Ziyarətgahlarda şam yandırmaq düzgündürmü?


Ziyarətgahlarda şam yandırmaq düzgündürmü? Günümüzdə çox işlənən əməl haqda sual:
Ziyarətgahlarda şam yandırmaq ənənəsi İslamda yoxdur. Dini mətnlərdə bununla bağlı hər hansı məlumata rast gəlmirik. Buna görə bəzi alimlər bu ənənənin mövhumat nəticəsində xristianlıqdan İslama keçdiyini söyləyirlər. Bəzi hədislərdə məzarların üzərini işıqlı etmək və qaranlıq saxlamamaq tövsiyə edilir. Bu da yəqin ki, o zamanlar işıqlandırma sisteminin olmaması ilə əlaqədar idi. Hal-hazırda ən azından bütün iri ziyarətgahlarda müasir və güclü işıqlandırma sistemi fəaliyyət göstərir. Ona görə də ziyarətgahda şam yandırmağın heç bir mənası qalmır. Üstəlik, yuxarıda qeyd edildiyi kimi bu hərəkət xristianların dəbini xatırladır. Müsəlmana yaraşmaz ki, özünü qeyri-müsəlmanlara bənzətsin və öz müstəhəb dini ayinini onlar kimi yerinə yetirsin.


İmam Zamanla (əc) görüşməkdən daha üstün olan əməl varmı?


İmam Zamanla (əc) görüşməkdən daha üstün olan əməl varmı? Mərhum Ayətullah Behcət (ə) İmam Zamanın (əc) görüşünü arzulayanlara məntiqli tövsiyə:
Bəzən insanlar Həzrət Mehdi (ə)-ın hüzuruna nail olmaq üçün çox səy edirlər. Amma iki rəkət namaz qılıb məsum İmamlara (ə) təvəssül etmək bundan daha yaxşıdır. Çünki İmam Zaman (ə) həm bizləri görür, həm də eşidir. Onun qeyb dövründəki ibadət, zühur edəcəyi vaxtdakı ibadətdən qat-qat üstündür. Məsum İmamlardan (ə) hər hansı birini ziyarət etmək, İmam Zamanı (ə) ziyarət etmək kimidir.


Qiyamətdən sonra dünyanın taleyi necə olacaqdır?


Qiyamətdən sonra dünyanın taleyi necə olacaqdır? Bu sualın cavabında məsumlardan olan beşincim İmamdan (ə) nəql olunan hədisə diqqət edək:
Muhəmməd ibni Müslim nəql edir ki, İmam Baqir (ə) buyurmuşdur: “Allah Təala o gündən ki, yer üzündə yaradılışın bünövrəsini qoydu, 7 aləm xəlq etdi ki, onlar Adəm övladlarından hesab olunmurdular. Onları torpaqdan yaratdı və bir-birinin ardınca yerdə sakin oldular. Nəhayət nəsilləri tükəndi. Ona görə də Adəmi (ə) yaratdı və övladlarını onun nəsildən xəlq etdi. Allaha and olsun ki, heç bir zaman behişt möminlərin ruhundan boş olmamışdır, atəş də kafirlərin və günahkarların ruhundan. Yəqin ki, belə hesab edirsən ki, Qiyamət bərpa olan zaman behişt əhlinin bədənləri ruhları ilə birləşəcək, cəhənnəm əhlinin bədənləri də cəhənnəm əhlinin ruhları ilə bir olacaqdır, artıq O, (Allah) şəhərlərdə pərəstiş olamayacaqdır? Elə bir məxluq yaratmayacaqdır ki, Ona pərəstiş etsin? Bu cür deyildir. Allaha and olsun ki, yaradılışı olacaqdır ki, erkək və dişi olmadan meydana gələcəkdir və Ona bəndəlik edəcəkdir, Onu böyük hesab edəcəkdir. O, elə bir yer xəlq edəcəkdir ki, çörəyi həml edər, səmanı xəlq edər ki, kölgəsində olsunlar. Görmürsən ki, Allah buyurur: “Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının (bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək Allahın hüzurunda zahir olacağı gündə!””. (“İbrahim” 48).


Peyğəmbərin (s) Besəti olmasaydı nə olardı?


Peyğəmbərin (s) Besəti olmasaydı nə olardı? Qurani Kərim buyurur: “(Onları) müjdə verən və qorxudan peyğəmbərlər (olaraq göndərdik) ki, bu peyğəmbərlər(in gəlişin)dən sonra insanların Allaha qarşı heç bir dəlil-sübutu olmasın...”. (Nisa/165). Bu ayədən də göründüyü kimi, əgər Peyğəmbər (s) məbus olmasaydı, insanlar Qiyamət günü Allaha haqqı tanımadıqları üçün etiraz edərdilər. Allah Özü də bu mövzunu təsdiq edib buyurur: “(Bu qiblənin təyin edilməsi də) sizin aranızda (mələk və cinlərdən deyil) özünüzdən (cins və dili sizinlə bir olan), sizə daim Bizim (tovhid) nişanə və ayələrimizi oxuyan, sizi(n ruhunuzu) paklaşdıran, inkişaf etdirən, sizə (səma) kitabı(nı) və hikməti (şəriət hökmlərini və əqli maarifi), eləcə də əvvəllər bilmədiyiniz şeyləri öyrədən (insanı) peyğəmbər göndərdiyimiz kimi (nemətdir)”. (Bəqərə\\151).
Yəni, əgər Allah vəhy yolu ilə bizə həqiqətləri çatdırmasaydı, biz heç bir zaman vəzifələrimizi tanımayacaqdıq. Lakin Allah Müdrik və Aqildir. Ona görə də hikmətinə görə bu işi əməli etdi və etiraz üçün yer qoymadı. -Əli (ə) buyurur: “Allah Peyğəmbərin (s) dili ilə sizə xəbər verdi ki, hansı işləri sevir və hansı işlərə nifrət edir. Hansı əməllərə əmr etmişdir və hansı əməlləri qadağan etmişdir”. - Beləliklə, deyə bilərik ki, Peyğəmbər (s) ona görə məbus oldu ki, Allahın kəlamlarını bizə çatdırsın. Ondan sonra bu müraciəti çatdırmaq vəzifəsi İmamlara (ə) keçmişdir. Bu vəzifə Qiyamət gününə qədər də davam edəcəkdir. Bu, bizik ki, gərək bütün varlığımızla dinimizin qədrini bilək və ona sahib çıxaq.


Uşaqlar üçün oxunan dastanlarda hansı cəhətlərə diqqət olunmalıdır?


Uşaqlar üçün oxunan dastanlarda hansı cəhətlərə diqqət olunmalıdır? Uşağa bəzi əxlaqi incəlikləri nağıl, hekayət şəkilində çatdırın. «Yusuf» surəsinin 111-ci ayəsində belə buyurulur: «Peyğəmbərlərin hekayətlərində ağıl sahibləri üçün, sözsüz ki, bir ibrət vardır...»Uşağa danışılan hekayətlərin bəzi xüsusiyyətləri olmalıdır, o cümlədən:
• Hekayətdə İlahi çalarlar olsun.
• Hekayəti danışmada tərbiyələndirmə və xatırlatma qəsdi olsun.
• Hekayəti danışarkən dinləyicinin yaşını və həmçinin, ruhi, əqli şəraitini nəzərə almaq lazımdır.
• Hekayəti danışarkən ifrat və təfritə, yalan və şayəyə və yaxud həqiqətdən qaçmaya yol verilməsin.
• Dinləyicinin zehni suallarına cavab versin.
• Ən yaxşı hekayət seçilsin.
• Hekayətlərdə haqq qələbə çalsın.
• Hekayətdəki şəxs hər cür əyrilikdən uzaq olsun.
• Hekayət qısa olsun.


Azı da ziyandı, çoxu da...


Azı da ziyandı, çoxu da... Çox yatmaq da beyinə yuxusuzluq qədər neqativ təsir göstərir:
Həddən artıq çox yuxu insan beyninə yuxusuzluq qədər neqativ təsir göstərir. Bu, alimlərin müxtəlif yaş qruplarından olan insanlar üzərində apardıqları araşdırmalardan sonra məlum olub.
Belə ki, Uorvik Universitetinin alimləri 50-64 yaş arası 9000 adam üzərində araşdırma aparıblar. Gün ərzində 8 saatdan az yatanlarda yaddaş və diqqət problemləri üzə çıxıb. Gün ərzində 8 saatdan çox yatanlarda da analoji problemlər müşahidə edilib.
Araşdırmanın müəlliflərindən biri, professor Françesko Kappuççio deyir ki, yalnız doğru həddə yuxu yaşlı adamlarda əqli geriləmənin qarşısını ala bilər: \"Fiziki və əqli sağlamlıq üçün yuxu olduqca vacibdir. Optimal yuxu isə ahıl insanların beyinlərinin funksiyasını normada saxlayır.


Uşaqlar qurbanın kəsildiyini görməlidirmi?


Uşaqlar qurbanın kəsildiyini görməlidirmi? Qurban kəsməyin imkanı yerində olanlara Allahın əmri və sevimli Peyğəmbərimizin sünnəsi, həmçinin bəndənin Allaha qarşı şükrünün və təslim olmasının ifadəsi, Allahın arzularının şəxsi istəklərdən üstün tutulmasının bir nişanı, paylanan qurban ətinin insanlar arasında sevgi və dostluğu gücləndirdiyini də söyləməyi yaddan çıxarmamalıyıq.
a)- Yaşları 7-dən az olanlar: Görməməlidir.
b)- 7-12 yaş qrupu: Qurbanın nəyə görə kəsildiyi izah edilməlidir
c)- Yetkinlik dövrü: Görməsində heç bir qəbahət yoxdur.


Qurandan bu surələri oxumaq ruzini artırır?


Qurandan bu surələri oxumaq ruzini artırır? Hədislərimiz ruzini artırmaq üçün bu surələri oxumağı tövsiyə edir.
1. İ. Sadiq (ə) buyurur: “Hər kim hər gecə “Vaqiə” surəsini oxuyarsa, dünyada çətinlik, bəla, yoxsulluq və ehtiyac görməz. Həzrət Əlinin (ə) dostlarından olar”.
2. İ. Sadiq (ə) buyurur:: “Hər kim “Huməzə” surəsini vacib namazda oxuyarsa, yoxsulluq ondan uzaq olar ...”.
3. H. Peyğəmbər (s) buyurur: “Hər kim “Ləyl” surəsini oxuyarsa, Allah ona o qədər əta edər ki, razı olar, ...”.
4. H. Peyğəmbər (s) buyurur: “Hər kim “Muzəmmil” surəsini oxuyarsa, dünya və axirətdə çətinlik ondan götürülər”.
5. İ. Sadiq (ə) buyurur: “Hər kim “Zariyat” surəsini gecə və ya gündüz oxuyarsa, Allah həyat vəziyyətini islah edər ...”.
6. İ. Səccad (ə) buyurur: “Hər kim “Mumtəhənə” surəsini namazlarda oxuyarsa, yoxsulluq və dəlilik ondan və övladlarından uzaq olar”.
7. “Nəcm” və “İbrahim” sur də ruzinin artması üçün tövsiyə olunur.
Əlbəttə, bunu qeyd etmək lazımdır ki, ruzi qazanmaq üçün səy etmək lazımdır. Ticarət və başqa sahələrdə elm öyrənmək və məsləhətləşmək ruzinin artmasına yardım edər. Gecə namazı qılmaq da ruzinin artmasına səbəb olar.


Vaqiə surəsini oxumaq İmam Əliyə (ə) məhşərdə qonaq olmağa səbəbdir!


Vaqiə surəsini oxumaq İmam Əliyə (ə) məhşərdə qonaq olmağa səbəbdir! Quran surələrinin bir çoxunun İmam Əli (ə) ilə rabitəsi vardır. Əbu Bəsir İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Hər kəs cümə gecəsi “Vaqiə” surəsini oxuyarsa, Allah onu sevər. Onu bütün insanların yanında sevimli edər. Dünyada bədbəxtlik, yoxsulluq görməz. Dünya ziyanları ona dəyməz. Əmirəl-möminin (ə) yoldaşı olar. Bu surə İmam Əliyə (ə) aiddir və heç kəs onda şərik deyildir”. (Tebyan)
-“Vaqiə” surəsi o surələrdəndir ki, ölümdən, bərzəx aləmindən, yaxşıların və pislərin halından xəbər verər. Bu surə Məkkədə nazil olmuşdur.
-“Vaqiə” surəsi Qiyamət hadisələrindən bəhs edir. Bəs niyə Qiyamət vaqiə adlandırılmışdır? Vaqiə kəlməsi bir kateqoriyadır ki, hər hadisəni onunla izah və şərh etmək olar. Misal üçün deyirlər ki, hadisə bar verdi, yəni vaqiə baş verdi.
Bu surədə adı çəkilən vaqiə - Qiyamət hadisələridir. Ona görə də Qiyamətin adlarından biri də vaqiədir. Bundan başqa Qiyamətin ğaşiyə, qariyə, haqqə kimi adları da vardır...


Ciddi təhlükədən xəbər verən ağrılar - SİYAHI


Ciddi təhlükədən xəbər verən ağrılar - SİYAHI Həkimə müraciət olunması zəruri olan xəstəliklər:
1. Keçməyən və təkrarlanan baş ağrısı: Çünki keçməyən baş ağrıları bəzən beyin daxilində kütlə, serebrovaskulyar xəstəlik və ya anevrizmanın xəbərçisi ola bilər.
2. Sinə, boğaz, çənə, çiyin, qol və ya qarın bölgəsində görülən şiddətli ağrılar: ürək ağrılarında problemlərin olmasının əlaməti olaraq tanıtdırılır.
3. Kürək və ya bel sümükləri arasında görünən ağrı: Öd kisəsi ağrılarına nişanə ola bilər.
4. Şiddətli Qarın Ağrısı: Öd kisəsi və mədəaltı vəzi problemləri, mədə xorası və bağırsaq keçməməzliyi vəziyyətləri özünü şiddətli qarın ağrısı ilə ortaya qoya bilər.
5. Baldır Ağrısı: İki ayaq arasındakı səviyyə fərqinin müşayiət etdiyi ayaq ağrısı ayağın dərin damarlarında meydana gəlmiş bir qan laxtalanmasının xəbərçisi ola bilər.
6. Yanan Ayaqlar: Ölkəmizdə diabet xəstələrinin sayını nəzərə alsaq ən sıx görülən şikayətlərdən biri də xüsusən ayaqlarda görülən yanma hissidir.
7. Qarışıq və tibdə açıqlanmayan ağrılar: Bəzən xəstələrdə heç bir səbəb olmadan şiddətli baş ağrısı, qarın ağrısı görünə bilər. Bu halda mütləq bir mütəxəssis psixiatr dəstəyi almaq lazımdır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter