Təcrübəsiz anaların 7 səhvi hansılardır?


Təcrübəsiz anaların 7 səhvi hansılardır? Təcrübəsiz anaların 7 səhvi
Hamımız bilirik ki, kiçik körpə anasının vaxtını o qədər alır ki, bəzən hamama getmək belə bir arzu olur.
Adətən ilk doğulan körpə ana üçün böyük həyəcan və marağa səbəb olur. Ona görə də istəyir ki, körpəsinin hər işi ilə o, məşğul olsun. Əgər siz də bu cür analardansınızsa, yadda saxlayın ki, ana olmaq şirindir, ancaq bütün işlərə özünüz tək yetişə bilməzdiniz. Sizə mütləq yardım lazımdır.
Adətən cavan analar bu səhvlərə yol verirlər: 1. Öz sağlamlıqlarına diqqət etmirlər. 2. Körpəyə ağlamağa icazə vermirlər. 3. Körpəni tez-tez qucaqlarına götürürlər. 4. Başqalarına yardım etməyə icazə vermirlər. 5. Körpəni öz yatağında yatızdırmamaq. 6. Körpə yatan zaman istirahət etmirlər. 7. Həyat yoldaşlarını unudurlar.


Oruc tutmayana (və ya batil edənə) kəffarə ödəmək düşər!


Oruc tutmayana (və ya batil edənə) kəffarə ödəmək düşər! Kəffarə nədir?
Kəffarə günahın təsirini aradan qaldırıb, onu insandan uzaqlaşdırdığı üçün ona «kəffarə» deyilir. Kafir insan da Allah, qiyamət, nübüvvət və bu kimi həqiqətləri inkar etdiyi və özündən uzaqlaşdırdığı üçün «kafir» adlanır. Kəffarə bütün şəriətlər və dinlərdə ilahi üsullara zidd hərəkətlərin qarşısını almaq üçün həyata keçirilir. Onun mühüm təsirlərindən biri də Allah-təalanın razılığını qazanmaq və Onun qəzəbini soyutmaqdır.
Oruc kəffarəsi 4 növdür: 1. Ramazan ayında qəsdən orucu yemək kəffarəsi; qul azad etmək; ya iki ay oruc tutmaq və ya altmış yoxsulu yedirtmək. 2. Zöhrdən (günortadan) sonra ramazan ayının qəza orucunu qəsdən pozmağın kəffarəsi; on yoxsulu yedirtmək və imkan olmadıqda 3 gün oruc tutmaq. 3. Müəyyən nəzir orucunun kəffarəsi: ramazan ayında qəsdən oruc yemək kəffarəsi kimi. Bəziləri (Təbrizi və Vəhid) onun kəffarəsini and kəffarəsi bilirlər və bu kəffarə qul azad etmək, on yoxsulu yedirtmək və ya on yoxsulu geyindirməkdir. İmkan olmadıqda isə üç gün oruc tutmaqdan ibarətdir. 4. Etikaf gününün oruc kəffarəsi: ramazan ayında qəsdən oruc yeməyin kəffarəsi kimi. Qeyd: Ramazan orucunu haram bir şeylə batil edən (misal üçün zina edə və ya haram bir içki ilə orucunu batl edə) şəxsə hər üç kəffarə yəni həm 60 nəfəri yedizdirməli, həm 60 gün oruc tutmalı həm də 1 qul azad etməlidir.


İnsanın kasıblamasına səbəb olan bəyənilməyən əməllər hansılardır?


İnsanın kasıblamasına səbəb olan bəyənilməyən əməllər hansılardır? İnsanın kasıblamasına səbəb olan bəyənilməyən əməllər:
1-Cənabət (qüsullu) halda qidalanmaq, 2-Ayaq üstə dayanaraq saçı daramaq, 3-Günün çıxmasından öncə yatmaq, 4-Həyat xərclərində maddi gəliş-çıxışlara diqqət etməmək, (xəsislik və israfçılıqdan uzaq durmağa çalışmaq, 5-Ğinaya çox qulaq asmaq, 6-Hamamdan ayaq yolu kimi istifadə etmək, 7-Evdə zibil saxlamaq, 8-Məğrib və işa namazı arasında yatmaq, 9-Uzanmış və yuxulu halda qidalanmaq, 10-Evdən hörümçək torunu təmizləməmək, 11-Yemək yeyən zaman əlləri yumamaq, 12-Övladlara (nalayiq sözlər demək və) nifrin etmək, 13-Soğan və sarımsağın qabığını yandırmaq, 14-Evin girişində oturmaq, 15-Axşam vaxtı evi süpürmək, 16-Əl-ayağın suyunu ətək və ya paltarla qurulmaq, 17-Paltar əyində tikmək, 18-Ata-ananı adı ilə çağırmaq, 19-Böyük və qocalardan öndə getmək, 20-Oturmuş halda şalvar geyinmək, 21-Dırnaqları yemək, 22-Ata-anaya dua etməmək, 23-Namazı yüngül saymaq, 24-İşlərdə süstlük və tənbəllik etmək, 25-Məsciddən çıxmağa tələsmək, 26-Bazara səhər tezdən getmək, 27-Axşam vaxtı kasıbın istəklərini boş qaytarmaq, 28-Kasıb olduğunu dilə gətirmək, 29-Çox danışmaq, 30-Dar və balaca evdə yaşamaq …


Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl nələrdir?


Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl nələrdir? Bəzi müstəhəb əməllər bizə yardım edir ki, vacibatları daha gözəl ab-hava ilə yerinə yetirək. Bu əməllərin yardımı ilə şeytanın (lən) vəsvəsə qapılarını bağlayır və nəticədə də az günah etmiş oluruq. (Tebyan) Ruhumuza gözəl təsir qoyan 5 müstəhəb əməl ilə tanış olaq:
1. Həmişə dəstəmazlı olmaq. Peyğəmbər (s): “Qiyamət gününün sabahısı Allah Təala mənim ümmətimi başqa ümmətlərin arasında dünyada dəstəmaz aldıqları üçün üzü ağ məhşur edəcəkdir və alınları nuranidir”. 2. Quranla yaxın olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Öz kəlamında təcəlli etmişdir, ancaq bəşər onu yaxşı dərk etmir”. 3. Çoxlu istiğfar etmək. Peyğəmbər (s): “Hər kim çoxlu istiğfar edər, Allah hər qüssəyə görə ona rahatlıq verər. Hər bir çıxılmaz yoldan qaçış yolu qoyar və ona güman etmədiyi yerdən ruzi verər”. İsitğfar bais olar ki, günahın qabarı ruhumuzdan silinib getsin və biz mənəviyyata tərəf meyl edərik. 4. Gecə ibadəti. İmam Baqir (ə) cəddindən nəql edir ki, Allah Təalanın car çəkəni vardır ki, səhərlər fəryad çəkər: “Dua edən vardırmı ki, ona cavab verim və hacətini yerinə yetirim? İstiğfar edən vardırmı ki, onu bağışlayım, tələb edən vardırmı ki, ona əta edim?”. 5. Salavat göndərmək. İmam Əli (ə) tövsiyə edir ki, nə zaman qəmgin olsan, Peyğəmbərə (s) salavat göndər.


Orucun dəyərini zəiflədən 5 amil hansılardır?


Orucun dəyərini zəiflədən 5 amil hansılardır? Bəzi amillər vardır ki, orucun dəyərini və məqamını aşağı salar və onu zəiflədər. Bu amilləri tanıyaq ki, onları aradan qaldıra bilək:
1. Nalayiq fikirlər. Zahiri oruc dedikdə, yemək və içməkdən müticəsinə çəkinmək nəzərdə tutulur. Ancaq nəfsin orucu dedikdə 5 hiss orqanını nalayiq işlərdən saxlamaq və qəlbi çirkin niyyətlərdən çəkindirməkdir. Əli (ə) buyurur: “Qəlbin orucu dil orucundan üstündür. Dil orucu də qarın orucundan üstündür”. 2. Napak tikə yemək. Həzrət Peyğəmbər (s) buyurur: “Vay olsun o kəsin halına ki, orucunu haram yeməklə iftar edər”. 3. Söz gəzdirmək. Həzrət Peyğəmbər (s) İmam Əliyə (ə) tövsiyələrində buyurur: “Ey Əli! Qeybət və dedi-qodudan çəkin. Çünki qeybət orucu əldən salar və dedi-qodu da qəbir əzabına bais olar”. 4. Ağvalideyn olmaq. İmam Sadiq (ə) buyurur: “Ağvalideyn olmaq - kəbirə günahlardan biridir. Həkim Allah ağ olmuş insanı bədbəxt günahkar qərar vermişdir. Ağvalideyn olmağın cəzası elə bu dünyada insanın boğazından yapışar”. 5. Təkəbbürlülük, Küfrün üç kökü vardır: hərislik, təkəbbür və həsəd. İmam Sadiq (ə) buyurur: “O kəs ki, başqalarına dəyər verməz, təkəbbürə malik olar”. Bu rəzil sifət orucun dəyərini aradan aparar.


Günahdan uzaq olmağa kömək edən təsirli yollar hansılardır?


Günahdan uzaq olmağa kömək edən təsirli yollar hansılardır? İslam maarifində insan caizul-xəta deyil, mümkünül-xəta hesab edilir. Yəni, insanın günah etməyə icazəsi yoxdur. Lakin əgər onu edərsə, tövbə qapısı üzünə açıqdır. (Tebyan)
=Günahdan uzaq olmağın yolları haqda: a) Günahdan uzaq olmağın ən təsirli yollarından biri - insanın özünü tanımasıdır. b) İnsanı günahdan saxlaya bilən başqa bir yol - dünyanı Allahın yaratdığı kimi görmək. İnsan əgər başa düşsə ki, hər bir əməlini izləyən bir kamera vardır əməllərinə diqqət edər və abrının aradan getməsini istəməz. c) Günahı tərk etməyin başqa bir yolu - beş hiss orqanımıza nəzarət etməkdir. Yəni, həm yediklərimizə diqqət edək, həm eşitdiklərimizə, hiss etdiklərimizə, gördüklərimizə və danışdıqlarımıza. Əgər haram mal yesək, günah işlətmək bizim üçün asan olar.
=Günahdan uzaq olmağın iki əsl yolu vardır:1. Şeytanı (lən) öz həqiqi düşmənin qərar vermək, onun hücum etdiyi yerləri bilmək və onunla mübarizə aparmaq üçün lazım olan vasitələrlə təchiz olunmaq. 2. Bizim əsl səyimiz bu olmalıdır ki, günah olan şəraitdə qərar tutmayaq. Əgər cahillik üzündən günaha düçar olsaq, tövbə edək ...


Ziyarəti-Aşuranın möcüzəsi haqda!


Ziyarəti-Aşuranın möcüzəsi haqda! Ziyarəti-Aşuranın möcüzəsi
Mərhum Ayətullah Hacı Şeyx Əbdülkərim Hairi öz ustadı mərhum Ayətullah Seyid Məhəmməd Fişarəkidən nəql edir ki, Samirra şəhərində vəba xəstəliyi (öldürücü bəla) yayılan zaman buyurub:
\"Samirranın kişi və qadın şiələrinə hökm verdim ki, Ziyarəti-Aşura oxsunlar, savabını İmam Mehdinin (əc) əziz anası Nərcis Xatunun pak ruhuna hədiyyə etsinlər, Xatunu övladının qarşısında şəfaətçi qərar versinlər, o da öz növbəsində Allah qarşısında şəfaətçi olsun. Bütün şiələr bu hökmə əməl etdi və kimsə vəba xəstəliyi tutmadı.\"


Tutduğumuz oruc qəbuldurmu?!


Tutduğumuz oruc qəbuldurmu?! Biz haradan bilək ki, bizim tutduğumuz oruclar qəbuldur ya yox?!
Orucun özünəməxsus xüsusiyyətləri, səbəbləri və təsir dairələri vardır.
1- Oruc insanı Qurani-Kərimlə daha çox ünsiyyətli edir. Bəqərə/185-ci ayə: \"Ramazan ayı Quranın endiyi aydır...\" Orucluğun əsas hikmətlərindən biri Qurandır. Oruc insan Quranla daha çox ünsiyyətdə olur, istər əslini oxumaq, və ya tərcüməsini oxumaq, və mənlarını bilik əhlindən öyrənmək yolu ilə və barəsində düşünməklə, 2- Oruc insanı nəfsinin heyvani istəklərini cilovlaya bilməsinə səbəb olur. Bəqərə/183-cü ayə: \"Ey iman gətirənlər, sizdən əvvəlkilərə oruc vacib olduğu kimi sizə də oruc tutmaq vacib edildi, bəlkə təqvalı olasınız.\"Deməli, təqvalı olmaq, yəni özünü hər bir günahdan qoruya bilmək, 3- Oruc insanı Qiyamət gününü gözü önünə gətirməyə və insanın qiyamət gününün aclıq və susuzluğunu hiss etməsinə səbəb olur. İmam Riza (ə) buyurur: \"İnsanlara oruc tutmaq ona görə əmr edilib ki, insanlar aclıq və susuzluğun nə olduğunu bilsinlər, və bunun nəticəsində Axirətdəki fəqirlik, yoxsulluq və ehtiyaclılığı dərk etsinlər.\" Vəsailuş şiə, cild-7, səh: 4. Deməli oruc tutan insan Qiyamət gününü dərk edir, özünü Qiyamət məhşərində hiss edir, 4- Oruc insanın bədən üzvlərini günah etməkdən saxlayır. Xanım Fatiməyi Zəhra (s) buyurur: \"Əgər insan öz dilinin, qulağının, gözünün və başqa bədən üzvlərinin qarşısını ala bilmirsə onun tutğuğu oruc nəyə lazımdır!!!\" Biharul ənvar/ cild:-93, səh: 295. Deməli oruc tutan insanın bütün bədən üzvləri günahdan uzaq olur.


Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti olubmu?


Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti olubmu? Həzrət Peyğəmbərin (s) Ramazan ayı öncəsi müraciəti: Həzrət Salman buyurur: “Şaban ayının sonuncu günündə Peyğəmbər (s) bizim üçün Ramazan ayının fəziləti haqqında bir xütbə söylədi. Özünün bu xitabında buyurdu: ”Ey camaat! Həqiqətən sizin üzərinizə əzəmətli və mübarək bir ay kölgə salıb. Bir ay ki, onda 1000 aydan üstün gecə var. (Bir ay ki,) onda Allah-Təala orucunu vacib qərar vermişdir. Və gecələrini ibadətlərdə keçirməyi bəyənilmiş və müstəhəb qərar vermişdir\".
Xütbənin sonunda Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Bu, bir aydır ki, bərabərlik ayıdır. Bir aydır ki, möminin ruzisi bu ayda artar. Bir aydır ki, əvvəli rəhmət, ortası məğfirət və bağışlanma, axırı cəhənnəm atəşindən azadlıqdır. Və bu ay mömin üçün bəhrə və fayda ayıdır, münafiq üçün zərər ayıdır”.Yəni artıq səfərə çıxacağıq. Artıq yol başlayır. Bəyan edilir ki, bunda 1000 aydan artıq bir gecə var. Yenə də səyahət və səfərlə analogiya aparaq. İnsan bir yerə səyahət edəndə o, mütləq həmin yerin ən görkəmli, ən diqqətəlayiq məkanını ziyarət edir. Bu yer Çindirsə - “Böyük Çin səddi”ni, Moskvadırsa - Kremli və Qızıl meydanı, Hindistandırsa - Tac-Mahalı, Misirdirsə - ehramları, Bakıdırsa - Qız qalasını, Parisdirsə - Eyfel qülləsini, Londondursa - Vesminster sarayını, kurort zonasında - hansısa bulağı, zirvəni və s. İndi bu mənəvi səfərdə vurğulanır ki, ən mühüm bir gecə var bu ayda. Rəsuli-Əkrəmin (s) dilindən çatdırılır ki, bu ayda 1000 aydan üstün bir gecə var.


Qəlbin “səkinə” yəni hövsələsizlik etməmək halı sadəcə arxayınlıqdırmı?


Qəlbin “səkinə” yəni hövsələsizlik etməmək halı sadəcə arxayınlıqdırmı? Quran-i Kərimdə insan qəlbinin “səkinə” halı haqqında söz açılır. Ayələrə nəzər salaq: -\"Tövbə, 40\": -Əgər siz kömək etməsəniz, (bilin ki,) Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq çıxartdılar. O iki nəfər mağarada olarkən (onlardan) biri öz yoldaşına dedi: “Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq (SƏKİNƏ) nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.
“Qəlbin səkinəsi” dedikdə nəzərdə nə tutulur? Ayalərdən aydın olur ki, səkinə hal sırf aramlıq və sakitlik deyil. Hətta mömin və müsəlman olmayanlarda da qəlbin aramlığı ola bilər. İlkin İslam döyüşlərində belə hallar olub ki, möminlər savaş meydanından qaçıb, münafiqlər Peyğəmbərin (s) kənarında döyüşüb. Hansı ki, Allah-Taala bu halı Peyğəmbər və möminlərin qəlbinə nazil etdiyini bildirir. Demək, səkinə halı adi aramlıqdan üstün bir haldır . Allah bu halı xüsusi bəndələrinə əta edir. Qəlbin paklığı, iman, ixlas səkinə hal üçün şərt sayılır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter