İslam Peyğəmbərinin (s) nübuvvətinə iman gətirmək deyildə nə nəzərdə tutulur?!
Sonuncu Peyğəmbər Həzrət Məhəmməd (səlləllahu əleyhi və alihi və səlləm)-dən sonra isə bir daha Peyğəmbər gəlməyib və heç vaxt gəlməyəcəkdir. Buna görə də ona «Хatəmül-ənbiya», yəni «Peyğəmbərlərin sonuncusu» deyirlər. Necə ki, Qurani-Kərimdə buyurulur:«Lakin o, Allahın Rəsulu (elçisi) və Peyğəmbərlərin sonuncusudur.»
Bu haqda hədislərimiz çoxdur. Nümunə olaraq İmam Sadiq (əleyhis-salam)-ın mübarək kəlamlarından birinə işarə edirik: «Həqiqətən Allah-taala sizin Peyğəmbəriniz ilə Peyğəmbərləri sona çatdırdı, beləliklə də ondan sonra əsla heç bir Peyğəmbər gəlməyəcəkdir».
İslam Peyğəmbəri bütün Peyğəmbərlərin sonuncusu olduğu kimi, eləcə də bütün Peyğəmbərlərin daha üstünüdür. Buna görə də Ona «Әşrəfül-Әnbiya» yəni, «Peyğəmbərlərin ən şərəflisi» deyirlər. Bu Peyğəmbərin Allah yanında çox böyük məqamı və uca mərtəbəsi vardır. Biz müsəlmanlar isə Onun ümməti sayılır beləki, Onun dinini qəbul edib əməl edənlər və Onun yolu ilə gedənlərik. Peyğəmbərlik haqqında əsas məsələlərdən biri də onların məsum, yəni, hər hansı bir günah, eyb və nöqsandan pak olmasından ibarətdir...
ŞÜBHƏ-17: Tarix boyu heç vaxt dünyəvi tufan olmamışdır. Nuhun tufanı deyə bir şey olmadığı elmi sübutdur.
Tarix boyu heç vaxt dünyəvi tufan olmamışdır. Nuhun tufanı deyə bir şey olmadığı elmi sübutdur. Deməli Quranda səhv var və Quranı insan yazmışdır.
Cavab: Quranda 25-Furqan s. 37-ci ayədə Nuh peyğəmbərin qövmünün həlak edildiyi bildirilir. Sadəcə Hz. Nuh qövmünün həlak edilməsi üçün bütün dünyanı tufan basması və başqa ərazilərdəki adamların səbəbsiz yerə ölməsi, Allahın ədalətsiz olacağını (peyğəmbər göndərmədən həlak etdiyinə görə) göstərəcəyi üçün, Hz. Nuhun tufanının dünyəvi ola biləcəyi məntiqsizdir. İslam alimləridə Hz. Nuh tufanının regional olduğunu bildirmişlərdir....
ŞÜBHƏ 13: İsa və Məhəmməd peyğəmbərin yaşadığına dair heç bir dəlil yoxdur və uydurmadır.
Cavab: Bu iddia çox cılız və gülüncdür. ‘Zeitgeist və Religulous’ kimi populyar nonteist filmlərin yaydığı bu boş iddialar sadəcə gülüş doğura bilər. Bunu deməklə onların necə bir fakt tələb etdiklərini öncə bilmək lazımdır: video rolik, doğum haqqında şəhadətnamə yaxud başqa bir şeymi? Bu iddiaların sahibləri həvəskar
ateist tarixçilər olur ki, bunuda ciddiyə almaq mənasızdır. İsa peyğəmbər barəsində xristian olmayan Takitus və İosif tarixçilərin əsərlərini incələmək, hətta xristianlıqdan
nifrət edən Takitusun İsanın Tiberiyus zamanında Ponti Pilat deyilən tarixi şəxs tərəfindən cəzalandırıldığını qeyd etdiyini görmək fakt olaraq bəs edər...
Allah-Təalanı (c.c) insanlara necə sevdirmək olar?! Hz Davud Peyğəmbərin (ə) hədisi
...Həzrət Peyğəmbər (s) buyurur: “Allah Davuda (ə) buyurur: “Məni sev və Məni xəlqimin məhbubu et”.
Davud (ə) deyir: “Pərvərdigara! Mən səni sevirəm, ancaq Səni necə xəlqinin məhbubu edim?”.
Buyurur: “Nemətlərimi onların yadına sal. Çünki o zaman ki, nemətlərimi onlara sayarsan, Məni sevəcəklər””.
Həzrət Peyğəmbər (s) buyurur: “Allah sevgisinin nişanəsi – Allahı yada salmağı sevməklədir. Allahla düşmən olmağın əlaməti – Allahı yada salmağı düşmən bilməklədir”.
Həzrət Peyğəmbər (s) buyurur: “İman kamil olmaz, məgər biz Əhli-Beytin (ə) sevgisi ilə”.
Həzrət Peyğəmbər (s) buyurur: “Agah olun, hər kimin dostluğu Allah və düşmənçiliyi Allah üçün olarsa, ətası Allah üçün və qadağası Allah üçün olarsa – Allahın seçilmişlərindəndir”...
Allah-Taalanın (c.c) günahkar bəndəsinin qayıtmasını gözləməsi haqda qudsi hədis...
Allah-Taala (c.c) Qudsi hədislərində Hz Davud (ə)-a vəhy edərək belə buyurdu: “Əgər Mənə arxa çevirərək başqalarının dalınca gedənlər, günah arxasıyca düşənlər, əgər bilsəydilər və başa düşsəydilər ki, necə onların qayıtmasını gözləyirəm, nə qədər də onları çox sevirəm, və günahları tərk etmələrinə nə qədər istəkliyəm,
Mənə eşqdən canlarını əldən verərdilər! Canlarını puç olan şeylərdən boşaldardılar! Onları özünə bağlı edənləri ayırardılar!
Ey Davud (ə)! Mənim bu bağlılığım o kəslərədir ki Mənə arxa çeviriblər! Ey Davud (ə)! Bəs mənə üz tutaraq münacat edənlərlə necə rəftar edərəm?!
Hz İsanın (ə) dövründə zinakar cavanın behiştlik müjdəsi və abidlik edənə cəhənnəm xəbərinin verilməsi!!
Bir gün Hz İsa (ə) səhradan keçirdi. Yol aralığında rahiblərdən birinin monastirinə yetişdi və onunla söhbətləşməyə məşğul oldu! Bu zaman bir cavan ki, insanların arasında bəyənilməyən və günah işlərlə məşğul olmağa məşhur olmuşdu, oradan keçmək istədi! O günahkar cavanın Hz İsa (ə) və abid şəxsə gözü dəydiyi zaman ayağı əsərək yol getməkdən dayandı! Elə həmin yerdə dayanaraq dedi: “İlahi! Mən özü çirkin işlərimdən utanır və peşimanam! Əgər indi Sənin Peyğəmbərin (ə) mənə görərsə və məni danlayarsa, nə edim?! İlahi! Üzrümü qəbul et və abrımı qoru!
Elə bu zaman, abid şəxsin gözü peşiman cavana çevrildi! Başını yuxarı qaldırdı və dedi: “İlahi! Məni qiyamət günü bu zinakar cavanla məşhur etmə!” Allah-Taala (c.c) Peyğəmbərinə (ə) vəhy etdi ki: Bu abid şəxsə denən biz sənin duanı qəbul etdik və səni bu cavanla məşhur etməyəcəyik! Çünki o özündə yaranan peşimançılıq və danmağı ilə, behiştli oldu və sən özünü bəyənmək və qururunla cəhənnəmlik oldun!”.
Həzrəti Musanın (ə) qədr gecəsində Allah-Taaldan (c.c) aldığı 6 nemət nələr olmuşdur?!
Həzrət Peyğəmbər (s) buyurur: “Həzrət Musa (ə) Allaha etdiyi münacatda buyurur:
“Allahım, mən Sənin qürbünü istəyirəm”. Allah buyurur: “Mənim qürbüm o kəs üçündür ki, Qədr gecəsində oyaq olar”.
Deyir: “Allahım, rəhmətini istəyirəm”. Allah buyurur: “Rəhmətim o kəslərə şamildir ki, Qədr gecəsində möhtaclara rəhm edər”.
Deyir: “Allahım, mən Siratdan keçmək iznimi istəyirəm”. Allah buyurur: “Bu icazə o kəs üçün olar ki, Qədr gecəsində sədəqə verər”.
Deyir: “Allahım, mən behişt ağaclarını və meyvələrini istəyirəm”. Allah buyurur: “Bu nemət o kəslər üçündür ki, Qədr gecəsində təsbihlə məşğuldurlar”.
Deyir: “Allahım, mən atəşdən nicat istəyirəm”. Allah buyurur: “Nicat o kəslər üçündür ki, Qədr gecəsində istiğfarla məşğuldurlar”.
Deyir: “Allahım, mən Sənin rizanı istəyirəm”. Allah buyurur: “Mənim rizamı o kəs cəlb edər ki, Qədr gecəsində iki rükət namaz qılar””.....
Bəşər tarixində İlk oruc tutan insan kim olmuşdur?!
Hədislərimizin nəql etdiyinə görə, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur. Hədisdə oxuyuruq: “O zaman ki, Həzrət Adəm (ə) qadağan olmuş meyvədən yedi, o meyvə 30 gün onun mədəsində qaldı. Ona görə də Allah Adəmin (ə) nəslinə 30 gün ac və susuz qalmağı vacib etdi. Əgər gecəni bir şey yeyilirsə, Allah tərəfindən olan lütfə görədir”.
Bu hədisdən aydın görmək olur ki, ilk oruc tutan insan Həzrət Adəm (ə) olmuşdur.O da aydın olur ki, oruc tutmağın mühüm hədəflərindən biri – aclıq və susuzluq vasitəsilə ruha əziyyət verən xəta ləkələrindən təmizlənməkdir...
Niyə Həzrət Adəm (ə) dini və həyanı deyil, ağılı seçdi?
İmam Əli (ə) buyurur: “Cəbrayil (ə) Adəmə (ə) nazil olur və deyir: “Ey Adəm! Mən səni üç şey arasında ixtiyar sahibi etməyə vəzifələndirilmişəm. O üçündən birini seç və ikisini boş burax”. Adəm (ə) deyir: “Ey Cəbrayil! O üç şey nədir?”. O, deyir: “Ağıl, həya və din”. Adəm (ə) deyir: “Mən ağılı seçirəm”.
Cəbrayil (ə) həya və dinə deyir: “Qayıdın və onu tərk edin”. Həya və din deyir: “Ey Cəbrayil! Biz ağılla bir yerdə olmağa vəzifələndirilmişik. Harada olursa-olsun”.
Cəbrayil (ə) deyir: “İxtiyar özünüzdədir” və səmaya qalxır”. Beləliklə deyə bilərik ki, o yerdə ki, ağıl olar, o yerdə həm həya olar və həm də din olar. Buna görə də Həzrət Adəm (ə) ağılı seçməklə, həm də həyanı və dini seçmiş oldu....
Hz Musanın (ə) dövründə Bu kasıba niyə ruzi verilmirdi?
Həzrət Musa (ə) bir yoxsulu görür ki, kasıblığın şiddətindən paltarsız halda səhra qumunun üzərində yatmışdı. Yaxınlaşan zaman həmin şəxs dedi: “Ey Musa! Dua et ki, Allah mənə bir az ruzi versin ki, taqətsizlikdən canım boğazıma gəlmişdir”. Həzrət Musa (ə) onun üçün dua edir və oradan gedir. Bir neçə gün sonra Musa (ə) həmin yoldan geri qayıdır və görür ki, həmin yoxsulu həbs edirlər. Çox sayda camaat onun başına toplaşmışdır. Soruşur ki, nə baş veribdir?
Deyirlər: “İndiyə qədər onun pulu olmamışdır. İndi ki, bir qədər pul əldə edibdir – şərab içmiş və bir nəfəri öldürmüşdür. İndi onu həbs edirlər ki, qisas alıb edam etsinlər”.
Odur ki, Allah Təala Quranda buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27).
Həzrət Musa (ə) İlahi hikməti təsdiq edir və xahişinə görə istiğfar edir.