İmam Məhdi (əc)-ın zühurunun əlamətləri hədislərdə


İmam Məhdi (əc)-ın zühurunun əlamətləri hədislərdə Rəvayətlərdə İmam zamanın (ə.c) zuhurunun vaxtı nəinki müəyyən olunmayıb hətta zuhuru üçün vaxt tə`yin etmək qadağan olunub. Amma buna baxmayaraq İmamın zuhuruna dair əlamət və nişanələr deyilib. İnsanlar bu əlamət və nişanələrin vasitəsi ilə zuhurun yaxınlaşmasını tə`yin edə bilərlər. Bu əlamət və nişanələr bir neçə hissəyə bölünür: 1- Qəti olan əlamətlər. 2- Qeyri qəti olan əlamətlər. 3- Zuhur ilinin əlamətləri və sonrakı illərin ictimai, əxlaqi, təbii və sairdən ibarət olan əlamətləri. Biz hədis mənbələrində həzrət Əlidən (ə) nəql olunan rəvayətlərdən ikisin zikr etməklə kifayətlənirik:
1- Hədis: Əbu Rumman Əlidən (ə) belə nəql edir: Elə bir zaman gələcək ki, Səmadan bir munada nida edəcək Haqq Ali-Muhəmməd (s) ilədir. Bu vaxt Həzrət Məhdinin (ə.c) adı dillər əzbəri olacaq. Dünyanın hər yerində Həzrətin adı zikr olunacaq belə ki, onun adından başqa heç kəsin adı çəkilməyəcək.
2- Hədis: İmam Sadiq (ə) öz ata və babalarından onlar da Əlidən (ə) belə rəvayət edirlər. Hicazda alovlar qalxan vaxt və Nəcəfi sellər basarkən İmam Məhdinin (ə.c) zuhurunun intizarında olun.


Allah qorxusunun 7 əlaməti hansılardır?


Allah qorxusunun 7 əlaməti hansılardır? Mömin, bədəninin bütün üzvləri ilə Allahdan qorxandır. Necə ki, böyük əxlaq və fiqh məlumatı Əbu Leys əs-Səmərqəndi, Allah qorxusunun yeddi əlaməti olduğunu xəbər verər. Bunlar belədir:
1. Dil yalandan uzaqlaşar,
2. Qəlbdən qısqanclıq qalxar,
3. Göz harama baxmaz. 4. Haram tikə yeməz.
5. Əllər Allah rizası üçün işləyər.
6. Ayaqlar Allah üçün gedər
7. İbadətinə riya (özünü göstərmək) qarışmaz.
Möminin qorxu ilə ümid arasında olması lazımdır. Buna görə bir tərəfdən ümid kəsmədən Allahın rəhmətini gözləyərkən digər tərəfdən ibadət halı içində çirkin hər şeydən uzqlaşmalıdır.


Həyatın sonunda çəkilən 5 həsrət hansılardır?


Həyatın sonunda çəkilən 5 həsrət hansılardır? Quran ayələrinə nəzər salan zaman görmək olur ki, həyatda böhrana düçar olan insanlar ömürlərinin son anında həsrət çəkirlər. Allah Təala insanın çəkdiyi həsrətləri aşkar edir, gələnlər bu çətinliklərlə üzləşməsinlər. İnsan həyatının son anlarında beş həsrət çəkər:
1. Ey kaş, şeytanla oturub-durmazdım. -“Kim Rəhman Allahı yada salmağa göz yumsa (və nəticədə qəlbi korlaşsa) ona, həmişə (vəsvəsə etmək və azdırmaq üçün) yoldaş və yaxın dost olan bir şeytan qoşarıq”. (Zuxruf/36).
2. Ey kaş, Allahın və Peyğəmbərin (s) əmlərini yerinə yetirərdim. - “Üzləri odda (o tərəf-bu tərəfə) çevrildiyi gün deyərlər: «Kaş ki, Allaha itaət edəydik və Onun Rəsuluna tabe olaydıq!» (Əhzab/66).
3. Ey kaş, yaxşı dostlar tapardım. Bu insanlar deyərlər: “«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım»”. (Furqan/27-28).
4. Ey kaş, əməl dəftərimi almayaydım. «Və hesabımın nə olduğunu bilməyəydim». (Haqqə/25).
5. Ey kaş, məsxərə edənlərdən olmayaydım. “(Allah sizə öyüd verir) ki, məbada kimsə (Qiyamət günü) «əfsus, Allah barəsində etdiyim səhlənkarlığa görə! Həqiqətən mən məsxərə edənlərdən idim» desin”. (Zumər/56).


Cəhənnəm əhlinin nalə çəkdiyi 4 dərd nələr olacaq?


Cəhənnəm əhlinin nalə çəkdiyi 4 dərd nələr olacaq? “Günahkarların halını; (Onlara üz tutaraq soruşarlar:) «Sizi Cəhənnəmə daxil edən nədir?» Deyərlər: «Biz namaz qılanlardan deyildik. Fəqirə və yoxsula təam verməzdik. Batil əhli ilə birlikdə (bihudə işlərə və söhbətlərə) dalardıq. Cəza gününü təkzib və inkar edərdik. Ölüm bizi yaxalayana qədər». (“Muddəssir” 41-47).
Cəhənnəm əhli 4 şeyə görə nalə çəkər.
1. Namaza diqqət etmədiklərinə görə. İmam Sadiq (ə) buyurur: “O zaman ki, bəndə vaxtında namaza durarsa, ona nəzarət edərsə, ağ nur parçası kimi yuxarı qalxar və deyər: “Sən məni hifz etdin, Allah da səni hifz etsin”. Ancaq o zaman ki, namazını vaxtında qılmaz, ona nəzarət etməzsə, o namaz qara ləkə halına düşər və deyər: “Məni zay etdin, Allah da səni zay etsin”.
2. Yoxsullara əl tutmamaq. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət diyarı başdan-başa (isti) atəşdəndir. Möminin kölgəsindən başqa. Belə ki, sədəqəsi ona kölgə salar”.
3. Batil insanlarla oturub-durmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəsin ki, Allaha və Qiyamət gününə imanı var, kafirlə qardaş olmamalıdır. O kəs ki, kafirlə qardaşlıq edər, kafir olar”.
4. Məaddan qəflətdə olmaq və ölümü unutmaq. Cəhənnəm əhlinin dördüncü naləsi - ölümü unutmaq və məadı inkar etməkdir. Dini təlimlərdə oxuyuruq ki, məadı inkar etmək bütün İlahi dəyərləri aradan aparar və məhv edər. İnsanı günaha cürətləndirər.


Kompyuterin mənfi təsirlərindən qorunmaq üçün diqqət olunası məsələlərdir bunlar.


Kompyuterin mənfi təsirlərindən qorunmaq üçün diqqət olunası məsələlərdir bunlar. Gözləri kompüterin mənfi təsirindən qorumaq üçün aşağıdakı şərtlərə əməl etmək lazımdır:
• Kompüterdə 20 dəqiqə işlədikdən sonra, 20 saniyə gözləri bağlayaraq, ya da uzağa baxaraq istirahət etmək gözləri qoruyar.
• Təcrübələrə görə, gündə 6 saatdan çox kompüterlə işləyənlərin 100-də 75-nin gözlərində yorğunluq, yanma, qızartı, bulanıq görmə və baş ağrısı kimi şikayətlər olur.
• Gözləri tez-tez şüurlu şəkildə qırpmaq lazımdır.
• Monitorun ekranı çox parlaq və çox tünd olmamalıdır, bu, gözləri daha çox yorur.
• Monitoru pəncərənin işığına tərəf qoymaq olmaz. Monitor işıqdan və pəncərədən aralı olmalıdır. Əks görünüş verməyən ekranlardan istifadə etmək məsləhətdir.
• İş mühiti çox işıqlı olmamalıdır. Həddindən artıq işıqlandırıcı stolüstü lampalardan qaçmaq lazımdır.
• İş mühitinin havası çox quru olmamalıdır. Otaqda nəmləndirmənin normal olması sizin rahatlığınız üçün vacibdir. Kompüter olan otağın havasını dəyişmək lazımdır.
• Yaddan çıxartmaq lazım deyil ki, gözlər ətraf mühitin təsirinə qarşı çox həssasdır. Onları vaxtında qorumaq lazımdır.


Qadını haqsız yerə incitməyin bəlası haqqında Peyğəmbərin (s) hədisi


Qadını haqsız yerə incitməyin bəlası haqqında Peyğəmbərin (s) hədisi Peyğəmbər (s)-dan qadınları incidən kişilərə müraciət:
\"Qadınları ağlatmayın. Bunu bilin ki, Allah-Taala qadını ağladan kişini səhvini anlayanadək peşiman edər. Getdiyi hər qapı uğursuz olar. Qadının gözündən axdığı hər damcı yaşa görə o kişi əzablar çəkər.\"
\"Ən gözəl dünya neməti, insanın sahib ola biləcəyi nemətlərin ən xeyirlisi: Zikr dil, şükür edən ürək və insanın iman istiqamətində (müsəlmanca) yaşamasına köməkçi olan qadındır.\" Hz.Muhemmed (s)


Qurani-Kərimin möminə xanımlar üçün 10 göstərişi


Qurani-Kərimin möminə xanımlar üçün 10 göstərişi Qurani Kerim momin qadinlara on gosterish vermishdir:
1.Siz adi qadinlar kimi deyilsiniz(yuksek meqama ve izzete maliksiniz)
2.Teqvali olun(nefsani isteklerinizi cilovlayin).
3.Elə edin ki,qelbleri xəstə olanlar (cirkin niyyetli shexsler )size tamah salmasinlar.(izzet ,sheref ve kerametinizi qoruyun.
4.Yaxshi sozler danishin.(nalayiq sozlerden uzaq olun)
5.Cemiyyet icerisine cox cixmayin.
6.Hemishe namaz qilin.
7.Zekat verin.(dunya malini sevmeyi qelblerinizden cixarin)
8.Allahin ve Onun Resuluna tabe olun.
9.Ilahi ayeleri emel etmek meqsedi ile oxuyun ve ya qulaq asin
10.Elm ve hikmet oyrenin. (Huseyn Reshidi,Hicab kitabindan)


Mömin olduğunu bilmək istəyirsənsə Peyğəmbərin (s) bu hədisini oxu!


Mömin olduğunu bilmək istəyirsənsə Peyğəmbərin (s) bu hədisini oxu! Mömin şəxs özünü bu hədislə ölçməlidir:
Allahın Peyğəmbəri (s) möminin vəsfində buyurmuşdur:«Hərəkət və rəftarları mülayim və mehribandır, görüşü şirin... Hər bir şeyin ən üstününü axtarır, xislətlərin ən dəyərlisini…Nifrət bəslədiyi kəsə zülm etmir və sevdiyi şəxsə görə günaha batmır. Xərci azdır, çox kömək və yardım edir...İşi çox yaxşı yerinə yetirir, sanki onu özü üçün görür. Gözləri aşağı baxır. Bağışlayan əli var, bir şey istəyəni boş geri qaytarmır. Sözünü ölçüb-biçir və dilini lal edir... Batili, hətta dostundan qəbul etmir və haqqı, hətta düşmənindən olsa belə inkar etmir. Elmi ancaq bilməyə görə öyrənir və biliyi yalnız əməl etməyə görə əldə edir... Dünyapərəstlərlə rəftar edəndə onların ən zirəngi, axirət axtaranlarla olanda onların ən pəhrizkarıdır.»


İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar insanların vəziyyəti hədislərdə necə təsvir olunmuşdur?


İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar insanların vəziyyəti hədislərdə necə təsvir olunmuşdur? İmam Zamanın (əc) zühuruna yaxın vaxtlar iman və əməlləri qorumaq zəruridir. Çünki insanların çoxu bir gecədə necə dəfə dindən çıxarlar. Bu haqda bir neçə hədis qeyd edək:
1- Hədis: İmam Əli (ə) buyurdu: Bir zaman gələcək ki, söz gəzdirənlər əzizlənəcək, fasiqlər zirək adlandırılacaqlar. İnsaflı insanlar gücsüz və zəif sayılacaqlar, Allah yolunda sədəqə verib əl tutmağı ziyan fikirləşəcəklər. Qohumlarla əlaqə saxlamağı minnətlə edəcəklər, Allaha ibadət və itaət etməklə fəxr edəcəklər. Belə bir zamanda dövlət qadınların məşvərəti, uşaqların göstərişi və nökərlərin tədbiri ila idarə olunacaq.
2- Hədis: Əsbəğ ibn Nəbatə deyir: Əmirəl-möminindən (ə) belə buyurduğunu eşitdim: Zəmanənin axırı zəmanənin ən pisidir. Zuhur vaxtı yaxınlaşanda qadınlar hicab örtməzlər və onların zinətləri açıq halda camaatın gözü qarşısında gəzərlər. Onlar dindən çıxarlar (yəni: dinin hökümlərinə əhəmiyyət verməzlər). Fitnə-fəsad icad edən işlərə tərəf meyl edərlər. Şəhvət və dünya ləzzətlərinə üz tutarlar. Bunlar Allahın haramlarını halal sayarlar. Belə qadınlar cəhənnəmdə qalacaqlar.
3- Hədis: Zəmanənin axırındakı alimlər ürəkləri istədikləri kimi fətva verəcəklər. Müstəntiqlər bilmədikləri işlərə hökm edəcəklər və onların əksəriyyəti yalandan şəhadət verəcəklər. Varlı insanlar onların yanında əziz və hörmətli, kasıblar isə onların yanında zəlil və hörmətsiz olacaqlar.


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis.


İmam Zamanın (əc) zühurunun intizarında olmağın fəziləti haqda 2 hədis. Keçən yazılarımızda qeyd olunduğu kimi, İmamın qeybət dövründə baş vercək çətinlik və hadisələr nəticəsində insanların İmama olan əqidəsi zəifləyəcək. Bu çətinlik və hadisələrdə sərgərdan olmamaq üçün, Əhli-beytdən (ə) çoxlu rəvayətlər nəql olunub ki, onlardan çıxış yoluna işarə olunub. Numunə üçün Əlidən (ə) hədis mənbələrində nəql olunmuş rəvayətlərdən ikisini burada qeyd edirik:
1- Hədis: Mühəmməd ibn müslüm İmam Sadiqdən (ə) belə nəql edir: O, həzrət öz ata və babalarından, onlarda Əmirəl-möminin Əlidən (ə) belə rəvayət ediblər:
İmam zamanın (ə.c) intizarında olan və Allahın lütf və mərhəmətindən ümüdsiz olmayın. İzzət və cəlal sahibi olan Allah ən çox bəyəndiyi işlərdən biri də, İmam zamanın (ə.c) zuhurunun intizarında olmaqdır.
Sonra İmamın zuhurunun intizarında olmağın fəzilətinin ardınca buyurdu: hər şəxs İmamın zuhurunun intizarında olsa, o, döyüşçü kimidir ki, Allah yolunda öz qanına bulaşıb.
2- Hədis: Zeyd ibn Suhan Əbdi İmam Əlidən (ə) soruşdu: Ya Əmirəl-möminin! Hansı əməl aləmlərin Rəbbinin yanında sevimlidir? Həzrət buyurdu: İmam zaman (ə.c) zuhurunun intizarında olmaq.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter