Mərhum Əllamə Təbatəbainin 40 illik əhdi nə idi?


Mərhum Əllamə Təbatəbainin 40 illik əhdi nə idi? İnsanın Qurani-Kərimdən ayrı düşməyi zəlalətdən başqa bir şey deyil...
Höccətül-İslam Məhəmməd Fazil Təbrizi deyir ki, bir dəfə yaxın dostların birinin evində Əllamə Təbatəbai ilə görüş mənə də, nəsib oldu. O, gecə bizə dedi ki, səhər sübh namazından sonra “Şahqulu” məntəqəsinə (Təbrizin səfalı guşələrindən biri) getmək fikrindədir. Biz də, bu təkliflə razılaşandan sonra səhər maşınla ora getməli olduq. Yolda o, cibindən balaca kitabça formasında olan Quranı çıxarıb, belə dedi: “Mən Allahla əhd bağlamışam ki, hər gün Qurandan bir cüz oxumalıyam və hal-hazırda ona 40 ildir ki, əməl edirəm. Dünən gecə oxuya bilmədiyim üçün gərək indi oxuyam. Beləcə, hər ay bütöv bir Quran xətm olur və hər ayın əvvəlindən yenidən başlayıram. Bunu hər dəfə də, hiss edirəm ki, ötən dəfə oxuduğumla yeni oxuduqlarım sanki eyni deyildir, hər dəfə yeni məfhum və mövzular mənə aydın olur. Allahdan istəyirəm mənə uzun ömür versin ki, daim Quran oxuyum, onun dərinliklərindən ilham alım. Siz təsəvvür edə bilməzsiniz ki, mən Quran oxumaqdan nə qədər həzz alıram, faydalanıram...”


“Bismillah” vəsfə gəlməyən hal yaradan pak bir şərbətdir.


“Bismillah” vəsfə gəlməyən hal yaradan pak bir şərbətdir. \"Kumeyl” duasının sonsuz nur mənbəyi olan “Bismillah” ilə başlanmasının bir neçə səbəbi var:
1. Həzrət Əli (ə) Həzrət Peyğəmbərdən (s), Həzrət Peyğəmbər (s) isə Allah-Taaladan rəvayət etmişdir ki: “Hər hansı böyük bir iş Allahın adı ilə başlanmazsa puç və nəticəsizdir.” (“Вәсаилүш – шиә”, 7-107.)
2. Həzrət Musa ibn Cəfər (ə) buyurmuşdur: “Qəm-qüssəyə düşmüş şəxs üzünü göyə tutub üç dəfə “Bismillahir-rəhmanir-rəhim” deyərsə mümkün deyildir ki, Allah onun narahatlığını və qəm-qüssəsini aradan qaldırmasın. Əgər Allah istəyərsə!”
3. Həzrət Peyğəmbər (s) Cəhənnəm odunun dillərinin sayının on doqquz olduğunu bildirmişdir. Həzrət (s) buyurur ki, bu on doqquz dildən qurtulmaq istəyən kəs on doqquz hərfdən ibarət olan “Bismillahir-rəhmanir-rəhim” kəlmələrini oxumalıdır. Mehriban Allah bu kəlmələrin hər bir hərfini Cəhənnəm odunun bir dili qarşısında sipər edər.
4. İslam Peyğəmbəri (s) buyurmuşdur: “Əgər bir müəllim bir uşağa “Bismillahir-rəhmanir-rəhim” öyrədərsə Allah-Taala bu uşağa, bu uşağın ata-anasına və müəlliminə Cəhənnəmdən qurtuluş vəsiqəsi verər.”...


Vaxtında qılınmamış namaz (hekayə).


Vaxtında qılınmamış namaz (hekayə). Oğlanın həyatı namazlarını gec qılmaqla keçirmişdi. Həmişə vəfat etmiş nənəsinin \"Oğlum, bu vaxtda da namaz qılınar?” sözü yadında idi. Bu gün də həmişəki kimi, işdən gəlmişdi. Saata baxdı. Məğrib namazının vaxtının çıxmasına 15 dəqiqə qalmışdı. Dəstəmaz alıb namazını qıldı. Çox yorğun idi. Divana uzandı. Yuxuya getdi...
Yuxudan yatdığı yerdə deyil, başqa yerdə oyandı. Oyandığı yerdə xeyli insan toplanmışdı. İnsanlar nəyisə gözləyirdilər. Nə olduğunu başa düşə bilmirdi. Kimsə siyahıdan insan adları oxumağa başladı. Adı çəkilənlər sırasında onun da adı var idi. Adı çəkilən kimi iki nəfər ona yaxınlaşdı və onu sürüyə-sürüyə harasa aparırdılar. Onu aparanlarda zərrə qədər də olsa, mərhəmət hissi yox idi. Onların Cəhənnəm mələkləri olduqlarını anladı. Onu Cəhənnəmə apardıqlarını başa düşdü və ağlaya-ağlaya qışqırmağa başladı:
- \"Bəs mənim namazlarım? Axı mən həmişə namazlarımı qılırdım? Onu aparan mələklər onu alovun yanına gətirdilər və onu alovun içinə atdılar. Yenə də eyni sözləri təkrar edə-edə alova doğru yuvarlanırdı: - \"Bəs mənim namazlarım?\" Getdikcə alova daha da yaxınlaşırdı. Alova düşəcəyi anda ona doğru bir əl uzandı və onu alovdan qurtardı. Onu xilas edənin üzünə baxdı. Bu bir qoca idi. Ondan kim olduğunu soruşdu və qoca belə dedi: - \"Mən sənin namazlarınam. Necə ki, sən məni həmişə gec qılardın, gecikdirərdin, mən də səni xilas etmək üçün gecikdim.\"


Ayat namazinı camaatla qılmaq olarmı, iqtida edənlər həmd və ixlas surəsini oxumalıdırlarmı?


Ayat namazinı camaatla qılmaq olarmı, iqtida edənlər həmd və ixlas surəsini oxumalıdırlarmı? Ayat namazının hökmlərindən:
Gündəlik 17 rəkət vacib namazlarda vacib və müstəhəb olan şərtlər ayat namazı üçün də gərəkdir. Yalnız ayat namazında azan-iqamə yoxdur. Əgər ayat namazı camaatla qılınsa İmam camaat üçün müstəhəbdir ki, azan-iqamə əvəzinə 3 dəfə əs-səlah desin. Əgər ayat namazı tək qılınsa bu sözə demək lazım deyil. sistani.org
Camaatla qılınan ayat namazında iqtida edənlər həmd və ixlas surəsini deməməlidirlər. khamenei.ir


Nə üçün namazda fikrimiz yayınır?


Nə üçün namazda fikrimiz yayınır? Cavab: İmam Cəfər Sadiq əleyhissalam buyurur: \"İnsan namaza duranda Allah Taala üzünü ona tərəf tutub ona baxar, bu üz tutub baxma üç dəfəyə qədər davam edər, üç dəfənin heç birində bəndə Allaha məhəl qoymazsa Allah Taala ondan üz döndərər\". Hədisin şərhi:
1- İmam Sadiqdən (ə) nəql olunur: \"Allah Taala üzünü ona tərəf tutub ona baxar\". Bu cümlədən məqsəd budur ki, Allah Taala lütf və qayğısını insana tərəf yönəldər. Deməli insan Allaha tərəf üz tutsa Allah Taala da ona üz tutar. Yəni, namaz qılan insanı Öz lütfünə, rəhmətinə və qayğısına cəlb edər. İnsan həqiqətdə Allahına qovuşar. Bax bu elə həmin qovuşmadır ki, məsumlar və ariflər bundən ləzzət almış, bu ləzzətdən məhrum olmamağı daima Allah Taaladan istəmişlər.
2- Namaza başlayarkən insandan daha öncə Allah Taala insana nəzər salır. İnsan isə Allah Taalaya etina etmir. Başı başqa şeylərə qarışıb. Allah Taala ikinci dəfə yenidən insana nəzər salar, amma insan bu dəfə də Allah Taalaya etina etməz. Üçüncə dəfə yenə Allah Taala insana nəzər salar bu dəfə də insan Allah Taalaya etina etməzsə, Allah Taala ondan üz döndərər. Həmin insan Allah Taalanın lütf və mehribanlıq nəzərindən məhrum olar.
3- İnsan Allah Taaladan üz döndərməyənədək Allah Taala insandan üz döndərməz. Deməli insan namazda Allah Taalanın nəzər diqqətinə üz tutsa o, Allah Taala ilə rabitəni qırmayınca Allah Taala onunla rabitəni qırmaz...


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi


Ayətəl kürsünün fəzilət və bərəkəti haqda Peyğəmbərin hədisi Ayətəl-Kürsinin fəziləti haqda:
Həzrət Əli (ə) buyurdu: Sizlər Ayətül-Kürsinin haqqında nə bilirsiniz? Mən Alahın Rəsulundan (s) eşitdim ki, buyurdu: \"Həzrəti Adəm (ə) insanların ağasıdır, Mən ərəblərin ağasıyam, Salman Farsi fars millətinin ağasıdır. Süheyb rumluların seçilmişidir, Sidr ağacı ağacların ağasıdır, Sina dağı dağların ağasıdır, cümə günü günlərin ağasıdır, Quran sözlərin ağasıdır, Bəqərə surəsi quran surələrinin ağasıdır, Ayətəl-Kürsi Bəqərə surəsinin ağasıdır. Bu ayədə (Ayətəl-Kürsidə) 50 kəlmə var, və hər bir kəlmədə isə 50 bərəkət var. tebyan.


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar


Həzrət Əlidən (ə) nəsihətli kəlamlar İmam Əlinin (ə) nəsihətləri:
1- İmam Əli (ə) öz övladlarına buyurub: “Camaatla düşmənçilik etməkdən çəkinin. Əgər düşmən ağıllı olsa məkr və hiyləyə əl atar. Yox əgər nadan olsa ləyaqətsiz işlərə əl atar. Axmaq insanlarla ağız-ağıza verməyin. Çünki onların danışığı erkək, onlara verilən cavab isə dişidir. Elə ki, bir-birinə yetişdilər, ədavət və kin doğular.
2- Əmirəlmöminin Əli (ə) buyurub: “Peyğəmbər (s) sünnəsi iki növdür. Biri dinin vacibatlarıdır ki, hər kəs onlara əməl etsə hidayət olar və hər kəs də onlardan əl çəksə zəlalətə uğrayıb yolunu azar. Digəri isə müstəhəbbi əməllərdir ki, onlara əməl etmək savabdır. Lakin tərk olunması günah deyil.”
3- Əmirəlmömini (ə) yenə buyurub: “İki kəs mənim belimi qırıb: Fasiq və dilli-dilavər alim, işi-peşəsi ibadət olan cahil. Biri dili ilə günahının üzərini örtür, digəri isə ibadəti ilə cəhalətinin. Alimlər arasında olduğunuz zaman fasiqdən, abidlər arasında cahildən uzaq gəzin. Lakin təəssüf ki, qafil insanlar bunlara tez aldanırlar. Peyğəmbər (s) buyurub: “Ey Əli! Bu ümmətin məhvi dilli-dilavər münafiqlərin əli ilə olacaq!” ...


İnsan ruhunun ilahiləşməsi üçün lazım olan dini maarif Ərəfə duasında necə əks olunur?


İnsan ruhunun ilahiləşməsi üçün lazım olan dini maarif Ərəfə duasında necə əks olunur? Ustad Ənsariyan: Ərəfə duası insan ruhunun ilahiləşməsinə yardım edir:
Duanın bir hissəsi “Əntəlləzi” ifadəsi ilə başlayır. İnsanın etiqadının islahı istiqamətində addım atılır. İnsan tövhid nöqtəsinə yönəldilir. İnsana deyilir ki, sənin dünya və axirətin, dərdlərinin çarəsi pul, güc, daxili və xarici amillər yox, Aləmlərin Rəbbidir. Əba-Əbdillah (ə) öz əməlləri ilə Allahı insanlara tanıtdırır. Deyir ki, Sən məni geyindirdin, Sən məni sirab etdin, Sən məni doyurdun, Sən məni tənhalıqdan xilas etdin. Deyir ki, Sən məni daxilən özünə və peyğəmbərlərinə doğru yönəltdin.
Burada Əba-Əbdillah (ə) etiqadi bir mövzunu kamil şəkildə dilə gətirir. İnsan bu növ söhbəti dərk etsə, onun ruhu zənginləşər. Dua əhli, bu duanın cümlələrini düşünərək oxuyanlar özünü göz yaşlarından saxlaya bilmir.
İnsan Seyyidüş-Şühədanın (ə) Aləmlərin Rəbbi ilə elə bir söhbətinə şahid olur ki, duanı oxuyanın ruhiyyəsi təlatümə gəlir, Allahın rəhmani cilvəsi insanın vücudunun dərinliklərində təcəlla edir.


Ustad Möhsün Qiraətinin gənc ailələrdə kişilər üçün dəyərli tövsiyyələri


Ustad Möhsün Qiraətinin gənc ailələrdə kişilər üçün dəyərli tövsiyyələri Dəyərli Quran müəllimi olan Möhsün Qiraətinin yeni qurulmuş ailələrdə kişilərə olan tövsiyyələri:
1. Xanımına səni sevirəm de,
2. Sevmək kəlməsini yalnız xanımın üçün saxla
3. Xanımın xurustaldır muğayat ol ki sındırmayasan
4. Elə davran ki sənə iman etsin
5. Ona yaxşı arxa və dayag ol
6. Onun üçün sərvət yox məhəbbət topla
7. Xanımının gözəlliyinə pərəstiş et
8. Gücü çatmayan işləri ona tapşırma
9. O bir bahar çiçəyidir onu soldurma
10. Gözləmə ki xanımın sənin kimi olsun
11. Mübahisə ilə onu yorma
12. Ona qarşı həmişə vəfalı ol ...


Nə üçün məsum imamlar ən ali dini məfhumları insanlara çatdırmaq üçün dua yolunu seçib?


Nə üçün məsum imamlar ən ali dini məfhumları insanlara çatdırmaq üçün dua yolunu seçib? Höccətülislam Şeyx Hüseyn Ənsariyan cavab verir:
-Çünki bütün insanların vücudu duaya ehtiyaclıdır. İnsan başdan-ayağa qədər istəklərdən ibarətdir. İnsanın “istəyirəm” sözünə bağlılığı dua ehtiyacıdır. “Çatmaq istəyirəm”, “üstün olmaq istəyirəm”, “varlı olmaq istəyirəm” kimi istəklər hamısı duadır. İmam Hüseyn (ə) məşhur Ərəfə duasında insana öyrədir ki, bütün bunların mayası sənin canındadır və kimsə sənin qarşını kəsə bilməz. O düzgün istəmək yolunu öyrədir.
-Məsum İmamlar insanların vücudunda olan bu istedaddan bəhrələnərək onlara doğru yolu öyrədiblər. Mənə bir dəfə qənaətbəxş olmayan bir xanım məndən hər gün namaz qıldığımı soruşdu? Dedim bəli. Dedi biz çox bədbəxtik, siz bizə dua edin. Məsum İmamlar duanın insanların vücuduna yoğrulduğunu biliblər. Ona görə bu yolu seçiblər. Başqa dinlərdə də bundan istifadə olunub. Məsihilər, zərdüştilər, kəlimilər də dua edirlər. Məsumlar biliblər ki, insanları dua vasitəsi ilə doğru yola yönəltmək daha asandır.
-Məsələn, elə Ərəfə günü xalqa elan etsinlər ki, böyük bir din alimi sizə əxlaqdan danışmaq istəyir. Bu söhbətə heç 30 nəfər yığışmaz. Amma deyilsə ki, dua mərasimi var, dua başlamamışdan da qabaq xeyli insan toplanar. Çünki insanların vücudunda duaya ehtiyac var. Bu ehtiyacı başqa söhbətlərə münasibətdə hiss etmirlər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter