Ehtiyaclarınızı 3 dəstə insanlardan başqa heç kəsin yanında danışmayın!


Ehtiyaclarınızı 3 dəstə insanlardan başqa heç kəsin yanında danışmayın:

İmam Hüseyn (ə) buyurur: Ehtiyac və çətinliklərinizi həll etmək üçün bu 3 dəstədən başqa heç kəsdən kömək istəməyin:

1-Dindar, 2-Kişi və mərdanəliyini olan şəxs, 3-Əsl-nəsəbli olan insane.

-Çətinliyini həll etmək üçün dindara ağız aç. Çünki dindar dinin insanların şəxsiyyətini qorumaqda tapşırıqları pozmayacaq.

-Kişi olan insanə ağız açmaqdan çəkinmə. Çünki kişi insan öz mərdliyindən həya edib möhtacın çətinliyini həll etməkdə əlindən gələni əsirgəməz.

-Əsl-nəsəbli və köklü insana hacətini deməkdən çəkinmə. Çünki mənliyə sahib olan şəxs sənin mənliyinin başqasının yanında tökülməməsinə mane olmağa çalışar. Tuhəfül-Uqul, səh: 430


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter