Elm öyrənməyin dəyəri haqda məsumlardan 3 hədis.


Elm öyrənmək, eləcə də xüsusi olaraq dini bilgiləri əldə etmək üçün vaxt ayıran şəxsin savabı haqda bir neçə hədis qeyd edirik:

1-Rəsuli-Əkrəm (s.a.a.) buyurur: “Elm öyənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir”. (Biharul-ənvar 1/ 184)

2- İmam Əli (ə) buyurur: “Həqiqətən dinin kamalı elm öyrənmək və ona əməl etməkdir. Agah olun ki, elm kəsb etmək həqiqətdə sizin üçün mal-dövlət qazanmaqdan daha vacibdir”. (Kafi 1/ 30)

3-Əbdussalam deyir: İmam Rza (ə) buyurdu: “Allah bizim əmrimizi dirçəldən şəxsə rəhmət etsin!” Soruşdum ki, sizin əmriniz necə dirçələr? Buyurdu: “Bizm elmlərimizi öyrənib onları camaata öyrətməklə. Çünki, kəlamlarımızın gözəllliklərini bilən şəxslər, hökmən bizə tabe olarlar”. (Məanil-əxbar 180)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter