“İki şahidlik sahibi” (züş-şəhadəteyn) ləqəbi ilə tanınan səhabə kimdir?


“İki şahidlik sahibi” (züş-şəhadəteyn) ləqəbi ilə tanınan səhabə kimdir? Şəhadəti İslam şəriətində iki şahid dəyərində olan səhabə:
Xuzeymə ibn Sabit Ovsi. İki şahidlik məqamı sahib olan ləqəbini Peyğəmbərdən (s) qazanan bir şəxs idi. Peyğəmbər və İmam Əli (ə) səhabəsi olmuşdur. Siffeyn müharibəsində Əmmar Yasirin öldürülüməsindən sonra, şəhid olanlardan oldu.
Dini mənbələrdə yazılıb ki, Peyğəmbər bir bədəvi ərəbdən at almaq barədə sövdələşmişdi. Lakin münafiqlər həmin bədəvini yoldan çıxarıb, atı xeyli baha qiymətə sata biləcəyini söylədilər. Bədəvi ərəb Peyğəmbərlə mübahisəyə başlayıb, atı ona satdığını inkar etdi. Bu zaman Xüzeymə şahid kimi ifadə verib, həqiqətən, Peyğəmbərlə ərəbin arasında at alveri olduğunu təsdiqlədi. Peyğəmbər Xüzeymədən soruşdu: “Sövdələşmə zamanı bizim yanımızda olmadığın halda, niyə şahidlik etdin?” Xüzeymə cavab verdi: “Fikirləşdim ki, əgər sənin peyğəmbərlik iddiasında doğrucul olduğunu qəbul edirəmsə, bundan daha əhəmiyyətsiz olan at alverində də doğru dediyini qəbul etməliyəm. Ona görə sənin yalan danışmadığına şəhadət verdim”. Peyğəmbər Xüzeymənin hərəkətini alqışladı və onun ifadəsini iki nəfərin şahidliyinə bərabər qüvvədə saydı. Peyğəmbərdən sonra da Xüzeymənin ifadəsi iki şahidə bərabər tutulurdu.


Həzrət Musanın (ə) Allah-Taaladan 7 suala cavab alması.


Həzrət Musanın (ə) Allah-Taaladan 7 suala cavab alması. Həzrət Musanın (ə) Allah-Taaladan 7 sualına cavab alması:
1-İlahi! Səndən həya edərək xəyanəti tərk edənin savabı nədir? Cavab: Qayamət günü ona əzabdan əman vardır,
2-Mömini öldürən şəxsin cəzası nədir? Cavab: Qiyamət günü Allahın rəhmətindən məhrum və günahları bağışlanmaz,
3-Kafir şəxsi hidayət edən şəxsin savabı nədir? Cavab: Qiyamətin çətin günündə özündən başqa kimi istəsə özü ilə behiştə apara bilər.
4-İbadət və xüsusən namazlarını vaxtında qılan şəxsin cavabı nədir? Cavab: İstəkləri qəbul olunar.
5-Mənəvi təharətə sahib olanın savabı nədir? Cavab: Mənəvi paklığına diqqət edən şəxsin savabı qiyamətdə nur sahib olmasıdır.
6-Ramazan ayının orucunu tutan şəxsin savabı nədir? cavab: Qiyamət günündə ona qorxu yoxdur.
7-Sileyi-Rəhm edənin savabı nədir? Cavab: “Ölümünü təxirə salaram. Can verən anını ona asan edərəm. Behişt xəzinədarları onu səsləyər ki, bizə tərəf gəl. Hansı qapıdan istəyirsənsə behiştə daxil ol”.


Xanım Zeynəbin (ə) kufəlilərə tarixi müraciəti nə oldu?


Xanım Zeynəbin (ə) kufəlilərə tarixi müraciəti nə oldu? XANIM ZEYNƏBİN(Ə) KUFƏLİLƏRƏ TARİXİ MÜRACİYƏTİ.
Zeynəb (s) iffət və həya ilə öz sözlərini Allaha həmd və səna etdikdən, Peyğəmbərə, onun pak, seçilmiş xanədanına salamdan sonra belə buyurdu:
... Bundan sonra siz gərək xar və məğlub yaşayasınız, çünki siz özünüzə Allah qəzəbi qazandınız. Elə bir iş gördünüz ki, az qalıb göy yerə düşə və yer parçalana, dağlar bir-birinə dəyə. Bilirsiniz ki, necə bir qan axıdıbsız? Bilirsiz, hicabsız halda küçə və bazarlara gətirilmiş qadın və qızlar kimlərdir? Bilirsiz ki, Peyğəmbər ciyərini parçalamısınız? nə qədər çirkin və ağılsız iş görmüsünüz. Elə bir iş ki, onun çirkinliyi dünyanı başdan-başa doldurub. Göydən qan damlalarının yağmasına təəccüb edirsiniz?! Amma bilin ki, axirətin əzab və xarlığı çətin olacaq. Əgər etdiyiniz işə Allahın qəzəbi tutmursa rahatlanmayın. Allah günahın cavabını dərhal vermir, amma məzlumların qanını da yerdə qoymur. Allah hər şeyin hesabını edir.
Zeynəbin dağlı qəlbindən və imanlı ürəyindən gələn təkanverici və bəlağətli sözlər Kufə camaatına od vurdu.


Imam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!


Imam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi! İmam Səccad (ə) Kərbəla hadisəsini bu yolla təbliğ edərdi!
İmam Səccad(ə) Aşura hadisəsindən sonra qırx il ömür sürdü. Lakin bu 40 il ömrünün hamısını ağlamaqla başa vurdu. Çünki ona heç bir yerdə söhbət etməyə icazə vermirdilər. Ona heç cür imkan vermirdilər ki, Kərbəla barədə olan söhbətləri camaata çatdırsın. Yezidin adamları onu izləyirdi. Buna görə də o Həzrət hər sözünü camaata ağlamaqla çatdırırdı. Bəzən İmam gəlib qəssab dükanının yanında dayanıb ağlayardı. Qəssab ağlamağının səbəbini soruşanda buyurardı: Sən bu heyvanı kəsməzdən öncə ona su verdinmi? Qəssab deyərdi: Ağa bizlərdə adət belədir ki, heyvanı kəsməzdən öncə ona su verib sonra başını kəsərlər. İmam Səccad(ə) ağlayaraq buyurardı: Amma Kərbəlada atam Hüseynin(ə) başını kəsdilər su da vermədilər. Həzrətin bu sözləri qəssabda təsir qoyardı.
O Həzrət öz sözünü və təbliğini camaata ağlamaqla bildirərdi. Çünki o Həzrətə çıxış etməyə və söz danışmağa heç cür imkan vermirdilər. Hər dəfə İmam Hüseynin ziyarətinə gedərkən ağlaya ağlaya o Həzrətin ziyarətnaməsini oxuyurdı. Yezidin adamları da onu təqib edirdilər. İmam Səccad(ə) ziyarətnaməni oxuyarkən onlar içəri girəndə Həzrət sözü yavaş-yavaş dəyişərdi. Çünki onun hər dəqiqəsi belə bir vəziyyətdə idi. Ona görədə o Həzrət çox sözünü ağlamaqla camaata təbliğ edirdi.


Bəşəriyytin qeybi yardımlara ehtiyacı varmı?


Bəşəriyytin qeybi yardımlara ehtiyacı varmı? Bəşəriyytin qeybi yardımlara ehtiyacı:
Cavab: Bəziləri elə düşünürlər ki, bu gün elmi-texniki tərəqqiyə nail olmuş bəşəriyyətin qeybi yardımlara ehtiyacı yoxdur.
Amma bilməliyik ki, bəşəriyyətin büdrəmələrinin mənşəyi təkcə nadanlıq deyil.
Bəşəriyyətə problem yaradan digər amilləri nəzərdən keçirək: cilovlanmamış nəfs istəkləri, şəhvət və qəzəb, tamahkarlıq, vəzifəpərəstlik, komfort istəyi, bir sözlə, bugünkü bəşəriyyəti yolundan azdıran mənafepərəstlik! Bu amilləri aradan aparan və ya o istəkləri düzgün istiqamətləndirən qeybi köməklərdən başqa nə ola bilər?!


Həzrəti İsanın (ə) Kərbəlada İmam Hüseyn (ə) haqda bir şirlə danışması!


Həzrəti İsanın (ə) Kərbəlada İmam Hüseyn (ə) haqda bir şirlə danışması! Həzrət İsa (ə) Kərbəlada İmam Hüseynin (ə) müsibətindən xəbərdar oldu və Həvariləri ilə birlikdə o həzrətə göz yaşı tökdü:
Bir gün Həzrət İsa (ə) həvariləri (şagirdləri) ilə birlikdə səhrada gəzintiyə çıxmışdılar. Yolları Kərbəlaya düşdü. Bir cinli şir gördülər ki, onların yolunun davam etməsinə mane olur. Həzrət İsa (ə) irəli gedib buyurdu: \"Ey Allahın heyvanı niyə bu yolda oturmusan və keçməyə qoymursan?!\" O şir aydın dillə dedi: \"Sizin üçün yolu açmaram o zamana kimi ki, siz Hüseynin (ə) qatili olan Yezidə lənət deyəsiniz!\"
Həzrət İsa (ə) buyurdu: \"Hüseyn kimdir?\" Şir dedi: \"O (Hüseyn) Məhəmmədin (s) qızının oğludur. O Muhəmməd ki oxumamış və yazmamış möcüzəli kitab gətirər, Hüseyn (ə) Əli (ə) Allah Vəlisinin oğludur.\"
İsa (ə) dedi: \"Onun qatili kimdir?\" dedi: \"Onun qatili aşura günlərində yırtıcıların, canavarların və bütün vəhşi heyvanların lənətinə gəlmiş bir şəxsdir.
Sonra Həzrət İsa (ə) əlini qaldırdı və Yezidə lənət və nifrin oxudu həvarilər isə amin dedilər. İsanın (ə) Yezidə lənətindən sonra şir İsa və onun şagirdlərinin yolunu açdı və onlar getdilər. Bəzi rəvayətlərdə İsanın (ə) Hüseyn (ə) cərgəsində şəhid olmağı peyğəmbərlərlə birlikdə cihad kimi tanıtdırılması deyilir.


Peyğəmbərin (s) hədisində imanın kamillik əlamətləri


Peyğəmbərin (s) hədisində imanın kamillik əlamətləri Peyğəmbər (s) müsəlmanlardan birinci iman gətirən kişiyə belə buyurdu: Ey Əli! Hər kimdə yeddi keyfiyyet olsa,imanı kamildir və cənnətin qapıları onun üzünə açılar
1.Kamil surətdə dəstəmaz alsa.
2.Kamil surətdə namaz qılsa.
3.Qəzəbini udsa.
4.Lazımsız söz danışmasa.
5.Günahına görə tövbə etsə.
6.Zəkat versə.
7.Peyqemberin(s) Əhli-Beytinin (ə) xeyirxahı olsa.


İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü hansı hadisələr vermişdir?


İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü hansı hadisələr vermişdir? İslamdan öncə Peyğəmbərlərin həyatında aşura günü baş verən hadisələr:
1. Aşura günü Allah-Təalanın bəxş etdiyi möcüzə ilə dəniz yarılmış, Hz. Musa (ə.s) Firon və ordusunun təqibindən xilas olmuşdur. Firon və ordusu sulara qərq olmuşdur.
2. Hz. Nuhun (ə.s) gəmisi Cudi dağının üstünə aşura günü çıxmışdır.
3. Hz. Yunus (ə.s) balığın qarından bu gün xilas olmuşdur.
4. Hz. Adəmin (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
5. Hz. Yusuf (ə.s) qardaşlarının atdığı quyudan aşura günü xilas olmuşdur.
6. Hz. İsa (ə.s) aşura günündə dünyaya gəlmiş və yenə həmin gün səməya yüksəldilmişdir.
7. Hz. Davudun (ə.s) tövbəsi həmin gün qəbul edilmişdir.
8. Hz. İbrahimin (ə.s) oğlu Hz. İsmail (ə.s) aşura günü dünyaya gəlmişdir.
9. Hz. Yaqubun (ə.s) oğlu Hz. Yusifin (ə.s) həsrəti ilə görmə qabiliyyətini itirən gözləri aşura günü işığına qovuşmuşdur.
10. Hz. Əyyub (ə.s) bu gün xəstəliyindən şəfa tapmışdır.
Və ürək ağrısı ilə qeyd etməliyik ki, Rəsulullahın (s.ə.s) nəvəsi Hz. Hüseyn (r.a) və onun ailə üzvləri, yaxınları hicrətin 61-ci ilində aşura günü Kərbəlada şəhid edilmişdir.


Tasua günü Kərbəlada hansı hadisələr baş verdi?


Tasua günü Kərbəlada hansı hadisələr baş verdi? Tasua günü Kərbəlada olanlar:
1. İmam Hüseynin (ə) xeymələrinin mühasirəyə alınması
2. Şümrün əmannaməsinin həzrət Abbas tərəfindən (ə) rədd olunması
3. İmam Hüseyn (ə) tərəfindən müharibənin təxirə salınması istəyi
4. İmam Hüseynin (ə) (düşmənlərə) xitabı
5. İmam Hüseyn (ə) xeymələrinin ətrafında xəndəklərin qazılması
6. Şəhadət qüslü


Dini mərasimlərdə insanlar daha çox hansı mövzulara maraq göstərir?


Dini mərasimlərdə insanlar daha çox hansı mövzulara maraq göstərir? Ən gözəl mövzular arasında Əhli-Beytin (ə) söz və rəftarları yer alır. Əxlaqi mövzulara da yer vermək lazımdır. Cəmiyyətin həmişə əxlaqi mövzulara ehtiyacı var. Təbliğatçı əxlaqi nöqtələri ayə və rəvayətlərdən çıxarış edib xalqa çatdırır. Söhbətində ibrətamiz hadisələrdən bəhrələnir. İslam tarixi və İslam əxlaqı ən gözəl mövzulardır. Bütün xalqın əxlaqi mövzulara ehtiyacı var. Şahidik ki, insanlar xırda söz-söhbətlərə görə bir-birindən inciyir, bir-birindən gileylənir. Kiçik bir maşın qəzası baş verəndə sürücülər bir-biri ilə sərt davranır. Bütün bunlar əxlaqdakı nöqsanlardan irəli gəlir. Ruhanilər minbərdə insanları gözəl əxlaqa dəvət etməlidir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter