Qiyamət günü Allah-Taala kimləri rəhmətindən məhrum edər?


Qiyamət günü Allah-Taala kimləri rəhmətindən məhrum edər? İmam Sadiq (ə) buyurur:
«Allah-təala qiyamət günü üç dəstə insanla danışmaz, onların günahını bağışlamaz və onları çətin əzaba düçar edər:
1. Özlərini yalandan Allah tərəfindən təyin olunmuş rəhbər kimi tanıtdıran şəxslər.
2. Allah tərəfindən təyin olunmuş rəhbəri inkar edən şəxslər.
3. Bu iki dəstəni müsəlman bilən şəxslər.» (Üsuli-kafi, 1-ci cild, 373-cü səh.) Bir şeyə diqqətli olmaq lazımdır ki, ali rütbəli şəxslərin cəmiyyətdə böyük rolu olduğu kimi, kiçik dövlət işçiləri də öz səviyyələrinə uyğun cəmiyyətdə yer tuturlar. Deməli, onlar düz adam olsalar, rəhbərlik etdikləri cəmiyyətin də doğru yolda, düzgün inkişafını təmin edəcəklər. Yox əksinə olsa, onların cəmiyyətdə mənfi təsir qoyması şübhəsizdir.


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:


İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər: İmam Hüseynə (ə) əza saxlayıb ağlamağın savabı haqda hədislər:
1- Allahın Rəsulu (s) həzrəti Fatimə (s)-ya buyurub: «Hüseynin müsibətində ağlayan gözlərdən başqa bütün gözlər qiyamət günü ağlayacaq, (Hüseynə ağlayan şəxslər isə qiyamət günü behişt ne\'mətlərindən bəhrələnərək) gülərüz və şad olacaqlar.» (Əl-Bihar, 44-cü cild, səh. 293)
2-İmam Sadiq (ə) buyurub: «İmam Hüseyn (ə) üçün ağlamaq və şivən salmaqdan başqa hər bir ağlamaq və şivən etmək məkruhdur.» (Bihar, 44-cü cild, səh. 280)
3-Şeyx Səduq İmam Sadiq (ə)-dan, o da öz atasından, atası da öz atasından belə nəql edir: «Bir gün İmam Hüseyn (ə) qardaşı İmam Həsən (ə)-ın yanına getdi və ona baxıb ağladı. İmam Həsən (ə) belə buyurdu: Ey Əba Əbdillah, niyə ağlayırsan?! İmam Hüseyn (ə) onun cavabında belə dedi: Sənin başına gətirilən bu müsibətə ağlayıram. İmam Həsən (ə) buyurdu ki, məni zəhərlədilər, amma sənin şəhadət gününün çətinliyi kimi heç bir gün ola bilməz.» (Nəfəsul-məhmum, səh. 484)
4--İmam Sadiq (ə) buyurub: «Yəhya ibni Zəkəriyyanın və Hüseynin qatili zinadan əmələ gələndir. Göylər bunlardan (Yəhya ibni Zəkəriyya və Hüseyn) başqasına ağlamayıb.» (Bihar, 44-cü cild, səh. 302)


İmam Əlinin (ə) ardıcılının xoşbəxt olması üçün 4 əməl hansılardır?


İmam Əlinin (ə) ardıcılının xoşbəxt olması üçün 4 əməl hansılardır? Bu insanlar üçün xoşbəxtlik o zaman həyata keçər ki, İlahi razılıq əldə olunar. Məsumlarımız (ə) bizə bu xoşbəxtliyə çatmağın yollarını tövsiyə edirlər.
1. Elmə əməl etmək. İmam Əli (ə) buyurur: “Elmə əməl edin ki, xoşbəxt olasınız”.
2. Tənbəllikdən uzaq olmaq. İmam Əli (ə) buyurur: “Rahatlıq, tənbəllik və xoşbəxtliyə çatmaq bir-birlərindən necə də uzaqdırlar”.
3. Alimlərlə yoldaş olmaq. İmam Əli (ə) buyurur: “Alimlərlə yoldaş olun ki, mübarək və xoşbəxt olasınız”.
4. Nəfsi mühasibə etmək. İmam Əli (ə) buyurur: “O kəs ki, nəfsini mühasibə edər, xoşbəxt olar”.


İmam Baqirdən (ə) seçmə hədislər


İmam Baqirdən (ə) seçmə hədislər İmam Baqir (ə) buyurur:
-“Hikməti, hətta ona əməl etməyəndən də olsa, öyrənin.”
- “Səni tərif etsələr, sevinmə.”
-“Allah-Taala - pis danışan, lənət deyən və tənə vuranları sevmir.”
-“Bizim şiəmiz olan şəxs təqvalıdır, Allaha itaət edən və xalqın haqqında yalnız yaxşı sözlər danışanıdır.”
-“Sənə zülm etmişlərsə də, sən zülm etmə.”
- “Səni yalan danışmaqda ittiham edərlərsə, qəzəblənmə.”


Cənab Rəhbərin baxışında məhərrəm ayının əhəmiyyəti


Cənab Rəhbərin baxışında məhərrəm ayının əhəmiyyəti Cənab Rəhbər Həzrət Ayətullah Seyid Əli Xamenei məhərrəm ayının əhəmiyyəti haqda buyurur:
Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir
Siz qardaş və bacılar özünüz məhərrəm ayının əhəmiyyətini yaxşı bilirsiniz; həm məhərrəmin hadisələri baxımından, həm məhərrəmin tarixdəki - istər qədim tarixdəki, istərsə də inqilab tarixindəki təsiri baxımından, həm də məhərrəmin həmişə din elminin daşıyıcıları üçün yaratdığı imkan baxımından. Məhərrəm ayı din alimlərinə öz dinləyicilərini Allah, İslam, Peyğəmbər (s), Əli (ə) və Hüseyn (ə) həqiqətlərinin bir hissəsi ilə tanış etmək imkanı verir. Mühüm olan bu imkandan necə istifadə olunmasıdır. Çoxlu fürsətlər insanın əlindən əbəs yerə xaric olur. Əgər biz öz işimizdə - istər fürsətlərdə, istər imkanlarda, istər Allahın bizə verdiyi nemətlərdə hesablama aparsaq, şübhəsiz, qədirbilməzlik etdiyimiz çoxlu yerlərlə rastlaşacağıq; bu neməti, bu fürsəti, bu imkanı, bu bilgini, bizdə olan bu nitqi və bu məsuliyyət hissini tələf etdik, onlardan maksimum bəhrələnmədik. Ölkənin ruhani cəmiyyəti və din alimləri üçün ən vacib işlərdən biri budur ki, bu fürsətlərdən ən yaxşı şəkildə istifadə etmək haqda düşünsünlər.


Halal ət yemək barədə Peyğəmbər (s) və imamlar nə buyurmuşlar?


Halal ət yemək barədə Peyğəmbər (s) və imamlar nə buyurmuşlar? Halal ət yemək haqda məsumların sünnətindən rəvayətlər:
-İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün qoyunun ən sevimli üzvü qoyunun biləyi idi”. İmam Baqir (ə) buyurur: “Allahın Peyğəmbəri (s) qoyunun biləyini xoşlayardı”.
-Həzrət Peyğəmbər (s) buyurur: “İsa (ə) qardaşım bir şəhərdən keçirdi, görür ki, oranın insanlarının üzünün rəngi sarı və gözləri göyərmişdir. Onlar bu xəstəliyə görə şikayət edirlər. Deyir: “Dərman sizin yanınızdadır. Siz əti yumamış bişirir və sonra yeyirsiniz”. Bu insanlar o gündən əti yumağa başladılar və bu xəstəlik onlardan getdi”.
-Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim ət yeməyi 40 gün buraxar, pis xasiyyət olar. Hər kim pis xasiyyət olarsa, özünə əziyyət verər. Hər kim özünə əziyyət verərsə, qulağına azan deyin”.
-İmam Sadiq (ə) buyurur: “(Yeməyi) bir gün ətlə ye, bir gün südlə, bir gün başqa bir şeylə”.
-Həzrət Peyğəmbər (s) buyurur: “Quş sümüklərinin başını yeməyin, çünki vərəm gətirər”.


Küsən zaman hansı rəftarlara üz tutaq?


Küsən zaman hansı rəftarlara üz tutaq? Yəqin ki, belə düşünürsünüz ki, ailə münaqişələrinin bitməsini ancaq yuxunuzda görə bilərsiniz. Bir müddətdir ki, qərar almışam ailə münaqişələrini səngidim. Ancaq hər nə edirimsə, nəticəsiz qalır. Bəs nə edim?
1. Səbir etməyi bacarın. Mübarizə zamanı bir müddət meydanı tərk edin ki, vəziyyət sakitləşsin.
2. Rabitə tərzinizi dəyişin. Qarşı tərəfə qulaq asın. Onun tərəfindən bu məsələyə baxmağa çalışın. O zaman qarşı tərəf inadını yerə atacaqdır.
3. Məntiqli olmağa çalışın. Sözlərinizin qəbul olması üçün sözünüzü möhkəm və dəlillə çatdırmağa çalışın.
4. Özünüzdən tez çıxmayın. Bu zaman məsələni kamil şəkildə dərk edərsiniz. Güzəşt etməyə və bağışlamağa çalışın.
5. Qulaq asmağa çalışın. Biz insanlar eşidilməyi sevirik. Ancaq özümüz eşitməyi bacarmırıq.
6. Xanımlar, küsməyin. Küsülülük rabitəni soyudur və ağırlaşdırır.
7. Barışmağın zamanını düzgün seçin. O zaman ki, həyəcanlı və qəzəblisiniz beyin lazım olan kimi işləmədiyinə görə fikirləşməyən rəftarlar nümayiş etdirər.


İbadətin əsasları nələrdir?


İnsanı Allaha pərəstişə vadar edən işləri sadalayaq:
1. Allahın əzəməti:İnsan özündən asılı olmayaraq ilahi əzəmət qarşısında xüzu və kiçiklik hiss edir.
2. Fəqirlik və asılılıq hissi: İnsan təbiətən asılı və ya ehtiyaclı olduğu kəsin qarşısında təvazökar olur.
3. Nemətlərə diqqət: İnsan daim nemətlərdən bəhrələnərək, sitayiş edir. Allahın saysız nemətlərini yada salmaq Allahı düşünmək və ibadət üçün güclü amil ola bilər.
4. Fitrət: Pərəstiş insan vücudunun bir hissəsi və onun fitri istəyidir. İnsan fitrətində olan pərəstiş ruhu bəzən düzgün yolunu tapır və insan Allaha pərəstiş edir. Bəzən isə cahillik və azğınlıq səbəbindən insan daşa, taxtaya, günəşə, inəyə, pula, maşına, qadına və tağutlara pərəstiş edir.


Namaz qılmağın 29 mükafaatı Peyğəmbərin hədisində


Namaz qılmağın 29 mükafaatı Peyğəmbərin hədisində Zəmir ibni Həbib nəql edir ki,islam peyğəmbərindən (s) namaz barəsində soruşdular,buyurdu:
1.Namaz dinin vacib əməllərindəndir;
2.Allahin razılığına səbəb olur;
3.Peyğəmbərlərin yoludur;
4.Mələklərin məhəbbətini cəlb edir;
5.Hidayət və imandır;
6.Mərifət nurudur;
7.Ruzinin bərəkətidir;
8.Bədənin rahatliğıdır;
9.Şeytanın xoşuna gəlməyən əməldir;
10.Kafirlər müqabilində cihaddır;...


İmam Camaatın şərtləri 8-dir.


İmam Camaatın şərtləri 8-dir. Camaat namazında İmam camaat duran şəxs gərək 8 xüsusiyyətə malik olsun, əkstəqdirdə günahkar və qılınan namazın bütün günahları onun öhdəsinə yazılır. İmam camaatın 8 şərtləri ibarətdir:
1-On iki İmam şiəsi olsun, Əhli-Beyt (ə) davamçıları üçün İmamlıq edən şəxs gərək Peyğəmbərin (s) təyin etdiyi 12 ilahi canişinini ilahi rəhbər olaraq qəbul etsin.
2-Aqil olsun, yəni İmam camaat duran şəxs hər növ dəlilikdən uzaq olsun. İstər bu dəlilik həmişə olsun istərsə də keçəri olmuş olsun. 3-Halalzadə olsun, yəni ata-anası kəbin kəsilməmiş ailədə dünyaya gələn uşağın həddi büluğa çatan zaman İmam camaatlılığına icazə yoxdur. 4-Baliğ olsun, Uşaq camaat namazında İmam camaat dayana bilməz. 5-Adil olsun, Yəni əgər bir şəxs aşkarda böyük günahlar edir və kiçik günahlardan qəsdən uzaq durmursa onun İmam camaat durmasına icazə yoxdur. 6-İmam camaat qiraəti düzgün oxusun. Camaat namazında İmamlıq edən şəxs gərək ərəb dilində namazın vacib zikrlərini düzgün oxusun. 7-İmam camaatın kişi olması. Əgər camaat namazında iqtida edən şəxslər kişilərdirlərsə lazımdır ki İmam camaat da kişi olsun. Kişi uşaq və qadına iqtida edə bilməz. 8-İmam camaatın üzərinə hədd təyin olunmamış olsun. Məsələn: Əgər bir şəxs başqasına töhmət vurubsa və ona şəri hökmlə cəza verilibsə o bu hadisədən sonra camaat namazında İmamlıq edə və ona iqtida etmək olmaz.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter