Allahın bəzi bəndələrini unutması anlamı nə mənadadir?


Allah-Taala Qurani-kərimdə 4 dəfə bəndələrin unutqanlığını özünə nisbət vermişdir. Quranda deyilir: \"Bugün onları unudacağıq necə ki, onlar belə bir günün gəlişini unutmuşdular\". Bu və bu kimi ayələr Allahın axirətdə (hətta dünyada) bəzilərini unutmasının göstəricisidir. Sözügedən mənada unutqanlıq nə deməkdir? İslam mənbələrində mövcud əqli və vəhyani arqumentlər unutqanlığı (məxluqun halından xəbərdar olmamaq mənasında) Allahın pak zatından uzaq bilirlər. Habelə, Allah-Taalanın öz kəlamında deyilib: \"Yaradanın unutqan deyildir.\"

Məsumların (ə) kəlamlarından aydın olur ki, Allahın unutmağında məqsəd qəflət, elmsizlik, xəbərdar olmamaq deyil, çünki Allah tamam gizli və aşkarı bilir. Allahın unutmağında məqsəd ilahi rəhmətin onu haqq edənlərdən kəsilməsidir. Həzrət Əli (ə) buyurur: \"Allahın unutmağı onları öz xeyrindən məhrum etməsidir.\" Deməli, ilahi kəlamlarda Allahın unutqanlığından, unutmasından söz gedirsə, bu bəndənin öz halına qoyulması, Allahın rəhmət əlinin başından götürülməsi mənasındadır ki, bu da bəndənin Allahı unutmasının, dünyaya məşğul olmasının nəticəsidir. Başqa ibarətlə desək, Allahın unutması ilahi yaradılış qanunları əsasında bəndənin Allahı və dini əmrləri unutmasının əks təsiridir.
( -Əraf/51; -Casiyə/34; -Taha/26; -Tövbə/67; -Məryəm/64; -Taha/52; -Bəqərə/52; -Səba/3 ...) islamquest.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter