Aylıq adət günlərində olan qadına aşağıdakı əməllər haramdır.


Haiz olan qadına aşağıda sayılan bir neçə şey haramdır:

1. Namaz kimi dəstəmaz, qüsl və ya təyəmmümlə yerinə yetirilməsi lazım olan ibadətlər; Əgər haiz qadın bu kimi əməlləri səhih əməl qəsdi ilə yerinə yetirsə, caiz deyil. Lakin meyyit namazı kimi dəstəmaz, qüsl və ya təyəmmüm tələb etməyən ibadətləri yerinə yetirsə, eybi yoxdur.

2. Həyat yoldaşı ilə cima etməsi haramdır. Başqa halal cinsi ləzzət almaq məqsədi ilə mülainə etmənin eybi yoxdur,

3. Öz bədənindən hər hansı bir yeri Quranın yazısına ya Allahın adına (hansı dildə olsa) toxundurmaq. peyğəmbərlərin, İmamların və həzrət Zəhranın (ə.s) da adlarına toxundurmaması daha yaxşıdır.

4. Məscidul-hərama və Peyğəmbər (s) məscidinə girmək. Bir qapıdan daxil olub, digər qapıdan xaric olsa belə.

5. Başqa məscidlərdə və vacib-ehtiyata əsasən İmamların (s) hərəmlərində dayanmaq. Amma məscidin bir qapısından daxil olub, digər qapısından xaric olduğu halda, maneəsi yoxdur.

6. Lazım-ehtiyata əsasən, bir şeyi məscidə qoymaq, ya bir şeyi məsciddən götürməkdən ötrü daxil olmaq, hərçənd özü daxil olmasa belə.

7. Vacib səcdəsi olan ayələri oxumaq. Onlar bu dörd surədədir: 32-ci \"Səcdə\" surəsi; 41-ci \"Fussilət\" surəsi; 53-cü \"Nəcm\" surəsi; 96-cı \"Ələq\" surəsi.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter