Həm ağlayar və həm də gülərdi... – Həzrət İsanın (ə) ən bariz sifətləri


3 yaşında peyğəmbərliyə məbus olan bu insanın çox sayda fəzilətli sifətləri olmuşdur. O cümlədən:

1. Zahidlik. Həzrət İsanın (ə) ən bariz sifətlərindən biri – onun zahidliyi olmuşdur. O, özünü dünya təmtərağından və nemətlərindən uzaq saxlayırdı. O, öz işini özü görərdi və heç kəsə buyurmazdı. İmam Əli (ə) buyurur: “Balışı – daş, paltarı – kobud, yeməyi – ləzzətsiz idi”.


2. Qorxu və ümiddə etidala malik idi. İmam Rza (ə) bu haqda buyurur: “Həzrət isa (ə) həm ağlayar və həm də gülərdi. Ancaq Həzrət Yəhya (ə) ancaq ağlayardı və gülməzdi. İsanın malik olduğu hal, Yəhyanın halından daha yaxşıdır”.


3. Çox danışmaqdan çəkinmək. İmam Sadiq (ə) buyurur: “Məsih daima deyərdi: “O kəslər ki, çoxlu danışırlar – qəlbləri qəsavətə düçar olmuşdur, ancaq özəri bilmirlər””. (İslami saytlara istinadən)/Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter