Müsəlmanlar nə zaman qələbə çalacaqlar?


Müsəlmanlar nə zaman qələbə çalacaqlar? Müsəlmanlar yalnız Allahın kitabına və Peyğəmbərinin (s.ə.s) sünnəsinə əməl etdikdə qələbə çalacaqlar.
Qurandan dəlil: \"Ey iman gətirənlər! Əgər siz Allaha (Allahın və Peyğəmbərinin dininə) yardım göstərsəniz, O da sizə yardım göstərər və sizi sabitqədəm edər\". (Muhəmməd, 7)
Hədisdən dəlil: \"Qiyamətə qədər ümmətimdən qələbə çalan bir tayfa olacaq\". (İbn Macə - \"səhih\"dir)


İmam Əlidən (ə) tapşırıqlar: İnsanlarla elə rəftar edin ki...


İmam Əlidən (ə) tapşırıqlar: İnsanlarla elə rəftar edin ki... Həzrət Əli (ə) buyurur:
- “Ey Adəm övladı, Allaha itaətsizlik etdiyin halda, Onun sənə çoxlu nemət əta etdiyini görərsənsə, bu işin sonundan qorx.”
- “İnsanlarla ilə elə rəftar edin ki, əgər həmin halda ölsəniz, sizə ağlasınlar və sağ qalsanız, sizinlə ünsiyyətdə olmaq istəsinlər.”
- “Başqaları üçün pis hesab etdiyin işlərdən uzaqlaşmaq ədəbli olmağın üçün kifayət edər”
- “Tövbə ilə özünüzü ətirləyin ki, günahların pis qoxusu sizi rüsvay etməsin”
- “Günahdan çəkinən şəxs yaxşı iş görən şəxs kimidir”
- “Günahdan pak olmaq kimi mürüvvət (kişilik) yoxdur”
- \"İnsanlarla elə rəftar edin ki,onu əzənin də əlində ətriniz qalsın\"


Həzrət Peyğəmbər (s) qızı Fatimədən bir məsələdə icazə alır!


Həzrət Peyğəmbər (s) qızı Fatimədən bir məsələdə icazə alır! İmam Əli (ə) Fatimeyi-Zəhranın (ə) elçiliyinə gələndə Peyğəmbər (s) Qızının yanına gəlib deyir:
\"Qızım, Əli sənə elçi gəlib. Bu barədə nə deyirsən?” Bu dəfə Həzrət Zəhra əvvəlki dəfələrin əksinə olaraq üzünü çevirmədi və sükutu ilə razılığını bildirdi. Peyğəmbər (səlləllahu əleyhi və alih) təkbir deyən halda onun razılığını Əmirəl-möminin Əli ibni Əbutalib (əleyhissalam)-a çatdırdı.
Diqqət yetirmək lazımdır ki, hətta Peyğəmbər də qızı Zəhranın barəsində birbaşa, onun icazəsi olmadan qərara gəlmir, əksinə, evlənmə məsələsində qızının razılığını lazım və zəruri bilir. Bu əməl ilə bütün insanlara azadlıq dərsi verib öyrədir ki, qızlar həyat yoldaşı seçməkdə ixtiyar sahibi və azaddırlar.
Davud ibni Sərhan deyir: İmam Sadiq (əleyhissalam)-dan qızların ərə getməsi və onların ailə qurmaq istədikdə Həzrət buyurdu:
\"Atanın vəzifəsi budur ki, ərə getmə məsələsini qızına təklif etsin. Əgər müxalifət etməsə, sükutu razılıq əlaməti hesab olunur. Əgər ərə getməyə razı olmasa, atası onu məcbur edə bilməz. Əgər qızı \"mən nəzərdə tutduğum şəxslə ailə qurmaq istəyirəm” deyərsə, hökmən onun istəyi ilə razılaşmalıdır. Bu hədisdə Əbdürrəhman adlı bir şəxs İmam Musa ibni Cəfər (əleyhissalam)-dan, qızını öz qardaşı oğluna vermək barədə məsləhətləşir. İmam (əleyhissalam) buyurur: \"Eybi yoxdur, amma bu iş qızının razılığı ilə olmalıdır. Çünki o, həmin oğlanla birlikdə yaşayacaqdır.”
İmam (əleyhissalam) bu hədisdə qızların təfəkkürdə, yol seçməkdə düşüncə azadlığının səbəbini bəyan edir.


Peyğəmbər və imamların üzük qaşlarındakı yazılar haqqında açıqlamalar.


Peyğəmbər və imamların üzük qaşlarındakı yazılar haqqında açıqlamalar. Üzük qaşlarındakı yazılar haqqında. İbrahimə (ə) vəhy olundu: \"Üzüyün sağ əlinə tax ki, atəşin hərarətindən nicat tapasan .”
1-Rəvayətlərdə: Nuh (ə) gəmisinə mindiyi zaman vəhy olundu. \"Ey Nuh ! Tufan şiddətləndiyi zaman gəminin qərq olma təhlükəsi olarsa min dəfə (La ilahə illəllah) kəlməsini təkrarla və nicat tapmanız üçün dua et. Gəmi yola düşür, bir qədər getdikdən sonra cox şiddətli bir tufan başlayır. Nuh (ə) min dəfə la illahə illəllah kəlməsini iqrar edə bilməyəcəyini görüb Səryanı dilində (Həluliya əlfən ya mara səqən ) Tufan sakitləşdi və gəmi yenidən öz yoluna düşdü. Nuh (ə) bu əhvalatdan sonra belə qərara gəlir ki, bu kəlmənin tərcüməsini üzüyünün qaşına yazdırsın. (La ilahə illəllah əlfə mərrətin ya rəbbi əslihni).
2-Rəvayətlərdə:\"İbrahim peyğəmbər oda atıldığı zaman Cəbrail (ə) Rəbbinə tutub dedi: Pərvərdigara ! Səninlə düşmənçilik edən bir qövm sənə bəndəlik edən əməli-saleh bir möminə əsla rəhm etməyirlər. Allah-təaladan xitab gəldi. Buna görə heç narahat olmayın . Mən istədiyim an onu xilas edə bilərəm. Bundan sonra Çəbrail arxayınlaşıb İbrahimin yanına nazil oldu və onda soruşdu: Köməyə ehtiyacın varmı? İbrahim (ə) buyurdu : sənin köməyinə yox . Sonra Allah-təala üzərində altı hərfdən ibarət olan qaşlı bir üzük göndərdi. Üzüyün üzərində bu sözlər yazılmışdı. (La ilahə illəllah Muhəmmədun rəsulullah la həvlə vəla quvvətə illa billah fəvvəztu əmri illəlah əsnədtu zəhri iləllah xəsbiyəllah)


Şəxsiyyətli insan olmaq üçün atılmalı 5 addım hansılardır?


Şəxsiyyətli insan olmaq üçün atılmalı 5 addım hansılardır? Şəxsiyyətə malik olmağın 5 yolu ilə tanış olaq:
1. Başqalarına hörmət etmək. Hörmət etmək o deməkdir ki, onların haqqını tapdalamayaq, abırlarına, canlarına, mallarına hörmət edək. Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlman o kəsdir ki, insanlar onun əlindən və dilindən amandadırlar”. Yəni, danışan zaman və rəftar edən zaman heç kəsə ziyan vurmazlar.
2. Salam və hal-əhval tutmaq. Yaxşı olar ki, hər bir müsəlman din qardaşını görən zaman salam verərək onları sevindirsin və bu yolla ictimai rabitəni gücləndirsin.
3. Gözəl natiqlik. Biz başqaları ilə danışan zaman iki vəzifəyə malik oluruq: yaxşı söz danışmalıyıq və pis sözdən çəkinməliyik. İkincisi isə gözəl danışmalıyıq, yəni natiqliyimiz gözəl olmalıdır. Bəzən insan yaxşı söz demək istəyir, ancaq natiqliyi zəif olduğu üçün, onu olduğu kimi bəyan edə bilmir. Başqa bir tərəfdən hədislərimiz bizə tövsiyə edir ki, danışmazdan əvvəl təfəkkür et və sonra həmin sözü dilinə gətir.
4. Zarafat. Zarafat gülüşə səbəb olar və insanın ruhi yorğunluğunu aradan qaldırmağının ən yaxşı yoludur. Zarafat dostlar arasındakı rabitəni gücləndirər. Peyğəmbərimiz (s) və Məsum İmamlarımız (ə) gözəl zarafatın əhli olbular. Ancaq zarafatın qaydalarına əməl etmək lazımdır. Zarafat edən zaman qarşı tərəfi incitmək olmaz, qeybət etmək olmaz, həddi aşmaq olmaz, təhqirə çevrilməməlidir.
5. İctimai qaydalara riayət etmək. O cümlədən: pakizəlik, zahiri səliqə, böyüklərə hörmət etmək, nəzm və intizama riayət etmək, əhdə vəfa etmək, sirri saxlaya bilmək, sədaqət, mehribanlıq, güzəşt.


İslam aləmində ilk sülh razılaşması nə zaman baş vermişdi?


İslam aləmində ilk sülh razılaşması nə zaman baş vermişdi? Peyğəmbər (s) Yəsrib şəhərində bir müddət qaldıqdan sonra əhalinin ictimai vəziyyətini sahmana salmağı lazım gördü. Əvvəldə Qeyd etdiyimiz kimi, bu şəhərdə bir çox ərəblər yaşayırdı ki, onlar da öz növbəsində ayrı-ayrılıqda qüdrətli olan Ous və Xəzrəc qəbilələrinə bağlı idilər. Ərəblərdən əlavə şəhərin özündə və ətrafında yaşayan yəhudilər də var idi ki, onlar bu iki qəbiləyə bağlı idilər. Mövcud durum hər qəbilə və dəstələrin hüququnu müəyyənləşdirən (əhd-peyman, saziş) başqa sözlə desək, qanun tərtib edilməsini tələb edirdi. Bu nəzəriyyəyə əsasən məşhur Mədinə müqaviləsi - onu sonralar “ilk konstitusiya” adlandırmışlar - Peyğəmbərlə (s), yəhudilərin və qəbilələrin başçıları arasında imzalandı.
Bu saziş Peyğəmbərin (s) Mədinəyə daxil olduğu ilk aylarda imzalanmışdır. Çünki birincisi ibni Hişam və ibni İshaq bu sazişin mətnini Peyğəmbərin Mədinədə söylədiyi ilk xütbənin ardınca rəvayət etmişlər. Digər tərəfdən isə bu sazişdə yəhudilərin ictimai hüququna da yer verilmişdir. Qiblənin də (beytül-müqəddəslə Məkkənin əvəz edilməsi) dəyişdirilməsi Peyğəmbərin (s) Mədinəyə gəlişindən 17 ay sonraya təsadüf edir. Bu məsələ yəhudilərin Peyğəmbər və müsəlmanlara qarşı düşmənçiliklərini üzə çıxarandan sonra meydana çıxmışdır.


Həzrət Peyğəmbərin (s) ad günündə müstəhəb əməllərdir bunlar.


Həzrət Peyğəmbərin (s) ad günündə müstəhəb əməllərdir bunlar. Əhli-beytin (ə) nəzərinə görə Peyğəmbərimiz (s) bu günü dünyaya gəlmişdir. Çox mübarək gecədir. Bu gecənin bir neçə əməlləri vardır: 1. 17-ci günün niyyəti ilə qüsl almaq.
2. Oruc tutmaq. Allah bu oruc üçün bir ilin oruc savabını müəyyən etmişdir.
3. Sədəqə vermək, ehsan etmək və mömini sevindirmək.
4. Həzrətin (s) ziyarətini oxumaq. Həzrətdən (s) belə bir hədis vardır: “Hər kim öləndən sonra mənim qəbrimi ziyarət edər, o kəs kimi olar ki, həyatda olan zaman mənə tərəf hicrət etmişdir. Əgər məni yaxından ziyarət edə bilmirsə, uzaq yoldan mənə salam göndərsin”.
5. Bu günü İmam Əlini (ə) ziyarət etmək də müstəhəbdir. Necə ki, İmam Sadiq (ə) həmin günü İmam Əlini (ə) ziyarət etmişdi.
6. Bu günü əziz tutmaq lazımdır. Müsəlmanlar bayram təşkil etsinlər. Həzrət Peyğəmbərin (s) əxlaqı, həyatı və sünnəti ilə daha yaxından tanış olsunlar.
7. Bu gün həm də əziz 6-cı İmamımız Həzrət Sadiqin (ə) mövlud günüdür.


Qurana görə \"cahil insan\" kimdir?


Qurana görə "cahil insan" kimdir? Quranda istifadə olan\"cahil\" sifəti, xalq arasında bilinəndən fərqli bir məna verir. Quranda ifadə edilən cahillik, adamın yaradılış məqsədindən, Yaradanımız olan Allahın üstün xüsusiyyətlərindən, özünə göndərilən kitabdakı məlumat və hikmətdən, sonsuz həyatını maraqlandıran mövzulardan xəbərsiz olması və bu cəhalətin doğurduğu şüursuz bir həyat formasını menimsemesidir.

Allahı tək İlah olaraq tanımayan, Onun elçiləriylə göndərdiyi doğru yola itaət etməyən insanların \"cahillik\" etməkdə olduqlarına Quranda belə diqqət çəkilmişdir:

Dedilər ki: \"Sən bizi tanrılarımızdan döndərməyəmi gəldin? Əgər doğru danışanlardansansa, təhdid etdiyin şeyi, bizə gətir. Dedi ki:\" Elm ancaq Allah yanındadır. Mən sizə yalnız mənimlə göndərilənləri şeyi təbliğ edirəm; ancaq sizi cahil bir qövm olaraq görürəm. \"(əl-Əhqaf surəsi, 22-23)


Qəbir sual-cavabı necə baş verəcək?


Qəbir sual-cavabı necə baş verəcək? Şiə məzhəbinin zəruriyyətlərindən və həmçinin, inanmalı olduğumuz bir şey də qəbirdə Münkər və Nəkrin sualıdır. Ümumiyyətlə, qəbir sorğusuna etiqadımız olmalıdır.
- Əllamə Məclisi “Biharul-ənvar” kitabının 3-cü cildində və “Həqqül-yəqin”də buyurmuşdur: “Mötəbər hədislərdən aydın olur ki, qəbir sorğusu və qəbir sıxıntısı əsl bədənlədir. Ruh ya bütün bədən, ya da bədənin bir hissəsinə qayıdır ki, (sinə və ya qurşağadək) sualı dərk edib, cavab verməyə qüdrəti olsun.”
- Qəbirdə əqidə və əməllərdən sual verilir. Deyirlər Rəbbin kim idi, Peyğəmbərin kim idi? Hansı dində idin?
- Əgər insan cavab verə bilsə, yuxarı tərəfdən qapı açılar, qəbir göz işlədikcə genişlənər; yəni, bu şəxs Qiyamət oyanışınadək uzanacaq Bərzəx aləmində rahatlıq içərisindədir. (Vaqiə/87)


İmam Sadiqin (ə) hədisində arif şəxsin həyat tərzi necə tanıtdırılır?


İmam Sadiqin (ə) hədisində arif şəxsin həyat tərzi necə tanıtdırılır? Arif şəxs olub sonsuz xoşbəxtliyə çatmaq istəyirsənsə belə insan olmağa çalış:
İmam Sadiqdən (ə) bir hədisdə belə nəql olunur: “Arif, o şəxsdir ki varlığı insanlarladır, amma qəlbi Allahla, qəlbi Allahdan uzaq düşəndə canının fəda olmasını istəyər ki yenə Ona qovuşsun.
Arif şəxs Allahın əmanətinin qoruyucusudur, Allah-Taalanın sirlərinin qaynağıdır, Allahın nurlarının saçma səbəbidir. Onun varlığı insanlar üçün Allahın rəhmətinin nişanəsi və göstəricisidir.
Arif şəxs Allah ədalətinin, fəzilət və elmlərinin daşıyıcısıdır. Dünya insanlarından, dünya məqsədlərindən və dünya gözəllikləri ilə ünsiyyət qurmaqdan qaçmaqdadır.
Arif şəxs Allah üçün əməl edər, Allahdan kömək diləyər, Onun pak əmr etdiyi bağlarda yaşamağa çalışar.
Arif şəxs Allahın yardımlarından istifadə edərək özü üçün ehtiyaclı günlərinə azuqə cəm edəndir. Tanımağa çalışar və imanlı rəftar edər… Mənbə: Misbahuş-Şəriə, səh: 191


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter