Bəni İsraildən əhvalat: Qəbul olunan 3 dua, niyə hədər getdi?
Allah Təala Bəni-İsrayildən olan bir peyğəmbərinə (ə) vəhy edir ki, ümmətindən olan bir nəfərin üç duasını yerinə yetirəcəkdir. Peyğəmbər (ə) də həmin o kişini bu vəhydən xəbərdar edir. Kişi həyat yoldaşının yanına gedir və olanları ona danışır. Qadın çox təkid edir ki, dualarından birini ona aid etsin. Kişi də qəbul edir. Deyir: “Allahdan istə ki, mən ən gözəl qadın olum”. Kişi dua edir və qadın zamanəsinin ən gözəl qadını olur. Bu zaman həmin qadın padşahın və əyyaşların diqqətini özünə cəlb edir. Qadın da qoca və yoxsul ərinə diqqət etmir və pis əxlaqın yolunu tutur. Kişi onun pis əxlaqına dözməyə çalışır və ancaq sonunda taqəti çatmır. Allaha dua edir ki, onu itə çevirsin və duası yerinə yetir. Həmin qadının uşaqları atasının ətrafına toplaşıb ağlayır və nalə çəkirlər. Ondan istəyirlər ki, analarını əvvəlki halına qaytarsın. Kişi də dua edir və qadın əvvəlki halına geri qayıdır. Bu yolla üç dua hədər olur.
İlk oruc tutan insan kim olmuşdur?
Hədislərimizin nəql etdiyinə görə, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. Hədisdə oxuyuruq: “O zaman ki, Həzrət Adəm (ə) qadağan olmuş meyvədən yedi, o meyvə 30 gün onun mədəsində qaldı. Ona görə də Allah Adəmin (ə) nəslinə 30 gün ac və susuz qalmağı vacib etdi. Əgər gecəni bir şey yeyilirsə, Allah tərəfindən olan lütfə görədir”.
Bu hədisdən aydın görmək olur ki, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. O da aydın olur ki, oruc tutmağın mühüm hədəflərindən biri – aclıq və susuzluq vasitəsilə ruha əziyyət verən xəta ləkələrindən təmizlənməkdir. Amma insan ehtiyaclı varlıq olduğundan, tam ac və susuz qala bilmir. Ona görə də, gündüz oruc tutarkən gecə vaxtı yeməyə icazə verilir ki, insanın cismində qüvvət olsun. Və bu gecə fasiləsi, ruhun təmizlənmə proseduruna mane olmur – Uca Allahın lütf proqramı belədir.
HƏZRƏT MUSANIN (Ə) QÖVMÜNƏ NAZİL OLAN BEŞ BƏLA !!
Qurani-Kərimə əsasən, həzrət Musa (ə) onları doğru yola yönəltməkdən ümidini üzmədi, ayrı-ayrı nişanə, aydın dəlil və möcüzələrdən sonra qəflət yuxusundan ayılmaları, inadkarlıqlarından əl çəkmələri üçün Allahdan bəla göndərməsini istədi. Onların başına gələn bəlalardan beşini qeyd edirik:
فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ وَالْجَرَادَ وَالْقُمَّلَ وَالضَّفَادِعَ وَالدَّمَ آيَاتٍ مُّفَصَّلاَتٍ فَاسْتَكْبَرُواْ وَكَانُواْ قَوْمًا مُّجْرِمِينَ
“Beləliklə, Biz ayrı-ayrı nişanələr şəklində onlara tufan, çəyirtkə, gənə, qurbağalar və qan göndərdik. Onlar yenə də təkəbbür və itaətsizlik göstərdilər. Onlar günahkar bir dəstə idi.”
1. فَأَرْسَلْنَا عَلَيْهِمُ الطُّوفَانَ – Bu ayədə buyurulduğu kimi, Fironun qövmünün mübtəla olduğu ilk bəla “tufan” idi. Tufan dilimizdə şiddətli küləyə, ərəb dilində isə şiddətli təlatüm və fırtınaya deyilir. Nuh peyğəmbərin əhvalatında da şiddətli külək yox, fırtına nəzərdə tutulur. Allahın əmri ilə rəhmət və bərəkət sayılan yağış bəzən fəlakətə çevrilir. Hər halda, tufan və şiddətli fırtınalar Firon qövmünə həyatı daraltdı. Onlar bunun səmavi bəla olduğunu anladıqdan sonra həzrət Musanın (ə) hüzuruna gəlib, onun aradan qalxmasını istəyərək Allaha iman gətirəcəklərinə söz verdilər. Həzrət Musanın (ə) duası ilə bəla aradan qalxdı və camaat adi yaşayışına qayıtdı. Firon və tərəfdarları əhd-peymanlarını pozaraq iman gətirmədilər. Nəhayət, yeni bəla nazil oldu...
İlyas peyğəmbərin (ə) şagirdi – o da ölüləri dirildə bilirdi?!
“Və İsmail, Yəsə, Yunus və Lutu (da hidayət etdik). Onların hamısını (öz zamanlarında) aləmdəkilərdən üstün etdik”. (“Ənam” 86).
Bu ayədən göründüyü kimi, Yəsə adlı peyğəmbərin adı çəkilmişdir. Yəsə, İlyas peyğəmbərin dövründə yaşamış və onun şagirdi olmuşdur. Onun haqqında yəhudilərin müqəddəs kitablarında çox bəhs olunmuşdur.
Bu kitablardan birində oxuyuruq ki, o zaman ki, İlyas Bəni-İsrayildən olan qadının evinə daxil olur, onun Yəsə adlı övladı var idi. Həmin qadın İlyasa evində yer verir və onu düşmənlərindən qoruyur. İlyas da ona təşəkkür etmək üçün ağır xəstə olan Yəsəyə görə Allaha dua edir. Yəsə onun duası sayəsində sağalır. Buna görə ona iman gətirir və ona xidmət edir...
Həzrəti Nuh (ə) öz vəsiyyətində nəyi qeyd edir?
İmam Sadiq (ə) nəql edir: “Həzrət Nuh (ə) gəmidən enəndən sonra 50 il ömür sürür. Ömrünün sonunda Cəbrayil (ə) ona nazil olur və Allahın əmrini ona deyir: “Ey Nuh! Öz nübuvvətini sona çatdırmısan və ömrün sona çatmışdır. Sənin yanında olan nübuvvət elmini və böyük adı oğlun Sama tapşır. Çünki Mən yer üzünü hüccətsiz qoymuram. Mənim sünnətim belədir ki, hər qövm üçün yolgöstərən və hidayət edən seçirəm ki, xoşbəxtləri haqqa tərəf hidayət etsinlər. Bədbəxtlər üçün isə hüccəti kamil edənlər olsunlar”...
İslam Peyğəmbəri (s) dualarında Allah-Taaladan (c.c) ən çox nələri diləyərdi?!
Hədislərimizdə bu dua “Ğəriq duası” adı ilə məşhurdur. Abdullah ibn Sinan nəql edir: “İmam (ə) buyurmuşdur: “Tezliklə şübhəyə düşəcəksiniz ki, ondan xilas ola bilməyəcəksiniz, məgər o kəsdən başqa ki, “Ğəriq” duasını oxuyar””. Bu dua belədir:Ya Allahu, ya Rəhmanu, ya Rahim يَا اَللَّهُ يَا رَحْمٰنُ يَا رَحِيمُ
Ya muqallibəl-qulub يَا مُقَلِّبَ ٱلْقُلُوبِEy, o kəs ki, qəlblərin çevrilməsi Onun əlindədir. Sabbit qalbi alə dinikə ثَبِّتْ قَلْبِي عَلَىٰ دِينِكَ qəlbimi Sənin dinində möhkəm et.
Həmçinin, Həzrət Peyğəmbərin (s) ən çox oxuduğu dualardan biri də məhz bu dua olmuşdur. Peyğəmbərin (s) həyat yoldaşı Ümmi Sələmədən soruşurlar ki, Həzrətin (s) ən çox oxuduğu dua hansı olmuşdur? O, demişdir ki, “Ğəriq duası”.
İslam Peyğəmbərinin (s) başqa peyğəmbərlərə nisbətdə üstünlüyünün 11 hüccəti nələrdir?!
Dünya yaranan gündən bu dünyaya 124 min peyğəmbər gəlmişdir. Bu peyğəmbərlər içərisində Allah Təala bəzilərini bəzilərindən üstün qərar vermişdir. İslam Peyğəmbəri (s) isə bütün peyğəmbərlərdən (ə) üstündür. İslam Peyğəmbərinin (s) nübuvvət üstünlüyünün hüccətlərə nəzər salaq:
1. Birinci hüccət. Allah Təala buyurur: “(Ya Muhəmməd!) Biz səni aləmdəkilər üçün yalnız bir rəhmət olaraq göndərmişik”. (“Ənbiya” 107). Əgər bütün aləmdəkilər üçün rəhmətdirsə, deməli bütün aləmdə olanlardan üstündür.
2. İkinci hüccət. Allah Təala buyurur: “Və adını sənin (əzəmətin) üçün ucaltdıq (ki, bütün kainatda uca məqamlarda zikr olunsun, Allahın adı ilə birgə çəkilsin, tovhid və peyğəmbərliyə birlikdə şəhadət verilsin. Allah, mələklər və insanlar səni mədh etsinlər, şöhrətin tədriclə Yer kürəsini əhatə etsin və axirətdə Məhmud – bəyənilən olasan)”. (“Şərh” 4). Allah Təala Həzrət Muhəmmədi (s) yada salmağı şəhadətlərdə, azanda və təşəhhüddə Öz adına yaxın qərar verir, halbuki başqa peyğəmbərlər bu cür deyildir...
Dini termin olan Nəbi ilə rəsulun fərqi nədir?
Qurani-Kərim bəzən Peyğəmbəri (s) nəbi və bəzən də rəsul adlandırmışdır. Nəbi ilə rəsulun arasında fərq vardırmı? Nəbi, lüğətdə xəbər verənə deyilir. Rəsulun isə lüğətdəki mənası göndərilən deməkdir. Ona görə də belə görünür ki, nəbi ilə rəsulun arasındakı fərq, vəhyin nazil olmaq keyfiyyəti ilə bağlıdır. Belə ki, nəbi o kəsdir ki, İlahi vəhyi yuxuda qəbul edir. Ancaq rəsul o kəsdir ki, İlahi vəhy ona Allahın mələkləri vasitəsilə nazil olur.
İmam Muhəmməd Baqir (ə) bu ayənin təfsirində buyurmuşdur: “(Allahın) elçi(si və xalqa) xəbər gətirən idi”. (“Məryəm” 54).
Rəsul – o kəsdir ki, Cəbrayil (ə) qarşısında mücəssəm olar. O, Cəbrayili (ə) görər və onunla söhbət edər. Nəbi o kəsdir ki, yuxular görər, necə ki, İbrahim Xəlil (ə) görürdü. Allah Rəsulunun (s) risalətdən əvvəl gördüyü yuxular kimi”.
Məsihi (ə) tapan xristian, niyə müsəlman oldu?
Şeyx Kuleyni, Həsən ibni Hüseyndən nəql edir: “Muhəmməd ibni Həsən mənim üçün nəql etmişdir: “Bizim səhabələrdən biri Samirra şəhərində qan almaq peşəsi ilə məşğul idi və əvvəllər xristian olmuşdur. O, danışır: “Bir gün İmam Həsən Əsgəri (ə) zöhr zamanı mənim dalımca adam göndərdi və mən ora gedən zaman mənə bir damarı nişan verib dedi ki, ondan qan alam. Mən adətən qanı aldığım damarları tanıyıram, ancaq bu damarı tanımırdım. Ona görə də ürəyimdə dedim: “Bu gün qəribə bir şey görürəm”.
O, mənə əmr edir ki, tanımadığım damardan qan alım. Mən damarı açdım və ondan bir qədər qan çəkdim. Sonra İmam (ə) mənə buyurdu: “Evində qal və gözlə”. Mən evdə qaldım və əsr zamanı gəlib çatdı. Həzrət (ə) məni yenə çağırdı və buyurdu ki, yenə qan alım...
Duanın insan taleyində nə belə təsiri vardır?! Hizqil Nəbinin (ə) müjdəsi
Hizqil Nəbiyə Allah-Taaladan (c.c) ilham olundu ki, filan hakimə denən ki, az bir müddətdən sonra öləcəksən! Hizqil Nəbi (ə) İlahi mesajı ona çatdırdı!
Hakim çox qorxaraq təsirləndi. Taxtının üstündə Allahla münacat və duaya məşğul oldu. Duasında belə deyərdi: “Mənim Rəbbim! Mənə o qədər fürsət ver ki, övladım böyüsün və işlərimi sahmana sala bilim!” Allah-Taala (c.c) hakimin duasını qəbul edərək Hizqil (ə)-a vəhy etdi: Get hakimə denən ki, sənin ölümünü 15 il daha gecə saldım.”