Yaxşı valideyn olmağın 6 yolu hansılardır?


Bütün valideynlərin ən böyük arzusu budur ki, övladı ədəbli və tərbiyəli olsun və cəmiyyətə faydalı ola biləcək bir insan yetişdirsin. Övladınızın tərbiyəli bir insan kimi böyüməsini istəyirsinizsə, gərək siz də özünüzü tərbiyə edəsiniz və bu sifətlərə malik olasınız.

1. Təzyiq göstərmək yerinə, himayə edib yol göstərmək. Valideyn həmişə istəyir ki, övladı bir şeyi öyrənmək istəyəndə tez bir zaman müvəffəq olsun. Misal üçün idman edən zaman və ya məktəbdə oxuyan zaman övladına təzyiqlər göstərir. İstəyir ki, onu bu yolla irəli apara bilsin. Həqiqət budur ki, yaxşı ana və ata olmaq üçün çox şey lazım deyildir. Yol göstərib himayə etmək kifayətdir.

2. Uşağınızın müstəqil olmasına icazə verin. Yaxşı valideyn bilir ki, övladı öz işlərini özü müstəqil görməyi sevir. Bu işlərə məktəb tapşırıqları daxil ola bilər, maraqlı mütaliə daxil ola bilər və ya özünün gündəlik gördüyü işlər daxil olar. Əgər yaxşı valideyn olmaq istəyiriksə, övladımızı həmin işləri görə biləcəyi tərəfə hidayət edək və yol göstərək. Ancaq həmin işi uşaq özü yerinə yetirməlidir. Ola bilsin ki, onun üçün çətin olsun, lakin öz işini özü görməyi öyrənəcəkdir. Siz sadəcə yol göstərin.

3. Unutmayın ki, uşaqlar sizi müşahidə edərlər. Biz insanların heç biri eybsiz və nöqsansız deyilik. Ancaq yaxşı valideyn bilir ki, övladı onu daima müşahidə edir və ondan nümunələr götürür. Əgər övladınızın mehriban, xoş əxlaq, rəhimli olmasını istəyirsinizsə, o zaman öz rəftarlarınıza diqqət edin.

4. Övladınızı təhqir etməyin. Valideyn də bir insandır və ola bilsin ki, əsəblərini kontrol edə bilməsin. Lakin yadda saxlamaq lazımdır ki, övladımızı təhqir etmək yaxşı nəticələr gətirməyəcəkdir. Heç sizinlə bu cür rəftar edilməsini istəyərdinizmi?

5. Övladınıza sevginizi göstərin. Biz bəzən çox məşğul oluruq və ona görə də övladlarımıza lazım olan qədər diqqət edə bilmirik. Lakin əgər bu iş üçün gün ərzində bir neçə dəqiqənizi ayırsanız, onun çantasına kiçik bir kağız yazıb qoysanız və ya onun üçün sevdiyi yeməkləri bişirsəniz – nə qədər sevinəcəkdir.

6. Səhv edən zaman üzr istəməyi bacarın. Hər bir valideyn övladına öyrədər ki, səhv edən zaman üzr istəsin. Valideyn özü də gərək bu qaydaya əməl etsin. Yaxşı valideyn bilməlidir ki, ata və ana da səhv edə bilər və bu səhvlərimizdən dərs alıb, üzr istəməyi də bacarmalıyıq. Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter