İsmayıl Peyğəmbərin neçə övladı olub? Və kimlərdir?


Hz.İsmailin (ə) ilk evlilikdən bir övladı oldu. Amma o uşaqdan heç bir övlad dünyaya gəlmədi. O qadından sonra daha dörd qadın aldı və hər birindən Allah-taala ona dörd oğul əta etdi, ümumilikdə dörd qadından on iki, ya on altı oğul sahibi oldu.

Tarix kitablarında Hz.İsmailin (ə) övladlarının adı belə qeyd edilmişdir: Nabit, Qeydar, İdbil, Mibsam, Mişma, Duməh, Məsa, Hidar, Tima, Yətur, Nafiş, Qədəmə.

Təbəri \"Ət-tarix\" kitabında bu adlarda ixtilaf edərək deyir: -\"Bu on iki oğlun anası Məzaz ibn Əmr Cərhuminin qızı Səyyidədir və ərəblərin nəsli Nabit ilə Qeydara çatır.\"

\"İsbatul-vəsiyyə\" kitabında qeyd edilir ki, Hz.İsmailin (ə) on üç oğlu olub və ən böyüyü \"Qeydar\" idi.

\"Biharul-ənvar\" və \"Qisəsul-ənbiya\" kitablarından nəql edir ki, İbrahim anasının vəfatından sonra Cərhum qəbiləsindən Zələ və yaxud İmadə adlı bir qız ilə evləndi, amma ondan heç bir övladı olmadı. Sonra ona talaq verib Haris ibni Məzazın qızı Səyyidə ilə evləndi və ondan uşaqları oldu.

Sələbi deyir: -\"Səyyidə, Məzaz ibn Əmr Cərhuminin qızıdır.\" Necə ki, Təbəri də bu nəzəri qəbul etmişdir. Yəqubi isə bu qızın adını Heyfə qeyd etmişdir. İmamzaman.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter