Cavan hansı xasiyyətinə görə Hz Davudun (ə) behiştdə yanında yerləşdiriləcək?!


Allah Həzrət Davuda (ə) vəhy edir ki, Ovusun qızı Xəladəyə behişt müjdəsi versin. Onu agah etsin ki, behiştdə Davudla (ə) yoldaş olacaqdır. Davud (ə) da onun evinə gəlir və Xəladə qapını açır. Davudu (ə) görən kimi tanıyır və deyir: “Mənimlə bağlı bir şey nazil olmuşdur ki, bura gəlmisiniz?”. Davud (ə) deyir: “Bəli, sən behiştdə mənim yoldaşımsan”. Xəladə deyir: “Ola bilsin ki, mənimlə eyni adda olan başqa biri olsun. Onun haqqında nazil olmuşdur”. Davud (ə) deyir: “Xeyr. Sənin barəndə nazil olmuşdur. Öz halından bir qədər mənə danış”. Deyir: “Mənə çatan hər bir ziyana görə səbir edirəm və Allahın rizasına təsliməm. Heç bir şeyin qayıtmağını istməmişəm, ancaq Onun razılığını istəmişəm. Heç bir şeyin qarşılığında əvəz istəməmişəm və Ona şakir olmuşam”. Davud (ə) deyir: “Buna görə bu məqama çatmısan ki, sənin barəndə vəhy nazil olubdur”.


Həzrət Yusifin (ə) yuxu yozumu nədən qaynaqlanırdı?


... Əslində başqa insanlar yuxu yozan zaman ehtimallara söykənirlər. Ancaq Həzrət Yusifin (ə) elmi – yəqinə söykənən bir elm idi. Çünki bu elm – ladoni elm idi, Allah tərəfindən inayət edilmiş elm idi. Ona görə də heç bir zənn və gümana bunda yer yox idi. Bu yolla Həzrət Yusif (ə) Allahın nələrə qadir olduğunu bir daha cahil insanlara göstərməyə çalışmışdır. O şeyi ki, onlar hiss edir və ehtimal verirdilər, Yusif (ə) onun haqqında qətiyyətlə danışır və bu elmdə yəqinliyə çatdığını bir daha nümayiş etdirirdi. Ona görə də buyururdu ki, bu, Allahın elmidir, mənim yozumum deyildir. Beləliklə deyə bilərik ki, hər kimin qəlbi və ruhu nə qədər təmiz və pak olarsa, Allah ona daha çox yaxın olar. İnsanlara xidmətdə həmin şəxsə yardım edər və onu əli çatmadığı elmlərə yetişdirər. Çünki Allah Təala mömin bəndələrinə həmişə yardım etmiş və etməkdədir...


“Әr-rәhmаn” surәsi nаzil оlаndа nə baş verdi ki, Həzrət Cəbrail güldü?


“Әr-rәhmаn” surәsi nаzil оlаndа Pеyğәmbәr (s) öz sәhаbәlәrinә buyurdu: “Kim bu surәni kаfirlәrin аrаsındа охumаğа hаzırdır?” Bәdәn cәhәtdәn zәif vә аlçаqbоy оlаn Әbdürrәhmаn ibn Mәsud bunа hаzır оlduğunu bildirdi. Аmmа Pеyğәmbәr (s) bәdәn cәhәtdәn güclü bir şәхs istәyirdi. Çünki birdәn düşmәn оnа hücum еtsә, müqаvimәt göstәrә bilsin. Аmmа ibn Mәsud bu iş üçün münаsib dеyildi. İbn Mәsud, Pеyğәmbәrə (s) isrаr еtdi vә Hәzrәti rаzı sаldı. Pеyğәmbәr (s) оnа icаzә vеrdi. О, Kәbәnin kәnаrınа, Qurеyş bütpәrәstlәrinin cәm оlduqlаrı yеrә gәldi vә surәni охumаğа bаşlаdı. Surәni охuyub qurtаrmаmış оnu bәrk döydülәr. İbn Mәsud qаnlı hаldа Pеyğәmbәrin (s) hüzurunа gәldi. Pеyğәmbәr (s) оnu bu hаldа görüb qәmlәndi. Bu vахt həzrət Cәbrаil nаzil оldu. Cәbrаil gülürdü. Pеyğәmbәr (s) оnа buyurdu: “Sәni şаd görürәm. Аmmа İbn Mәsud çох pis vәziyyәtdәdir.” Cәbrаil buyurdu: “Gülmәyimin sәbәbi gәlәcәkdә sәnә аşkаr оlаcаq...”


Çətinliklərdən xilas olmaq üçün tez-tez hansı duanı etmək lazımdır?!


Həzrət Yunusun (ə) duası: “Səndən başqa heç bir ilah yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” (Ənbiya, 87).
İzah: Yuxarıdakı dua həzrət Yunusdan (ə) nəql olunmuşdur. O, ən çətin şəraitdə Allahdan problemlərin aradan qalxmasını və kədərinin dağılmasını istədi. Allah da onun duasını qəbul etdi və onu bu bəlalardan xilas etdi. Bu duanın din böyükləri və ariflər arasında özünəməxsus yeri var və onu “Zikri-Yunisiyyə” adlandırırlar...
Hədis: İmam Sadiq (ə): “Kədərli olan, amma bu duanı – La ilahə illa əntə subhanəkə inni kuntu minəz-zalimin – oxumayana təəccüb edirəm.” (Mən la yəhzuruhul-fəqih, c. 4, səh. 393, hədis: 5835).


Edama məhkum olunmuşun Həzrəti Yəhyaya (ə) 3 moizəsi nələr haqda idi?!


İmam Sadiq (ə) buyurur: “Bir nəfər Həzrət İsanın (ə) yanına gəlir və zina etdiyini etiraf edir. Ondan istəyir ki, onu paklasın. Onun zina etdiyi sübut olunduqdan sonra hökm verilir ki, onu daş-qalaq etsinlər. Cəmiyyət toplaşdı. Həzrət Yəhya (ə) da cəmiyyət arasında idi. Zina edən kişini bir çuxura qoydular ki, insanlar onu daş-qalaq etsin.
O, fəryad çəkdi: “Hər kimin boynunda cəza varsa, buradan getsin”. Hamı getdi və ancaq Həzrət İsa (ə) ilə Hz Yəhya (ə) qaldı.
Bu zaman Həzrət Yəhya (ə) fürsəti qənimət bilib, ondan nəsihət almaq üçün çuxura düşdü. Həmin şəxsə dedi: “Ey günahkar insan! Mənə moizə et”.
- O, dedi: “Nəfsini azad buraxma ki, səni məhv edər”. Yəhya (ə) dedi: “Yenə moizə et!”. - Kişi dedi: “Günahkarı günahına görə məzəmmət etmə”. Yəhya (ə) yenə israr etdi ki, onu moizə etsin. - Kişi dedi: “Qəzəblənmə”. Yəhya (ə) buyurdu: “Bu üç moizə mənim üçün kifayətdir”.


Hz Musanın (ə) dövründə Bu kasıba niyə ruzi verilmirdi?


Həzrət Musa (ə) bir yoxsulu görür ki, kasıblığın şiddətindən paltarsız halda səhra qumunun üzərində yatmışdı. Yaxınlaşan zaman həmin şəxs dedi: “Ey Musa! Dua et ki, Allah mənə bir az ruzi versin ki, taqətsizlikdən canım boğazıma gəlmişdir”. Hz Musa (ə) onun üçün dua edir və oradan gedir. Bir neçə gün sonra Musa (ə) həmin yoldan geri qayıdır və görür ki, həmin yoxsulu həbs edirlər. Çox sayda camaat onun başına toplaşmışdır. Soruşur ki, nə baş veribdir? Deyirlər: “İndiyə qədər onun pulu olmamışdır. İndi ki, bir qədər pul əldə edibdir – şərab içmiş və bir nəfəri öldürmüşdür. İndi onu həbs edirlər ki, qisas alıb edam etsinlər”. Odur ki, Allah Təala Quranda buyurur: “Əgər Allah bəndələrinin ruzisini bol etsəydi, şübhəsiz, yer üzündə zülm və tüğyan edərdilər”. (“Şura” 27). Hz Musa (ə) İlahi hikməti təsdiq edir və xahişinə görə istiğfar edir.


Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu insanın üzünə necə bağlayır?!


Əllamə Təbatəbai “Əl-Mizan”da yazır: “Yusifin günah etməsi üçün 24 zəminə var idi ki, əgər bu zəminələrdən biri başqa insan üçün olsaydı, günah etməməsi çox uzaq olardı. Bu 24 zəminəyə baxmayaraq, Yusif günah etmədi”.Yusif (ə) öz iffəti sayəsində böyük bir məqama çatır, atasını öz taxtında əyləşdirir və qardaşları qarşısında səcdə edirlər. Qurani-Kərim Yusifin (ə) dilindən buyurur: “Atacan! Bu, sənin yuxunun yozumudur”. Hər bir cavan gərək Yusif kimi rəzil sifətlərin qarşısında müqavimət göstərsin. Allah bu dastanda həsədə işarə edir, şəhvətə işarə edir, mal və vəzifəyə olan meylə işarə edir ki, bütün bunlar rəzil sifətlərdəndir. Qurani-Kərim – insanın özünü tərbiyə etməsi üçün ən yaxşı vasitədir. Əgər bu Quranı həyatımızın sərlövhəsi qərar versək, bizim çox sayda rəzil sifətlərimiz məhv olar və aradan gedər. Həzrət Yusifin (ə) dastanı hər bir günah qarşısında bəhanələr yolunu üzümüzə bağlayır. Allah Təala Quranda buyurur: “Və and olsun (insanın) nəfs(sin)ə və ona doğru-düzgün biçim verənə.


Әyyubun (ә) sәbiri: Еy Әyyub! Nеmәtinin vә rifаhının vахtı bitdi?!


Әyyub (ә) dözülmәz bәlаlаrın vә müsibәtlәrin qаrşısındа sәbir еtdi vә Аllаhın imtаhаnındаn yахşı çıхdı. О, Аllаhın çәtin imtаhаnlаrınа düçаr оlmаmışdаn qаbаq qırх il müхtәlif nеmәtlәrdәn istifаdә еtdi. Hәr gün min nәfәrә еhsаn еdirdi. Оnun әkin sаhәlәri о qәdәr çох idi ki, insаnlаr vә hеyvаnlаr аzаd surәtdә bu tаrlаlаrdаn istifаdә еdirdilәr. Оnun dәvәlәrinin dörd yüz bәlәdçisi vаr idi. Bir gün Cәbrаil nаzil оldu vә dеdi: “Еy Әyyub! Nеmәtinin vә rifаhının vахtı bitdi. İndi çәtinlik vә imtаhаn vахtıdır. Hаzır оl!” Hәzrәt Әyyub (ә) bәlаnın nаzil оlmаsını gözlәyirdi. Bir gün sübh nаmаzındаn sоnrа çоbаnın fәryаdı оnun diqqәtini özünә cәlb еtdi. Hәzrәt Әyyub (ә) sоruşdu: Nә оlub? О dеdi: Sеl gәlib, bütün sürülәri mәhv еtdi...


Şənbə, döyüş, buzov… - Həzrət Musanın (ə) ümmətinin imtahanları


Həzrət Musanın (ə) ümməti ağır imtahanlardan keçən ümmətlərdən biridir. Bu imtahanlardan biri də şənbə günü balıq ovlamamaq hökmü olmuşdur. Allah Təala şənbə gününü yəhudilər üçün istirahət günü elan etmiş və buyurmuşdur ki, həmin günü balıqçılar da gərək tətil etsinlər. Bu minvalla hamı yaşayırdı, ancaq balıqçıların bəzisi müşahidə edirlər ki, həftənin 6 günündə balıq miqdarı dənizdə az olur. Ancaq şənbə günü o qədər çox olur ki, hətta suyun üzünə belə çıxırdılar. Ona görə də hiylə işlətdilər və balıqları şənbə günü bir kanala qovdular və sonrakı günlərdə onları ovlamağa başladılar. Allah da onları bu əməllərinə görə cəzalandırdı. “Və əlbəttə, siz içərinizdən şənbə günü (Allahın əmrindən) çıxanları (və həmin günü balıq tutanları) tanıdınız. Biz onlara dedik: «Meymun (olun) və (Bizim dərgahımızdan) qovulmuşlar olun!». (Onların bu cür olmalarını istədik, elə bu cür də oldular)”. (“Bəqərə” 65)...


İlahi peyğəmbərlər (ə) niyə imtahan olunublar?!


Təkamüldən əlavə, peyğəmbərlərin (ə) imtahana çəkilməsinin başqa bir hikməti vardır. İlahi peyğəmbərlər (ə) hər bir zamanda müxtəlif hadisələr və cərəyanlar ilə mübarizə aparmaq üçün kifayət qədər hazırlığa malik olmalıdırlar. Müxtəlif imtahanlar, enişlər və yoxuşlar, həyat çətinlikləri – bunlar insanlarda ruhi müqavimət icad edər və bu İlahi insanların təbliğ yolundakı dözümünü gücləndirər. Bu imtahanlar sayəsində İlahi peyğəmbərlərin (ə) başqa insanlardan üstün olması üzə çıxar. İnsanlara hüccət tamam olar ki, hər bir çətin imtahan insan üçün mümkünlü və dözümlüdür. Qurani-Kərimdə buyurulur: “Və (yadına sal) o zaman(ı) ki, Rəbbi İbrahimi bəzi işlərlə imtahana çəkdi. Beləliklə, o(İbrahim), hər şeyi kamil surətdə yerinə yetirdi. Rəbbi dedi: «Həqiqətən, Mən səni insanlara İmam və rəhbər təyin etdim».(İbrahim) dedi: «Övladlarımdan necə?». Dedi: «Mənim əhd-peymanım zalımlara nəsib olmaz»”. (“Bəqərə” 124).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter