolda addımlamamaq,
8-Qarının haqqı: haram və yetimin malını yeməmək.
9-Həyanın haqqı: Onu zinadan qorumaq,
10-Namazın haqqı: Onu hüzuri-qəlblə (diqqətlə) qılmaq,


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter