Kəhf surəsinin son 10 ayəsini əzbərləyən və oxuyan bu bərəkətlərdən faydalanar?


Kəhf surəsinin son 10 ayəsini əzbərləyən və oxuyan bu bərəkətlərdən faydalanar? Kəhf surəsinin son 10 ayələrini oxumağın dəyərləri haqqında hədislər:
-Hədislərdə oxuyuruq ki, Həzrət Peyğəmbər (s) buyurur: Hər kim Kəhf surəsinin son 10 ayəsini oxuyarsa Dəccalın fitnəsindən amanda qalar”.
-İmam Sadiq (ə) buyurur: “Hər kim “Kəhf” surəsini cümə gecəsi oxuyarsa, dünyadan şəhid gedər. Ya da Allah onu şəhid məbus edər. Qiyamət günü şəhidlərin cərgəsində olar”.
-Həzrət Rəsuli-Əkrəm (s) başqa yerdə buyurur: “Hər kim bu surəni yazarsa, əzəməti yeri və göyü doldurar, hər kim bu surəni cümə günü qiraət edərsə, Allah günahlarını gələn cüməyə qədər bağışlayar”.


İmam Riza (ə) buyurur: Yaxşı işi gizlətmək 70 həcc ziyarəti savabını qazandırar.


İmam Riza (ə) buyurur: Yaxşı işi gizlətmək 70 həcc ziyarəti savabını qazandırar. Yaxşı işi gizlətməyin mükafatı 70 həccə bərabərdir – İmam Rzadan (ə) səxavətlilik nümunəsi:
İmam Riza (ə) buyurur: “Ondan qorxdum ki, hacətini yerinə yetirdiyim üçün xəcaləti onun üzündə müşahidə edəm. Məgər Peyğəmbərin (s) bu kəlamını eşitməmisiniz ki, buyurub: “O kəs ki, yaxşı işini gizlədər onun mükafatı 70 həccin mükafatına bərabərdir. O kəs ki, aşkarda günah edər, Allah tərəfindən rədd olunar. O kəs ki, günahlarını gizlədər, tövbə edən zaman Allah tərəfindən bağışlanar””.


Imam Rizanın (ə) hədisində imamətin məqam və dəyəri


Imam Rizanın (ə) hədisində imamətin məqam və dəyəri İmam Riza (ə) Mərvdə olarkən cümə günü “Came” məscidində camaatın qarşısında bir sıra məsələlərə toxunur. O cümlədən, buyurur:
“Şübhəsiz, İmamət peyğəmbərlərin məqamı və vəsilərin irsidir. İmamət Allahın nümayəndəliyi, Peyğəmbərin (s) xilafəti və canişinliyidir... İmam parlaq ay, işıqlı çıraq, şölələnən nur, zülmət və qaranlıqda hidayət ulduzu və süqutda xilaskardır... İmam yağış dolu bərəkətli bulud, ardıcıl (dirilik) yağış və parlaq günəşdir... İmam yaranmışlar arasında Allahın əmini, bəndələri üzərində Onun höccəti və canişinidir... İmamın vücudu ilə din nizamlanır, müsəlmanlar izzət qazanır, münafiqlər qeyzdən yanır və kafirlər həlakətə yetir.” (“Üsuli-kafi”, 1-ci cild, səh. 200.)


Danyal peyğəmbərdən xilaskar barədə deyilənlər.


Danyal peyğəmbərdən xilaskar barədə deyilənlər. Son xilaskar \"İmam Zaman (əc)\" haqqında Daynal peyğəmbərin gətirdiyi kitabda deyilənlər:
Danyal peyğəmbərin kitabında əvvəlki peyğəmbərlərin kitablarına uyğun olaraq xilaskar barədə müjdələr belə ifadə olunur Sənin qövmünün oğlanları üçün təyin olunmuş əzəmətli əmir Qaimdir. O, qiyam edəcək. Ümmət (bəşər) yaranandan üzü bu tərəfə bənzəri görünməmiş bir kasadçılıq olacaq. Sənin qövmündən olan hər kəs xilas olacaq. O zaman torpaq altında yatanların bir çoxu da qalxacaqdır. Lakin onlar (sənin qövmündən olanlar) əbədi həyata, bunlar isə (öldükdən sonra dirilənlər) əbədi xəcalət və həqarətə qovuşacaqlar. Hikmət sahibləri ulduz kimi parlayacaqlar. Çoxlarını doğru yola hidayət edənlər də əbədiyyətə qədər ulduzlar kimi olacaqlar. Amma sən ey Danyal! Deyilənləri məxfi saxla və kitabı axırıncı vaxta qədər möhürlə. Çoxları bu barədə çaşqınlığa və tərəddüdə düşəcəklər... Xoş intizar çəkənlərin halına. ixlas.


Muhəmməd və Fəth surələrini oxumaq insanı şübhə və bəlalardan qoruyar.


Muhəmməd və Fəth surələrini oxumaq insanı şübhə və bəlalardan qoruyar. İmam Sadiq (ə) Muhəmməd surəsini oxumağı şəxsin yəqində qalmasına və Fəth surəsini oxumağı isə özünə siğorta olaraq tanıtırır:
-İmam Sadiq (ə) buyurmuşdur: “Mühəmməd” surəsini oxuyan şəxs ölənə qədər (haqqı batildən ayırmaqda) əsla şəkkə düçar olmaz. Allah ona kasıbçılıq göstərməz və heç bir sültan qorxusu ona yol tapa bilməz. Elə ki, həmin şəxs öldu Allah min mələyə onun üçün namaz qılmağı əmr edər. namazlarının savabını ona verər və mələklər onun dəfnində iştirak edərlər. Qiyamətdə də Allahın hüzurunda olar.
-İmam Sadiq (ə) buyurur: Mal-dövlət, arvad, uşaq və kənizlənirinizin tələf olmasının qarşısını “Fəth” surəsini oxumaqla alın. Kim bu surəni oxusa qiyamətdə uca səslə (bu səsi qiyamətdəkilərin hamısı eşidəcək) ona deyiləcək. Sən mənim ixlaslı, pak ürəkli bəndələrimdənsən. Gəl mənim saleh bəndələrimə qoşul və Cənnətimə keç. Mələklərə xitab olunacaq ki, ona gözəl ətirli, heç kəsin əli dəyməmiş qablarda behişt sualarından içirdin.


Bir şey haqda bilimli deyilsənsə susmaqla bu faydalara yiyələnərsən!


Bir şey haqda bilimli deyilsənsə susmaqla bu faydalara yiyələnərsən! Bir şey haqda bilimli olmayan şəxs susarsa onu xoşbəxt gələcək gözləyir:
1-Sükut həqiqət əhlinin məsləki, dünyanın sabit və dönməz həqiqətlərinə bəsirət gözü ilə baxanların şüarıdır.
2-Sükut hər növ rahatlığın açarı, dünya və axirətin asayişidir.
3-Sükut Allahın razılığına səbəb olur.
4-Sükut qiyamət günü haqq-hesabın yüngül olmasına səbəb olur.
5-Sükut xatalardan və uçurumlardan qorunmaq vasitəsidir.
6-Sükut nəfsani qüvvələri boğmaq üçün vasitədir.
7-Sükut nəfsin rahatlığı üçün vasitədir.
8-Sükut Allaha edilən ibadət və münacatlarının ləzzətini dərk etmək üçün vasitədir...


Peyğəmbərimizin (s) ağac möcüzəsi və müşriklərin inadkarlığı


Peyğəmbərimizin (s) ağac möcüzəsi və müşriklərin inadkarlığı İmam Əli (ə) buyurur Müşriklər Peyğəmbərin (s) risalətini sübut etməsi üçün ondan qəribə möcüzə istədilər və dedilər: “Ey Muhəmməd (s)! Sən böyük iddia edirsən. Biz səndən möcüzə istəyirik. Əgər öhdəsindən gəlsən, həqiqətən Allahın rəsulusan. Əgər bacarmasan, başa düşəcəyik ki, sən sehrbazsan!)”. Peyğəmbər (s) buyurur: “Siz nə istəyirsiniz?”. Dedilər: “Bu ağaca de ki, köklərindən qırılıb qarşında dayansın”. Peyğəmbər (s) buyurur: “Allah hər bir şeyə qadirdir. Əgər Allah bu işi sizin üçün yerinə yetirsə, iman gətirəcəksinizmi? Haqqa şəhadət verəcəksinizmi?”. Dedilər: “Bəli”. Peyğəmbər (s) ağaca işarə etdi və buyurdu: “Ey ağac, əgər Allaha və Qiyamət gününə imanın varsa və bilirsənsə ki, mən Allahın peyğəmbəriyəm –torpaqdan köklərinlə qırıl və Allahın əmri ilə qarşımda dayan!”.
Allaha and olsun ki, ağac kökündən qırıldı və yüksək səslə ki, quşların qanad səsinə və budaqların bir-birinə dəymək səsinə bənzər, belə səslə irəli gəldi. Peyğəmbərin (s) qarşısında dayandı. Bəzi uzun budaqları Peyğəmbərin (s) çiyninə və bəzisi də mənim çiynimdə qərar tutdu. O zaman ki, müşriklər bu səma möcüzəsini təəccüblə izlədirlər, tərsliklə dedilər: “Ağaca de ki, yarısı irəli gəlsin və yarısı da yerində qalsın”. Peyğəmbərin (s) əmri ilə ağac iki yerə bölündü və yarısı Peyğəmbərə (s) tərəf gəldi. Sanki Həzrətin (s) ətrafına dolanmaq istəyirdi. Ancaq məğrur düşmənlər dedilər: “De ki, ağac əvvəlki halına qayıtsın”. Bu zaman mən dedim: “Yeganə Allahdan savayı Allah yoxdur. Ey Allahın Rəsulu! Mən sənə iman gətirən ilk insanam və ilk insanam ki, etiraf edirəm. Ağac Allahın izni ilə sənin nübuvvətini isbat etmək və Allah yanında şəxsiyyətinin əzəmətini göstərmək üçün istədiyini sənin üçün yerinə yetirdi”...


Peyğəmbərin (ə) vəfatından öncə buyurduğu oyandırıcı kəlamı nə oldu?


Peyğəmbərin (ə) vəfatından öncə buyurduğu oyandırıcı kəlamı nə oldu? Böyük Peyğəmbər(s) xəstəliyindən öncə Əli(ə)- və camaatla yanaşı Bəqi qəbiristanlığına getdi və qəbiristan əhli üçün salavat göndərdi və uzun müddət onların bağışlanmasını istədi. O zaman Əli(ə)-a buyurdu: Cəbrayıl hər il bir dəfə Quranı mənə təqdim edərdi, lakin bu il bu məsələ iki dəfə həyata keçdi və bunun mənim əcəlimin yaxınlaşmasından başqa bir dəlili yoxdur. Buna görə, Əli(ə)-a dedi: Əgər mən dünyadan getsəm, sən məni qüsl et. Digər bir rəvayətdə deyilir ki, buyurdu: Hər kəsə ki, vəd vermişik, onu almalısız və hər kəsə də ki, borcluyam, məni xəbərdar etsin.
Peyğəmbər(s.ə.s.) sanki öz köməkçilərindən bəzilərinin qanun pozuntusundan və öz səhabələrindən bəzilərinin hərəkətlərindən narahat olmuşdu, buna görə, pis adətlərin qarşısını almaq üçün buyurdu: Ey camaat, fitnə odu alovlanıbdır və fitnələr qaranlıq gecənin tikələri kimi üzə çıxıb və sizin mənə qarşı heç bir bəhanəniz yoxdur; zira mən Quranın halal etdiklərindən savayı heç nəyi halal və Quranın haram etdiklərindən savayı heç nəyi haram etmədim.
Əli(ə) Peyğəmbər(s.ə.s)-ın pak cəsədini qüsl etdi və kəfənə bürüdü və Peyğəmbər(s.ə.s.) onu ona ən yaxın adamın qüsl edəcəyini dediyi üçün bu şəxs Əli(ə)-dan başqa bir kəs deyildi. Sonra gözlərindən yaşın sel kimi axdığı bir halda, Əli(ə) O Həzrətin üzünü açdı. Buyurdu: Atam-anam sənə qurban, ey Allahın Rəsulu(s.ə.s.), sənin vəfatınla peyğəmbərlik, ilahi vəhy və səmavi xəbərlərin kökü kəsildi... Əgər bizi səbir və təmkinliliyə əmr etməsəydiniz, o qədər ağlayardım ki, göz yaşı bulağı quruyardı.


Həzrət Peyğəmbərin (s) tarixboyu insanların qəlbini fəth etməsinin səbəbi nə idi?


Həzrət Peyğəmbərin (s) tarixboyu insanların qəlbini fəth etməsinin səbəbi nə idi? İslam Peyğəmbərinin(s.ə.s) müvəffəqiyyət qazana bilməsinin əsas səbəblərindən biri onun son dərəcə lətif və incə ruha malik olması, mehriban davranması idi.
İnsanlar ilə münasibətlərində son dərəcə yumşaq təbiyyətli və mehriban idi. Daim insanlar barəsində “hüsnü zənn” edər, məsələlərin sadəcə ən yaxşı tərəfini düşünərdi. İslam Peyğəmbəri(s.ə.s) Usamənin “ən gözəl sifət hansıdır?” sualına cavabda demişdir: Gözəl xasiyyət.


Kimlərdir o 6 dəstə ki 6 xüsusiyyətlərinə görə cəzalandırılarlar?


Kimlərdir o 6 dəstə ki 6 xüsusiyyətlərinə görə cəzalandırılarlar? İmam Əli (ə) 6 dəstəni 6 xüsusiyyətinə görə məzzəmət edir və buyurur: “Allah 6 dəstəni 6 xüsusiyətinə görə cəzalandırar:
1. Təəssübkeş ərəblər. Çünki təəssübkeşlik haqqın və həqiqətin qəbul olmasına mane olar və həqiqətləri görməyin qarşısını alar. Peyğəmbər (s) buyurur: “Hər kəsin ürəyində xardal dənəsi qədər təəssüb olarsa, Allah Qiyamət günü onu cahil ərəblərlə məhşur edər”.
2. Təkəbbürlü kəndxudalar. Çünki bu insanların bəzisi o qədər təkəbbürlüdür ki, insanlarla heyvan kimi rəftar edir. Onlara ən az dəyəri verir.
3. Zalım rəhbərlər. İnsanlara hökmranlıq edən kəslər nəzərdə tutulur. Bu insanlar etdikləri zülmə görə cəzalandırılacaqlar.
4. Həsəd aparan fəqihlər. İmam Baqir (ə) buyurur: “Necə ki, atəş odunu yeyər, həsəd də imanı yeyər”.
5. Xəyanət edən ticarətçilər. Ticarətdə hiylə işlətmək, fırıldaq - xəyanətin növlərindəndir.
6. Cahil kəndçilər. Belələrinin hər nə sualı olar, onu soruşmaz və araşdırmaz. Bu 6 sifət insanı məhv edər və İlahi əzaba düçar edər. Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter