Çətinliklərdən xilas olmaq üçün tez-tez hansı duanı etmək lazımdır?!


Həzrət Yunusun (ə) duası: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya, 87).
İzah: Yuxarıdakı dua həzrət Yunusdan (ə) nəql olunmuşdur. O, ən çətin şəraitdə Allahdan problemlərin aradan qalxmasını və kədərinin dağılmasını istədi. Allah da onun duasını qəbul etdi və onu bu bəlalardan xilas etdi. Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar...
Hədis: İmam Sadiq (ə): “Kədərli olan, amma bu duanı – La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin – oxumayana təəccüb edirəm.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 393, hədis: 5835).


Edama məhkum olunmuşun Həzrəti Yəhyaya (ə) 3 moizəsi nələr haqda idi?!


İmam Sadiq (ə) buyurur: “Bir nəfər Həzrət İsanın (ə) yanına gəlir və zina etdiyini etiraf edir. Ondan istəyir ki, onu paklasın. Onun zina etdiyi sübut olunduqdan sonra hökm verilir ki, onu daş-qalaq etsinlər. Cəmiyyət toplaşdı. Həzrət Yəhya (ə) da cəmiyyət arasında idi. Zina edən kişini bir çuxura qoydular ki, insanlar onu daş-qalaq etsin.
O, fəryad çəkdi: “Hər kimin boynunda cəza varsa, buradan getsin”. Hamı getdi və ancaq Həzrət İsa (ə) ilə Hz Yəhya (ə) qaldı.
Bu zaman Həzrət Yəhya (ə) fürsəti qənimət bilib, ondan nəsihət almaq üçün çuxura düşdü. Həmin şəxsə dedi: “Ey günahkar insan! Mənə moizə et”.
- O, dedi: “Nəfsini azad buraxma ki, səni məhv edər”. Yəhya (ə) dedi: “Yenə moizə et!”. - Kişi dedi: “Günahkarı günahına görə məzəmmət etmə”. Yəhya (ə) yenə israr etdi ki, onu moizə etsin. - Kişi dedi: “Qəzəblənmə”. Yəhya (ə) buyurdu: “Bu üç moizə mənim üçün kifayətdir”.


Hz Musanın (ə) dövründə Bu kasıba niyə ruzi verilmirdi?


Həzrət Musa (ə) bir yoxsulu görür ki, kasıblığın şiddətindən paltarsız halda səhra qumunun üzərində yatmışdı. Yaxınlaşan zaman həmin şəxs dedi: “Ey Musa! Dua et ki, Allah mənə bir az ruzi versin ki, taqətsizlikdən canım boğazıma gəlmişdir”. Hz Musa (ə) onun üçün dua edir və oradan gedir. Bir neçə gün sonra Musa (ə) həmin yoldan geri qayıdır və görür ki, həmin yoxsulu həbs edirlər. Çox sayda camaat onun başına toplaşmışdır. Soruşur ki, nə baş veribdir? Deyirlər: “İndiyə qədər onun pulu olmamışdır. İndi ki, bir qədər pul əldə edibdir – şərab içmiş və bir nəfəri öldürmüşdür. İndi onu həbs edirlər ki, qisas alıb edam etsinlər”. Odur ki, Allah Təala Quranda buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27). Hz Musa (ə) İlahi hikməti təsdiq edir və xahişinə görə istiğfar edir.


Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu insanın üzünə necə bağlayır?!


Əllamə Təbatəbai “Əl-Mizan”da yazır: “Yusifin günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri başqa insan üçün olsaydı, günah etməməsi çox uzaq olardı. Bu 24 zəminəyə baxmayaraq, Yusif günah etmədi”.Yusif (ə) öz iffəti sayəsində böyük bir məqama çatır, atasını öz taxtında əyləşdirir və qardaşları qarşısında səcdə edirlər. Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: “Atacan! Bu, sənin yuxunun yozumudur”. Hər bir cavan gərək Yusif kimi rəzil sifətlərin qarşısında müqavimət göstərsin. Allah bu dastanda həsədə işarə edir, şəhvətə işarə edir, mal və vəzifəyə olan meylə işarə edir ki, bütün bunlar rəzil sifətlərdəndir. Qurani-Kərim – insanın özünü tərbiyə etməsi üçün ən yaxşı vasitədir. Əgər bu Quranı həyatımızın sərlövhəsi qərar versək, bizim çox sayda rəzil sifətlərimiz məhv olar və aradan gedər. Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu üzümüzə bağlayır. Allah Təala Quranda buyurur: “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə.


Әyyubun (ә) sәbiri: Еy Әyyub! Nеmәtinin vә rifаhının vахtı bitdi?!


Әyyub (ә) dözülmәz bәlаlаrın vә müsibәtlәrin qаrşısındа sәbir еtdi vә Аllаhın imtаhаnındаn yахşı çıхdı. О, Аllаhın çәtin imtаhаnlаrınа düçаr оlmаmışdаn qаbаq qırх il müхtәlif nеmәtlәrdәn istifаdә еtdi. Hәr gün min nәfәrә еhsаn еdirdi. Оnun әkin sаhәlәri о qәdәr çох idi ki, insаnlаr vә hеyvаnlаr аzаd surәtdә bu tаrlаlаrdаn istifаdә еdirdilәr. Оnun dәvәlәrinin dörd yüz bәlәdçisi vаr idi. Bir gün Cәbrаil nаzil оldu vә dеdi: “Еy Әyyub! Nеmәtinin vә rifаhının vахtı bitdi. İndi çәtinlik vә imtаhаn vахtıdır. Hаzır оl!” Hәzrәt Әyyub (ә) bәlаnın nаzil оlmаsını gözlәyirdi. Bir gün sübh nаmаzındаn sоnrа çоbаnın fәryаdı оnun diqqәtini özünә cәlb еtdi. Hәzrәt Әyyub (ә) sоruşdu: Nә оlub? О dеdi: Sеl gәlib, bütün sürülәri mәhv еtdi...


Şənbə, döyüş, buzov… - Həzrət Musanın (ə) ümmətinin imtahanları


Həzrət Musanın (ə) ümməti ağır imtahanlardan keçən ümmətlərdən biridir. Bu imtahanlardan biri də şənbə günü balıq ovlamamaq hökmü olmuşdur. Allah Təala şənbə gününü yəhudilər üçün istirahət günü elan etmiş və buyurmuşdur ki, həmin günü balıqçılar da gərək tətil etsinlər. Bu minvalla hamı yaşayırdı, ancaq balıqçıların bəzisi müşahidə edirlər ki, həftənin 6 günündə balıq miqdarı dənizdə az olur. Ancaq şənbə günü o qədər çox olur ki, hətta suyun üzünə belə çıxırdılar. Ona görə də hiylə işlətdilər və balıqları şənbə günü bir kanala qovdular və sonrakı günlərdə onları ovlamağa başladılar. Allah da onları bu əməllərinə görə cəzalandırdı. “Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun (olun) və (Bizim dərgahımızdan) qovulmuşlar olun!». (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular)”. (“Bəqərə” 65)...


İlahi peyğəmbərlər (ə) niyə imtahan olunublar?!


Təkamüldən əlavə, peyğəmbərlərin (ə) imtahana çəkilməsinin başqa bir hikməti vardır. İlahi peyğəmbərlər (ə) hər bir zamanda müxtəlif hadisələr və cərəyanlar ilə mübarizə aparmaq üçün kifayət qədər hazırlığa malik olmalıdırlar. Müxtəlif imtahanlar, enişlər və yoxuşlar, həyat çətinlikləri – bunlar insanlarda ruhi müqavimət icad edər və bu İlahi insanların təbliğ yolundakı dözümünü gücləndirər. Bu imtahanlar sayəsində İlahi peyğəmbərlərin (ə) başqa insanlardan üstün olması üzə çıxar. İnsanlara hüccət tamam olar ki, hər bir çətin imtahan insan üçün mümkünlü və dözümlüdür. Qurani-Kərimdə buyurulur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o(İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara İmam və rəhbər təyin etdim».(İbrahim) dedi: «Övladlarımdan necə?». Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. (“Bəqərə” 124).


Həzrəti İbrahim (ə) övladlarının haqqında hansı xeyir duanı etdi?!


Quran, İbrahim surəsinin 14-cü ayəsində Həzrət İbrahimin (ə) dilindən belə zikr edir: Rəbbic-əlni muqiməs-səlati və min zurriyyətii Ey Rəbbim! Məni də, nəslimdən olanları da namaz qılan et! Quran, bu ayədə bir neçə mühüm mətləbi önə çəkir ki, bunlara namazın əhəmiyyətini, övlad tərbiyyəsini, namazın insanın özündə və gələcək nəslində mühüm təsirə malik olmasını qeyd etmək olar. Ən əsası isə bütün bu nailiyyətlərdə insanın Rəbbinə möhtac olmasıdır. Bu səbəbdən ayənin davamında buyrulur: Rəbbənə təqəbbəl dua – Allahım duamızı qəbul et!


Kədərli günlərdən nicat tapmaq üçün Hz Yunus (ə) hansı duanı oxuyardı?!


Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar.
“Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya, 87).
Hədis: İmam Sadiq (ə): “Kədərli olan, amma bu duanı – La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin – oxumayana təəccüb edirəm.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 393, hədis: 5835).


Həzrət Nuhun (ə) dünyadan köçməsi necə olmuşdur?


... Həzrət Nuh (ə) bu əmrə əməl edir və Samı öz vəsisi elan edir. Həmçinin övladlarını Hud (ə) adlı peyğəmbərin gələcəyi ilə müjdələdi. Vəsiyyət etdi ki, nə zaman Hud (ə) zühur etsə, onun ardıcılı olsunlar. Həmçinin vəsiyyət etdi ki, hər il vəsiyyətnaməni oxusunlar və həmin günü bayram keçirtsinlər. O zaman ki, Əzrayil (ə) Nuhun (ə) canını almaq üçün gəlir, Nuh (ə) günəşin nuru altında idi. Əzrayil (ə) ona salam verdi və o da salamın cavabını verdi. Soruşdu: “Bura nə üçün gəlmisən?”. Əzrayil (ə) dedi: “Gəlmişəm ki, sənin ruhunu qəbz edəm”. Nuh (ə) dedi: “İcazə ver, günəşin nurundan kölgəyə tərəf gedəm”. Əzrayil (ə) icazə verdi və sonra Nuh (ə) Əzrayilə (ə) dedi: “Ey ölüm mələyi! Dünyada yaşadığım bu müddət (o qədər qısa göründü ki) günəş şüasından kölgəyə gəlməyim qədər oldu. İndi mənim ruhumu qəbz et!”. Əzrayil (ə) də onun ruhunu qəbz edir”. Halbuki, Həzrət Nuh (ə) ən uzun ömür sürmüş peyğəmbərlərdən (ə) olmuşdur…/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter