Xanımlar, həyat yoldaşlarınızdan haqlarınızı almaq üçün bu yollar daha təsirlidir?


Kişiləri tənqid etməyin münasib üslubu.

1. Qadın incikliyini bildirməmişdən öncə onu kağız üzərinə yazsın. Əgər belə etsə, bu hadisədə özünə aid olan hissəni tez görər. Hadisəni yazmaq onu həm nisbətən sakitləşdirər, həm də incikliyinin səbəblərini daha dərindən aydınlaşdırar.

2. Söhbət etməzdən öncə özünü həyat yoldaşının yerində təsəvvür etsin. Bu yolla onun çətinliklərini daha yaxşı başa düşər.

3. Həyat yoldaşıyla söhbət etməmişdən öncə bu mövzunu (əgər xüsusi ehtiyac duyulmursa) başqalarına açıqlamasın.

4. Söhbətin əvvəlində təkidlə vurğulasın ki, hadisəni daha yaxşı anlaması üçün bunu aydınlaşdırır.

5. Dəfələrlə xatırlatsın ki, mümkündür işin əsli anlaşılmazlıqdır və bu söhbəti açmaq onu aradan götürmək üçündür.

6. Yoldaşının müsbət xüsusiyyətlərini, yaxud etdiyi lazımi işləri xatırlamağa çalışsın ki, müzakirə fəzası səmimiyyət tapsın.

7. Söhbət əsnasında dil yarasına, kinayəyə, məsxərəyə və təhqirə yol verməsin. Onunla dostcasına, mehriban söhbət etsin. kovser.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter