Acgözlük haqqında İslamın baxışını yazın?


Acgözlük haqqında İslamın baxışını yazın? Ey əziz qardaş, qarnına ibadətdən çəkin. Çünki zəlillik, axmaqlıq, alçaqlıq kimi fasiq əməllər və həmçinin bir çox zərərlərin mənşəyi qarındır. (Rəsulullahdan (s) nəql edilən rəvayətdə buyurulur: \"Qəlblərinizi çox yemək və içməklə öldürməyin, çünki qəlb sanki bir toxum kimidir, çox suvardıqca tələf olur\").
Əgər qarın olmasaydı, o zaman quş tələyə düşməz və ovçu öz tələsini hazırlamazdı.
Bil ki, qarın bir çox bəlası olduğu kimi aclığında bir o qədər faydası vardır. Aclıq qəlbi nurlandırır, zühni gücləndirir, insan minacat vasitəsilə həqiqi ləzzəti hiss edir, zikrin və ibadətin şirinliyini dadır, Qiyamət gününü xatırlayır, pisliyi əmr edən nəfsin zəifliyi aşkar olur, itaət və ibadət asanlaşır, insan qənaətcil olur, bədəni sağlamlaşır və xəstəlikləri sağaldır. (\"Əxlaq\" , Seyid Abdulllah Şübbər, səh.153)
Beləliklə, qarına ibadət edənlər özlərini müalicə etməli, qarını aclığın faydalarından məhrum etməməli, peyğəmbərlərin, böyük alimlərin və ariflərin yolu ilə getməlidirlər. Çünki onlar bu zirvələrə aclığı dadaraq çatmışlar. Qarına ibadət edənlər ya aclıqla mələklərə, ya da toxluqla heyvanlara şərik olmağı seçə bilərlər.


İşlərdə tələsməmək haqda İslamın tapşırığını yazın?


İşlərdə tələsməmək haqda İslamın tapşırığını yazın? Tələsməkdən və gecikməkdən (Rəsulullah (s) buyururb: \" Tələsmək Şeytandan, aramla hərəkət etmək isə Allahdandır\" (\"Camius-səadət\" c.1, səh.274). Həmçinin, Allah-Təala \"Qiyamə\" surəsində buyurur: Xeyir, siz tələsizsiniz və axirətinizə diqqət yetirmirsiniz\") çəkin! Sözlərinə və əməllərinə diqqət yetir! Bil ki, bəşər övladının diqqətsizliyi səbəbindən etdiyi əməllər onu ziyana sürükləyir və sonu peşmançılıqla nəticələnir.(Əmirəl möminin (ə) buyurub:\" Tələsmək peşmançılıq yaradır\") Hər bir tələsən və mənasız rəy sahibi başqalarının gözündə kiçilir, qəlblərində isə etibarını itirir.
Böyük filosoflardan olan Sədi deyir: Bütün əməllər səbr və diqqətlə görülməlidir. Tələsmək insanı gözdən salır. Səhrada yavaş-yavaç gedən şəxsin mənzilə tələsəndən əvvəl yetişdiyini gözümlə görmüşəm. Çünki sürətlə gedən at yolda yıxıldığı halda, yavaş-yavaş gedən dəvə öz yolunu sona qədər fəth edir. (\"Şeyx Küleyni özünün \"usulul-Kafi\" kitabının ikinci cildinin 114-cü səhifəsində deyir: İmam Baqir (ə) buyurur: \" Allah tələsmədən görülən xeyir işləri sevər\".) \"gunahkar-bende.ucoz\"


Bu surəni oxumaq: Xəstəliyi yaxşılaşdırar, borcu qaytarmağa faydalıdır, ruzini artırar?!


Bu surəni oxumaq: Xəstəliyi yaxşılaşdırar, borcu qaytarmağa faydalıdır, ruzini artırar?! Bu surəni oxumaq möminin həyatında 4 böyük çətinliyi həll edər:
“Təlaq” surəsi Quranın 65-ci surəsidir ki, Mədinədə nazil olmuşdur və 12 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surənin fəziləti haqqında buyurur: “Hər kim “Təlaq” surəsini oxuyarsa, Peyğəmbər (s) sünnətinə sadiq halda öləcəkdir”.
İmam Sadiq (ə) buyurur: “Hər kim “Təlaq” və “Təhrim” surələrini namazlarında oxuyarsa, Allah Qiyamət günü onu qorxudan, qəmdən amanda saxlayar, atəşə düşməkdən azad edər, onu bu iki surəni oxuduğu üçün behiştə daxil edər”.
1. Xəstəliyin yaxşılaşması. Hədislərimiz buyurur ki, bu surəni oxumaq xəstəliyi yaxşılaşdırar və borcu qaytarmaq üçün faydalıdır.
2. Ruzini artırar. Ruzini artırmaq üçün bu surəni 3 dəfə oxuyun.
3. İşlərin sahmana düşməsi. Hər gün bu surənin 2-3-cü ayəsini oxumaq işlərin sahmana düşməsinə səbəb olar.
4. Çətinliklər aradan qalxar. Bu iki ayə Quranın ən səfalı ayələrdəndir ki, ürəklərə rahatlıq toxumu səpər.


İmam Əli (ə)-ın İslamı ilk qəbul etməsi haqda sübutlar varmı?


İmam Əli (ə)-ın İslamı ilk qəbul etməsi haqda sübutlar varmı? Cəfəri məktəbinin baxışında ƏLi ibn Əbi Talib (ə) Peyğəmbərə iman gətirən birinci şəxs olub. Bu dəlillərə əsasən:
1-Həzrət Peyğəmbərin özü Əli (ə)-ın İslamı birinci qəbul etməsini təsdiqləmiş və özü buyurmuşdur: «Qiyamət günü Kovsər (hovuzunun) bulağının başında mənə birinci birləşən şəxs İslamı birinci qəbul etmiş şəxs Əli ibni Əbutalib olacaqdır.»
2-Əli (ə) isə İslamı ilk qəbul etməsi barədə buyurur ki, «o vaxt İslam dini peyğəmbərlə Xədicənin evindən başqa yerdə yox idi. Mən isə onların üçüncüsü idim. Vəhy və nubuvvət iyini duyur və görürdüm.»
3-Ubeyr ibni Qeys Kendi deyir: Mən cahiliyyət dövründə Məkkədə heç kim Tək Allaha inanmayan zaman Kəbə kənarında gördüm ki peyğəmbərlik iddiasında olan şəxsin arxasında bir yeniyetmə onun arxasında dayanıb xüsusi şəkildə inandıqları Allaha baş əyirdilər...


İslam maarifində göz ağrısını kəsmək üçün məsləhət olunan dua


İslam maarifində göz ağrısını kəsmək üçün məsləhət olunan dua Göz ağrısını kəsmək üçün məsləhət olunan dini dua və əməllər:
1-Aşağıdakı duanı sübh və məğrib namazlarından sonra oxuyun: Allahummə inni əsəlukə bihəqqi Muhəmmədin və ali Muhəmmədin ələykə səlli əla Muhəmmədin və ali Muhəmməd, vəcəlin-nurə fi bəsəri vəl-bəsirətə fi dini vəl-yəqinin fi qəlbi vəl-ixlasə fi əməli vəs-səlamətə fi nəfsi vəs-səətə fi rizqi vəş-şukrə ləkə əbədən ma əbqəytəni.
2. Rəvyayətə əsasən Qurani Kərimin üzündən oxumaq, göz üçün yaxşıdır.
3. Başqa bir rəvayətə əsasən gözün sağlamlığı üçün hər gün desin:
Fəcə-əlna səmi-ən bəsira.
4.Şeyx Kəəfi deyir:Təcrübəyə əsasən,göz ağrısı və ümumiyyətlə bədənin bütün üzüvlərinin dərdləri üçün həzrəti İmam Musa Kazım (ə)-a təvəssül etmək təsirlidir.


190 il ibadət edən rahib, Allahdan nə istədi?


190 il ibadət edən rahib, Allahdan nə istədi? Əbu Talibin zamanında Məsrəm ibn Dəyit ibn Şitqam adlı bir rahib yaşayırdı. Bu insan ibadət etməkdə məşhur olmuşdu. 190 il ibadət etmişdi və Allahdan heç bir şey istəməmişdir.
Nəhayət, bir gün Allahdan istəyir: “Allahım! Öz övliyalarından birini mənə göstər!”. Allah Təala Həzrət Əbu Talibi onun yanına göndərir və rahib onu görən kimi ayağa qalxır və başından öpür. Qarşısında əyləşdirir və deyir: “Allah sənə rəhmət etsin, sən kimsən?”. Əbu Talib buyurur: “Təhamə məntəqəsindənəm”. Soruşur: “Abdumənafın hansı tayfasından?”. Deyir: “Bəni Haşimdən”. Rahib yenə ayağa qalxır və onun başından öpüb deyir: “Allaha şükür olsun ki, mənim istəyimi yerinə yetirdi. Məni öldürməyəcəkdir o zamana qədər ki, Öz vəlisini mənə göstərəcəkdir. Sənə müjdə verirəm. Allah sənin müjdəni mənə ilham etmişdir”.
Əbu Talib soruşur: “Həmin müjdə nədir?”. Rahib deyir: “Sənin belindən bir övlad dünyaya gələcəkdir ki, Allahın vəlisidir. O, Allahın vəlisi və Peyğəmbərin (s) vəsisidir. Əgər o övladı görsən, məndən ona salam çatdır və mənim əvəzimdən ona de: “Məsrəm sənə salam verir və şəhadət verir ki, Allahdan başqa tanrı yoxdur. Yeganədir və şəriki yoxdur. Muhəmməd (ə) - Allahın bəndəsi və rəsuludur. Sən onun canişinisən. Vəsilər səninlə kamil olar”. Əbu Talib ağlayır və soruşur: “Bu övladın adı nədir?”. Rahib deyir: “Adı Əlidir”.


Namazda olan ana və odda yanmayan körpə


Namazda olan ana və odda yanmayan körpə “Həzrət İsanın (ə) zamanında saleh və mömin bir qadın var idi. O, namazın vaxtı çatan zaman bütün işlərini buraxır və namaz qılırdı. Bir gün qadın çörək bişirən zaman namazın səsi gəlir. Qadın çörək bişirməyi buraxıb, namaz qılmağa başlayır. Namaz qılan zaman şeytan ona vəsvəsə etməyə başlayır: “Sən namazdan ayrılana qədər çörəklərinin hamısı yanacaqdır”. Qadın qəlbində ona cavab verir: “Bütün çörəklərin yanması Qiyamət günü bədənimin yanmasından daha yaxşıdır”.
Şeytan ikinci dəfə vəsvəsə edir: “Oğlun təndirə düşüb, yanır”. Qadın qəlbində cavab verir: “Əgər Allah-Təalanın qəzası budur ki, mən namazda olum və oğlum dünya atəşində yansın, mən bu qəzaya razıyam. Namazdan ayrılmayacağam, Allah oğlumu atəşdən qoruyar”.
Qadının əri evə gəlir. Arvadını namaz qılan halda görür. Çörəkləri təndirdə görür ki, yanmamışdır. Körpəsi isə atəşlə oynayır və başının bir tükü belə yanmamışdır. Allahın qüdrəti ilə atəş onun üçün bağ-bağça olmuşdur.
Qadının namazı bitən zaman əri arvadının əlindən tutur və onu təndirin yanına gətirir. Qadın görür ki, çörəklər yanmamışdır və övladı salamatdır. Kişi çox təəcüb edir və Allaha şükür edir. Qadın da şükür səcdəsi edir...


Unutqanlar üçün 9 qısa məsləhət


Unutqanlar üçün 9 qısa məsləhət Gündəlik həyatın yorucu məşğuliyyəti yaddaşsızlıq problemlərinə səbəb olur
Mütəxəsislər yaddaşsızlıq probleminin öhdəsindən gəlmək üçün 9 sadə, yalnız mühüm olan göstərişə əməl etməyi məsləhət görüblər.
1) Açar, eynək kimi əşyalarınızı hara qoyduğunuzu yada salmaqda çətinlik çəkirsinizsə, həmin əşyaların qoyulması üçün xüsusi bir yer düzəldin və əşyaları ora qoymağı özünüzə adət etdirin.
2) Həmişə qeydiyyat aparın. Xüsusilə telefon nömrələrini və ya digər yazılı şeyləri yadda saxlamaqda əziyyət çəkən şəxslərin qeydiyyat aparmaları çox mühümdür. Yazdığınızı kağızları daim gözünüzün gördüyü yerdən asın. Yazıdan ibarət olan siyahı sizə vəzifələrinizi və əhəmiyyətli işlərinizi yada salmağa kömək edəcək.
3) Yadınızdan tez-tez çıxan şeyləri yüksək səslə söyləyin. Məsələn öz-özünüzə \"Qazı bağladım\" deyin. Bu sizə daha sonra qazı bağlayıb bağlamadığınızı xatırladacaq. Belə bir üsul tanış olduğunuz insanların adlarını yadda saxlamaq üçün də faydalı olacaq.
4) Yaddaş üçün vasitələrdən istifadə edin. Bunun üçün ən yaxşı vasitə telefon, qol saatı və digər səs yazan diktafonlar ola bilər.
5) Vizual obrazlardan istifadə edin. Bir nəfərin adı kimi digər məlumatları öyrəndikdə, həmin məlumatla bağlı ağlınızda bir obraz yaradın və həmin obraza uyğun olaraq məlumatı yaddınızda saxlayın.


Qurani-Kərim İmam Məhdi (əc) haqqında nə buyurmuşdur?


Qurani-Kərim İmam Məhdi (əc) haqqında nə buyurmuşdur? Quranda İmam Məhdinin (ə.c) adı zikr olunmayıb. Amma Quranın həqiqi təfsirçiləri olan Əhli-beyt (ə) bir çox ayələri Məhdəviyyət məsələsinə və İmam Məhdinin (ə.c) məarifinə aid təfsir və şərh ediblər. İmam Məhdi (ə.c) barəsində İmam Əlinin (ə) dilindən təfsir edilmiş ayələrdən ikisi bunlardır.
1- Hədis: Əmirəl-möminin Əli (ə) buyurmuşdur: Nur həmin Qurandır. Nur Allah təbarək və təalanın da adlarından biridir. Allah-taala nur surəsində buyurur. Allah-taala göylərin və yerin nurudur. Onun nuru misli çırağ qabının nuru kimidir ki, ondan nur parlayır.
“Nur/ 35.” O, nur şüşələrin arasında ulduz kimidir. Bu çıraq mübarək zeytun ağacının yağıyla işıqlanır. Sonra əlavə etdi: Mişkat Allahın rəsuludur. Misbah Allahın vəlisidir. Zücacədən məqsəd Həzrət Fatimeyi Zəhradır (s) Kovkəbu dürrudan məqsəd Həzrət Məhdidir (ə.c) ki, yer üzünü ədalətlə dolduracaq.
2- Hədis: Həzrət Əli (ə) buyurmuşdur: Yer üzündə zəiflər kəlməsi ki Quranda zikr olunub və Allah-taala vədə verib ki, onları insanların rəhbəri qərar versin biz Əhli-beytik. “Qəsəs/5”-ci ayəsinə işarədir. Zəmanənin sonunda Allah-taala biz Əhli-beytin Məhdisini (ə.c) seçəcək ki, Əhli-beyti xoşbəxt və onların düşmənlərini zəlil və xar etsin.


İmam Əlinin (ə) hədisində İmam Zamanın (əc) səhabələri


İmam Əlinin (ə) hədisində İmam Zamanın (əc) səhabələri İmamın (ə.c) Səhabələrinin xususiyyətləri onların sayı, hansı şəhərdən olmaları. İmamla əlaqələrinin keyfiyyəti, İmamdan bey`ət etmələrinin necəliyi və İmamdan necə itaət etmələri barədə çoxlu hədislər var. Bu barədə İmam Əlidən (ə) belə nəql olunur.
1- Hədis: Həkim ibn Səid Əmirəl-möminindən (ə) nəql edir ki, O həzrət buyurdu: İmam Məhdinin (ə.c) köməkçilərinin hamısı cavandırlar. Onların arasında qoca gözdə sürmənin, yeməkdə duzun olduğu qədər azdır. Necə ki, hamıya məlumdur ki, yeməyin ən az hissəsini duz təşkil edir.
2- Hədis: Əmirəl-möminin buyurub: Elə ki (İmam zaman (ə.c) qiyam edəcək onun ətrafına köməkçiləri toplanacaq onların sayı Bədr döyüşçüləri və Talutun səhabələrinin sayı qədərdir. Onlar üç yüz on üç nəfərdirlər. Onların hamısı şücaətli şəxslərdir ki, dəmir parçaları kimi öz pusqularından çıxarlar. Əgər onlar dağları yerindən qopartmaq istəsələr nəyin bahasına olsa onları qopardacaqlar. Onlar o, şəxslərdir ki, İmam Məhdinin (ə.c) hidayəti ilə vahid Allaha ibadət edirlər. Onların gecə ibadətində Allah qorxusundan çəkdikləri nalələr cavan övladı ölmüş ananın naləsi kimidir. Gecələri namaz qılmaqla, gündüzləri isə oruc tutmaqla keçirərlər. Elə bil onların hamısını bir ata və bir ana tərbiyə edib. Onların qəlbləri bir-birlərinə yaxşılıq və nəsihət etməkdə birdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter