Peyğəmbərdən (s) qadınlar haqda 7 hədis.


Peyğəmbərdən (s) qadınlar haqda 7 hədis:

1-Peyğəmbərimiz (s) qızı Hz. Fatiməyə (s) xitab olaraq belə buyurmuşdur: \"Ey Fatimə, hər hansı bir qadın gözəl bir şəkildə bəzənər və gözəl bir paltarla evindən çıxaraq insanların diqqətini üzərində toplar və özünə baxmalarını təmin etsə, yeddi göyün və yerin mələkləri ona lənət edər və ölüb cəhənnəmə girənə qədər, ALLAHın qəzəbinə məzhər olar (Əlbəttə tövbə edib və bir daha təkrarlamazsa)

2-Peyğəmbərimiz (s) buyurmuşdur: Ey insanlar! \"Qadınların haqqlarını qorumağınızı və bu xüsusda ALLAHdan qorxmanızı tövsiyə edirəm. Siz qadınları, ALLAHın əmanəti olaraq aldınız və onların namusunu özünüzə ALLAHın əmri ilə halal etdiniz. Sizin qadınlar üzərində haqqınız, qadınların da sizin üzərinizdə haqqı vardır. Sizin qadınlar üzərindəki haqqınızı, yatağınızı heç kimsəyə çeynətməmələri, xoşlanmadığınız kəsləri izininiz olmadıqca evlərinizə almamalarıdır. Əgər gəlməsinə icazə etmədiyiniz bir kimsəni evinizə alsalar, ALLAH, sizə onların yataqlarında yalnız buraxmanıza və daha olmasza yüngülcə döyümənizə izin vermiştir. Qadınların da sizin üzərinizdəki haqqları, qanuni ənənə və adətə görə yemək və geyəcəklərini təmin etmənizdir..

3-Peyğəmbərimiz (s) buyurmuşdur: \"Qadın zərər görməyə uyğun bir varlıqdır, şeytan onun azdırar. Onun üçün ya çölə çıxmamalı, ya da çıxdığında çox diqqətli olmalıdır\"

4-Peyğəmbərimiz (s) buyurmuşdur: \"Kim naməhrəm bir qadınla qucaqlaşsa, ALLAH-u Təalanı qəzəbləndirər\"
5-Peyğəmbərimiz (s) buyurmuşdur: ALLAH qadın paltarını geyən kişiyə və kişi qılığına girən qadına lənət etsin..
6-Peyğəmbərimiz (s) buyurmuşdur: Bir yerdə, zina və sələm çoxalırsa, o yerin xalqı, bəlaya məruz qalır..
7-Peyğəmbərimiz (s) buyurmuşdur: Qadının ən üzsüzü utanmadan açıqca zina edəndir.. ixlas.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter