İlahiyyatçı- yazar Yeni ildən danışdı.


İlahiyyatçı- yazar Yeni ildən  danışdı. Yeni il adətini qəbul edən, Roma katolik ensiklopediyasına görə \"müqəddəs gün\" maddəsində köhnə katolik papalarından olan Origen yazır: “Bu mərasimlər sadəcə Firon və Nəmrud kimi zalımların öz doğum günlərini qeyd etmələrindən və xalqa qeyd etdirmələrindən ibarətdir.”
Burada bir neçə məsələ önə çıxır: Bəzilərinə \"Yeni ilin islam bayramı olmadığını və bunu keçirməyin lüzumsuz olduğunu bildirəndə,\" Yeni ili keçirmədiyini, Həzrəti İsa(ə) mövludunu qey etdiyini\" deyir. İsa (ə)-ın doğum günü Yanvarın biri yox, Dekabrın 25-dir. Gəlin səmimi olaq. Əgər bayramdan məqsəd peyğəmbər mövludu keçirtməkdirsə, niyə bu bayram Həzrəti İsanın (ə) doğum günündə deyil, bir həftə sonra qeyd olunur? Yox əgər məqsəd başqadırsa, o zaman buna \"mövlud\" adı verməyin heç bir mənası yoxdur.
Yeni ildə bəzədilən yolka ağacını Həzrəti Məryəm və Həzrəti İsa (ə) ilə əlaqələndirmək istəyənlərin fikrini Qurani-Kərim qəbul etmir. Çünki Quran İsa peyğəmbərin (ə) küknar ağacının altında deyil, xurma ağacının altında dünyaya gəldiyini qeyd edir.
Həzrəti Əli (ə) buyurur: Günahsız keçən hər gün bayramdır. Deməli bayramın əsl mahiyyəti yemək, içmək, əylənmək deyil, Allah buyuruqlarına əməl etməkdir. Günahsız keçən hər günümüz mübarək olsun!


Müsəlmanların arasında təfriqə söz və rəftarlar haqda tanınmış şiə müctəhidlərin fətvaları


Müsəlmanların arasında təfriqə söz və rəftarlar haqda tanınmış şiə müctəhidlərin fətvaları Sual: Allahın salamı olsun siz möhtərəmə. Bəziləri sosial şəbəkələrdə və ya bəzi yığıncaqlarda əhli sünnə müqəddəslərinə açıq şəkildə lənət göndərir və ya təhqir edici sözlər söyləyirlər. Bu da qarşı tərəfdə haqlı narazılığa səbəb olur və bu da İslami vəhdətin pozulmasına xidmət edir. Sizin bu barədə fətvanız nədir?

Cavab: Salam.Ayətullah Xamenei dəftərxana: Müsəlmanlar arasında ixtilaf yaradan hər bir iş haramdır. Onları təhqir etməməlidirlər.
Cavab: Salam. Ayətullah Vəhid dəftərxana: Qeyd etdiyiniz işləri görməsinlər.
Cavab: Salam.Ayətullah Behcət dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah Fazil dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah Sistani dəftərxana: Müsəlmanların vəhdətini parçalayan işlərin görülməsi caiz deyil.
Cavab: Salam. Ayətullah Məkarim dəftərxana: Müsəlmanlar arasında təfriqə salan işlərdən çəkinmək lazımdır. Bütün müsəlmanlar düşmən qarşısında birləşməlidirlər.


Həzrət Peyğəmbər (s)-ın 2 sualını Şeytan (lən) cavablandırır?!


Həzrət Peyğəmbər (s)-ın 2 sualını Şeytan (lən) cavablandırır?! Allah Təala şeytana əmr etdi. Get! Hz. Məhəmmədin (s) suallarına cavab ver. İblis əli əsalı bir qoca cildində həzrət Peyğəmbərin (s) yanına gəldi.
Həzrət Peyğəmbər (s) ilə Şeytan (lən) arasında bu dialoq baş verir.
Peyğəmbər (s) - Sən kimsən? Şeytan (lən) - Mən İblisim. Peyğəmbər (s) - Nə üçün gəldin? Şeytan (lən) - Allahın əmri ilə suallarına cavab verəcəyəm.
Peyğəmbər (s) - Ya lənətlənmiş, ümmətimdən neçə düşmənin var. Şeytan (lən) - On beş düşmənim var.
1. Sənsən, 2. Ədalətlə iş görən hökmdar, 3. Alçaq könüllü comərd, zənginlər. 4. ticarətində doğru olanlar. 5. Allahdan qorxan alimlər (əhli-i təqva sahibləri). 6. Nəsihətlə hər kəs üçün xeyir istəyən möminlər. 7. Ürəyi mərhəmətli möminlər. 8. Tövbə edib, tövbəsində stabillik edənlər. 9. Haramdan çəkinənlər. 10. Daim dəstəmazlı olanlar. 11. Hər zaman çox sədəqə verənlər. 12. İnsanlarla yaxşı dolanan, gözəl (həlim) xasiyyətli kəslər. 13. İnsanlara faydalı olanlar. 14. Quran-ı çox oxuyanlar və Allahı davamlı zikr edənlər. 15. Gecə insanlar yatarkən qalxıb namaz qılan və ibadət edənlər...


Elm öyrənməyin dəyəri haqda məsumlardan 3 hədis.


Elm öyrənməyin dəyəri haqda məsumlardan 3 hədis. Elm öyrənmək, eləcə də xüsusi olaraq dini bilgiləri əldə etmək üçün vaxt ayıran şəxsin savabı haqda bir neçə hədis qeyd edirik:
1-Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Elm öyənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir”. (Biharul-ənvar 1/ 184)
2- İmam Əli (ə) buyurur: “Həqiqətən dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir”. (Kafi 1/ 30)
3-Əbdussalam deyir: İmam Rza (ə) buyurdu: “Allah bizim əmrimizi dirçəldən şəxsə rəhmət etsin!” Soruşdum ki, sizin əmriniz necə dirçələr? Buyurdu: “Bizm elmlərimizi öyrənib onları camaata öyrətməklə. Çünki, kəlamlarımızın gözəllliklərini bilən şəxslər, hökmən bizə tabe olarlar”. (Məanil-əxbar 180)


17 yaş cavanlaşdıran meyvə!


17 yaş cavanlaşdıran meyvə! Alimlər insanı 17 yaş cavanlaşdıran meyvənin adını açıqlayıblar. Onun tərkibində olan mikroelemntlər hesablanıb.
Bu elementlər ürəyi cavanlaşdırır, qan dövranını yaxşılaşdırır, immun sistemini gücləndirir.

Britaniya alimlərinin sözlərinə görə, hər gün müntəzəm olaraq alma yemək insanın ömrünü uzadır, orqanizmi gəncləşdirir. Bu meyvənin tərkibində olan mürəkkəb elementlər ürək-damar sisteminə müsbət təsir edir, qan damarlarının elastikliyini qoruyur.

Alimlər müəyyən edib ki, alma infakt, ürək xəstəlikləri, insult riski yaradan damarların divarlarının möhkəmlənməsinin qarşısını 21 faiz daha çox alır. Təcrübələrin nəticələrinə görə, müntəzəm olaraq kifayət qədər alma şirəsi qəbul edən künüllülərin ürək-damar sistemi və orqanizmi ümumilikdə 17 yaş cavanlaşma müşahidə edilib.


İmam Əlinin (ə) hədisində bəyənilən 3 xüsusiyyət.


İmam Əlinin (ə) hədisində bəyənilən 3 xüsusiyyət. İmam Əli (ə)-ın söylədiyi bir fərmayişi diqqətlə oxumaq ibadətin mənasını yaxşı başa düşərik.Belə buyurub: \"Bütün xeyirli işlər bu üç xüsusiyyətdə cəm olub:
Baxışda, sakit qalmaqda, danışmaqda;hər bir baxış ibrət almaq üçün olmazsa xətadır;hər bir sükutluq düşüncəsiz olsa qəflətdir; hər bir danışmaq Allahı xatırlamazsa faydasızdır. Xoş olsun o şəxsin halına ki, baxışı ibrət almaq, sükutu düşüncəli, danışığı Allah zikri ola. Etdiyi xətalara, günahlara görə ağlayar...


İmam Əlinin (ə) nəzərinə görə depressiyanın müalicəsi hansı yollarla mümkündür?


İmam Əlinin (ə) nəzərinə görə depressiyanın müalicəsi hansı yollarla mümkündür? “Nəhcul-bəlağə” kitabı Həzrət İmam Əlinin (ə) düşüncə və ali hisslərinin toplumudur ki, bəşərin hər bir dərdinə orada dərman tapılar. Bu kitabda bəşərin ictimai, siyasi, ruhi xəstəliklərinin müalicəsi bəyan edilmişdir. Həzrətin (ə) cəmiyyətşünaslığı sayəsində cəmiyyətə ictimai qanunlar təhvil verilmişdir. Həzrətin (ə) siyasi baxışları və nəzərləri hər bir zaman və məkanda siyasətçilər üçün yol açan olmuşdur. İmam (ə) bu kitabda insanın ruhi xəstəliklərinə işarə edib, onların müalicəsini də bəyan etmişdir. Belə ki, Həzrət (ə) buyurur: “O kəs ki, bir şeyi qəlbində gizlədər, dilinin büdrəmələrindən və üzünün rəngindən aşkar olar”.
İmam (ə) buyurur: “Allah Təalaya qoşulmaqdan savayı səni heç bir şey sakit etməz”.
İmam Əlinin (ə) bizlərə depresiyadan uzaq durmaq haqda tövsiyə etdiyi yollar:
1. Allahla daha çox rabitə qurmaq və dini təlimlərdən bəhrələnmək. 2. İlahi razılığı cəlb etmək. 3. Düzgün rabitə qurmağı bacarmaq. 4. Sakitləşdirən və nəsihət verən sözlərə qulaq asmaq. 5. Allaha xatir səbir etmək. 6. İnsanları sevmək. 7. Həyatın fürsətlərindən düzgün istifadə etmək. 8. İşinin nəticəsini Allaha tapşırmaq.


İnsan ruhunun hansı halına Allah-Taala qəzəblənər?


İnsan ruhunun hansı halına Allah-Taala qəzəblənər? Allah-Taala insanın ruhunun bu halını sevməz və qəzəb edər:
Təkəbbür - insanın ən pis və rəzil sifətlərindən sayılır. Təkəbbürün adı çəkilən kimi şeytan (lən) yada düşür. Çünki şeytan məxluqlar içərində ilk təkəbbür göstərən varlıq olmuşdur. Təkəbbür hər evi xarab edər və insanı şeytana çevirər, ona görə də çox təhlükəli bir sifətdir. (Tebyan)
İnsan təkəbbürünün ən pis halı o zaman olur ki, Allah Təalanın əmrlərinə və göstərişlərinə qarşı təkəbbür edir. Buna ən yaxşı nümunə - Firondur. Allaha təkəbbür göstərmək küfrdür və onun da növləri vardır:
1. Bəzən cahil elə bir hala düşür ki, o halda özünü müstəqil hesab edir və bütün varlığını, malik olduqlarını özündən bilir. Hazır olmur ki, Allaha itaət edib əmrlərinə boyun əysin. Malın zahiri məstliyi nəticəsində küfr bütün varlığını qaraldır.
2. Bəzən bu təkəbbür daha da şiddətli olur və başqalarına da rübubiyyət iddiasında olduğunu bildirir. Necə ki, Forun deyirdi: “Dedi: «Mən sizin ən uca rəbbinizəm».
3. Allah qarşısında təkəbbürün başqa bir növü - Onun əmrlərinə qarşı təkəbbürlü olmaqdır. Təkəbbür üzündən ibadət və vacibatları tərk etmək kimi.
4. Dua etməmək və ibadəti tərk etmək də təkəbbür üzündən olar. Yəni, özünü Allaha möhtac hesab etməmək.


Duaları nə zaman edək qəbul olunsun? iki hədis.


Duaları nə zaman edək qəbul olunsun? iki hədis. İmam Sadiqdən (ə) duaların nə zaman edilməsi göstərişləri haqda 2 hədis:

1-İmam Sadiq (ə) İmam Əlidən (ə) nəql edir ki, buyurub: “Duanı dörd halda qənimət bilin: Quran oxuyan zaman, azan deyən zaman, yağış yağan zaman, o zaman ki, iki ordu cihad üçün üz-üzə gələr”.

2-İmam Sadiq (ə) buyurur: “Üç vaxt vardır ki, onda duanın yerinə yetməsi üçün Allah tərəfində maneə və hicab olmaz: vacib namazdan sonra edilən dua, yağış yağan zaman edilən dua, Allahın qüdrətinin yer üzündə təbiətin ziddinə nişanələrinin zahir olduğu zaman edilən dua”.


İnsanı şəxsiyyətli edən dəyərlərdir bunlar?!


İnsanı şəxsiyyətli edən dəyərlərdir bunlar?! Bu dəyərlərə yiyələnməklə şəxsiyyətli insan ola bilərsiniz: 1. İnsan Allah-taalanın yer üzərindəki xəlifəsidir. İnsani ilahi düşüncələri onu bəşərin yaradılış məqsədini tanımaqdam böyük təsirə malikdir. (Ənam/165).
2. İnsanın elmi tutumu məxluqatın malik ola biləcəyi tutumlardan daha üstündür. Allah: «Mən sizə, göylərin və yerin gözə görünməyən sirlərini və sizin zahirə çıxardığınız, yaxud gizli saxladığınız işləri bilirəm, söyləmədimmi?» - buyurdu.) (Bəqərə/31,33).
3. O, Allahtanıma fitrətinə malikdir; İnsanın batinində Allahı dərk edən bir qüvvə [vicdan] vardır. Bütün inkar və tərəddüdlər, batini [mənəvi] çatışmazlıqlar insanın təbiətindən qaynaqlanır. (Əraf/172).
4. İnsan təbiətində mövcud olan maddi ünsürlərdən başqa, ayrı bir ilahi ünsür də vardır. İnsan, təbiət və metafizikadan, maddə və mənadan, cism və candan ibarət olan bir varlıqdır. ( səcdə/7-9).
5. İnsanın yaradılışı təsadüfi bir iş deyil, əvvəlcədən düşünülmüş və müəyyənləşdirilmiş bir işdir. İnsan seçilib-sayılmış bir məxluqdur. (Taha/122).
6. Allahın yer üzündəki əmanətdarı olan insan azad və müstəqil şəxsiyyətə malikdir. Onun öhdəsinə ağır məsuliyyətlər düşür. İnsan yer üzünü abadlaşdırmalı və özü öz ixtiyarı ilə ya səadət, ya da zillət yolunu seçməlidir. (Dəhr/2-3).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter