Hz Adəmin, oğlu Şit\'ə və onun timsalında bütün insanlara etdiyi beş maddəlik nəsihəti nələr olmuşdur?!


Hz Adəmin, oğlu Şit\'ə və onun timsalında bütün insanlara etdiyi beş maddəlik nəsihəti belədir:
1.Ey Şit! Oğullarına söylə: Dünyaya ayrılmayacaqlarmış kimi baxmasınlar Buradan bir gün köçüb gedəcəklərini düşünsünlər .
Mən də Cənnətdən ayrılmayacağam deyə düşünmüşdüm.


2.İnsanlara söylə: Xanımlarının sözünü həqiqətin də özü sanıb, dərhal qəbul etməsinlər Bir az düşünüb isabət dərəcəsini araşdırsınlar.
Çünki mən xanımımın sözünü düşünmədən qəbul etdiyim üçün, qadağan ağacın meyvəsindən yedim, sonunda da böyük bir peşmançılığa düşdüm.


3.Oğulların, edəcəkləri işin sonunu düşünsünlər.
Əgər mən o ağacının meyvəsindən yeyərkən bu işin sonunu düşünsəydim, başıma gələnlər gəlməyəcəkdi.


4.Bir işə başlarkən, içlərində o işə aid bir narahatlıq və istəksizlik duysalar, təkrar düşüunüp, yenidən tədqiq etsinlər .
Əgər mən, o ağacdan yeməmişdən, içimdəki narahatlıq və istəksizlik üzərində dayanıb, qərarımı yenidən gözdən keçirsəydim, sonunda bu peşmançılığa düşməyəcəkdim.


5.Düzgünlük və isabət dərəcəsini qəti olaraq bilmədikləri işlərdə də, müşavirə etsinlər. Dürüstlüyünə inandıqları kəslərlə etdikləri müşavirə nəticəsindəki qərara görə hərəkət etsinlər.
Əgər mən, mələklərlə müşavirə edib, işimi onlarla müzakirədən sonra qərara bağlasaydım, başıma gələnləri layiq olmayacaq, müsibətlərə məruz qalmayacaqdım
Bu sözlərimi sən də öz oğullarına çatdır ki, beləcə atadan oğula, oğuldan da nəvəyə intiqal edərək, dünya davam etdikcə təsirini icra etsin./ehliwie-samux


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter