İslamda başqasının övladını övladlığa götürməkliydə məhdudiyyət qoyulurmu?


Yetim uşaqları və ya valideynləri olan halda övladını saxlaya bilməyənlərin öz tam razılığı ilə övladlarını himayəyə verməkdə və onları himayəyə götürməkdə şəri cəhətdən, İslamda heç bir məhdudiyyət yoxdur. Amma, bəzi ölkələrdə uşaqların öz vəziyyətlərini ruhi cəhətdən nəzərə almaqla, onların bu yaşda kifayət qədər ixtiyar sahibi olmamaları və övladı olmayan uşaqların başqa uşağın məsuliyyətini öhdəsinə götürməsini nəzərdə tutmaqla bəzi qanunlar qoymuşlar.

İslam dini insanın öz övladı ilə övladlğa götürdüyü övladın hüquq və vəzifələrindən müəyyən fərqlər nəzərə alır. Hətta, Qurani-Kərimdə bu mövzuya işarə edərək buyurur: “Allah-Taala sizin övladlığa götürdüyünüz övladları sizin həqiqi evladlarınız hesab etmir.” Ona görə də övladlığa götürülmüş şəxsin ətrafındakı ailə üzvləri arasında əlaqələrin necə qurulması bəhsi ən mühüm məsələlərdən biridir. Onlardan məsələn, övladlığa götürülən şəxsin onu saxlayan qadın və kişi ilə necə məhrəm olması və sair məsələ onlardan biridir. Bu mövzunün həlli üçün müxtəlif yollar təklif olunmuşdur. islamquest.net


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter