Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (ə) zühur etmir?


Dünyada bu qədər zülm və haqsızlığın varlığı ilə nə üçün İmam Zaman (ə) zühur etmir? Bir neçə məsələyə diqqət yetirmək sualın cavablandırılmasında sizə kömək edə bilər:
1. Rəvayətlərdə deyilir: “Yer üzü zülm və haqsızlıqla dolduğu kimi, onu haqq ədalətlə dolduracaqdır.”[1] Amma bu məsələ zühur əlamətlərinin tamamilə bəyan edilməsi məqamında deyildir və “hər vaxt dünya zülm və haqsızlıqla dolsa, həzrət mütləq o zaman zühur edəcəkdir” – demək istəmir.
2. Zülmün dünya səviyyəli olması nisbi bir məsələdir. Yəni, bəşərin yer üzündə mövcud olduğu vaxtdan etibarən zülm daim varmış, bir dəstə zalıım və o biri dəstə isə zülmə məruz qalmışdır. Deməli, “yalnız bu dövrdə zülm hər yerə yayılmışdır və ondan başqa bir vaxtda bu qədər şiddətli olmamışdır” – deyə iddia demək olmaz.
3. Zülmün hər yerə yayılması zühurun əlaməti olsa da, zühur üçün tam səbəb deyildir; əksinə, bu iqtiza (tələb etmə) səviyyəsindədir. Bu məsələdə digər səbəb və əlamətlər də rol oynayır. Bundan başqa səbəb və əlamətlərin hamısı həyata keçməlidir ki, İmam Zaman (ə) zühur etsin.
Deməli, dünya səviyyəsində zülmün çoxaldığı hazırkı zamanda o həzrətin mütləq zühur edəcəyini təvəqqe etməməliyik. Bizim vəzifəmiz budur ki, daim gözümüzü o həzrətin zühur yoluna dikək, lazım olan müqəddimə işlərini əncam verməklə zühurun tezləşməsi üçün dua edək. \"Kafi/c-1, səh: 338 və 526\"


Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?


Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir? Allah-Taala Qurani-kərimdə 4 dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Quranda deyilir: \"Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular\". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun halından xəbərdar olmamaq mənasında) Allahın pak zatından uzaq bilirlər. Habelə, Allah-Taalanın öz kəlamında deyilib: \"Yaradanın unutqan deyildir.\"
Məsumların (ə) kəlamlarından aydın olur ki, Allahın unutmağında məqsəd qəflət, elmsizlik, xəbərdar olmamaq deyil, çünki Allah tamam gizli və aşkarı bilir. Allahın unutmağında məqsəd ilahi rəhmətin onu haqq edənlərdən kəsilməsidir. Həzrət Əli (ə) buyurur: \"Allahın unutmağı onları öz xeyrindən məhrum etməsidir.\" Deməli, ilahi kəlamlarda Allahın unutqanlığından, unutmasından söz gedirsə, bu bəndənin öz halına qoyulması, Allahın rəhmət əlinin başından götürülməsi mənasındadır ki, bu da bəndənin Allahı unutmasının, dünyaya məşğul olmasının nəticəsidir. Başqa ibarətlə desək, Allahın unutması ilahi yaradılış qanunları əsasında bəndənin Allahı və dini əmrləri unutmasının əks təsiridir.


İmam Əliyə (ə) “Əbu Turab” künyəsi nə üçün və kim tərəfindən verilmişdir?


İmam Əliyə (ə) “Əbu Turab” künyəsi nə üçün və kim tərəfindən verilmişdir? İmam Əlinin (ə) Əbu Turab künyəsi haqda:
Əli (əleyhis-salam)-ın mübarək adları, ləqəbləri və künyələri çoxdur və bunlar hədis kitablarında qeyd olunmuşdur. O həzrətin künyələrindən biri “Əbu Turab”dır. Peyğəmbər-əkrəm (səlləllahu əleyhi və alih) bir gün İmam Əlini məscidə toz-torpaqlı halda gördükdə bu adı ona vermişdir.
Rəvayətdə deyilir ki, bir nəfər Əbdüllah ibni Abbasdan soruşdu: “Nə üçün Peyğəmbər İmam Əliyə “Əbu Turab” künyəsi vermişdir?” Cavab verdi: “Çünki o, yerin sahibi idi və Peyğəmbərdən sonra Allahın yer üzündəki höccətidir. Yerin qalması və sükunəti onun xatirinədir.”


Üstündən bir neçə il keçən və əməl olunmayan nəzirin hökmü nədir?


Üstündən bir neçə il keçən və əməl olunmayan nəzirin hökmü nədir? Üstündən neçə illər keçmiş əməl olunmamış nəzrin hökmü:
Əgər qeyd etdiyniz nəzir mütləq olubsa yəni, heç bir gün və zaman müəyyən olunmayıbsa, öz nəzirinizə niyyət etdiyniz kimi əməl edin. Amma, nəzirə müəyyən zaman və gün təyin olunubsa, qəsdən nəzirə əməl olunmayıbsa, nəzrin kəffarəsini verməlisiniz. O da qəsdən orucun tərk edilməsinin kəffarəsi kimidir. Yəni, ya bir nəfər qul azad etməli ya altımış fəqiri doyurmalı və ya da iki ay dalbadal oruc tutmalıdır. Hərhalda, nəzirin deyilən şəraitlə müxalif olması sübut olduqdan və kəffarə isbat olduqdan sonra artıq o nəzirə əməl etmək vacib deyil. Əlbəttə, diqqət etmək lazımdır ki:
1.Nəzirin yerinə yetirilməsində nəzirin deyilməsi şəkilini dilə gətirimək lazımdır. (ərəb dilində olmasa da) Bəs, əgər nəzirin xüsusi formada deyiliş qaydasında deyilməsə , nəzir baş tutumur və o nəzirə əməl etmək vacib deiyl.
2. Nəzirdə \"Allaha xatir\" sözü dildə zikr edilməlidir. Əgər deyilməsə və təkcə niyyətdə nəzərdə tutulsa, nəzir vacib olmur.


Xoş əxlaqlı olmağa tərəf addımlamaq üçün yollar


Xoş əxlaqlı olmağa tərəf addımlamaq üçün yollar Xoş əxlaqlı olmaq üçün atacağımız ilk addım - özümüzün bunu istəməyimizdir. Xoş əxlaqlı olmaq elə də sadə bir iş deyildir. Ancaq insan ürəkdən istəsə və bunun üçün səy göstərsə, əldə edə bilər. Xoş əlxaqlı olmağa tərəf addım-addım getməyə çalışaq. (Tebyan saytına istinadən)
1-Özünüzü danlamayın. Özünüzü danlamayın və bu hal sizi irəli getməkdən saxlayar. 2-Özünüzə qarşı sadiq olun. Həyatda özünüz olmağa çalşın və başqasını təqlid etməyin. 3-Başqalarına əhəmiyyət verin. Əgər başqalarına əhəmiyyət verməsəniz, necə gözləntidə ola bilərsiniz ki, onlar sizə əhəmiyyət verəcəkdir? 4-Məsuliyyətli olun. Heç kəs yalançı birini sevməz. 5-Hamıya hörmət edin. İnsanlarla elə rəftar edin ki, sizinlə o cür rəftar edilməsini istəyərdiniz.
6-Başqalarına təşəkkür etməyi öyrənin. “Təşəkkür edirəm”, “çox sağ olun” kimi sözləri yaddan çıxartmayın. 7-Bacardığınız qədər insanlara yardım edin. Həyatda nə etsəniz, sizə tərəf qayıdar. 8-Verdiyiniz sözü yerinə yetirin. Bəzi insanlar dildə söz versələr də, əməldə ondan qaçırlar. 9-Səliqəli olun. Bu səliqə həyatınıza da təsir qoyar. 10-Nikbin olun. Həyatda baş verən hadisələrin pis və ya yaxşı olmasına siz özünüz qərar verərsiniz.


Yaxşı valideyn olmağın 6 yolu hansılardır?


Yaxşı valideyn olmağın 6 yolu hansılardır? Bütün valideynlərin ən böyük arzusu budur ki, övladı ədəbli və tərbiyəli olsun və cəmiyyətə faydalı ola biləcək bir insan yetişdirsin. Övladınızın tərbiyəli bir insan kimi böyüməsini istəyirsinizsə, gərək siz də özünüzü tərbiyə edəsiniz və bu sifətlərə malik olasınız.
1. Təzyiq göstərmək yerinə, himayə edib yol göstərmək.
2. Uşağınızın müstəqil olmasına icazə verin. (qeyri müstəqim nəzarət etməklə),
3. Unutmayın ki, uşaqlar sizi müşahidə edərlər.
4. Övladınızı təhqir etməyin.
5. Övladınıza sevginizi göstərin.
6. Səhv edən zaman üzr istəməyi bacarın. Hər bir valideyn övladına öyrədər ki, səhv edən zaman üzr istəsin.


Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır?


Əgər birisi insanı təhqir edərsə, təlimlərə əsasən onunla necə rəftar olunmalıdır? Bu vəziyyətdə ən yaxşı çıxış yolu fikir verməməkdir. Qurani-Kərimdə oxuyuruq: “ 1. “Və o kəslər ki, Rəbbinin razılığını qazanmaq üçün səbr edir, ... pisliyin qarşısını yaxşılıq etməklə alırlar (pisliyin əvəzində yaxşılıq edirlər) - məhz onları (gözəl) Axirət yurdu –“
2.«Yaxşılıqla pislik eyni ola bilməz! Sən (pisliyi) yaxşılıqla dəf et! (Qəzəbə səbirlə, cəhalətə elmlə, xəsisliyə comərdliklə, cəzaya bağışlanmaqla cavab ver!) Belə olduqda aranızda düşmənçilik olan şəxsi, sanki yaxın bir dost görərsən!»
3.” ....faydasız bir şeylə rastlaşdıqları (lağlağı bir söhbət eşitdikləri) zaman onlardan üz çevirib vüqarla keçər» Rəvayətdə oxuyuruq: «İki nəfər bir-birinə söyüş verərsə, onların ən alçağı ən çox söyüş verəndir.» Məsum İmamın (ə) buyurduğu bu hədisdən məlum olur ki, söyüş söymək və başqalarını təhiq etmək ən alçaq sifətlərdən biridir. Dahi şəxsiyyətlər belə sifətlərdən uzaq durmağa çalışarlar.
İmam Sadiqdən (ə) nəql olunur ki, buyurur: «İslam Peyğəmbəri (s) eşidir ki, bir nəfər qadın oruc olduğu halda , öz kənizinə söyüş verir və onu təhqir edir. İslam Peyğəmbəri (s) o qadını xörək yeməyi təklif edir. O qadın oruc olduğu izhar edir. Bu zaman İslam Peyğəmbəri (s) ona buyurur: «Necə oruc ola bilərsən ki, xadiməyə söyüş verirsən! ..» Qeyd etmk lazımdır ki, bu mövzuda keçinmək ora qədərdir ki, təkrar olunmasın. Əgər təkrar olsuna, ən yaxşı çıxış yolu qanuni yolla əməl məsləni həll etməkdir.


İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət qoyulurmu?


İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət qoyulurmu? Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və övladı olmayan uşaqların başqa uşağın məsuliyyətini öhdəsinə götürməsini nəzərdə tutmaqla bəzi qanunlar qoymuşlar.
İslam dini insanın öz övladı ilə övladlğa götürdüyü övladın hüquq və vəzifələrindən müəyyən fərqlər nəzərə alır. Hətta, Qurani-Kərimdə bu mövzuya işarə edərək buyurur: “Allah-Taala sizin övladlığa götürdüyünüz övladları sizin həqiqi evladlarınız hesab etmir.” Ona görə də övladlığa götürülmüş şəxsin ətrafındakı ailə üzvləri arasında əlaqələrin necə qurulması bəhsi ən mühüm məsələlərdən biridir. Onlardan məsələn, övladlığa götürülən şəxsin onu saxlayan qadın və kişi ilə necə məhrəm olması və sair məsələ onlardan biridir. Bu mövzunün həlli üçün müxtəlif yollar təklif olunmuşdur.


Peyğəmbərdən (s) qadınlar haqda 7 hədis.


Peyğəmbərdən (s) qadınlar haqda 7 hədis. Peyğəmbərdən (s) qadınlar haqda 7 hədis:
1-Peyğəmbərimiz (s) qızı Hz. Fatiməyə (s) xitab olaraq belə buyurmuşdur: \"Ey Fatimə, hər hansı bir qadın gözəl bir şəkildə bəzənər və gözəl bir paltarla evindən çıxaraq insanların diqqətini üzərində toplar və özünə baxmalarını təmin etsə, yeddi göyün və yerin mələkləri ona lənət edər və ölüb cəhənnəmə girənə qədər, ALLAHın qəzəbinə məzhər olar (Əlbəttə tövbə edib və bir daha təkrarlamazsa)
2-Peyğəmbərimiz (s) buyurmuşdur: Ey insanlar! \"Qadınların haqqlarını qorumağınızı və bu xüsusda ALLAHdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları, ALLAHın əmanəti olaraq aldınız və onların namusunu özünüzə ALLAHın əmri ilə halal etdiniz. Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınızı, yatağınızı heç kimsəyə çeynətməmələri, xoşlanmadığınız kəsləri izininiz olmadıqca evlərinizə almamalarıdır. Əgər gəlməsinə icazə etmədiyiniz bir kimsəni evinizə alsalar, ALLAH, sizə onların yataqlarında yalnız buraxmanıza və daha olmasza yüngülcə döyümənizə izin vermiştir. Qadınların da sizin üzərinizdəki haqqları, qanuni ənənə və adətə görə yemək və geyəcəklərini təmin etmənizdir...


Qədiri-Xum bayramı günündə bəyənilən (savablı) əməllərdən yazın?


Qədiri-Xum bayramı günündə bəyənilən (savablı) əməllərdən yazın? Qədiri-Xum bayramı günü bəyənilən əməllər:
1-Bu cümlənin bayramlaşmalarda təkrarlamaq \"Əlhəmdulillahilləzi cəələna minəl mütəməssikinə bi vilayəti Əli ibn Əbi Talib (ə)\"
2-Evin gözəlləşdirilməsi ilə məşğul olmaq,
3-Mömin qardaşlarla qardaşlıq duasını oxumaq,
4-Qədir-Xum bayramında müsəlmanların bir-birinə kömək etməsi,
5-Qədir-Xum hadisəsinin əsas hədəfini təbliğ etməyə çalışmaq,
6-Ailələrdə həddi-büluğa çatmış uşaqların mükəlləflik bayramını bu günlərdə keçirməyə çalışmaq,
7-Tanışlar üçün təbriklər yazı və sözlə təbrikləri göndərmək,
8-Bu günün münasibəti ilə bayramlıq payı paylamaq,
9-Sileyi-Rəhm (qohumlara get-gəl etmək) xüsusi ilə seyyidlərlə,
10-Evlərdə bayramlıq süfrələri təşkil etmək, ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter