İlahiyyatçı- yazar Yeni ildən danışdı.


Yeni il adətini qəbul edən, Roma katolik ensiklopediyasına görə \"müqəddəs gün\" maddəsində köhnə katolik papalarından olan Origen yazır: “Bu mərasimlər sadəcə Firon və Nəmrud kimi zalımların öz doğum günlərini qeyd etmələrindən və xalqa qeyd etdirmələrindən ibarətdir.”

Burada bir neçə məsələ önə çıxır.

Bəzilərinə \"Yeni ilin islam bayramı olmadığını və bunu keçirməyin lüzumsuz olduğunu bildirəndə,\" Yeni ili keçirmədiyini, Həzrəti İsa(ə) mövludunu qey etdiyini\" deyir. Bunu bilmək lazımdır ki, qeyri-İslami mənbələrə əsasən Həzrəti İsanın (ə) doğum günü dəqiq bilinmir. Qərb kilsələri 25 dekabrı doğum günü tarixi qəbul etdiyi halda, şərq kilsələri bu tarixi 6 yanvar olaraq qəbul etməkdədirlər. Heç bir xristian keşişi Yanvar ayının 1-ni Həzrəti İsanın (ə) təvəllüd günü kimi qeyd etmir. Doğum gününün hansı tarixdə olduğu ilə bağlı Dekabrın 25-26-27-si, Yanvar ayının isə 6-sı ilə bağlı iddialar önə sürülür. Lakin heç bir mənbə 1 Yanvar tarixini milad tarixi kimi qeyd etmir. İslami mənbələr isə Həzrəti İsanın (ə) doğum tarixini yanvarın 1-i olaraq deyil, dekabrın 25-i olaraq qəbul edir. Yəni İsa (ə)-ın doğum günü Yanvarın biri yox,Dekabrın 25-dir. Gəlin səmimi olaq. Əgər bayramdan məqsəd peyğəmbər mövludu keçirtməkdirsə, niyə bu bayram Həzrəti İsanın (ə) doğum günündə deyil, bir həftə sonra qeyd olunur? Yox əgər məqsəd başqadırsa, o zaman buna \"mövlud\" adı verməyin heç bir mənası yoxdur.

Yeni ildə bəzədilən yolka ağacını Həzrəti Məryəm və Həzrəti İsa (ə) ilə əlaqələndirmək istəyənlərin fikrini Qurani-Kərim qəbul etmir. Çünki Quran İsa peyğəmbərin (ə) küknar ağacının altında deyil, xurma ağacının altında dünyaya gəldiyini qeyd edir.

Həzrəti Əli (ə) buyurur: Günahsız keçən hər gün bayramdır. Deməli bayramın əsl mahiyyəti yemək, içmək, əylənmək deyil, Allah buyuruqlarına əməl etməkdir. Günahsız keçən hər günümüz mübarək olsun! \"islamşünas: Mahir Şəkərov\"


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter