İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri


İmam Bariqin (ə) insan xoşbəxtliyi üçün tövsiyələri İmam Baqir (ə) buyurur:
A)-Sənə tövsiyə edirəm: Əgər sənə zülm etsələr zülm etmə (əvəz çıxmaq nəzərdə tutulmur), 2-Əgər sənə xəyanət etsələr sən xəyanət etmə, 3-Əgər səni yalançı adlandırsalar əsəbləşmə, 4-Əgər səni təriflədilərsə, sevinmə, 5-Əgər səni danladılarsa, hövsələsizlik etmə. (Bihar Əl-Ənvar, cild: 75, səh: 167).
B)- Bu üç xasiyyət Dünya və axirətin gözəl xasiyyətlərindən: 1- Əgər sənə zülm etdilər bağışlamağa çalış, 2- Əgər (müsəlman şəxs) səninlə əlaqəsini kəssə, sən onunla yaxın olmağa çalış, 3-Və o zaman ki səninlə nadanlıq səbəbindən rəftar olunsa səbrli olmağa çalış. (Bihar əl-Ənvar, cild: 75, səh: 173).
C) Tənbəllik və dözümsüzlükdən (tələskənlikdən) çəkin ki, bu iki xasiyyət, hər pisliyə yol açan açardır: 1-Hər kim tənbəllik etsə haqqı çatdırmaqda aciz olar. 2-və hər kim tələskənlik etsə haqqa qarşı səbirli olmaz. (Bihar əl-Ənvar, cild: 75, səh: 175).


Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə.


Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə. Nicat yolunu tapmaq üçün Məsumlardan (ə) 19 tövsiyə. Məsumlar (ə) bizə həmişə həyatda düz yolu nişan verən örnək və nümunə olmuşdular. Bizə günahlarımızın bağışlanması üçün göstərdikləri 19 yola nəzər salaq:
1. Düzgün əqidə. Peyğəmbər (s) buyurur: “And olsun o Allaha ki, məni müjdə verən və qorxudan kimi məbus etmişdir! Allah, tək Allaha inananı cəhənnəmdə əbədi saxlamaz, bəlkə onlar şəfaətə nail olarlar”.
2. İstiğfar. Peyğəmbər (s) buyurur: “Tövbəkar,Allahın məhbubudur. O kəs ki, tövbə edər, o cür olar ki, günah işlətməmişdir”.
3. Zikr. Peyğəmbər (s) buyurur: “Elə bir insan yoxdur ki, (Allahı yada salar) onlara Allah tərəfindən nida çatmasın: “Qalxın! Allah sizin pis əməllərinizi və günahlarınızı həsənəyə çevirdi və sizin bütün günahınızdan keçdi””.
4. Gecə namazı. Əli ibni İbrahimin təfsirində belə bir hədis vardır ki, gecə namazı gün ərzində düçar olduğun günahlarını aradan aparar.
5. Öz nəfsini tənbeh etmək. İmam Rza (ə) buyurur: “Bəni-İsrayildən bir nəfər 40 il Allaha ibadət edir. Ancaq ibadətləri qəbul olmur. O, öz nəfsinə xitab edib deyir: “Bu sənsən ki, mənim əməllərimin qəbul olmamasına səbəb olmusan”. Allah tərəfindən ona xitab olur ki, bu məzəmmət sənin 40 illik ibadətindən daha yaxşıdır”. ...


Delil nedirki oluye quran oxumag olar?


Delil nedirki oluye quran oxumag olar? İnsan müstəhəb əməllərini ölənlərinə və ya həyatda olanlara hədiyyə edə bilər.
-Bundan əlavə, yaxşı olar varislər, dünyasını dəyişmiş yaxınlarını unutnasınlar. Çünki, onlar xeyr əməl etməkdən məhrumdurlar. Buna görədə övlad, qohum-əqrəba və mömin dostlarının ehsan və dualarına ehtiyacları var.
-Əllamə Məclisi buyurur: Xüsusi ilə gecə müstəhəb və vacibi namazlardan sonra və ziyarətgahlarda onlara dua etmək yaxşıdır. Ata-ana üçün isə daha çox xeyr əməllər və dua etmək lazımdır. Ata-ana üçün əsas xeyr əməl, onların vacibi vəzifələrini, ilahi haqları və həqqun-nası əda etməkdir.
-Nəql olunur ki, Peyğəmbər (s) buyurdu: Ölənləriniz üçün hədiyyə göndərin! Soruşdular: Onlar üçün hədiyyə nədir? Buyurdu: Sədəqə və dua. Peyğəmbər (s) başqa yerdə (s) buyurdu: Möminlərin ruhları hər cümə günü, dünya səmasına enərək evlərinin qarşısında dayanıb qəmli səslə çağırar ki, ey ailəmiz, ey övladlarımız, ey ata-ana və qohum-əqrəbamız! Bizə mərhəmət edin, bizim əlimizdə olan əmlakdan (ki, indi sizin ixtiyarınızdadır) bir dirhəm pul, bir tikə çörək və paltarla bizə mərhəmət edin ki, Allah sizə cənnət paltarlarından geyindirər...
-İmam Sadiq (ə) buyurub: Ölülər üçün edilən xeyr əməllərin savabı, həm ölüyə və həmdə onu görənə, hər ikisinə yazılır.


Domino oynamaq haramdırmı?


Domino oynamaq haramdırmı? Domino oynamağın hökmü:
Hər bir oyun vasitəsi əgər cəmiyyətin baxışında qumar vasitəsi hesab olunursa haramdır, istər udub-uduzmaq (iki tərəfli şərtlənmək) olmasa belə. Əgər bir oyun vasitəsi kemişdə qumar aləti olaraq tanınırdısa və hal-hazırda qumar halətindən çıxmasına şübhəli baxılırsa o oyundan uzaq durmaq lazımdır.
Ümumiyyətlə hər bir oyun vasitəsinin qumar olub olmamasını təklifə (həddi büluğa) çatmış şəxs özü təyin etməlidir. Həddi büluğa çatmış şəxs cəmiyyətin baxışını belə məsələdə nəzərə almalıdır.
Nəticə olaraq deyə bilərik ki, əgər domino oynamaq qumar alətindən istifadə etməklə həyata keçirsə hətta dincəlmək və gün keçirmək məqsədi ilə belə olsa icazəli deyil. Amma domino cəmiyyətin baxışında qumar hesab olunmursa onunla qarşılıqlı şərtlənmədən oynamağın eybi yoxdur.
Şəri suallar cavab kitabı, Ayətullah Xamenei, səh: 1122-1127.


İmam Əli (ə) böyük arif Rəcəbəli Xəyyatın həyat yoldaşına nə buyurdu?


İmam Əli (ə) böyük arif Rəcəbəli Xəyyatın həyat yoldaşına nə buyurdu? Böyük arif «Şeyx Rəcəbəli Xəyyat»-ın övladlarından biri deyir: Anam deyirdi ki, qəhətlik illərində Həsən və Əli (Şeyxin vəfat etmş böyük övladları) evin damında od qalamışdılar. Onlardan nigaran qalıb oraya getdikdə gördüm ki, o iki uşaq tuluğun dərisini odda qızardıb yeyirlər. Bu səhnəni gördükdə çox kövrəldim. Bir çətinliklə uşaqlar üçün ət ala bildim. Qardaşım Qasımxan bizə gəlmişdi. O, mənim narahatçılığımından soruşdu və mən də hadisəni danışdım. Qasımxan təəccübləndi və dedi: Nə danışırsan?! Şeyx Rəcəbəlini bazarda gördüm, camaata kabab qəbzi paylayırdı. Bu nə deməkdir, misal var deyiblər, evə lazım olan çırağı məscidə aparmaq haramdır. Bu kişi nə etmək istəyir? Düzdür ki, abid və zahid adamdır, lakin onun bu işləri düzgün deyil.
Bu sözləri eşitdikdə narahatçılığım daha da artdı. Gecə Şeyx evə gəldikdə onunla ciddi danışıb etirazımı bildirdim və narahat halda yatdım. Gecə yarısı birdən əyan oldu ki, məni çağırırlar. Diqqətlə qulaq asdım, bir daha səs gəldi: «Qalx ayağa!» Ayağa qalxdım. Gördüm ki, Əli əleyhissəlamdır. Özünü tanıtdırıb dedi: «O, camaatın uşaqlarını saxlayır, biz də sizin uşaqlarınızı! Hər vaxt uşaqların acından ölsə, onda danışarsan!»


Dünyaya vurğunluqdan çəkinmək dedikdə düzgün təfəkkürü izah edin?


Dünyaya vurğunluqdan çəkinmək dedikdə düzgün təfəkkürü izah edin? Əgər həzrət Peyğəmbər (s) və Əhli-beyt (ə) buyuruqlarına diqqətlə nəzər salsaq aydın olar ki, axirətə diqqət və dünyaya vurğunluqdan çəkinmək olduqca mühüm məsələlərdir. Quranin baxışında dünya müvəqqəti və etibarsız bir yerdir.
İmam Sadiq (ə) İbn Cündəbə buyurur: «Xoş o insanın halına ki, kafirlərə verilmiş dünya malına baxanda həsrət çəkmir! Xoş axirəti seçib, bu yolda çalışanın halına! Xoş yalan arzulara aldanmayanın halına!» yəni təsir altına düşməməkdir dünyadan çəkinmək.
İnsanlar malik olduqları dünya malının miqdarına görə fərqlənirlər. Bu fərqlərin məntiqi əsasları vardır. Başqalarının gözəl mülkə, qiymətli avtomobilə, dəniz kənarında bağa malik olduğunu görməklə həsrət çəkən insan bu nemətləri əldə etmək həvəsinə düşür. Əvvəlcə halal yolla çalışır. Müvəffəq olmadıqda qaranlıq yollara da baş vurur. Bu yolla da arzusuna çatmayanlar harama əl atır. Var-dövlət qazanmaq üçün borc götürür. Borcu ödəmək üçün sələmə razı olur və nəticədə harama düşür. Çoxları da bu yolla məhv olublar; əllərindəki halal sərvəti itirərək zəlalət uçurumuna yuvarlanıblar.
Belə bir pis aqibətlə üzləşmək istəməyən insan əvvəlcədən günahın qarşısını almalı, başqalarının var-dövlətinə göz dikib həsrət çəkməməlidir. Dünya malı şirin olsa da insanın ona vurğunluğu əbədi axirət həyatından məhrum olmaqla nəticələnir.


Kafir və kafir hökmündə olanlar kimlərdir?


Kafir və kafir hökmündə olanlar kimlərdir? Kafir və kafir hökmündə olanlar:
1-Kafir o şəxsdir ki, Allah və Onun Peyğəmbərini qəbul etmir, və ya Allah üçün aşkarda şərik tutur. Ehtiyat vacibə görə belə şəxslər nəcis və murdar hökmündədirlər.
2-İslamın zəruri məsələlərini inkar edənlər kafir hökmündədirlər. yəni o dəstə şəriət hökmləri ki, bütün müsəlmanlar onu qəbul edib əməl edirlər. Bunları inkar edənlər Allahı danan şəxs kimi qələmə verilir.
3-Etiqadı bilinməyən şəxslərin haqqında kafir hökmü vermək olmaz.
4-Kafir şəxslərin övladları şəri həddə (həddi büluğa) çatmayana qədər kafir hökmündədirlər.
5-Allah, Peyğəmbər, İmamlar və Həzrəti Zəhraya (ə) nalayiq sözlər deyən şəxslər kafir hökmündədirlər.
6-İlahi peyğəmbər, İmam və övliyaların haqqında insanlıq məqamından artıq dərəcələrə malik olduqlarını deyənlər (misal üçün deyirlər peyğəmbər və ya İmamlar Allahın özü və ya onun övladıdırlar) küfr inancına getmişlər. Belə dəstələrə Ğalilər deyilir.


Camaat namazında cərgələr arasında hansı şərtlərə əməl olunmalıdır?


Camaat namazında cərgələr arasında hansı şərtlərə əməl olunmalıdır? Camaat namazının cərgələrində riayət olunası şərtlər:
1-Arada bir maneə olmamalıdır. İmamla məmun (iqtida edən) şəxs arasında bir-birilərini görməsinə maneə olmamalıdır. İqtida edənlər qadınlar olsa pərdənin çəkilməsinin eybi yoxdur.
2-İmam camaatın dayandığı yerin hündürlüyü ona iqtida edənlərin dayandığı yerdən yuxarıda olmamalıdır.
3-İmam və məmun (iqtida edən) arasında birinci cərgədə fasilə olmamalıdır.
4-Məmun şəxslər İmamdan öndə durmamalıdırlar. Hətta bərabər cərgədə durmaq camaat namazının batil olmasına səbəbdir.


Kişilərə məxsus cəhənnəm əzabı haqda hədis varmı?


Bir gün İmam Əlidən (əleyhis-salam) soruşurlar: -Bəs kişilərin cəhənnəm əzabı nədir? İmam Əlidən (əleyhis-salam) cavab verdi: Onların birinci əzablari bunlardir:
1. Cəhənnəmdə onların əllərini və ayaqlarını doğrayırlar.
2. Onların damarlarını qayçı ilə üzə çıxardırlar.
3. Əllərindən tutub qaynar bir təndirin içinə 777 dəfə salıb çıxardırlar.
4. Onların başına cəhənnəm suyu töküb,baş qapaqlarının altındakı beyni əlləri ilə çıxardıb qaynar qazana atırlar.
5. Doğrayan mişar ilə burnunu,qulaqlarını və gözlərini kəsib-doğrayırlar.
6. Hündürdə qarnından qılıncla asırlar.
7. Dilini yuxarı çəkib, başına gətirirlər və boynundan 7777777 dəfə düyüm edirlər. Soruşurdular:
-Bəs bu cəzaların səbəbi yoxdur? İmam Əlidən (əleyhis-salam) cavab verdi: - Əlbəttə ki,var.
1. Əlləri və ayaqları doğranan kişi təmizliyə riayət etmirdi.
2. Damarları qayçı ilə çıxarılan kişi, qanına ziyan edən məhsullar yemişdi. 3...


İslam şəriətində məkruh olan 20 əməllər


İslam şəriətində məkruh olan 20 əməllər İslam şəriətinə görə məkruh (bəyənilməyən) 20 əməllər:
1- Yeyməyi isti-isti yemək. (Məkruh)
2-Günaha sövq edən məsələlər haqqında danışmaq. (Məkruh)
3-Qəzəblənmək və başqaları ilə əlaqəni kəsmək. (Məkruh)
4-Təkəbbürlə yol getmək. (Məkruh)
5-Şəhadəti gizləmək. (Məkruh)
6-Pis işləri kiçik saymaq, nəzərə kiçik gəlsə də belə. (Məkruh)
7-Heyvanın ayaqlarını (çubuqla) vurmaq.(Məkruh)
8-Ev əşyalarını qonşudan əsirgəmək. (Məkruh)
9-Meyvəni yetişməmişdən qabaq satmaq. (Məkruh)
10-Cənabət halında yemək. (Məkruh) 11-...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter