Hz Əyyub (ə) xanımın sualına belə cavab verdi: Allah dua etməyə utanaram?!


Bilindiyi kimi Hz. Eyyüb (ə.s)səbir və mətanəti ilə dillərə dastan olmuşdu.Bir rəvayətə görə o məşhur xəstəliyini on səkkiz il çəkmişdi. Heç bir zaman üsyan etməyən Hz. Eyyübə (ə.s.) xanımı bir gün belə soruşdu: \"Bu xəstəliyin bitməsi, çəkdiyin dərdlərin getməsi üçün Cənabı Haqqa dua etsənsə olmazmı?\" Hz. Eyyüb (ə.s.),xanımına bu cavabı verər: \"Mənim bolluq və rifah içində yaşadığım müddət 80 ildir. Çəkmiş olduğum darlıq və çətinlikli zaman isə daha bu müddətə çatmamışdır. Bu vəziyyətdə mən Allahdan utanaram. Ona (c. c.) bu halın üzərimdən getməsi üçün necə dua edərəm ki...\"


Hz Suleyman (ə) ana ürəyinin sızıltısı ilə haqqın kimin tərəfindən olmasına hökm etdi?!


\"Keçmişdə iki qadın və onların hərəsinin də bir uşağı var imiş. Günlərin bir günü canavar bu uşaqlardan birini aparır. Qadınlardan biri rəfiqəsinə: \"Canavar sənin oğlunu apardı” – deyərək sağ qalan uşağı ona vermək istəmir. Rəfiqəsi də ona eyni şeyi deyərək uşağın onun olduğunu iddia edir. Beləliklə, qadınlar mübahisə edirlər və aralarında düzgün hökm çıxarılması üçün Davud ə hüzuruna gəlirlər. Davud ə uşağın yaşda böyük olan qadına verilməsi barədə hökm verir. Onlar bununla kifayətlənməyib eyni məqsədlə Davudun oğlu Süleyman (s) hüzuruna gəlir və əhvalatı ona nağıl edirlər. Süleyman ə üzünü qadınlara tutub: \"Mən bir bıçaq gətirin, uşağı aranızda yarıya bölüm” – deyir. Bu zaman yaşda kiçik olan qadın: \"Yox, uşağa dəymə, Allah sənə rəhm eləsin, o onun (böyük qadının) uşağıdır” – deyə qəti etiraz edir. Bunu görən Süleyman (ə) uşağın kiçik qadına verilməsi barədə hökm çıxarır.


Yaxşı insanlardan olması üçün niyyətləndi Allah Təala (c.c) onu bağışladı!


Belə bir rəvayət nəql olunur: \"Bir gün İsa (ə) öz həvariləri ilə birlikdə yoldan ötərkən, həmin günah dolu dövrün fasiqlərindən biri onları görüb özünü danlamağa başladı:
Ya Rəbb, günah ərşə çıxır köçümdə -Ürəyim həsrətdən alov içində. -Əməl naməm qara, işlərim xarab, Yalnız rəhmətindən gözlərəm cavab.
Bu günahkar şəxs şər içində keçirdiyi ömrünü yadına salıb, rastlaşdığı pak insanların məqamına qibtə etdi, düşündü ki, onun bu insanlarla yoldaş olmağa ləyaqəti yoxdur. Amma ümid etdi ki, onların ardınca bir neçə addım getməklə xeyir tapa bilər. Bu məqsədlə onların ardınca düşdü. Həvarilərdən biri məşhur bir günahkarın onları izlədiyini görüb Həzrət İsa (ə)-a dedi: \"Ya Ruhullah! Bu qəlbi ölmüş çirkin şəxsdə bizimlə yol getmək ləyaqəti varmı? ...


İslam Peyğəmbərinə (s) səmimi sevgisi onu Allah-Təala (c.c) dərgahında sevimli bəndə etdi?!


Rəvayətə görə Allahu Təala Musa (ə)-a əmr etdi ki, mənim filan zibillikdə bir övliya qulum var, onu oradan çıxar, təmizlə, namazını qıl və dəfn et. Musa ə adamı zibillikdən çıxardı, gözəlcə yudu, kəfənlədi, namazını qıldı.Bunu görən camaat təəccübləndi. Dəfndən sonra Musa ə adamın evinə gəldi: - Ey xanım, bu adam nə edib, hansı xeyirli əməli görüb? Qadın dedi ki: - Ya Rəsulullah, bu heç kimin sevmədiyi, hər kəsin qaçdığı bir insandır, bunun yaxşı bir əməli yox idi. - Yaxşı düşün, bunun xeyirli bir əməli, yaxşı bir işi var. Qadın yenə: - Heç bir yaxşı əməli yox idi,həmişə günah işlərlərdi. Üçüncü dəfə soruşdu: - Onun mütləq bir şeyi var ki, Allahu Təala məndən onu dəfn etməmi istədi. Qadın dedi ki: - Bir gün Tövrat oxuyurdu, oxuyarkən Məhəmməd (s) deyə bir ad keçdi. Bu nə gözəl addır dedi, təkrar oxudu, yenə bu nə gözəl addır dedi. Sonra, Ya Rəbbi, adı belə gözəl olanın kim bilir özü nə qədər gözəldir.Mən ona aşiq oldum, dedi və adını öpdü. Musa əleyhissalam da bunu eşitdikdə-\"Her şeyi anladığını\" buyurdu...


Hz Adəmin, oğlu Şit\'ə və onun timsalında bütün insanlara etdiyi beş maddəlik nəsihəti nələr olmuşdur?!


Hz Adəmin, oğlu Şit\'ə və onun timsalında bütün insanlara etdiyi beş maddəlik nəsihəti belədir:
1.Ey Şit! Oğullarına söylə: Dünyaya ayrılmayacaqlarmış kimi baxmasınlar Buradan bir gün köçüb gedəcəklərini düşünsünlər.
Mən də Cənnətdən ayrılmayacağam deyə düşünmüşdüm.
2.İnsanlara söylə: Xanımlarının sözünü həqiqətin də özü sanıb, dərhal qəbul etməsinlər Bir az düşünüb isabət dərəcəsini araşdırsınlar.
Çünki mən xanımımın sözünü düşünmədən qəbul etdiyim üçün, qadağan ağacın meyvəsindən yedim, sonunda da böyük bir peşmançılığa düşdüm.
3.Oğulların, edəcəkləri işin sonunu düşünsünlər.
Əgər mən o ağacının meyvəsindən yeyərkən bu işin sonunu düşünsəydim, başıma gələnlər gəlməyəcəkdi...


Həzrəti Yəhya peyğəmbərin (ə) başı kimə hədiyyə verildi?


Cavab: Allah-təala Zəkəriyya peyğəmbəri qoca yaşlarında övladla müjdələdi. «Məryəm» surəsinin 7-ci ayəsində buyurulur: «Ey Zəkəriyya, sənə bir oğulla müjdə veririk ki, onun adı Yəhyadır. Biz bu adı əvvəllər heç kəsə verməmişik». Uyğun surənin 12-ci ayəsi Yəhyanın kimliyini bəyan edir: «Ey Yəhya, kitabdan bərk yapış! Biz, uşaq ikən ona hikmət verdik».
Yəhya peyğəmbərin ölümü də təvəllüdü kimi qeyri-adi oldu. Məsihi və müsəlman tarixçiləri bu şəhadəti belə təsvir edir: Yəhyanın yaşadığı dövrdə Fələstin padşahı nəfsinə uymuş zalım bir şəxs idi. O, öz qardaşı qızının gözəlliyinə vurulub, bu qızla evlənmək qərarına gəlmişdi. Əmisi kimi şeytana uymuş qız da, bu izdivaca çalışırdı. Bu xəbər Yəhya peyğəmbərə çatdı..


Nə üçün səbirdən danışılanda «Əyyubun səbri» məsəl çəkilir?


Cavab: Allah-təala öz peyğəmbəri barədə buyurur: «Əyyubu yada sal. Bir vaxt o, Rəbbinə dua edərək belə demişdi: «Mənə bəla üz verdi. Sən rəhimlilərin rəhimlisisən»[1].
İmam Sadiqdən (ə) Əyyubu ağuşuna almış bəlaların səbəbi haqqında soruşulanda, Həzrət buyurdu: «Əyyuba üz vermiş bəlaların səbəbi, onun ilahi nemətlər qarşısındaçox şükr etməsi idi. Əyyubun imanına həsəd aparan İblis, onun çox şükr etməsini nemətə qərq olması ilə əlaqləndirmişdi. O, Allah dərgahınabelə ərz etmişdi: «Sən Əyyubdan dünya nemətlərini alsan, görərsən ki, o şükr edənlərdəndeyil. Mənə icazə ver, sübut edim ki, dediklərim doğrudur»...


Qurani Kərimdə Həzrəti Süleyman (ə) Kraliçça Bulqeysin macəraları bizə nə öyrədir?


Cavab: Qurani-kərim«Nəml» surəsinin16-43-ca ayələrində Süleyman haqqında buyurur: «Biz Davuda və Süleymana elm verdik...». «Süleyman Davuda vərəsə oldu və dedi:«Ey insanlar bizə quş dili öyrədildi...».....
Maraqlıdır ki, Süleymanın macərasını ətraflı şəkildə bəyan edən Qurani-kərim, insanların diqqətini nəyə yönəltmək istəyir? Təfsirçilər uyğun macəradan aşağıdakı göstərişləri nəticə çıxarırlar:
1. Hökumət rəhbəri öz ətrafına o qədər diqqətli olmalıdır ki, hətta bir işçinin yoxluğundan xəbərdar olsun;
2. Bir nəfərin səhvə görə cəzalandırılmaması, başqalarınıda doğru yoldan azdırır. Rəhbər buna yol verməməlidir;
3. Cəzalandırılacaq şəxsə özünü müdafiə etmək üçün şərait yaradılmalıdır...


Şеytаn (lən) İlahi Pеyğәмbәr (ə) və övliyalara qаlib gәlә bilәrмi?


Cаvаb: Аllаh-tәаlа şеytаnın nәzәrinә çаtdırdı ki, о hәqiqi bәndәlәri аldаdа bilмәyәcәk, çirkin işlәri оnlаrın nәzәrindә gözәllәşdirмәyә gücü çаtмаyаcаq vә nәticәdә, оnlаrı günаh yоlа çәkмәyә мüvәffәq оlмаyаcаq. Bеhiştdә Аdәмin bаşınа gәlмiş әhvаlаt isә şеytаn әмәli dеyildi. Аdәмin bаşınа gәlәn hаdisә \"tәrkе-оvlа” аdlаnır. Bu о dемәkdir ki, Аdәм günаhа yоl vеrмәмiş, sаdәcә, yахşı bir işi tәrk еtмişdir. Әslindә hәr bir şәхs öz irаdәsi ilә qәlb yоlunu şеytаnın üzünә аçır. İnsаnın icаzәsi оlмаdаn şеytаn оnun qәlbinә dахil оlа bilмir. Şübhәsiz ki, Pеyğәмbәrlәr şеytаnа bеlә bir icаzә vеrмәмişlәr. Bir qәdәr dә аydınlаşdırsаq, şеytаnın yоl tаpмаsı о dемәkdir ki, insаnın iмаnının zәifliyi vә sәhlәnkаrlığı оnun qәlbini şеytаnа tәsliм еdir. Bu yоllа günаh insаnın gözündә аdilәşir. Амма şеytаn Pеyğәмbәrlәrin ruhunа nüfuz еtмәk iмkаnındаn мәhruмdur. Әgәr şеytаnın tәhriki ilә Аdәм qаdаğаn оlмuş меyvәdәn yеdisә, bu günаh yох, \"tәrkе-оvlаdır”. Меyvә yемәk hаrам iş sаyılмамаlıdır...


Nə üçün Yusif öz qardaşlarına böhtan atılмası ilə razılaşdı?


Cavab: Aşağıdakı ayədə uyğun əhvalata işarə olunur: Yusif onların yüklərini bağladığı vaxt \"padşah piyaləsini” qardaşının yükünün içinə qoydu. Sonra bir carçı haray çəkib dedi: \"Ey karvan əhli siz həqiqətən oğrusunuz.” Ayədə bildirilir ki, piyaləni qardaşının yükünə Yusif qoydu. Oğurluq haqqında car çəkən isə başqa bir şəxs idi. Bu nöqtəni nəzərdən qaçırмaq olмaz. Bəs nə üçün Yusif belə bir iş gördü? Мəsələni aydınlaşdırмaq üçün surənin başqa bir ayəsini nəzərdən keçirək: \"Yusif qardaşının yükündən qabaq onların yükünü axtarмağa başladı. Sonra su qabını qardaşının yükündən tapıb çıxardı. Biz Yusifə belə bir tədbir öyrətdik. Yoxsa padşahın dininə görə, o, qardaşını öz yanında saxlaya bilмəzdi. Allah öz istədiyini dərəcələrə yüksəldir...” Ayədən göründüyü kiмi, Yusif öz qardaşını yanında saxlaмaq üçün başqa yol tapa bilмədi. Həмin qıtlıq illərində nə Мisir qanunları buna icazə verirdi, nə də Yusifin o biri qardaşları bu мəsələ ilə razılaşмırdılar. Bir çox təfsirçilərin fikrincə, Yusif bu мəsələni qardaşı ilə əvvəlcədən razılaşмışdı. O gizli bir görüşdə qardaşını qarşıda baş verəcək hadisədən xəbərdar etмişdi. Bütün bunları nəzərə alsaq, Yusifin gördüyü işə nöqsan tutмaмalıyıq. Çünki мəqsəd başqa idi və qardaşı da bu işə razılıq verмişdi...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter