İnsan dünya hadisələrində Allahın hikmətinə söykənməli və ya təvəkkülünə?!
Nəql olunur: Bir gün Hz Musa (ə) xəstələndi! Bəni İsrail həzrətin vəziyyətindən xəbərdar olduqda onun yanına gələrək dedilər: Əgər filan dərmanı içərsənsə şəfa taparsan! Hz Musa (ə) buyurdu: Dərmanla sağalmaram ta o zamana ki Allah-Taala (c.c) dərmansız mənə şəfa versin! Onun xəstəliyi uzandı Allah-Taala (c.c) ona vəhy etdi: And olsun izzətimə! Səni sağaltmaram deyilən dərmanı içməyincə! Hz Musa (ə) Bəni-İsrailə buyurdu: Deyilən dərmanla məni müalicə edin. Onu müalicə edərək sağaltdılar!
Bu hadisə Hz Musanın (ə) qəlbində narahatçılığa səbəb oldu. Allah-Taaladan (c.c) Musaya (ə) vəhy olundu: Mənə təvəkkülü hikmətimdən üstün tutmaq istədin?! (Yəni heç zaman təvəkkül hikmətdən öndə tutulmamalıdır! ) Ey Musa! Ot və ağaclara şəfa vermə gücünü Məndən başqa kim vermişdir?!
Məhəmməd Hüseyn Məhəmmədi, Min bir əxlaqi hekayələr kitabından, cild-2 səh: 96.-sualcavab.ge
Əl-Muraqibat kitabından bir yarpaq - Məbəs günü münasibətilə!
Əl-Muraqibat kitabından bir yarpaq - Məbəs günü münasibətiləƏl-Muraqibat kitabından bir yarpaq - Məbəs günü münasibətilə
Besətdən qabaqkı cahiliyyət dövrü və insanların cahillikdə hara yetişdiyi barədə düşünmək lazımdır. Bir qrup yəhudi, bir qrup xristian, ümumi camaat isə bütpərəst idilər. İnsanlar Allahdan uzaqlaşmış, insani əxlaqı unutmuş, yırtıcılıq əxlaqı və heyvanlıq xüsusiyyətlərini özlərinə almışdılar. İş o yerə çatmışdı ki, qız uşaqlarını diri-diri basdırır, beləliklə bağlılıqları qırırdılar. Batil işlərlə iftixar edir, ədalətə riayət etmir, bir-birlərinin haqlarını pozur, güclülər zəifləri əzir, şərəfli insanları məhv edir, alimlərə düşmən kəsilir, ariflərdən qaçır, elmə arxa çevirir, yaxşılıq və dözümü pis bir xüsusiyyət sayır, qohumluq əlaqələrini kəsir, özlərini heyvanlara oxşadır, qumar oynayır, şərab içir, ağılı ayaq altına qoyur, öz övladlarını öldürür, şəhərləri viran qoyur, yaxşılıqları unudur, ilahi şəriətlərlə mübarizəyə qalxır, sərmayələri məhv edir, çirkin işlərlə məşğul olurdular. Özünü bəyənmək və təkəbbür onların arasında rəvac tapmış, dözümsüzlüklə iftixar edir, pis və çirkin işləri özləri üçün seçir,...
Həzrət Yusif (ə) Peyğəmbər hakimiyyətə çatan zaman nə arzu etmişdi?
Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatır, belə bir dua edir: “Ey Rəbbimiz, biz(im qəlblərimiz)ə (bolluca) səbir endir və bizi müsəlman olaraq öldür”. (“Əraf” 126).
Həzrət Yusif (ə) o zaman ki, hakimiyyətə çatı,r Allaha dua edir ki, İlahi əmrlərə təslim olsun və müsəlman olan halda ölsün. Bu yolla öz hökumətini hər bir fitnə və fəsaddan qorumuş və onu İlahi inayət sayəsində sığorta etmiş olur.
Həzrət Yusifin (ə) bu duası onu göstərir ki, hökumət başında olanlar dövləti elə idarə etməlidir ki, Allahın əmrini yerinə yetirmiş olsunlar....
Hz İsanın (ə) dövründə Abidin cəzası və günahkarın mükafatı hansı əməllərinə görə idi?!
Bir gün Həzrət İsa (ə) bir səhradan keçirdi və yolüstü bir məbədə rast gəldi ki, abidlərdən biri orada yaşayırdı. Həzrət (ə) onunla danışmağa başladı. Bu zaman nalayiq əməlləri ilə məşhur olan bir cavan oradan keçirdi. Həzrət İsanı (ə) və abidi görən zaman ayaqları süstləşdi və yeriyə bilmədi. Durduğu yerdən dedi: “Allahım, mən öz nalayiq rəftarımdan xəcalət çəkirəm. İndi əgər peyğəmbərin məni görsə və danlasa, nə edəcəyəm? Allahım, üzrümü qəbul et və abırımı aparma”.
Abid həmin cavanı görən kimi başını göyə qaldırdı və dedi: “Allahım! Məni Qiyamət günü bu günahkar cavanla məhşur etmə”. Bu zaman Allah Təala Peyğəmbərinə (ə) vəhy edir ki, bu abidə de: “Mən duanı yerinə yetirdim. Səni bu cavanla məhşur etməyəcəyəm. Çünki o, tövbə etdiyi üçün behişt əhlindəndir. Sən isə qürur və təkəbbürünə görə cəhənnəm əhlindənsən”...
İslam Peyğəmbəri Hz Muhəmmədi (s) kim tərbiyə etmişdir?!
İmam Sadiq (ə) buyurur: “Böyük Allah Öz peyğəmbərini (s) tərbiyə etmişdir və çox gözəl tərbiyə etmişdir. Çünki ədəbi onda kamala çatdırmışdır.
Onun haqqında buyurmuşdur: “Həqiqətən, sən (bütün insani əxlaq fəzilətlərinin cəm olduğu) böyük bir əxlaqa maliksən”. (“Qələm” 4).
Sonra dini və ümməti ona tapşırır ki, bəndələrini idarə etsin”. Həzrət Peyğəmbər (s) buyurur: “Mən Allah tərəfindən yetişdirilmişəm, Əli (ə) isə mənim tərəfimdən yetişdirilmişdir\".
Beləliklə deyə bilərik ki, Allah Təala Peyğəmbərimizi (s) tərbiyə etmişdir. Həzrət Peyğəmbər (s) İmam Əlini (ə) tərbiyə etmişdir. İmam Əli (ə) isə möminləri tərbiyə etmiş və onlara İlahi ədəbi aşılamışdır. Hər kim İlahi və dini ədəblə tərbiyə alar – Peyğəmbər (s) və Məsum İmamların (ə) ən üstün davamçısı olar. Bunu əxlaqında və əməlində nümayiş etdirər....
9 çörək parçası və 9 kiçik balıq ilə 4700 nəfəri doyuzduran Peyğəmbər (ə)!!
Allah İsaya (ə) Tövrat kitabını öyrətmişdir və İncili öyrətmişdir. Özünün xüsusi elmini ona əta etmişdir. Allah adətən peyğəmbərlərini (ə) məbus edən zaman onlara möcüzə göstərmək qabiliyyətini verir ki, insanlar ona inansınlar. Hər bir peyğəmbərin (ə) özünəməxsus möcüzəsi olmuşdur. Qurani-Kərim Həzrət İsanın (ə) bir çox möcüzəsi barəsində xəbər vermişdir:
1. Həzrət İsa (ə) hələ kiçik yaşında danışmaq möcüzəsinə malik olur. Bu yolla anasını müdafiə edir və özünün peyğəmbər olduğunu sübut edir.
2. O, Allahın izni ilə insanlara evdə saxladıqları şeylərdən xəbər verərdi.
3. Səma süfrəsi və ya səma maidəsi həvarilərin istəyi ilə baş verir. Səmadan süfrə nazil olur və baxmayaraq ki, üzərində 9 çörək parçası və 9 kiçik balıq var idi, ancaq 4700 nəfəri doyuzdurur...
Həm ağlayar və həm də gülərdi... – Həzrət İsanın (ə) ən bariz sifətləri
3 yaşında peyğəmbərliyə məbus olan bu insanın çox sayda fəzilətli sifətləri olmuşdur. O cümlədən:
1. Zahidlik. Həzrət İsanın (ə) ən bariz sifətlərindən biri – onun zahidliyi olmuşdur. O, özünü dünya təmtərağından və nemətlərindən uzaq saxlayırdı. O, öz işini özü görərdi və heç kəsə buyurmazdı. İmam Əli (ə) buyurur: “Balışı – daş, paltarı – kobud, yeməyi – ləzzətsiz idi”.
2. Qorxu və ümiddə etidala malik idi. İmam Rza (ə) bu haqda buyurur: “Həzrət isa (ə) həm ağlayar və həm də gülərdi. Ancaq Həzrət Yəhya (ə) ancaq ağlayardı və gülməzdi. İsanın malik olduğu hal, Yəhyanın halından daha yaxşıdır”.
3. Çox danışmaqdan çəkinmək. İmam Sadiq (ə) buyurur: “Məsih daima deyərdi: “O kəslər ki, çoxlu danışırlar – qəlbləri qəsavətə düçar olmuşdur, ancaq özəri bilmirlər””.
Hz Peyğəmbər (s) yemək yeyən zamanı necə dua edərdi?!
O zaman ki, Peyğəmbərimiz (s) yemək yeyərdi, bu duanı oxuyardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”.
İmam Əli (ə) buyurur: “Peyğəmbər (s) üçün yemək gətirdilər. O Həzrət (s) barmağını yeməyin ortasına salır və qaynar olduğunu görəndə buyurardı: “Qoyun soyusun ki, bərəkəti çox olsun. Allah bizə qaynar yemək verməmişdir”.
İmam Hüseyn (ə) buyurur: “O zaman ki, Allahın Rəsulu (s) yemək yeyərdi, buyuraradı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ondan da yaxşısını ruzimiz buyur”. O zaman ki, süd içərdi, buyurardı: “Allahım! Onda bizim üçün bərəkət qərar ver və ruzimiz qərar ver”.
İmam Sadiq (ə) buyurur: “Allahın Rəsulu (s) besətdən ömrünün axırına qədər heç bir zaman söykənərək, yemək yeməzdi. Davamlı olaraq, qul kimi yemək yeyərdi və qul kimi əyləşərdi. O, bunu təvazökarlığına görə edərdi”. Həmçinin buyurur: “Peyğəmbəri-Əkrəm (s) sol əli ilə yeməyi, içməyi və nəyisə götürməyi bəyənməzdi”
Bəni İsraildə Həzrət Yəsə (ə) kim olmuşdur?
Yəsə ibni Əxtub ibni Əcuz – Bəni-İsrayil peyğəmbərlərinin birinin adıdır ki, İlyas peyğəmbərin (ə) canişini və şagirdi olmuşdur. Tövratda onun adı Yəşə kimi qeyd edilmişdir.
Belə nəql edilir ki, İliya, yəni İlyas (ə) peyğəmbər səfər edən zaman Yəsə ilə rastlaşır ki, o, öz tarlasını becərirdi. Onu öz dininə dəvət edir və Yəsə də ata və anasından icazə alaraq, İliyaya qoşulur.Tövratın nəql etdiyinə görə, İliya onu xəlifə təyin edir.
Başqa yerdə nəql edilir ki, İlyas bir qul qadının evində qalırdı ki, əri ölmüşdü və oğlu Yəsə ağır bir xəstəlik tutmuşdu. İlyas ona şəfa verir və Yəsə də onun dininə daxil olur. İlyasdan sonra nəbi olur və Bəni-İsrayil onu qəbul edir. İmam Rza (ə) onun haqqında buyurur: “Yəsə də, İsa (ə) kimi işlər görür. Yəsə də İsa (ə) kimi suyun üzərində yol gedirdi, ölünü dirildirdi. Anadan gəlmə korları və cüzam xəstələrini sağaldırdı”.
Zulkifl peyğəmbərin (ə) adı və xüsusiyyəti nə olmuşdur?!
Mərhum Qətəbələddin, Həzrət Əbdül-Əzimdən nəql edir ki, buyurub: “Bir gün İmam Cavada (ə) məktub yazdım və sual verdim: “Həzrət Zulkifl ki, peyğəmbərlərdən olmuşdur, adı nə idi? O mürsəl peyğəmbərlərdən olmuşdur?”. İmam (ə) yazdığı məktubda belə cavab verir: “Allah, Öz bəndələrini hidayət etmək üçün 124 min peyğəmbər göndərmişdir. Onların 313 nəfəri mürsəl peyğəmbər olmuşdur. Zulkifl peyğəmbər də mursəl peyğəmbərlərdən idi. O, Süleymandan (ə) sonra zühur edir. Həzrət Davud (ə) kimi insanların arasında bürhan olmadan hökm verərdi. Heç bir zaman qəzəblənməmişdir, məgər Allah rizası üçün. Zulkiflin adı Uvidiyə olmuşdur...