İbadətlərdə səfərdə necə riayət etmelıi - 5 məzhəbin hökmləri


İbadətlərdə səfərdə necə riayət etmelıi - 5 məzhəbin hökmləri Səfər – dini anlamda vətəni tərk edib, müəyyən məsafə qət etməyə deyilir. Səfər məsafəsi hənəfi məzhəbində üç günlük yol və ya təqribən 90 km, maliki, şafii və hənbəli məzhəblərində 16 fərsəx (80,64 km.) götürülür. Ən azı bu məsafə qədər yol gedən şəxs səfərdə sayılır və müsafir hökmünü daşıyır. Hənəfi və hənbəli məzhəblərində bu məsafənin 1,67–3,33 km., maliki məzhəbində isə hətta 13,36 km. qısa olmasına da icazə verilir. Cəfəri məzhəbində səfər məsafəsi getmək və gəlmək də daxil olmaqla üst-üstə 8 fərsəx qəbul edilib ki, bu da təqribən 43-44 km.-ə bərabərdir.
Cəfəri, şafii və hənbəli məzhəblərinə görə, insanın səfəri günah məqsədi daşıyırsa, bu səfər boyunca namazlarını bütöv qılmalı, orucunu tutmalıdır. Maliki və hənəfi məzhəblərində bu şərt qoyulmur
Həmçinin, cəfəri məzhəbinə görə, peşəsi səfərə çıxmaq olan şəxslər (məsələn, sürücülər, bələdçilər) səfər zamanı namazları bütöv qılmalı, orucu tutmalıdırlar. İnsan şəhərin uzaq qəsəbəsində yaşayrsa, amma iş yeri şəhərin mərkəzindədirsə, bu halda da onun işə getməsi peşə sayılır və həmin şəxs müsafir hökmünü daşımır.


Namazın əxlaqımıza olan təsiri nələrdir?


Namazın əxlaqımıza olan təsiri nələrdir? Namazın əxlaqımıza olan təsiri.
a) Namaz qılan insan Allah-Təalanın hüzurunda oxuduğu “Fatihə” surəsində verdiyi “Yalnız sənə ibadət edir və yalnız Səndən kömək diləyirik” vədini şüuraltı surətdə inkişaf etdirərək öz əxlaqi səviyyəsini tədricən nəzərdən keçirir. Həmin bu şüuraltı analiz məsələsi insana əvvəlcə çətin gəlir, sonralar isə öz yerini tutaraq onun əxlaqi səviyyəsini yüksəldir.
b) Namazı hətta formal yerinə yetirən adamlar da səcdə etdikləri zaman öz lovğalıq və təkəbbürlərini itirmiş olurlar. Əxlaqi baxımdan ən ağır və təhlükəli xəstəlik məhz təkəbbürdür, eyni zamanda bütün mübahisələrin, nifrətin əsasında nəfsin bu zalım xəstəliyi dayanır. Namazı bir ibadət ciddiyyəti içində qılan adamların qüruru isə onlar hər dəfə səcdə edəndə mənəvi hikmətdə zənginləşir. Məsələyə hətta sırf bu baxımdan yanaşanda da bəlli olur ki, namaz əxlaqın əsasını təşkil edən təməl ibadətdir.
c) Namaz imana nəzarət edən çox ayıq sayıq bir gözətçidir. İmanda yarana bilən mənfi hallar və zəifliklər namaz qılanlarda müşahidə olunmur. Buna görə də imanın xəstəlikləri və İslam dininin əsas qadağaları olan riya və yalan xarakterimizdən çıxmağa başlayır. Beləliklə də Peyğəmbərimizin (s) “Müsəlman yalan danışmaz” hökmü reallaşır.


Yaxşı kin saxlamaq və pis kin bəsləmək varmı?


Yaxşı kin saxlamaq və pis kin bəsləmək varmı? Kin saxlamaq müxtəlif yerlərdə fərqlidir:
1- İnsan əgər Allahın düşmənlərinə (məlun şeytan və onun cinlərdən və insanlardan təşkil tapmış ordusuna) qarşı kinli olarsa bu iş yaxşıdır və bəyənilir. Həqiqətdə bu iş Firuid-dinin 9 və 10-cu bəndlərinə Təvvəlli və Təbərriyə (Allahın düşmənləri ilə düşmən dostları ilə dost olmaq) bir növ əməl etməkdir.
2- Allahın mömün bəndələrinə qarşı kinli olmaq günahdır. Bu problemdən xilas olmağın yolunu Məsumlarımızın bizlərə öyrətdiyi kimi o şəxsin haqqında Allah talaya xüsusi dualar etmək onu digərlərinin yanında tərifləmək və ona xoş arzular etməkdir. Bu xəstəliyin dediklərimizdən başqa çıxış çarəsi yoxdur. (abna)


Mürtəza Mütəhhəri İmam Hüseynin (ə) qiyamının dəyəri haqda nə buyurur?


Mürtəza Mütəhhəri İmam Hüseynin (ə) qiyamının dəyəri haqda nə buyurur? Ustad Şəhid Mürtəza Mütəhhəri: Əgər Hüseynin (ə) şəhadəti, yalnız kədərli bir hadisə, bir müsibət, haqsız yerə bir qanın tökülməsi hadisəsi olsaydı, digər bir ifadə ilə, çox böyük bir şəxsiyyət də olsa yalnız şəxsiyyətin tələf olma hadisəsi olsaydı, heç bir zaman arxasından bu qədər təsir meydana gətirə bilməzdi. Hüseynin (ə) şəhadətinin bu qədər təsir meydana gətirməsi, onun qiyamının böyük bir ilahi və islami ucalıq, igidlik ehtiva etməsindən ötrüdür. Bu tarix və hadisə, yalnız bir müsibət, bir cinayət və zalım bir birlik tərəfindən edilən bir canilik və zülm məsələsi deyil. Bu hadisə, özünə qarşı cinayətlərin törədildiyi kimsənin, çox böyük bir qəhrəmanlıq nümayiş məsələsidir.


Şəhid Mütəhhəri qızını yeni ocağa yola salanda hansı tapşırığı verdi?


Şəhid Mütəhhəri qızını yeni ocağa yola salanda hansı tapşırığı verdi? Ustad Əllamə Şəhid Mütəhhərinin (r.ə) qızı Səidə Mütəhhəri qeyd edib: \"Atam ibadət məsələlərində diqqətli olmağı, namazları vaxtında qılmaq, kamil hicab və vüqarlı olmağı vəsiyyət edirdi\". Atam dərs oxumaq və müxtəlif sahələrdə elmə yiyələnmək barədə çox təkid edirdi, əlbəttəki birinci növbədə dini məsələlərə önəm verirdi.
Mən ailə qurandan sonra böyük ailə vəzifələri və analıq məsuliyyəti barədə mənə nəsihət edirdi; mənim toy mərasimim sona çatandan sonra atam ilə son vidalaşma anlarında mənə dedi:
\"Qızım! Sən öz gələcək həyatında mənim səfirim yerində olacaqsan, çalış elə əməl et ki, Allah və həyat yoldaşın səndən tam olaraq razı olsun. Ümid edirəm ki, gələcəkdə övladların üçün nümunəvi bir ana olasan\".


Qadının bədən əzalarını göstərən nazik və ya dar paltarlar geyinməsi ilə əlaqədar qaydalar nədir?


Qadının bədən əzalarını göstərən nazik və ya dar paltarlar geyinməsi ilə əlaqədar qaydalar nədir? Qadının dərisinin rəngini göstərəcək qədər nazik paltar geyinməməlidir.Həmçinin,qadının paltarından onun bədən əzaları görünməməlidir. Çünki Peyğəmbərimiz Məhəmməd (s.a.a.v) buyurmuşdur:( iki insan cəhənnəm odunda yanacaq: Birincisi geyimli halda çılpaq sayılan və yeriyərkən sağrılarını dəvənin belindəki hörgülər kimi yellədən qadınlar.Onlar cənnət üzü görməyəcək..Ikincisi əlində inəyin quyruğuna bənzəyən qamçı ilə ALLAHın qullarını döyən kişilər.


İnsanlardan bəziləri qəbirlərin üstündə ev inşa edirlər, düzgündürmü?


İnsanlardan bəziləri qəbirlərin üstündə ev inşa edirlər, düzgündürmü? Bu cür etmək icazəli deyil. Çünki, nə qədər ki, ölünün hər hansı qalığı hələ də ordadır hər hansı bir şəkildə qəbirlərə müdaxilə etmək icazəli deyil. Ölülərin toxunulmazlığı dirilərin toxunulmazlığı kimidir. Odur ki, qəbirlərə qarşı hər hansı şəkildə hörmətsizlik etmək qadağandır, istər onların üstünə çıxmaq, qəbiristanlıqdan keçid yol kimi istifadə etmək, qəbiristanlıqda namaz qılmaq olsun, istərsə də qəbiristanlığı insanların müəyyən yaşayış məskəninə çevirmək olsun fərq etməz. Bunlardan heç biri icazəli deyil. Qəbirdə dəfn olunanlar toz-torpağa çevrilib onların cəsədlərindən heç bir şey qalmayıbsa bu istisnadır.


\"Qiyamet günü dəvə iynənin gözündən keçəcək” deyiminin mənası nədir?


"Qiyamet günü dəvə iynənin gözündən keçəcək” deyiminin mənası nədir? Qiyamət günü dəvə iynənin gözündən keçmək məsələsi belədir. Uca Allah Qurani-Kərimdə buyurur ki, dəvə iynənin gözündən keçənədək kafirlər cənnətə girməyəcəklər. Məsələ ayədə belə izah olunur. Bununla Uca Allah bildirmək istəyir ki, kafirlər cənnətə girməyəcəklər. Bunu Uca Allah kafirlərə misal çəkir.


Valideynlere din movzusunda qarsi cixmag olar?


Valideynlere din movzusunda qarsi cixmag olar? Valideynlərlə həmişə yaxşı rəftar etmək bizim borcumuzdur.
Amma valideyn sənə ibadət etməyi qadağan edərsə, biz bu vaxtı ibadəti yerinə yetirməliyik.Çünki ibadət Allahın haqqıdır.Amma yenədə həmişə diqqətli olmalıyıq.Hikmətlə və səbrlə valideynlərə başa salmalıyıq.


Qəlyan çəkmək haramdırmı?


Qəlyan çəkmək haramdırmı? Qəlyan çəkmək , siqarə hökmünə daxildir.Siqarət çəkməkdə əlbəttə ki insana zərəri varsa haramdır.
Müsəlman çalışmalıdır ki, faydasız işlərdən çəkinsin.
Peyğəmbərimiz(s.a.a.v) buyurmuşdur:
\"Hər bir insan hansı əməl üzərində ölsə axirətdə o əməl üzərinə diriləcəkdir.
Bir anlığına düşün ki, qəlyan və ya siqrət çəkərkən bu dünyadan köçmüsən və qiyamət günü Allah dərgahına siqarət və qəlyanla gəlirsən.
O zaman nə edərsən!!!!!?


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter